Baskın Oranın müəllifi olduğu “Az inkişaf etmiş ölkə millətçiliyi” əsəri millətçilyin inkişaf yolları baxımından Qərbi Avropa və digər coğrafiyalardakı, xüsusən inkişaf baxımından geridə qalmış cəmiyyətlərdəki xüsusiyyətləri müqayisə edərək fərqli bir perspektiv ortaya qoymağa çalışır. Bu yazıda həmin kitabdan dördüncü bölmənin tərcüməsi paylaşılır. Onu da qeyd edək ki, kitabın digər bölmələrindən ibarət parçalar daha öncə də paylaşılıb.

Dördüncü Bölüm

Qara Afrika Millətçiliyinin Problemləri

I – İmperializmin Mirası Problemi

İlkəl torpaqlar üçün mübarizə aparmaq istəyən Avropa ölkələri Qara Qitəni öz aralarında 1884-85 Berlin və 1890 Brüssel Konfranslarında paylaşdılar. Bu paylaşımın nəticəsində yeni müstəmləkələr əldə etmə məsələsi faktiki işğal prinsipinə bağlandı və hər dövlətində əlində tutduğu müstəmləkə torpaqlarının sərhədləri müəyyən olundu. Bu müəyyənləşdirmə zamanında avropa dövlətləri etnik qruplara və eyni dili danışan ya da bir-birinə qohum olan xalqlara diqqət etmədilər. Tək ölçü olaraq faktiki durumu və öz mənfəətlərini düşündülər. Beləcə çox fərqli etnik qruplar eyni müstəmləkə torpağı sərhədləri içində bir araya gələ bildiyi kimi, eyni qəbilənin insanları da müxtəlif dövlətlərə aid müstəmləkə torpaqları arasında dağıla bildi.

Üstəlik, Afrika cəmiyyətinin strukturunun 1820-1840-ci illər arasında böyük dövlət qurmağa istiqamətlənməsinin o zamanlar qarşısını almış avropalı müstəmləkəçi bu süni sərhədləri müstəqillik verdiyi gənc ölkələrə bir çox vəziyyətdə daha da bölərək təslim etdi.

Əslində öz müqəddəratını təyin etmə ancaq Avropa ölkələrində deyil, daha öncə bir çox vəziyyətdə həll edilməsi çətin olan nəticələr yaratmış bir prinsipdir. Öz müqəddəratını təyin etmə XVIII yüzillikdə hökümətlərin qanuniliklərini idarə edilənlərin iradələrindən aldığı fikri formasında meydana çıxmış, sonradan XIX və XX yüzilliklərdə insanın milli heyvan olduğu, bu səbəblə dəstəkləyəcəyi hökümətin öz millətini təmsil edən hökümət olması lazım olduğu təklifinə dönüşmüşdür. Beləcə öz müqəddəratını təyin etmə prinsipi hər konkret vəziyyətdə yenidən şərh edilən və fərqli tətbiqetmələrə səhnə olan bir prinsip halında gəlmişdir. Bir millətə siyasi müstəqilliyin verilib-verilməyəcəyi qlobal olaraq tətbiq edilə bilən maddi (fəlsəfi anlamda) qaydalara görə deyil, ortaya çıxdığı zaman müstəqil olaraq araşdırılacaq olan hər hadisənin gerçəkləri bir ölçü olduqda, məsələn, bir Polşa və Bohemiya müstəqil ola biləcək vəziyyətdə sayılmaqda, fəqət müstəmləkələrin ağdərili olmayan xalqları üçün bir xüsusiyyət olmamaqdadır.

İmperializm Afrikadan çəkilərkən yalnız pis bir miras deyil, eyni zamanda öz ənənələrini sürdürəcək bir qrup mirasçılar da qoydu. Bunlar ağdərili azlıqlar tərəfindən irqçi bir siyasi kursla idarə edilən Cənubi Afrika Respublikası və Cənubi Rodeziya ilə Portuqaliyanın hələ müstəqilliyini tanımamaqda dirəndiyi Qvineya (Bissau), Kabo Verde, Mozambik və Anqola kimi “qurtulmamış torpaqlar”dır.

1910-cu ildən bəri dominion statusunda olan Cənubi Afrika Birliyi 1961-ci ildə respublika olaraq müstəqilliyini elan etdiyi zaman uzun müddətdir ona qarşı edilən irqi ayrım siyasətini rəsmi doktrin halına gətirmə fürsəti də əldə etdi. Onun arxasından yenə köhnə ingilis müstəmləkəsi Cənubi Rodeziya, İan Smit idarəsində təktərəfli olaraq müstəqilliyini 1970-ci ilin Martında elan edərək CAR-dakı ağdərili koloniyaların Qara Afrikada yalnız olmadığını göstərdi.

Bu ağdərili idarəçilər “dünyanın porsuğu” deyə anılan Portuqaliya xaricində heç bir dövlətin açıq dəstəyini almadılar, amma xüsusilə Cənubi Afrika qitənin iqtisadi baxımdan ən bol ölkəsi olması baxımından həm Cənubi Rodeziyaya təzyiq edilməsinin qarşısını almaqda, həm də öz beynəlxalq trestlərin önəmli bir gəlir ərazisi olması baxımından böyük kapitalist ölkələrin ən azından gizli dəstəyini davamlı olaraq təmin edə bilməkdədir.

Ağdərililərin irqçi idarəsindəki ölkələr xaricində Afrikada imperializmin əsl qalıntısı xüsusiyyətini daşımalı olan bir qrup bölgələr daha var. İndi dördü böyük, altısı kiçik olmaqla on ədəd olan bu torpaq parçaları Portuqaliya, İspaniya və Fransa idarəsində olub, Afrikanın sahəsinin 4, əhalisinin də 6 faizini meydana gətirməkdədir. Qeyd olunan müstəmləkəçi dövlətlərdən bu gün bir Portuqaliya qalmışdır. … 1970-ci ilin iyununda Romada toplanan “Portuqaliya Müstəmləkələri Xalqlarına Dəstək üçün Beynəlxalq Konfrans”ın qurduğu hüquq komissiyasının hesabatında Portuqaliya dominantlığının öz müqəddəratını təyin etməyə maneə olduğu üçün qeyri-qanuni olduğu, bu prinsipi gerçəkləşdirmənin tək yolu olan silahlı dirənmənin isə qanuni olduğu, əllərində faktiki nəzarət altında olan bölgələr olan bu gerillaların beynəlxalq hüququn obyekti, davam etdirdikləri mübarizənin də beynəlxalq bir mübarizə sayılması lazım olacağı irəli sürülmüşdür.

Portuqaliyanın arxalandığı iki element vardır: Bunlardan biri, yuxarıda bəhs olunan iqrçi ağdərili idarələrdir. İkinci və əsas önəmli dayaq isə NATO təşkilatı və bir qrup Qərb ölkələri olmaqdadır. Portuqaliya bu müstəmləkələrdə əsas iqtisadi istismarı beynəlxalq inhisarlara buraxmaqda, özü daha çox kənd təsərrüfatı ilə yetinməkdədir. Beləcə bu müstəmləkələrin, xüsusilə yer altı zənginliklərinin istifadə edilməsini güzəştə getmək qarşılığında rejimi və müstəmləkəçiliyi səbəbindən yalnız qaldığı bir dünyada bu inhisarların mənsub olduğu böyük ölkələrin dəstəyini təmin edərək yaşamağa çalışmaqdadır.

Portuqaliya müstəmləkələri Afrikanın radikal millətçi rejimlərinə davamlı olaraq edilən hücumlara baza olması ilə ortaya çıxmaqdadır.

İkinci və bəlkə də daha önəmli bir təhlükə də Portuqaliyanın bu torpaqları hər an ağdərili koloniyaların idarəsinə buraxaraq çəkilməsi və beləcə yeni irqçi rejimlər yaradılması ehtimalıdır.

III – İdeoloji Tətbiqetmənin Meydana Gətirdiyi Nəticələr

Bir ölkədə rejim təhlükəyə girdiyi zaman bunun səbəbini rejimi təhdid edənlərdə yox, əvvəlcə rejimin özündə axtarmaq lazımdır. Çünki xaricdən müdaxilə kimi vəziyyətlər məsələ xaricində tutulduğunda toplumun ehtiyaclarına uyğunlaşan bir rejimin ciddi böhrana düşməsi mübahisə mövzusu olmamalıdır.

1960-cı illərin ilk dövrlərində nəşr olunan kitablar Afrika ölkələrinin hər hansı birində bir hərbi qiyam olmasına mümkünsüz olaraq baxırdı. Qara Afrika ölkələri müstəqilliklərini əksər Asiya ölkələri kimi ordunun savaşması ilə deyil, konstitusional inkişaf nəticəsində əldə etmişlər. Həmçinin, Qara Afrika orduları müstəmləkə dövrünün məhsuludur. Müstəmləkəçi dövlət tərəfindən qurulmuş, təlim keçilmiş, ölkə xaricində müstəmləkəçi dövlətin düşmənlərinə, ölkə içində də birbaşa afrikalı millətçilərə qarşı istifadə edilmişdir. Müstəqillik sonrasında da Afrika orduları muzdlu əsgər tipindən olmuşdur. Bir çox yerdə müstəmləkəçi dövlətin zabitləri müstəqillikdən sonra belə vəzifələrinə uzun zaman davam etmişlər. Bu səbəblərlə Afrika ordularının müstəqillik sonrasında prestiji olduqca aşağıdır. Əlavə olaraq, Afrika orduları əsgər sayı baxımından da çox kiçikdirlər. Əhalisi milyonlarla ölçülən bu yeni dövlətlərin orduları ancaq bir-iki min əsgərdən ibarətdir.

Şəhərlərin xaricindəki qışlaqlarda düşərgə həyatı keçirmələri, ordu evləri kimi qurumlardan ortaq yararlanmaları bu əsgərlərə ancaq qəbilə sədaqətləri ilə sarsıla bilən böyük bir esprit de corps, bir “institusional dirəniş” aşılamışdır. … Özlərini toplumun digər seqmentlərindən ayrı, hətta üstün görmələrinə yol açan bu “institusional dirəniş” anlayışı ordunun əlindəki maddi imkanlar və müqəddəs insan anlayışı ilə birləşdiyində bir çox baxımdan zədələnmiş olan Afrika toplumlarını özlərinin düzəldə biləcəyi fikrini əsgərlərə aşılamışdır. Bu anlayış xalqın narazılığı ilə birləşdiyində də hərbi çevrilişlər ortaya çıxmaqda gecikməmişdir.

1.5 milyonluq Toqoda 400 təqaüdçü əsgər 1963-cü ildə hökuməti devirmiş, 1966-cı ildə 50 milyonluq Nigeriyada 8000, Qanada isə 15000 əsgər çevriliş üçün bəs etmişdir.

Nigeriya-Biafra münaqişəsi də 1967-ci ildə Nigeriya dövlətinin Şərq əyalətinin ayrılmaq istəməsi ilə bir sıra qanlı toqquşmalar formasında ortaya çıxdı. Biafra adı altında bir müddət yeni bir dövlət quran İbolaları Fransa və Çin Xalq Cümhuriyyəti, Nigeriya federal dövlətini də ABŞ və SSRİ dəstəkləyincə problem birdən-birə beynəlxalq bir xüsusiyyət qazandı.

Ziya Kazımzadə

Bütün yazıları göstər