Bu videomuzda siyasi ideologiya nədir mövzusuna toxunacağıq. Əvvəlcə ideologiya nədir, ideologiya sözünün mənası və siyasi ideologiya nə deməkdir mövzuları haqqında danışılıb. Daha sonra isə, videonun davamında siyasi spektrumda yerləşən liberalizm, konservatizm, faşizm, sosializm və kommunizm nədir suallarına da cavab tapmağa çalışmışıq. Bununla yanaşı, siyasət elmi haqqında mövzunun davamında ətraflı şəkildə məlumat veriləcəkdir. Növbəti video siyasi ideologiyaların sonu mövzusunda həsr olunacaqdır.

Milliyyət Araşdırmalar Mərkəzinin Youtube kanalında paylaşılacaq Sağ-Sol verilişi Tural Hüseynli tərəfindən aparılacaqdır. Tural Hüseynli Londonun Kingston Universitetində bakalavr təhsilini Siyasət və Beynəlxalq münasibətlər üzrə alıb. Magistr təhsilini University College London-da Hüquq və Siyasət nəzəriyyəsi üzrə tamamlayıb.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər