Benedikt Anderson deyir, “mən bəlkə də millətçiliyin pis olduğunu düşünməyən və onun haqqında yazan yeganə yazaram”. 1983-cü ildə Nyu York, Kornell Universitetindən professor kimi millətçilik barədə ən çox oxunan kitablardan birini, “Xəyali toplumlar: Milliyətçiliyin kökləri və yayılması” əsərini  yazdı. Əlavə olaraq onun Stavangerdə, beynəlxalq ədəbiyyat festivalı olan Kapitteldə 30 dəqiqəlik intervyusu olmuşdur.

Andersonun kitabındakı əsas məsələlərdən biri millətlərin xəyali toplum olmasıdır. Xəyali, çünki heç vaxt – hətta ən balaca millətlərdə belə kimsə millətin bütün üzvlərini tanıya bilməz. Millət utopik toplumdur. Andersona görə millət toplumun varlığı üçün çağdaş kommunikasiya ( kitab, telefon, radio və TV ) daha önəmlidir. Yoxsa başqa necə tanıyarıq bir-birimizi?

Ədəbiyyat və sərbəst niqt festivalı, Kapittel 05, üçün millət əsas mövzu idi. Debatda irəli sürülən sual bu idi: hər hansı bir millətə aid olma nə deməkdir? 21-ci əsrdə hələ də milli dövlətə ehtiyac duyuruqmu? Millət, vətənpərvərlik, şovinizm və millətçilik hisləri nə qədər dərin kök salıb bizdə?

Tomas Hylland Eriksenin başçılığı altında gedən debatda Benedikt Anderson millətçiliyin yeni forması haqqında danışdı. Bütün transmillətçilik və dəyişkən kimlik danışıqlarına rəğmən millətçilik ən yaxşısıdır.

Millətçiliyin günümüzə uyğun misalı kimi miqrantların uzunməsafəli millətçiliyini götürə bilərik: ABŞ-dakı yəhudilər orta şərqdəki dövlət üçün vuruşurlar, Norveçdəki tamillər özlərinin Şri-Lankadakı dövlətləri üçün işləyirlər. Ən coşğulu sikx millətçilərinin bəziləri Avstraliya və Kanadada yerləşmişlər.

Utanc olmadan millətçilik olmaz

Onun millətçilik qavrayışındakı açar söz utancdır.  O deyir ki, sən öz ölkən üçün utanc hiss etməsən millətçi ola bilmərsən və, utanc yoluxucu ola bilər.

Benedikt Andersonun – millətçiliyin digər araşdırmacıları kimi – qarışıq yaşam təcrübəsi vardır. İngilis ana və irland ata ailəsində doğulan Benedikt Çində böyüyüb, İngilətərə və Amerikada təhsil alıb, İndoneziya və Taylandda araşdırmalar aparmışdı. 1970-ci illərin əvvəllərindən əsasən ABŞ-da yaşamışdır. “Utanc” mövzusunun dərinliyinə getsək, hansı yer üçün utanc hiss etdiyini ondan soruşmaq daha uyğun olar.

Bu onun haqqında çox düşünmədiyi sualdır. O bir qədər düşündükdən sonra cavablandırdı.

– Həyatım boyu o dəyişib, Anderson başlayır. Cavan olanda İngiltərdən utanırdım. 20 yaşım olanda və Kembric Universitetində tələbə olanda ilk dəfə siyasi olaraq maraqlanmağa başlamışdım. Mən təkəbbürlü üst təbəqədən olan kişilər tərəfindən Britaniyanın Süveyş böhranındakı ( https://en.wikipedia.org/wiki/Suez_Crisis ) (1956-cı il İsrail, Britaniya və Fransa ordularının Misirlə müharibəsi) rolunun əleyhinə nümayiş keçirən Şri-Lankalı tələbələrin döyülməsinin şahidi oldum. O məni utandırdı.

Amma bu gün İngiltərəyə belə bağlılığım yoxdur. Güclü olmasa belə bağlantım ABŞ-a və Cənub-Şərqi Asiyada təhsil aldığım yerlərədir. Cənubi Taylandda gedən şeylərə görə utanıram. Mənim İndoneziya ilə qohumluğum var lakin utanc hissini bu ölkə üçün dayandırmışam.

-Beləliklə siz bir qədər millətçisiniz – millətçilik haqqında yazdığınız kitablara rəğmən?

-Bəli, tamamilə. Millətçiliyin pis şey olduğunu fikirləşmədən onun haqqında yazan yeganə insanam. Gellner və Hobsbawm kimi araşdırmaçılar haqqında düşünsəz, onların millətçiliyə əks davranışları var. Mən həqiqətən düşünürəm ki, millətçilik cəlbedici ideologiya ola bilər. Mən onun utopik elementlərini bəyənirəm.

 

 

Millətçilik yaxşı davranışa həvəsləndirir

 –Bəziləri millətçiliyi böyük və ciddi bir şey kimi düşünür. Michael Billig “Banal Nationalism – Adi Millətçilik” (http://www.nationalismproject.org/what/billig.htm) adlanan yaxşı və məzəli bir kitab yazmışdır. O bildirir ki, millətçilik hər gün var, o nəfəs aldığımız havadadır: Bizim milli hava, milli vaxt, milli xəbər, milli yemək və sair var.

Andersona görə daha yaxşı cəmiyyətin qurulmasında millətçiliyin rolu var. O insanları daha yaxşı davranmağa vadar edir çünki onlar cəmiyyətin üzvləridirlər:

-Siz qanunlara əməl edirsiniz çünki onlar sizin qanunlardır – həmişə yox, çünki bəlkə də bəzən vergidən yayınırsınız amma normalda qanunlara əməl edirsiniz. Millətçilik yaxşı davranışa həvəsləndirir. Billigə görə millətçilik insan bədəni kimidir. Bəzəm sağlamdır, bəzən o xəstələnə, qızdırmalı ola bilər. amma normal bədən istiliyi 41 dərəcə C deyil, 36.5 dərəcə C-dir.

-1980-ci illərdə siz Xəyali Toplumları yazdınız. 2006-cı il nəşrində kitabın ön sözündə nə yazardınız?

-Bu mənim 45 yaşımda yazdığım kitabımdır. Təxminən 25 il əvvəl. Mənim bu kitabla əlaqəm atanın qızla olan əlaqəsi kimidir. Qız böyüyür və avtobus sürücüsü ilə qaçır. Mən onu az hallarda görürəm amma həqiqətən, o öz xoşbəxt yolu ilə gedir. Mən ona uğur arzulaya bilərəm, indi o başqa biri ilədir. Mən kitabda nəyi dəyişə bilərəm? Qızımı dəyişməyə cəhd edə bilərəmmi?

-Həmin vaxtdan nə dəyişdi?

-Digər şeylər içində yeni olanı, Amerikanın hegemonluğu və yeni liberalizmi və uzunməsafəli millətçilikdir. 1988-ci ildə esselər toplusu nəşr elətdirdim “Müqayisə Kabusu: millətçilik, Cənub-Şərqi Asia və dünya(http://web.archive.org/web/20040705023608/http://www.arts.cornell.edu/newsletr/spring99/spectre.htm). “Xəyali Toplumlar”da üç və ya dörd mətn toplanıb. Mən millətçilik və cəmiyyətdə baş verənlər haqqında yeni bir fikri ortaya qoymağa çalışdım.

-Bizim qlobal cəmiyyətdə millətçilik köhnəlmiş fikir deyilmi? Əksəriyyət transmilli həyat yaşayır.

Bu tamamilə mənim inanmadğım şeydir. Uzunməsafəli millətçilik, email/İnternet millətçiliyi haqqında düşünün. Mühazirəmdə sürgün edilmiş Argentina veb saytlarına baxdım. Onlar tamamilə millətçi saytlardır və ancaq Argentina haqqındadırlar. İspaniyadakı Norveç məktəbləri (http://web.archive.org/web/20040710083556/http://www.aftenposten.no/english/local/article820234.ece) haqqında düşünün, bu dəlilikdir: Bu məktəblərin yaranmasının tək səbəbi insanların uşaqların norveçli olmağı dayandıracaqları barəsindəki qorxudur. Norveç məktəbləri Norveçi İspaniyaya aparır. Bu millətçiliyin hərəkətli olması haqqında ən yaxşı sübutdur.

Millətçilik internet və mobil texnologiya ilə “savaşanda”

-Ziqmunt Bauman dəyişkən kimlik və bənzərləri haqqında danışır?

 –Bu normal önyarqıdır ki, siz yaşlı insanlar arasında tapmısınız. Onlar inanır ki, yaşlı nəsilin dəyişməz kimliyi olsa da cavanlarda bu yoxdur. Onlar inanır ki, cavanlar daha kitab oxumurlar, ancaq televizora baxırlar. Bu düzgün deyil. Dünən mən Etyen Balibarın maraqlı mühazirəsini eşitdim. O dedi ki, bugün daha az fransız almanı başa düşür nəinki mən gənc olanda. Alman kolleqam mənə oxşar bir şey dedi: Əvvəllər daha çox alman fransızca danışırdı nəinki indi. Beləliklə, burda sizin getdikcə biri-birinin dillərini başa düşmə dərəcəsini azaldan dırnaqarası kosmopolit Avropalılarınız var. Onun fikirlərinə əsasən biz biz əvvəllər olduğumuz qədər kosmopolit deyilik. Əvvəllər Fransa, Almaniya parliamentlərində “xaricilər” daha çox idi.

Görünməz qadın
Millətçiliyin tarixində çoxlu sürpriz və təsadüflərlə qarşılaşa bilərik. Millətçiliyin cəmiyyətdə digər inkişaflarla bərabər necə inkişaf edə bilməsi Benedikt Andersonu ən çox heyran qoyan şeydir. İndi millətçilik İnternet və mobil texnologiya ilə “savaş” halındadır. əvvəllər o qadın hərakatları ilə “savaş” halında idi. Millətçiliyin inkişafındakı qadın rolu tamamilə əhəmiyyətsiz mövzu idi, o deyir:

  • Mənim kitablarım məndə elə təsir yaratdı ki, sanki dünyada heç qadın yoxdur. Mən millətçilikdə qadının rolu haqqında eşitmişəm və oxumuşam amma hələ də onun haqda yazmağın bir yolunu tapmamışam deyə o etiraf edir.

Anderson “fantastik sənədlər” tapan tələbəsi haqqında danışmağa başlayır. Onlar qadınların ikili vətəndaşlığın (https://en.wikipedia.org/wiki/Multiple_citizenship )  qurulması arxasındakı enerji olduğunu göstərdilər.

– 1919-cu ildə ABŞ-da qadınlar səs vermə hüququna malik oldular və onlar torpaq sahibi oldular. Onlar əvvəllər heç vaxt olmadıqları vətəndaş oldular. Çox keçmədən sual gəldi ki, qadın başqa millətdən olan kişi ilə evlənsə nə baş verərdi, o öz əri üçün az önəmli biri olardımı? Millətlər Liqası (https://en.wikipedia.org/wiki/League_of_Nations) sonunda qərara gəldi ki, belə qadınların ikili vətəndaşlıq alması ən yaxşı həll yolu ola bilər. İlk əvvəl, bu qadınlar üçün xüsusi istisna oldu amma zaman keçdikcə kişilər də ikili vətəndaşlıq istədilər və indi bəzi ölkələrdə iki pasportlu olmaq mümkündür.

– Və mən başladım sualla maraqlanmağa ki, “ İnsanlar bunun haqda necə düşünür? İki (qanuni) passportu olmaq necə hiss elətdirir? Bu araşdırılmamış sahədir! Norveçli qadınla Argentinalı kişinin evliliyi haqda düşünün. Uşaqlar təzyiq altında olacaqlar: onlar öz valideynlərini sevəcəklər və hər ikisinin olmasını arzu edəcəklər amma bu sadəcə arzu olaraq qalacaq.

-Bu süni problem deyil? Bu ona görə problem edilir ki, sadəcə bəzi insanlar düşünə bilmirlər ki, birdən çox ölkəyə bağlı olmaq təbii bir şeydir?

– Əlbəttə. Amma problem uşaqlarla başlayır, onlar məktəbə gedəndə digər uşaqlar Argentina ilə zarafatlaşmağa başlayırlar. Heç vaxt unutmayacağım bir təcrübə yaşamışam. Bir neçə il əvvəl illər keçdikcə əlaqələrimi genişlədəcəyim qara tələbəyə nəzarətçi idim. Bir gün o mənim ofisimə gəldi və əvvəllər heç kəsə demədiyi bir şeyi demək istədiyini dedi. İlk öncə düşündüm ki, o homoseksual olduğunu deyəcək, amma mən yanılmışdım. O anasının ağ olduğunu dedi! Onun dostları qara idi və o əmin deyildi ki, dostları onun anasının ağ olduğunu öyrənsə nə baş verəcək. O anasının universitetə gəlməyinə ilk dəfə son zəng günü icazə vermişdi. Mən şokda idim ki, o bu qədər ili bunu gizlətməyə məcbur olub.Bu Amerika cəmiyyəti haqqında çox şey deyir…

– Bu Amerika cəmiyyəti haqqında çox şey deyir…

-Və bu bizə valideynlərdən birini qəbul etməmə ideyasını verir.

-Kompüterdə oturan norveçlilər haqqında bir neçə son söz?

-Bu bəlkə də sentimental səslənir amma mən burda Stavangerdə qara oğlanın başqa norveçli uşaqlarla oynamağını gördüm. Çox xoşbəxt idim. Qırmayın onun ürəyini!

 

 

 

Müsahibə aldı Lorenz Khazaleh