Abstrakt

Araşdırma Azərbaycanda sosial şəbəkədə millətçilik təbliğatının konturlarını ortaya çıxarmağa çalışır. Təbliğ olunan millətçiliyin ədəbiyyatdakı nəzəriyyə və mübahisələr baxımından hansı nöqtədə dayandığı, etnik-kültürəl, yoxsa sivil millətçiliyin geniş yayıldığı, istifadə olunan diskurs və bunun əsasları tədqiqatın cavab verməyə çalışdığı suallar arasındadır. Bu suallara cavab vermək üçün sosial şəbəkədə fəaliyyət göstərən on iki səhifədən data yığılaraq başlıca mənbə kimi istifadə olundu və əldə olunan data ədəbiyyatdakı nəzəriyyə, həmçinin Azərbaycandakı millətçiliyin fəaliyyət və tarixi konteksti vasitəsilə analiz olundu. Nəticədə təbliğ olunan millətçiliyin etnik-kültürəl əsaslı olduğu, bununla birgə sivil millətçiliyin də əsasən tarixi və siyasi proseslərdən təsirləndiyi və istifadə olunan diskurs da həmin çərçivə daxilində formalaşdığı meydana çıxdı. Nəzəri əsaslandırmalara uymayan əlavə bir praktiki millətçilik kateqoriyası da müəyyən olunaraq analiz edildi.

Məqaləni aşağıdakı keçiddən istifadə edərək yükləyə bilərsiniz:

PDF yükləyin

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər