Yarandığı 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) üzvlərinin sayı yalnız 51 idi. Bu gün isə qurumun üzvləri əksəriyyəti keçmiş koloniyalar olmaqla 193 ölkəni təmsil edir. Müstəqilliyə keçid II Dünya Müharibəsindən dərhal sonra başlasa da, yalnız BMT Baş Assambleyasının 1960-cı il tarixli Koloniya Ərazilərinə və Xalqlarına Müstəqillik Verilməsi adlı Qətnaməsi öz müqəddəratını təyin etmə barədə siyasi fəlsəfə yox, hüquq kimi düşünməyi mümkün etdi. Bu gün öz müqəddəratını təyin etmə beynəlxalq hüquqi adətin köklü prinsipi və jus cogens (yayınmaya yol verməyən, məcburi norma) kimi tanınır. Şərqi Timor İşində (1995 İCJ Rep 90) (Portuqaliya Avstraliyaya qarşı) Məhkəmə (Beynəlxalq Ədalət Məhkəməsi) qeyd edir ki, öz müqəddəratını təyin etmə prinsipi ‘müasir beynəlxalq hüququn fundamental prinsiplərindən biridir’. Bundan başqa Fələstin Divarı Tövsiyə Rəyində (2004 İCJ Rep para. 88) Məhkəmə göstərir ki, ‘xalqların öz müqəddəratını təyin etmə hüququ bu gün erga omnes hüquqdur’ yəni, hamıya tətbiq edilən və hamıya qarşı irəli sürülə bilən hüquqdur.
Aydındır ki, öz müqəddəratını təyin etmə hüququ əraziyə sahiblik məsələsi ilə əlaqəlidir, lakin bu prinsip əsasən hansı “xalq”ın müəyyən əraziyə sahiblik etməsi ilə daha çox maraqlanır, nəinki hər hansı dövlətin bu əraziyə sahib olması ilə. Halbuki, adi halda öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi həmin ərazinin müstəqil olması ilə nəticələnəcək. Əlbəttə, bunun niyə belə olmağının xüsusi bir vacib səbəbi yoxdur və tamamilə mümkündür ki, “xalq” başqa dövlətin tərkibinə qatılsın (federasiya subyekti yaxud mövcud əraziyə əlavə kimi). Əsas məsələ odur ki, öz müqəddəratını təyin etmə ‘sözügedən xalqın azad və həqiqi iradə ifadəsini əks etdirməyi tələb edir’ (Qərbi Saxara İşi 1975 İCJ Rep 12). Əgər ərazi müstəqil olunursa, onun sərhədləri də həmişəlik uti possidetis (ərazi və digər əmlak münaqişənin sonunda onun sahibində qalır, əgər saziş başqa qayda nəzərdə tutmursa) prinsipi ilə tanınır. Lakin bir vacib sual yenə də qalır, hansı “xalq” öz müqəddəratını təyin etmə hüququnu həyata keçirmək haqqına sahibdir?
Qeyd etdiyimiz kimi, öz müqəddəratını təyin etmə prinsipi kolonializmin “bəlaları”na birbaşa cavab kimi inkişaf etməyə başlamışdı və şübhəsiz ki, digər dövlətin hakimiyyəti altında yaşayan “xalq” bu hüquqdan istifadə edir. Beynəlxalq hüquqda birtərəfli müstəqillik bəyannaməsinin Kosovoya münasibətdə Tövsiyə Rəyində (2010) Məhkəmə öz müqəddəratını təyin etmənin ‘özünü-idarəetmə olmayan ərazilər və yad tabeçilikdə, hakimiyyət və istismarda altında olan xalqlar kontekstində’ nəzərdən keçirilməsini müəyyən edir. (Məhkəmə Kosovoya münasibətdə Tövsiyə Rəyində (2010) Kosovonun ərazi kimi beynəlxalq hüquqla müstəqil ola bilməsi sualına deyil, yalnız müstəqillik bəyannaməsinin bir sənəd kimi qanuni olub-olmaması məsələsinə baxmışdır). Belə ki, Fələstin xalqı bu hüquqdan tam ölçüdə istifadə edə bilər və Qəzza/Qərb Sahil-də Fələstin Muxtar Ərazisininin yaradılması öz müqəddəratını təyin etmədə bir addım hesab oluna bilər. Lakin digər əsas sual budur ki, öz müqəddəratını təyin etmə müxtəlif dini və etnik qruplar tərəfindən artıq suveren və müstəqil ölkənin ərazisində həyata keçirilə bilərmi? Məsələn, 1971-ci ildə Şərqi Pakistanın Pakistan Federasiyasından ayrılıb Banqladeşi yaratması; 1967-ci ildə İbos (İbu) Qəbiləsinin Nigeriyadan ayrılmağa uğursuz cəhdi; 1993-cü ildə Eritreyanın Efiopiyadan uğurla ayrılmasında bütün xalqların tələbi müəyyən ölçüdə öz müqəddəratını təyin etmə hüququdur.
Təbii ki, istənilən fərqli qrupu beynəlxalq hüquqda “xalq” kimi tanımaq mümkün və ağlabatan deyil. Lakin müəyyən bir qrup da vardır ki, istənilən etnik qrupun kolonial, federativ və unitar dövlətin tərkibində öz müqəddəratını təyin etmə hüququnun beynəlxalq hüquqda tanınmasına tərəfdar çıxır. Bu yanaşmaya görə, Cəbəllütariq (kolonial ərazi), Alyaskanın (federal dövlət) və Şotlandiyanın (unitar dövlət) əhalisinin bu hüququ vardır və bu beynəlxalq hüquqda istifadə olunmalı, qorunmalı və tətbiq olunmalıdır. Təəccüblü deyildir ki, bu suallara ümumi bir cavab vermək mümkün deyildir və bu yanaşmaların heç biri mükəmməl deyil.
Avropa Birliyi (EC) Arbitrasiya Komissiyası Yuqoslaviya barədə rəylərində (1991) qeyd edir ki, öz müqəddəratını təyin etmə mövcud federal dövlətin ərazisindəki xalq üçün keçərlidir, bir şərtlə ki, onlar 1933-cü il tarixli Montevideo Konvensiyasının dövlətçilik üçün müəyyənləşdirdiyi ilkin şərtlərə malik olsunlar. Bu şərtlərə a) əhali, b) müəyyən ərazi, c) hökumət və d) digər dövlətlərlə əlaqədə olmaq qabiliyyəti daxildir. Lakin Komissiyanın bu qərarından qeyri-müəyyən olan odur ki, bu anlayışa həmçinin “tabeçilikdə, hakimiyyət və istismarda altında olan xalqlar” da daxildir, yaxud onlar yalnız ayrılmaq istədikləri üçünmü bu kateqoriyaya daxil edilməlidirlər. Bir tərəfdən, təbii ki, stabil dövlətlərdə separatist hərəkatları təşviq etmək arzu edilən deyil, digər tərəfdən də, bu xalqların mərkəzi hakimiyyət tərəfindən təzyiqə məruz qalması da arzuolunan hal deyil. Komissiya həmçinin öz müqəddəratını təyin etmənin federal dövlətin tərkibində olan xüsusi ərazilərdəki xalqlara nisbətdə, unitar dövlətin ərazisindəki etnik qruplara da verilməsinə öz əsaslı tərəddüdünü ifadə etmişdir. Halbuki bu qruplar “ikinci səviyyə”də öz müqəddəratını təyin etmədən tam istifadə edirlər, belə ki, onların kültürünə, sosial qurumlarına və dini seçimlərinə tərkibində olduqları dövlətlər tərəfindən hörmət edilməli olduğu halda, görünən odur ki, AB Komissiyası bütün “xalq”ların öz müqəddəratını təyin etməsi hüququnu tanımağa özünü hazır hesab etmirdi. Oxşar halla Kanada Ali Məhkəməsinin Kvebekin Kanadadan ayrılması ilə bağlı Xüsusi Məsələlər İşində (1998) qarşılaşmaq mümkündür. Bu işdə Məhkəmədən Kvebekin mümkün müstəqillik bəyanının Kanada hüququnda və beynəlxalq hüquqda legitimliyi məsələsinə baxılması istənilir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda mövcud dövlətin siyasi alt-bölgəsinin (sub-unit) ayrılmaq hüququ yoxdur, çünki mərkəzi qurumlar etnik qrupun “daxili” öz müqəddəratını təyin etməsinə hörmət edir, məsələn dilə, kültürə hörmət və s.
Göründüyü kimi beynəlxalq hüquqda öz müqəddəratını təyin etməyə münasibət əsasən qeyri-müəyyəndir. Ümumilikdə, xalqların və fərdlərin əsas hüquqlarının və beynəlxalq ictimaiyyətin tamlığının qorunması arasında balans yaratmaq lazımdır. Öz müqəddəratını təyin etmə birincinin təşviq etdirə bilər, sonuncuya isə dağıdıcı təsir edə bilər. Keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərin göstərdiyi kimi öz müqəddəratını təyin etməyə iddia etmək yararlıdır, lakin ona nail olmaq digər bir məsələdir. Halbuki, öz müqəddəratını təyin etmə hüququnun mövcudluğu və tətbiqi qəbul olunursa, bu digər dövlətlər üçün hüquqi məsuliyyət yaradır. Fələstin Divarı Tövsiyə Rəyində (2004 İCJ Rep para. 159) Məhkəmənin qeyd etdiyi kimi “bütün Dövlətlər, beynəlxalq hüquqa və BMT Xartiyasına sayğı göstərərək, divarın tikilişindən nəticələnən və Fələstin xalqının öz müqəddəratını təyin etməsinin qarşısını alan hər hansı maneəyə son qoyulmalıdır”.