Ana səhifə / Məqalə / David Miller – Millətçilik (II Hissə)

David Miller – Millətçilik (II Hissə)

Millətçilik irrasionaldırmı?

Tənqidçiləri tərəfindən tez-tez irəli sürülən ittihamlardan biri millətçiliyin bizim ibtidai instinktlərimizin mühakimələndirmə bacarığımız üstündəki qələbəsini təmsil etməsidir. Bu ittiham iki yerə ayrılır: bir millətlə müəyyən olunduğumuz zaman qaçınılmaz olaraq millətin tarixi və spesifik xarakteristikaları kimi digər millətlərdən ayıran yanlış inamları mənimsəyirik; və yurddaşlarımızın maraqlarının əcnəbilərdən daha çox önə çəkilməsinə şərait yaradaraq hər bir insanın digərləri qədər dəyərli olduğu əxlaqi öncəliyi pozmuş oluruq. Millətçilər bu ittihamları necə dəyişdirməyə çalışırlar?

İlk addım milli kimliklərin xəyali quruluş olduqlarını qəbul etməkdir: onlar həm sözü gedən millətin tarixinin, həm də günümüzdəki üzvlərinin xarakteristikalarının selektiv şərhləridir. Xüsusi hadisələr və davranış formaları simvolik olaraq ələ alınarkən digər hadisələr yayınmalar kimi qəbul edilir və ya tamamilə gözardı edilir: bir millət öz hərbi zəfərlərini və ya yazıçı və rəssamlarının nailiyyətlərini qeyd edə bilərkən başqa utancverici məğlubiyyətləri və ya əhalisinin böyük hissəsinin zamanını televiziya və Avstraliya seriallarını izləyərək keçirdiyi kimi faktları gözardı edə bilər. Bu baxımdan, milli icmalar həyatlarına məna yükləmək üçün hadisələrin əksəriyyətini kənarda qoyaraq və ya aşağılayaraq hekayələr yaradan individual insanlar kimidirlər. Onlar bunu güvənli şəxsi kimlik duyğusunun tutarlı hekayə tələb etməsi səbəbilə edirlər və gələcəkdəki sağlam fəaliyyət özünə dəyər vermə duyğusuna bağlı olur. Eynilə millətlərdəki kimi: millətlə ifadə olunmaq nəsillər boyunca yaşayan və dəyişkən olsa da, tutarlı xarakterə sahib olan cəmiyyətlə uyğunlaşmaq mənasına gəlir. Bu həm də sənə uğrunda yaşamaq üçün nəsə yaradır. Milli tarixlər əcdadlarımızın şanlı işlərindən bəhs edərkən onların əxlaqi bir məqsədi olur. Hər iki cəhətdən, milliyyət insan təbiəti barəsindəki məşhur faktlara cavab verir: bizim həyatlarımızın insanüstü hekayə çərçivəsində yerləşdirilməsi ehtiyacı (tez-tez erkən dövrlərdəki dini inanclarla tutuşdurulur) və məntiqin soyuq əsaslandırmalarından əlavə daha çox əxlaqi ilhamlanmaq ehtiyacı.

Milli kimliklər selektiv şərhlərdən ibarət olur, bəs onların tamamilə yanlış olan inamlarla, təhriflərlə əsaslandırılmalarına ehtiyac varmı? Harada belə olursa, belə kimliklərə əxlaqi və ya siyasi olaraq şübhəli baxılmalıdır. Məsələn, bütün millətlər milli vətənin tanınmasını tələb edən və bir sıra hallarda, qonşu millətlərin rəqib tələbləriylə qarşı-qarşıya qalan ərazi iddiaları edirlər. Tarixi faktların açıq şəkildə inkar edilməsi – misal üçün, müəyyən bir ərazinin zorla ələ keçirildiyi halda, könüllü olaraq təslim edildiyi iddiası – bugünkü milli iddiaların legitim olmadığını bildirə bilər. Və yaxud siyasi elita öz hakimiyyətini konsolidasiya etmək üçün yaradılan saxtakarlıqları önə çəkə və cahil əhali də bunları fakt kimi qəbul edə bilər. Milli kimliklərin güvənli və ictimaiyyət və media üçün müzakirəyə açıq olduğu yerlərdə sadə saxtakarlıqlar həyatda qala bilmir. Bunun əvəzində, yurddaşlarımızın keçmişdə yaşatdığı utancverici halların daha açıq tanınması meydana gələ bilər – son dövrlərdə demokratik dövlətlərin yerli xalqlar və digər azlıqlara tarixi ədalətsizliklər üçün ünvanladığı üzrlərə nəzər yetirin.  Bu adətən bizim postnasional eraya girməkdə olduğumuzun işarəsi kimi qiymətləndirilir, lakin paradoksal olaraq praktikada mövcud milli kimliklərə ehtiyac duyulur: biz özümüzü eyni məkanda yaşamış olmağın qəzasından başqa bir şeylə onlarla əlaqələndirə bilmədikcə sələflərimizin etdikləri üçün necə üzr istəyə bilərik?

Açıq təhriflər uzaqlaşdırıla bilinsə belə millətin özünüdərketməsi ilə “heç bir yerdən baxış” – müstəqil müşahidəçinin gələ biləcəyi nəticə – adlandırdığımız hal arasında, böyük ehtimal, hələ də təzyiq olacaqdır. Ən azından yarı məlumatlı olsa da, müasir liberal cəmiyyətlərdəki vətəndaşlar qəlblərində milli hekayəni mənimsəyərkən başları bunların sadəcə bir qurğunun bir parçası olduğunu deyir. Bununla birlikdə, milli kimliklərin qarşıladığı ehtiyaclar realdırsa, bu artıq bütün valideynlərin eyni düşündüyünü bilsən belə, öz uşağının ən gözəl olduğu düşüncəsindən daha irrasional görünmür.

İndi isə, yurddaşlara qarşı xüsusi öhdəliklərin qəbul edilməsinin irrasional olması iddiası haqqında – əxlaqi olaraq ixtiyari bir faktın (şəxsin bu və ya digər ölkədə doğulması) həmvətənlərinə qarşı əxlaqi məsuliyyətlərin qəbul edilməsinə səbəb olması mənasında (bax Caney 2001; Pogge 2002). Kosmopolitlər hər insanın bərabər dəyərdə hesab edilməli olduğunu irəli sürürlər, buna görə də məhdud çərçivəli öhdəliklər yalnız bunun universal səviyyədə vəzifələri yerinə yetirməyin ən effektiv yolu olduğu halda əsaslandırıla bilər (Goodin 1988). Qlobal bərabərsizliyin ölçüsü və dünyadakı əksər insanların çətin şərtlər altında yaşaması nəzərə alındığında ekstensiv beynəlxalq yenidənbölgü proqramlarıyla birlikdə olmadıqca yurddaşlar arasındakı qarşılıqlı yardım institutlarına və fəaliyyətlərinə haqq qazandırıla bilməz.

Millətçilər buna cavab olaraq hər insanın eyni dəyərdə olması və hər bir nümayəndə, fərd və ya cəmiyyətin bir-birilərinə qarşı bərabər məsuliyyətləri olduğu iddiaları arasındakı məntiqi boşluğa işarə edirlər. (Miller 1998). Biz bütün insanlara müəyyən bir şeyləri borcluyuq – məsələn, onların insan haqqlarına hörmət, lakin bundan əlavə, keçmişimiz, bərabər olduğumuz ümumi adətlər, ictimai münasibətlər və s. səbəbindən bəzilərinə digərlərindən daha çox şey borclu oluruq. Və bu xüsusi bağlar bəhs olunan münasibətlərin ayrılmaz hissəsidir, misal üçün, dostluğun dayanıqlı olmasının dostlarımızın ehtiyac və maraqlarına xüsusi ağırlıq vermədən  qeyri-mümkün olması kimi (Şefler 2001). Millətçi baxış tərzi hər bir milli cəmiyyətin öz üzvlərini dəstəkləmək üçün yetərli alətlərə sahib olduğu dünya haqqındadır, bu səbəblə də qısamüddətli olaraq millətçilər və kosmopolitlər lazımi həddən aşağıda olan millətlərə yardım üçün beynəlxalq yenidənbölgü haqqında razılaşa bilərlər. Bununla belə, başlıca prinsiplər fərqlidir: kosmopolitlər öz tələblərini qlobal bərabərlik prinsipi üzərində əsaslandırarkən millətçilər yurddaşlara qarşı ayrıcalığın yalnız bunun limitli təbiətin qlobal vəzifələri ilə müşayiət edilməsi halında əsaslı olacağını irəli sürürlər. Onlar əlavə olaraq milli əlaqələrin motivasional əhəmiyyətini, həmçinin digər birlik formalarını tanıyan etikanın mücərrəd ağıl üzərində qurulan etikadan daha realist olduğunu müdafiə edirlər.

Qısa olaraq, bu bölmədə olan sualın cavabı şəxsin rasionallığı necə qavradığı ilə bağlı dəyişir. Millətçilər millətlə müəyyən olunmağın və millətin üzvlərinə qarşı xüsusi öhdəliklərin qəbul olunmasının insanların psixoloji ehtiyacları və limitlərini düzgün şəkildə nəzərə alan səbəblər işığında məntiqə uyğun ola biləcəyini qeyd edirlər.

Milli öz müqəddəratını təyin etmə və ayrılma

Real-dünya millətçiləri üçün təmsil etdiyin millətin siyasi müstəqilliyə nail olması əsas məsələlərdən biridir və bu millətçi ideologiyada özünü öz müqəddəratını təyin etmə şəklində tapmışdır. Bununla birlikdə, bir sıra fərqləndirmələr etmək gərəkdir. Herderin ənənəsindəki kültürəl millətçilərə görə, siyasi öz müqəddəratını təyin etmə yalnız bunun millətin kültürəl həyatının təbii formada inkişafına və xarici müdaxilədən mühafizəsinə şərait yaratdığı səbəbilə önəmlidir. Bir millət başqa millət tərəfindən idarə olunduqda və onun qanunlarına tabe etdirildikdə inkişaf edə bilməz. Hakim baxış kültürəl tərəqqinin pozitiv siyasi dəstəyə ehtiyac duyması barəsindədir. Xüsusilə də qlobal kommunikasiya dünyasında kültürəl subsidiyalar təmin edən, milli medianı dəstəkləyən, xarici filmlərin idxalına baryerlər yaradan dövlət tərəfindən qorunmadıqca yerli dil və digər kültürəl özəlliklər itirilə bilər və bunu da yalnız millətin vəzifələndirdiyi dövlət edə bilər. Buraya qədər milli öz müqəddəratını təyin etmə instrumental səbəblərlə dəyərləndirildi. Lakin bəzi millətçilər siyasi muxtariyyətdə  daxili dəyər görürlər. Millətlər digər dövlətlərə və ya öz üzvlərinə yönəlik olan siyasi aktlarla ifadə edilən ümumi iradəyə sahib kollektiv aktorlar kimi görülürlər. Milli özünüidarəetmə fərdi özünüidarəetmədə olduğu kimi dəyərlidir: öz şəxsiyyətini ifadə edə bilmədiyi dünyada azad şəkildə hərəkət edə bilməyən fərd kimi, siyasi müstəqillikdən məhrum olan millət də dünyada öz xüsusi izini qoya bilməz.

Son əsaslandırma etiraza açıqdır, belə ki reallıqda olmamasına baxmayaraq millətlərin ümumi iradəsinin olduğu qəbul edilir – siyasi qərarlar ən yaxşı halda çoxluğun iradəsini, ən pis halda isə xalqın adından danışdığını iddia edən elitanın iradəsini əks etdirir. Bununla belə, milli öz müqəddəratını təyin etmə barəsində daha praktiki çatışmazlıqlar da vardır. Birincisi, millətlərin siyasət yürütməyə cəhd etməsi əslində xarici iqtisadi və digər millətlərin qərarlarından yüksək dərəcədə məhdudlaşdırılmış olur, buna görə də öz müqəddəratını təyin etmə, məsələn, varlı və kasıb millətlər arasındakı neokolonial münasibətlərin üstünü örtən mif ola bilər. Digəri, dünya əhalisinin coğrafi bölgüsü, bir neçə istisnalar xaricində (məsələn, İzlandiya), dövlət sərhədlərinin milli sərhədlərə uyğun düşməyəcək şəkildə çəkilə bilinməyəcəyi mənasına gəlməkdədir. Təxminən mövcud bütün dövlətlərdə milli azlıqlar mövcuddur, buna görə də öz müqəddəratını təyin etmə hər bir millətin nümayəndələrinin öz gələcəkləri haqqında qərar verməkdə bərabər şansa malik olacaqları mənasına da gələ bilmir – üzvləri müəyyən bir dövlətə hakim olan şanslı və kürdlər və tamillər kimi digər xalq və ya xalqların milli dövlətlərində azlıq olan şanssız millətlər də mövcuddur.

Hansı şərtlər altında bu cür azlıqlara ayrılaraq öz dövlətlərini yaratmaqda haqq qazandırılır? Bu, akademik olmayan ayrılma məsələsidir, hansı ki dünyanın bir çox bölgəsində, Sovetlər İttifaqın, Balkanlar, İndoneziya, Şri Lanka və s. yerlərdə şiddətli münaqişələri alovlandırmışdır. Siyasi nəzəriyyədə, ümumi olaraq mövzu haqqında üç mövqe qeyd olunur. Ən sərt mövqedə ayrılma yalnız azlıqların hüquqları  mənsub olduqları dövlət tərəfindən tapdalandığı və ya əraziləri illegitim olaraq işğal olunduğu hallarda əsaslandırıla bilər (Buchanan 1991). Başqa sözlə, ayrılma  milli öz müqəddəratını təyin etmə qeyri-müəyyənliyinin özlüyündə ədalətsizlik sayılmadığı yerlərdə, yalnız ədalətsizlik üçün çarə kimi müdafiə edilə bilər. Bunun əksinə olaraq, ən yumşaq mövqe, hər hansı bir ərazi çoxluğunun öz torpaqlarındakı azlıqlara eyni hüquqları verməyə hazır olduğu müddətcə indi aid olduğu dövlətdən ayrılmaq haqqına sahib olmasıdır (belə ki, Kebekdə yaşayan çoxluğun müstəqillik lehinə səs vermələri halında, onların Monreal sakinlərinin majoritar qərarı ilə şəhər-dövlət olmaq və ya Kanadaya yenidən qoşulmaq haqqına hörmət göstərmələri şərtiylə Kanadadan ayrılmaqlarına icazə verilməlidir). Bu baxış ayrılma məsələsini fərdi hüquqlar baxımından ələ alır, nəinki milliyyətlə təbii əlaqə baxımından, hətta bu məsələnin praktikada daha çox yurddaşlar olan çoxluqlarla işlənilməsi böyük ehtimal olsa belə (Beran 1984).

Millətçi baxışda ayrılma məsələsi qeyd olunan iki mövqe arasında ortaq məxrəc təşkil edir. Ayrılıqçı iddialar yalnız öz müqəddəratını təyin etməni irəli sürdüyü müddətdə haqqlıdır və bu nəinki ayrıla biləcəkləri, həmçinin ayrılmadan sonra qalan dövlətdə olanların iddialarını və ayrılıqçı bölgə daxilindəki azlıq qrupların iddialarını da diqqətə alacağı təqdirdə belədir. Bu iddialara tərəfsiz yanaşılmalıdır. Milli çoxluq milli önəm daşıyan məkanların, abidələrin oğurlanması kimi, ərazisinin bir hissəsini itirməklə öz müqəddəratını təyin etmə ilə bağlı fürsətləri də azaldılmış qəbul edir. Azlıqlar orjinal, böyük dövlətin aktiv multikultural siyasəti var idisə, yeni dövlətdə öz kültürlərinə əvvəlkindən daha az hörmətlə yanaşıldığını görə bilərlər. Ayrılma, demək olar ki, həmişə kültürəl və iqtisadi olaraq qaliblər və məğlublar meydana gətirir və millətçi perspektivə görə optimal həll yolu hər bir millətə öz müqəddəratını təyin etmək üçün bərabər fürsətlərin verilməsidir.

Buna görə də, tez-tez irəli sürülən, millətçiliyin dövləti kiçik-kiçik parçalara ayırmaqla ayrılıqçıları azad etməni təşviq etdiyi iddiası yanlışdır. Millətçilərin milli özəlliklərə görə fərqli olan ərazilərdə iki strategiyalarının olduğunu yadda saxlamaq vacibdir. Birincisi, milli sərhədlərlə uyğunlaşması üçün siyasi sərhədlərin yenidən çəkilməsidir, istər bu ayrılma ilə olsun, istərsə də federal quruluşlardakı kimi azlıq millətlərə öz münasibətləri üzərində qismi idarəetmənin verilməsi kimi daha az radikal öz müqəddəratını təyin etmə yolları ilə (Kymlicka 1995, chs. 2,6,7). Digər strategiya millət-quruculuğudur (nation-building): dövlətin sərhədi daxilindəki bütün qrupları hər bir qrup tərəfindən dəstək görən kültürəl elementlərdən istifadə edərək onların paylaşa biləcəyi ümumi milli kimliyin yaradılmasına təşviq etmək (Moore 2001, ch.5). Bu günün əksər milli dövlətlərində millət-quruculuğu ənənələrinin uzun tarixi keçmişi vardır, lakin keçmişdə bu adətən çoxluğun kültürünün azlıq qruplara zorla qəbul etdirilməsi mənasına gəlirdi. Bu gün milli kimliklər demokratik vasitələrlə, komponent milliyyətlər, eləcə də ərazi cəhətdən əksiklik yaşayan etnik və digər azlıqlar arasındakı dialoqlarla yenidən formalaşdırılmalıdır.

Bu iki strategiya bir-birindən tamamilə fərqlənmir: öz müqəddəratının təyin edilməsi milli kimliyin yeni və daha əhatəli formalarının inkişaf etdirilməsi, eyni zamanda muxtar hökümətlər və ya federal quruluşlar vasitəsilə milli azlıqların ayrıcalığını tanımaq mənasına gəlir. Lakin bunların heç biri bütün milli konflikt hallarında tətbiq edilə bilinmir. İki və ya daha çox millətin qarşılıqlı uzun düşmənçilik tarixi varsa, ortaq kimliyin qurulması qısa və ya orta müddətdə qeyri-mümkün ola bilər, ayrılma yolu ilə bölünmə isə gələcək konfliktləri yarada bilər və azlıqları yeni sərhədin yanlış tərəfində qoyaraq etnik təmizləmə və daha pis şəraitlə baş-başa qoya bilər. Bunu qəbul etmək vacibdir ki, bütün milli konfliktlər millətçi vasitələrlə həll edilə bilməz. Bu hallarda, öz müqəddəratını təyin etmə münaqişənin soyudulması və fundamental insan hüquqlarını təmin edə biləcək bir siyasi rejim (məsələn, xaricdən qarantlı güc paylaşımı) yaratmaq üçün ikinci növbədə qalmalı ola bilər.

Nəticə

Fərqli kültürlərin olduğu bir dünyada hər hansı formalarda olan millətçilik qaçınılmazdır. Biz artıq onun güclü və zəif cəhətlərini daha yaxşı dəyərləndirə bilirik. Bir tərəfdən, o insanları milli vətəni olaraq gördükləri yerə bağlamağa xidmət edir; onların əməkdaşlıq etmələrini və daha müdafiəsiz yurddaşlarının qorunmalarını təşviq edir və onlara öz talelərini yönləndirmə duyğusu verir. Digər tərəfdən isə o xaricilərə laqeydlik və hətta düşmənçilik yaratmağa meyllidir; hələ milli kimliyi paylaşmayan sonradan gələn qruplar inteqrasiya barəsində çətinlik çəkə bilərlər; və siyasi və milli sərhədlərin üst-üstə düşmədiyi hallarda destabilizasiya effektləri vardır. Siyasi praktikaya uyğun olaraq, liberal millətçilik qeyd olunan zəif cəhətləri aradan qaldırmaqla güclü cəhətləri qorumağa çalışır. Lakin buna yalnız uyğun siyasi şəraitlərdə nail olmaq mümkün ola bilir.

İstinadlar

Abizadeh, A. 2002. Does liberal democracy presuppose a cultural nation? Four arguments. American Political Science Review, 96: 495–509.

Beran, H. 1984. A liberal theory of secession. Political Studies , 32: 21–31.

Berlin, I. 1991. Nationalism: past neglect and present power. Pp. 333–55 in Against the Current: Essays in the History of Ideas, ed. H. Hardy. Oxford: Oxford University Press.

Buchanan, A. 1991. Secession: The Morality of Political Divorce from Fort Sumter to Lithuania and Quebec. Boulder, Colo.: Westview Press.

1998. What’s so special about nations? Pp. 283–309 in Rethinking Nationalism, ed. J. Couture, K. Nielsen, and M. Seymour. Calgary: University of Calgary Press.

Dietz, M. 1989. Patriotism. Pp. 177–93 in Political Innovation and Conceptual Change, ed. T. Ball, J. Farr, and R. L. Hanson. Cambridge: Cambridge University Press.

Caney, S. 2001. Cosmopolitan justice and equalizing opportunities. Pp. 123–44 in Global Justice, ed. T. Pogge. Oxford: Blackwell.

Canovan, M. 1996. Nationhood and Political Theory. Cheltenham: Edward Elgar.

Fichte, J. G. 1922. Addresses to the German Nation, trans. R. F. Jones and G. H. Turnbull. Chicago: Open Court.

Gellner, E. 1983. Nations and Nationalism. Oxford: Blackwell.

Gilbert, P. 1998. The Philosophy of Nationalism. Boulder, Colo.: Westview Press.

Goodin, R. 1988.What is so special about our fellow countrymen? Ethics , 98: 663–86.

Habermas, J. 1996. Citizenship and national identity. Pp. 491–515 in J. Habermas, Between Facts and Norms, trans. W. Rehg. Cambridge: Polity Press.

1999. The Inclusion of the Other, ed. C. Cronin and P. De GreiV. Cambridge: Polity Press.

Hayek, F. A. 1944. The Road to Serfdom. London: Routledge.

Hegel, G. W. F. 1952. The Philosophy of Right, trans. T. M. Knox. Oxford: Clarendon Press.

Herder, J. G. 1969. J. G. Herder on Social and Political Culture , ed. F. M. Barnard. Cambridge: Cambridge University Press.

Kymlicka, W. 1995. Multicultural Citizenship. Oxford: Clarendon Press.

Margalit, A. and Raz, J. 1994. National self-determination. Pp. 125–45 in J. Raz, Ethics in the Public Domain. Oxford: Clarendon Press.

Mason, A. 1999. Political community, liberal-nationalism and the ethics of assimilation. Ethics , 109: 261–86.

Maurras, C. 1968. Mes Ide´es Politiques , ed. P. Gaxotte. Paris: Layard.

Mazzini, G. 1907. The Duties of Man and Other Essays , ed. T. Jones. London: Dent.

Meinecke, F. 1970. Cosmopolitanism and the National State. Princeton, NJ: Princeton University Press.

Mill, J. S. 1963. Coleridge. Pp. 121–72 in J. S. Mill, Essays on Politics and Culture, ed. G. Himmelfarb. New York: Anchor.

1972. Considerations on representative government. Pp. 175–393 in J. S. Mill, Utilitarianism; On Liberty; Representative Government, ed. H. B. Acton. London: Dent. Miller, D. 1995. On Nationality. Oxford: Clarendon Press.

2000. Secession and the principle of nationality. Pp. 110–24 in D. Miller, Citizenship and National Identity. Cambridge: Polity Press.

Miller, R. 1998. Cosmopolitan respect and patriotic concern. Philosophy and Public AVairs , 27: 202–24.

Moore, M. 2001. The Ethics of Nationalism. Oxford: Oxford University Press.

Nagel, T. 1986. The View from Nowhere. New York: Oxford University Press.

Pogge, T. 2002. The bounds of nationalism. Pp. 118–45 in T. Pogge, World Politics and Human Rights . Cambridge: Polity Press.

Popper, K. R. 1992. On culture clash. Pp. 117–25 in K. R. Popper, In Search of a Better World, trans. L. J. Bennett. London: Routledge.

Rawls, J. 1971. A Theory of Justice. Cambridge, Mass.: Harvard University Press.

Renan, E. 1882. Qu’Est-Ce Qu’Une Nation? Paris: Calman Levy.

Rousseau, J. J. 1997. Of the social contract. Pp. 39–152 in J. J. Rousseau, The Social Contract and Other Later Political Writings , ed. V. Gourevitch. Cambridge: Cambridge University Press.

Scheffler, S. 2001. Relationships and responsibilities. Pp. 97–100 in Boundaries and Allegiances: Problems of Justice and Responsibility in Liberal Thought, ed. S. Sche-Zer. Oxford: Oxford University Press.

Schmitt, C. 1996. The Concept of the Political , ed. T. B. Strong. Chicago: University of Chicago Press.

Viroli, M. 1995. For Love of Country: An Essay on Patriotism and Nationalism. Oxford: Clarendon Press.

Waldron, J. 1995. Minority cultures and the cosmopolitan alternative. Pp. 93–119 in

Haqqında Zakir Rzazadə

Həmçinin bax

Postdövlət dövründə şəbəkə millət anlayışı

Dövlət sivilizasiyanın əzəl və dəyişilməz institutlarından hesab edilir. Əminlikə demək olar ki, bəşəriyyətin tarixi dövlətlərin ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *