Professor Anthony. D. Smith milliyyətçilik çalışmalarının fənlərarası sahələrinin təsisçilərindən və öndə gələn elm adamlarından biridir. Onun bu sahəyə məşhur yardımları “sivil” və “etnik” millətlərin və ya millətçilik arasındakı fərqlər və bütün millətlərin güclü “etnik əsaslara” sahib olması ideyasıdır. O London İqtisad Məktəbində Etnos və Milliyyətçilik Araşdırmaları Assosiasiyasının prezidenti və Millətlər və Millətçilik jurnalının baş redaktorudur. Millətlərin Etnik Kökü”, “Seçilmiş İnsanlar: Milli Kimliyin Müqəddəs Mənbəyi” və “Millətlərin Qədimiliyi” kimi milliyyətçiliyə aid olan çoxsaylı əsərlərin müəllifidir. Professor Smith ilk dərəcəsini Oxfordda Klassika və Fəlsəfədən, magistr və doktorant dərəcəsini London İqtisadiyyat Məktəbində Sosiologiyadan alıb.

 

Professor Smith sizin millətlərin mənşəyi, Avropada millət düşüncələrinin dəyişməsi, millətçilik və soyqırım arasındakı bağlantılar kimi məsələlərə cavab verir:

 

Sizin sahənizdə baş verən ən həyəcanverici araşdırmaları/debatları harada görürsünüz?

İndi bu sahə tamamən parçalanmış sahədir. Ən önəmli çıxış yolu debatları millətlərin qədimiliyi və millətçiliyin təbiəti haqqında idi, amma günümüzdə çoxlu müxtəlif yarı sahələr var. Məsələn, feminizm, millətlərin tutarsız analizləri, təkamülçü psixoloji yanaşmalar, millət haqqında kantitativ araşdırmalar. Xüsusən Amerikada hələ də bəyənilən kantitativ və rasional seçimi müdafiə edən yanaşmalar mövcuddur. Belə ki, hansı araşdırma sahəsinin daha mühüm olduğunu demək çətindir. Müxtəlif insanlar debatlarda müxtəlif məsələlərə toxunur və yeni yollar açırlar, beləliklə böyük araşdırmalar və ya vacib sahələrin inkişafına budur demək həqiqətən, tamamilə çətindir.

Mən hətta uzağa gedib deyərdim ki, millətçilik kimi sahələrdə bizim xüsusi inkişafdan danışmağımız şübhəlidir. Bu baxımdan o tsiklik xarakteri olan və ya tapdığımız təbiət elmlərindən tamamilə fərqli sabitliyi olan bir qədər insani və ya ədəbi araşdırmalardır. Millətçilik araşdırmasının digər bir çox sosial elmlərdə (misal üçün iqtisadiyyat) tapılmayan güclü milli irsi, ədəbi elementləri var.

 

  Dünyanın zamanla dəyişdiyini necə anlayırsınız və düşüncənizdəki ən önəmli dəyişmələri nə (və ya kim ) vadar etdi?

Dünya – bu çox böyük sualdır! Siz özəlliklə siyasi dünyaya istinad edirsiniz. Bəzi ən böyük və ən vacib faktorladan birincisi 2-ci dünya savaşı, ikincisi isə SSRİ-nin dağılması idi; bunlar mənim dünya görüşümü şəkilləndirən, mənim üçün onların şəxsi və həmçinin millətçilik sahəsindəki araşdırmalarım üçün nəticələri olduğuna görə təsirini davam elətdirən 2 böyük dünya olayları idi. Həqiqətən, onlar mənim millətlər və millətçilik araşdırmalarıma başlama səbəbimdə çox effektli idilər.

1980-ci illərin ortalarında mən millətlər və millətçilik araşdırmalarına sonradan etno-simvolik adlandırılan yanaşmanı qəbul etməyə başladım, halbuki, deməzdim mən bu yanaşmanın tərəfdarıyam, mən onu inkişafda və xüsusən də, yenilikçilərin millətçilik araşdırmalarında artıq önəm vermələrini düzəltməkdə faydalı görürəm. Mən düşünürəm ki, o qiymətli yanaşmadır.

 

Fəlsəfə Doktoru, məsləhətçi Ernest Gellnerin təhsilinin və öyrətdiyinin sizin şəxsi çalışmalarınızda nə kimi təsiri oldu?

Onun çox önəmli təsirləri oldu. O millətlər və millətçilik haqqındakı bizim modernizm adlandırdığımız düşüncə axınının tərəfdarı idi, yəni millətlər, həmçinin millətçiliyin 1789-cu illərdən sonra olduğuna və həmçinin onların özəl şəkildə bağlı olmalarına, çağdaşlaşdırma proseslərinə, təkcə sənayeləşmə yox, həmçinin siyasi səfərbərlik, sekulyar təhsil, urbanizasiyaya və sair də daxil olduğu elastik anlayışa inanırdı. O, bu yanaşmanın radikal tərəfdarı kimi 1800-cü illərdən əvvəl millətçilik araşdırmaları üçün önəmli bir şeyin olmadığını iddia edirdi.

İlk əvvəl mən bu yanaşmadan çox təsirləndiyimi gördüm. Mənim millətçilikdə ilk araşdırmalarım bu prosesdəki intellektual siniflərin rolu ilə bağlı idi. Hər halda, 1980-ci illərin əvvəllərində bu metodu və bu pozisiyanı yenidən gözdən keçirməyə başladım və mən millətin yaranma prosesi və millətçiliyin qismən uzunzamanlı etnik canlanma və etnik azalma prosesindən törədiyi qənaətinə gəldim. Bu yanaşma mənim millətlər və millətçilik analizimə etno – simvolik yanaşmanın əsası olan miflər, xatirələr, simvollar, dəyərlər və  ənənələr baxımından yol açdı.

Beləliklə, Gellnerin işinin böyük təsiri oldu, amma o həmçinin çox müxtəlif yanaşmaları qəbul etməyimə təsir etdi. Əlbəttə, hətta bu günün özündə də, o, bu sahədə ciddi təsirdi, amma mən düşünürəm ki, qeyd etdiyim araşdırmalarla o, inkişaf etdirilməli və düzəldilməlidir.

 

Sizə görə millətçilik nədir? Və millətlər hardan gəlir?

“Millətçilik” termininin çox mənası var. Mən onu hərəkat və ideologiya ilə məhdudlaşdırmağı xoşlayıram və bəzən “millətçilik” adlanan sentiment (düşüncə), şüurluluq, millətlərin böyüməsi və başqa ideyaların nəzarətini ələ keçirməsinə icazə vermirəm. O mənə az-çox fərqli görsənir. İdeologiya və hərakata görə dünya əslində millətlərə bölünüb. Başqa sözlə, millətçilər inanırlar ki, dünyanın təməl bölümü milli bölümdü. Bu yanaşmaya görə, hər millətin öz xarakteri, öz tarixi, öz taleyi var və millətə bağlılıq digərlərindən daha önəmli olan ali bağlılıqdır. Millətə aid olma insanın vəzifəsini yerinə yetirməsi, digər tərəfdən  millətə aid olmamaq isə yadlaşmaq və yolunu azmaqdır. Həmçinin belə bir inam var ki, millətlərin hüququ var ki, özlərini tamamilə ifadə etsinlər, və onlar “özlərinin kimliyini tapmağa” ehtiyacı olan milli irs qruplarıdır. Bu o deməkdir ki, insanlar millətlərlə bir tutulmalıdır, onların digər millətlərdən fərqlilikləri görünməlidir və bu fərqlənən xarakterlərlə inkişaf etməlidir. Və son olaraq, geniş səviyyədə, millətçilər əmindirlər ki, dünyanın sülh və ədalətin əsası ancaq  millətlərin azadlığı ilə qoyula bilər; azad millətlərsiz sənin sülh və ədalətin, eləcə də həqiqi sabitliyin ola bilməz. Beləliklə, millətçilik ideologiyasının tamamlanmış dünya görüşü var. O hər şeyi misalçün bölgü ədaləti prinsipini əhatə etmir, amma əlbəttə ki, düzgün ifadə etsək, dünya nizamı məsələləri də bu sahəyə aiddir.

Çox ciddi bir şəkildə, o milli irsi siyasətə bağlayır. Millətçi yanaşmada siyasi qruplar milli irs qrupları tərəfindən təyin olunur. Bu milli irs bir qədər antik və ya çox müasir ola bilər və intellektuallar tərəfindən keçmişdən əldə edilir, amma adətən onların keçmişdə kökləri olur (“keçmiş” deyəndə pre-modern keçmişi nəzərdə tuturam). Bu ilkin modern millətlərin yaradılmasıdır. Bu o deməkdir ki, xüsusilə İngiltərə və Fransa, həmçinin, Şotlandiya və Danimarka millət yaradılması üçün model oldu. İlk dəfə Avropada sonra kənarda.

İndi biz bütün sualların ən çətini sual olan millət nədir sualına gəlirik. Mənə görə, o səhvən və ya doğru şəkildə insanlar müəyyən ərazilərin onlara xas kimi qavradığı ideyaya əsaslanan toplumdur. Beləliklə, bu birinci xarakteristikadır: o daimi məkanlı toplumdur. Miflər, xatirələr və simvollar toplumun olması üçün lazım olan ikinci xarakteristikadır. Bu o deməkdir ki, millətin hər bir üzvü ortaq dəyərləri(digər millətlərdəkilərdən fərqlənən miflər, xatirələr, simvollar və ənənələr) paylaşırlar. Üçüncü olaraq bu millətlər özünəxas rituallar, mərasimlər və ictimai idarəçilik qanunlarının daxil olduğu ictimai milli irs; bu milləti başqasından fərqləndirən siyasi kültür simvolları, bayraqlar, marşlar, ştamplar, sikkələr və sair yaradıblar. Və nəhayət, üzvlər – burada nəzərə alınmalıdır ki, bütün üzvlər yox –  ümumi adətlərə və qanunlara riayət etməyə meyillidirlər.

İndi bu mübahisəli suala aparır: hər bir millətin öz dövləti varmı və ya olmalıdırmı. Və araşdıranda aydın olur ki, bəzi millətlərin – Kataloniya və Şotlandiya buna misal ola bilər – dövlətləri yoxdur. Əksər əhali öz dövlətlərinin olmağını istəsə də, bəziləri istəmir. Beləliklə, mən düşünürəm ki, dövlətin olmağı reallığı bir tərəfə, bu arzunun açıqlamasını da yazmazdım. Əlbəttə əslində milli dövlət nadir hallarda olur; “milli dövlət” dövlətdə tək milli irs anlamına gəlir. Adətən belə bir dövlət olmur, biri əsas olmaqla çox milli irsli dövlətlər olur ki, belə dövlət çoxetnikli dövlət adlanır. Təcrübi şəkildə, çox müxtəlif çeşidlər var. Belə ki, millət və dövlət arasındakı əlaqə qarışıq bir sualdır. Tarixi praktikada qəbul olunmuş faktlara əsasən, əksər millətçilərin öz dövlətlərinin olmağını istəsə də, mən millət anlayışını dövlətdən ayrı saxlamağın tərəfdarıyam. Hansı ki, Veber deyir ki, “millət prestij toplumudur, öz dövlətini sahib olmağa məqsədlənib” amma təcrübə göstərir ki, belə olmaya da bilər.

Bu mübahisəli sualdır, amma mən bəzi məsələlərə görə qeyd etmişəm ki, biz sualları tamam ayırmalıyıq (belə düşünən başqalarının olduğuna əminəm). Mən üzvlər qanunlara tabe olur deyəndə Kataloniya və Şotlandiyadakı kimi muxtariyyətləri olan, amma hələ də öz müstəqil dövlətləri olmayan toplumların qanunları ola biləcəyini nəzərdə tuturam. Beləliklə milləti açıqlamaq istərdim. O, bu sahədə ən çətin və debata ən çox daxil olan düşüncədir. Biri həmişə baxır ki, onun öz açıqlaması müxtəlif təcrübi məsələlərə uyğundurmu və ya düzəldilə, inkişaf etdirilə bilərmi. Burda mən millətdə həqiqət yoxdu, o sadəcə tutarsız metaforadır, və millətçilik real, millət isə sadəcə iddiadır, deyənlərdən fərqlənirəm. Hal-hazırda bu fikirlər bəzi elm adamlarının mövqeyini əks etdirir. Mən bununla razı deyiləm; mən düşünürəm ki, millətlərin güclü təsiri var, kollektivlik öz meyilliliklərindən, fikirlərindən, hislərindən azad üzvlərə təsiri olan millətdir. Əlbəttə ki, bu dövlətlə bağlıdır.

Millətçiliklə etniklik arasındakı əlaqə nədən ibarətdir?

Daha bir mübahisəli mövzu! Əslində mən millətçiliyi araşdıranda “etnik ucqarlıq” (Etnos və millətin tamam ayrı anlayışlar olmasını ifadə edən termindir) baxımından düşünməmişdim. Davam edəndə ağlıma gəldi ki, biz millətçilik araşdırmalarını etniklik araşdırmalarından ayıra bilmərik. Etnik qruplar formalaşdıran millətlər, millətə dönüşməyə çalışan millətçilər və bəlkə də öz dövlətləri olan təməl toplumlardır. Etnikliyin müxtəlif dərəcələri var. Əvvəlcə etnik kateqoriyalar haqqında danışa bilərik; bu xüsusi dialektləri, ənənələri və məkanı paylaşan, amma ümumi dialekti olan, ancaq birliyi olmayan eyni vadinin sakinləri misalında aralarındakı hər hansı bağlantını qəbul etməyən toplam əhali deməkdir. Onlar həmçinin şəhər-dövlətlərə də bölünə bilərlər: Finikiyalılar antik dönəmlərdə şəhər-dövlətlərə bölünmüşdülər, onlar eyni dildə danışırdılar, eyni milli irsi adətləri olsa da, birlikləri yox idi; doğrusu, bir-birləri ilə döyüşürdülər. Eyni şeyləri yunan şəhər-dövlətləri haqqında da demək olar. Baxmayaraq ki, onların Olimpiya oyunları, Ümumi Allahları, ümumi Homer poemaları və sair olduğuna görə biz orada böyük birlik görürük.

Növbəti addım etnik assosiasiyadır. Burada müxtəlif qrupların üzvləri iqtisadi, siyasi və xüsusilə milli irs baxımından qədim Şumerlərin ümumi dini mərkəzləri olması misalında dini baxımdan bir-biri ilə bağlı olan müxtəlif təşkilatlar yaratmaq üçün etnik kateqoriyalarda toplanırlar. Növbəti mərhələ isə yenidən etnik toplumdur. Burda toplam əhali bir araya gəlir və özləri haqqında tək toplum kimi düşünürlər, onların tək qanunları, ümumi institutları ola bilər, amma ümumi mifləri, tarixləri və simvolları paylaşırlar, onların ümumi əraziyə bağlılıqları var və onlar özlərini ayrı hiss edirlər: özləri və digərləri arasında sərhəd var.

Etniklik öz müxtəlif formalarında millətlərin özülü sayıla bilər. Millətçilər tərəfindən çağdaş millətlərin yaradılması istənəndə etnik kateqoriyalar, etnik assosiasiyalar və xüsusilə etnik toplumlar yaradırlar. Və onlar nə edirlər? Onlar fərqli ictimai milli irsi inkişaf elətdirir, qanun və ənənələri tənzimləyirlər, ədəbiyyat, musiqi və sair vasitəsilə mifləri və tarixi standartlaşdırırlar və inzibati sərhədləri qoruyurlar. İnzibati və siyasi cəhətdən isə ideya Fransanın “təbii sərhədləri”ndəki Burjua İnqilabi zamanı ortaya çıxdı. O “Millətlərin Etnik Kökü”ndə arqument idi, hər biri olmasa da, əksər çağdaş millətlər qədim etnik bağlara dayanırlar, ya da zəif formada bir sıra başqa kateqoriyalar içindən seçilən etnik kateqoriyalar millətlər üçün etnik əsaslara, etnik assosiasiyalara və ya etnik toplumlara çevrilir. Əgər dünyada  belə birləşmələr olmasaydı, mən düşünmürəm ki, millətlər və millətçilik olardı.

Düşünürəm ki, o daha çox neqativ arqumentdir. Mən qətiyyən hər etnik toplumun millət olduğunu iddia etmirəm. Əksər etnik toplumlar yavaş-yavaş dağılıblar; misal üçün frizlər, indi friz milləti yoxdur. Millətlər üçün təməl ola bilməmiş bir çox etnik qruplar var. Sadəcə bəziləri seçilmişlərdir. Niyə bunların millətçilər tərəfindən seçilməyi çox maraqlı araşdırmadır. Çoxlu xarici faktorların rolu var: xarici müharibələr, miqrasiyalar, dini hərakatlar; bunlar ənənəvi təşkilat və ənənəvi praktikaların bölünməsinə gətirib çıxaran faktorlardır və millətləri yaratmaq üçün normal vasitə olan ziyaların yaradılması prosesi başlayır. Qərbdə o bir qədər fərqli oldu, milləti krallar, din xadimləri və bürokratlar yaratdı. İngilislər və şimali fransızlar İngiltərə və Fransa krallıqlarının dayağı idilər.

Bu mürəkkəb sualdır və etnikliyin və ya etnik toplumun millət olması barədə qərara gəlmək üçün çox çətindir, amma mənə belə gəlir ki, özünəxas ümumi milli irs, qanunlar və ənənələr yaratmaq üçün, milli irs miras və sərhədlərini standartlaşdırmaq üçün sabit hərakat olanda millətçilik meydana çıxır və bu millətləşməyə keçid dövrümüz olur.

Siz Millətçilikdən və İncəsənət Tarixindən dərəcə almısız. Bu iki təhsil sahəsi arasındakı əlaqəni harada görürsünüz?

Həqiqətən mənim son kitabım bunu açıqlamağa çalışdı. Xüsusilə qərbdə modern millətlərin artımı – qədimdə və ya dünyanın başqa yerlərində (məsələn, Uzaq Şərqdə) millətlərin olması haqqında debat olduğuna görə bunu vurğulamaq istəyirəm – millətçilərin qurmaq istədikləri toplumların qanuniləşdirilməsi və anlaşılması üçün çalışmış neo-klassizm və romantizm artistik hərakatları ilə üst-üstə düşdü.

Müasir millətçilik 18-ci əsrdə yüksəldi. Beləliklə bizim “rəssamlıq tarixi” və “heykəltaraşlıq tarixi” adlandırdığımız dövr oldu və əlaqə təsadüfi deyildi. Mənə görə, situasiyada ən vacib elementlərdən biri gerçəklik cərəyanına yeni maraq idi. O, Russonun təbiətə dönmək, sadə həyat sürmək, həyasız şəhər mədəniyyətini tərk etmək ideyasından gəlir və bu getdikcə səmimilik və gerçəklik sayılan  ideyaya dönüşdü. Əlbəttə bu şeylər öncədən olub, biz təkcə Poloniusun Laertesə nə dediyini xatırlamalıyıq: “özünə qarşı dürüst ol”. Amma 18-ci əsrdə bu elmi, milli irsi və siyasi fəaliyyətin obyekti oldu, milləti  sadəcə sərhədlərlə bir araya gələn qədim qrup mənasında yox, gerçəklik, “həqiqilik” mənasına gətirməyə çalışırdı.

Əlbəttə bu həm millətçilər arasında, həm də millətçilər və digərləri arasındakı debatın mövzusudur; və insanların gerçəklik ideyası ilə maraqlanmadıqlarından bəri o hələ də debata məruz qalır. Amma buna baxmayaraq, o 18-ci əsrin ortalarından 20-ci əsrə qədər diqqət çəkəcək dərəcədə vacib rol oynayıb. Bizim həyatda tapmalı olduğumuz gerçək ideya bütün fəaliyyətlərə təsir edib; məsələn, biz Şeksprin tamaşalarını onun dövründəki kimi oynamaq istəyirik və ya Baxın musiqisini Baxın vaxtındakı kimi, başqa sözlə həqiqi kostyumlar, dövr alətləri və sair. Biz gerçəklik üçün bu istəyi hər cür yolda tapırıq, hətta ayaqüstü yeməklərdənsə (fast food) “gerçək yeməklərə” üstünlük veririk.

Beləliklə o bir tərəfdən rəssamlarla heykəltaraşlar arasında bağlantı olur, digər tərəfdən millətçi ziyalılar millətləri inkişaf elətdirirlər. Bütün bunlardan sonra, əgər sən kəndlilərin millət üzvü olduğuna inansan, onları muxtariyyət və gerçəkliyə inandırmaq üçün yetərli olmayacaqsan və nəticədə onlar üçün bunun mənası çox az olacaq. Amma əgər sən görüntülər, heykəltaraşlıq nümunələri və ya musiqi şəklində qoysan daha çox təsirli, qəbuledilən və çox açıq olacaq. Və bu rəssamların ortaya çıxdığı vaxtdır. Onlar millət ideyası tərəfindən cəzb olundu. Onlar öz talantlarından istifadə etmək üçün uyğun yer tapdılar, xüsusilə də, əgər millət dövlətə sahib oldusa və dövlət rəssamlara səlahiyyət verdisə. Beləliklə mən düşünürəm ki, sənətlər, rəssamlar və müasir millətçiliyin inkişafı arasında çoxlu bağlantılar var. İndi bunun başqa yerdə, müasir zamanda və ya qədim dövrlərdə düz olması araşdırma mövzusudur.

Soyqırımda millətçiliyin rolu nədir?

Bu da həmçinin mübahisəli mövzu olub. Dünyadakı millətçiliklərin əksəriyyəti eləcə də, mən araşdırmalarıma başlayanda 200 millətçi hərakat saydım ki, soyqırıma yol açmayıb. Və mən düşünürəm ki, biz bunu ağlımızda tutmalıyıq. Bəziləri etdi; ən azından bəziləri “gerçək” millətin hissəsi olmadığını saydıqlarına soyqırım yaşatdı. Bu millətçiliyin rolu olduğu yerdir. Başqa sözlə, bəlkə də vacibdir, amma yetərli vəziyyət deyil; soyqırım ən yüksək mərhələsinə çatmazdan öncə  çoxlu digər faktorlar müdaxilə etməlidir.

Bəlkə də milli dövlətlərin artaraq bütün dünyada mövcud olması və əvvəllər qapalı sərhədli və başqa yerə asanlıqla keçə bilmədiyin milli dövlətlərdə olduğu kimi soyqırım ehtimalı yaratdı. Müstəmləkə soyqırımları oldu: Namibiyada almanlar və Avtsraliyada britaniyalıların aborigenlərə etdikləri və Türkiyədəki erməni soyqırımı. Amma bir soyqırım onların hamısını önəmsizləşdirir və mövzuya böyük əhəmiyyətlilik verir: Nasistlər tərəfindən yəhudilərə qarşı edilən Holokost və qətliam. Ancaq sonra oxşar qətliamlar Ruandada və əlbəttə Kambocada baş verdi.

Beləliklə mən deyərdim ki, millətçilik soyqırıma yol açılmasında rol oynayır və milli dövlətlərin sisteminin qurulmasında onun rolu ilə soyqırımın baş verməsi mümkün olur. 19-cu əsrdə Holokostdan öncə yəhudilərin və ya başqa kimsələrin ölməsinə yol açmayan çoxlu alman millətçiliyi var idi. Əlbəttə ki, digər faktor isə öz qəddar fəaliyyətlərini Nacht und Nebel (Nazilərin dediyi kimi – gecə və duman) maskası altında zülmə yol açan müharibədir.

Millətçilik fikri Avropa Birliyində dövlət suverenliyi anlayışının dəyişməsi ilə necə dəyişilə bilər?

Siz millətçiliyin yerini aldığı, tamamən milli irsi fenomenə çevrildiyi və ya bəzi insanların dediyi kimi öz iti dişlərindən imtina etdiyi ideya haqqında danışırsınız. Maraqlıdır ki, millətçiliyin atalarından biri olan Herder siyasi millətçiliyi təxmin etməmişdi, qabaqcadan görməmişdi. Onunku milli irsi millətçilik idi və toplumu dövlətdən ayırmaq istəyən çoxlu milli irsi millətçilər olub. Bu nəzəri cəhətdən mümkün olsa da, praktikada çox yaxşı işləmir. Milli irsi naturalistlər üçün meyillilik onların özlərini siyasi millətçilərə çevirdi. Bu onların öz istəyi ilə olmaya bilər, onlar bu mövqeyə başqaları tərəfindən məcbur edilə bilərlər: biz ancien regimes – in  (sosial, siyasi sistem və çağdaş sistemlə əvəzlənən köhnə sistem), müstəmləkəçi güclərin, imperial güclərin rolunu unutmamalıyıq.

Digər yol isə AB-in ən yaxşı nümunə olduğu millətçiliyin geniş birliklər tərəfindən əvəzlənməsidir. Bu da həmçinin AB-in öz-özlüyündə böyük mənada millətçilik olduğu, sərhədlərlə 1 Avropa ərazisi yaradılması istəyi, ümumi simvollar, ortaq miflər və xatirələr (xatirələrin yaxşı olmadığını əlavə etməliyəm) ümumi ictimai qınaq, mərasimlər və rituallar, AB himni, bayrağı və sair ilə qətiliklə milli bağlılıqları dəyişmək üçün cəhdlər olduğu deyilən problemli nümunədir. Amma özünün yeni və çox böyük millətçilik yaratmağı riski var.

Düşünürəm ki, faktorlardan birinin millətçiliyi məşhur eləməyini və AB-nin sahiblənməsi aydın olmayan “gerçəklik” ideyası ilə bağlı olmağını demək ədalətli olar. İndi onların Avropa tolumunda iştirak dərəcələri çox aşağıdır, düşünürəm ki, hamı bunu – demokratik defisiti (kəsri) qəbul etməlidir. Və şübhə yoxdur ki, hər nə qədər öz şəklin dəyişsə də millətçilik əslində böyük demokratiya istəyinə bağlı olan çağdaş dünyada ortaya çıxdı: antik rejimi devirmək, simvolik hökümət, parlamentli hökümət, insanlara, onların milli irsinə müraciət. Bu müharibədən sonrakı Avropada baş vermədi. Hətta bunu kompensasiya etməyə məqsədlənən Avropa Parlamenti Avropa milli dövlətlərinin üzvlərinə heçnə xatırlatmadı. “Avropa” elitanın idarə etdiyi bir layihə kimi başa düşülür.

Mən onun bu cür olmağının vacibliyini bilmirəm. O Avropanın qurulmasının Fransa və İngiltərə kimi müstəqil Avropa dövlətlərinin kralları və nazirləri şəklində iyerarxik struktur olmasını israr edən təsisçilərin – Con Monnet və başqaları – niyyətlərindən, məqsədlərindən qaynaqlandı – işlədi amma işləməyi üçün 100 illər lazım oldu. O dövlətə, imperiyalara – Romanovlar imperiyasına, Habsburq imperiyasına, Osmanlı imperiyasına  qarşı olan milli dövlətlərin peyda olduğu Avropanın digər yerlərində işləmədi. Bunlar xalqın milli irsinə maraq oyatmaq üçün üsyanlara başçılıq edən ziyalılar idi.

Digər yol isə, güclər əleyhinə AB elitalarının haqqında düşünmək istəmədiyi xalq üsyanıdır. Beləliklə, mən üstün millətçilik və milli dövlət sisteminin mümkünlüyündən bir qədər şübhəliyəm. Əlbəttə kosmopolitanizmin qlobal mədəniyyətin yüksəlişi kimi başqa imkanlar da var. Qərbdə digər kültürlər üçün böyük tolerantlıq var. İngiltərə, Fransa və ya Birləşmiş Ştatlarda bu ölkələrdə əsrlərdən bəri peyda olan millətin xüsusi kimliyinin yerini alan kosmopolitanizm dənizində boğduğumuz ideyanın çoxlu tərəfdarları olduğu görünmür. O bunu sosial əsaslarsız ən yaxşı məqsədlərlə təlqin edən bəzi ziyalılara xasdır.

Sizin kitabınız, “Seçilmiş insanlar: Milli kimliyin müqəddəs qaynaqları” müqəddəs inamın çağdaş müasir kimliyə mərkəz olduğunu deyir. Bu yanaşma Ərəb-İsrail münaqişəsinə və sülh danışıqlarına necə kömək ola bilər?

Onların dünya iqtisadiyyatındakı rollarının müqəddəsliyinə hər iki xalqın dərin və gerçək inamının olması baxımından onun uyğun olduğunu düşünürəm. Bir səbəb onun dünya dini olan İslam tərəfindən dəstəklənməsidir, Quran ərəb dilində yazıldığından və ərəblər özlərinin başqa ölkələrə İslam etiqadının daşıyıcıları kimi tarixi rolları baxımından İslam dünyasının liderləridir. “Seçilmişlik” və Tanrı ilə, Allahla andlaşma fələstinlilər də daxil olmaqla ərəblərin inamlarını dəstəkləyir. Onlar indi İsrail olan ərazini qaytarmağı və Ərəb-İslam mülkü etməyi iddia edirlər.

Digər tərəfdən, “seçilmişlik” anlayışına öncüllük edən və onu heç vaxt tərk etməyən yəhudilər. Bəli, əlbəttə, biz dünyəvi yəhudilərlə də qarşılaşırıq, biz onların seçilmişlər ideyasına lağ etdiklərini görəcəyik.  Lakin buna baxmayaraq, onlar onu xoşlayır ya yox, bu onların məqsədləridi ya yox, bu dərin “seçilmişlik”, ayrı olmaq, Tanrının istəyi ilə seçilmiş olmaq ənənəsi və ya tarixdə fərqli inkişaf yolunun olması çağdaş İsrail üçün güclü özül oldu. İctimai mərasimlərin, ritualların əksəriyyəti, tarixdə yəhudilərin yeri haqqındakı gündəlik fərziyyələr və dünyada və yəhudi tarixində İsrailin yeri bu ideyaya əsaslanır. Və əlbəttə bu əsas faktordur – qədərin dünyada yalnız bu ərazidə işləyə bildiyinə inanılır. Bir zarafatda deyilir ki, Musa səhv etdi, o İsveçrəyə getməli idi! Amma o yəhudilərin toplaşdığı yerə, Fələstinə gəldi: Uqandaya və ya Keniyaya yox, İsrail ərazisinə və ya Fələstinə. Təəssüflə deyirəm ki, bu kimi məsələlər iki millətçilik arasındakı mübahisənin diqqət nöqtəsi olub. Bu millətçiliklərdə müqəddəs inanclar, vətəndaşların müqəddəs topluluğuna olan inamlar  bu ideyanı daha da qızışdırır.

Mən qorxuram ki, konfliktin həlli məsələsində bu faktorlar pessimist bir baxışa gətirib çıxaracaq, çünki insanlar demək olar ki, hazır deyillər, xüsusilə onların milli kimliklərindən gələn təməl yanaşmaları, ənənələri tərk etmək üçün zaman qısadır. Bunlar oxşar kimliklər olduğuna görə sual belə qoymalıdırlar ki, əgər mən onu (sualı) bu cür qoysam onlar bir-birlərinə zərər vermək əvəzinə anlaşmanı necə əldə edə bilərlər. İsraildə olan sol qrupu bunu etmək istəyir, amma o nisbətən kiçikdir və onu qəbul etməyən böyük və səs-küylü dini azlıq var. Ərəb tərəfdə də həmçinin, hətta onların kiçik azlığı bu ideyanı diqqətə ala bilər, amma onların böyük heyyəti Tanrıvergili kimliyini tərk etmək istəmir. Beləliklə, mən şanslar barədə çox pessimistəm. Baxmayaraq ki, həmişə oyuna daxil olan xarici faktorlar var:  modus vivendi – yə (fərqli fikirləri olan insanların bir yerdə yaşamasını və işləməsini qəbul edən tərtibat) sürükləyən Amerika təsiri, dünyanın vəziyyəti, iqtisadiyyat və sair.

Millətçiliyin gənc araşdırmaçılarına ən vacib məsləhət olaraq nəyi verərdiniz?

Məsləhətin birinci hissəsi bu sahədəki təməl nəzəriyyələri və debatları oxumadır, çünki bunsuz yarı-sahələrə baş vurmaq bütün sahənin təhrifedilmiş şəklini verəcək və anlamada dayazlığa səbəb olacaq. İkincisi, araşdırma üçün yarı-sahə seçəndə geniş debatların araşdırılması ilə bağlantılı olması və hətta dar əraziyə belə diqqət edəndə mövzunun geniş görünümünü saxlamaq vacibdir. Üçüncü, dəyərlər baxımından mənə görə milli irsi fərqliliyin vacibliyinin idrakı və qəbul edilməsi çox vacibdir. Əgər araşdırmaçı xüsusi milli qruplara cəlb olunubsa, özünü başqasının millətçi görüşündə görməyə cəhd etməyi çox çətin şeydir. Mən Hobsbamın “millətçi bir şəxs bu mövzunu öyrədə bilməz” məsləhətini qəbul etmirəm. Başqasının kimliyini və millətçilik hissini görə və hiss edə bilməyən insan bu fənni, mövzunu öyrədə bilməz.

Beləliklə, tarixi situasiyada olmaq, geniş debatlara bağlılıq və başqasının millətçiliyini başa düşmək: bunlar gənc araşdırmaçılara israrla tövsiyyə etdiyim üç şeydir. Şübhəsiz ki, düşünmək üçün digər şeylər də vacib ola bilər amma bunlar millətlər və millətçilik mövzusunun olmazsa olmazıdır. çox araşdırma tələb edən sahəsidir.

*Bu müsahibə Aleks Stark tərəfindən aparıldı. Aleks saytın xüsusi redaktoru və İR-nin redaktor heyyətinin direktorudur. O, Corctaun Universitetində Beynəlxalq Əlaqələr üzrə Fəlsəfə Doktorluğuna namizəddir.