[dropcap]B[/dropcap]u gün mən Kongo Respublikasının gənclərinə, gənc kişi və qadınlarına səslənirəm. Nitqimdə bu sözləri gələcək nəsillərə ünvanlayıram çünki bizim sevimli ölkəmizin gələcəyi onlardan asılıdır. Biz düşmənlərimizlə gənclərimiz üçün daha yaxşı və daha xoşbəxt həyat yaşatmaqdan ötrü döyüşürük.

Əgər biz eqoist olsaydıq, əgər biz yalnız özümüz haqqında düşünsəydik, etdiyimiz saysız fədakarlıqların heç birini etməzdik. Mən fərqindəyəm ki, bizim ölkəmiz müstəmləkə zəncirlərindən siyasi, iqtisadi və mənəvi olaraq yalnız amansız və bəzən də təhlükəli mübarizə qarşılığında özünü qurtara bilər. Biz gənclərimizlə birlikdə bu mübarizəni xarici hökmranlığın, ticarət istismarının, ədalətsizliyin və təzyiqin əleyhinə aparmışıq.

Uzun müddət qeyri-fəal və istismar olunan gənc insanlar artıq bu sülhsevər inqilabın önündə olduğunun fərqinə varmışdılar. Konqonun gəncləri bizim tərəfimizdən şəhərlərdə, kəndlərdə və səhralarda savaşırdılar. Bizim gənclərimizdən bir çoxu müstəmləkəçilərin atəşi ilə öldülər. Onların bir çoxu ailələrini və dostlarını azadlıq uğrunda qəhrəmanca savaşmaq üçün tərk etmişdilər. Gənclərin təcavüzkarlara qarşı 1959-cu ilin 4 yanvarında Leopoldvilledə  və 30 oktyabrında Stanleyvilledə müqavimət göstərmək təşəbbüsü hər alqışa layiq idi.

Dərin duyğularla mən bu cəsur vətənsevərlərin, Afrika azadlıq mübarizlərinin qarşısında baş əyirəm.

Çox sayda gənc oğlan və qızların millətçi ideyalara sahib olma şübhəsi ilə ağdərili müəllimlər tərəfindən məktəbdən qovulması çox keçmişdə deyil. Bir çox parlaq istedadlı gəncin daha yüksək təhsil almaq imkanı artıq bizim kişi və qadınlarımızı müstəmləkə rejiminin əbədi quluna çevirmək istəyən müstəmləkəçilər tərəfindən təlqin edilmək istəmədikləri üçün rədd edildi.

Konqolu millətçilərin qəhrəmanca mübarizəsi zamanı, hətta məktəb partalarında oturan gənclər belə müstəmləkəçiliyin hər növünə qarşı idilər, istər siyasi, sosial, mədəni və ya dini.

Onların yeganə arzusu milli azadlıq idi. Onların tək məqsədi tezliklə müstəqil olmaq idi. Onların amalı müstəmləkəçiliyin kuklaları və təmsilçilərinə qarşı amansız mübarizənin aparılması idi. Konqonun demokratik gənclərinin ümumi səfərbərliyi sayəsində, Konqolu millətçilər millət üçün azadlığı qazandılar.

Biz bu azadlığı amansız mübarizə, hər cür məhrumiyyət, göz yaşı və qan bahasına qazandıq. 1960-cı il, 30 iyunda tam ciddiyyətlə elan olunan azadlıqdan sonra müstəmləkəçilər və onların qaradərili əlaltıları gənc Konqo dövlətində insanlıqdan kənar döyüşə başladılar. Onlar bu xain hücumlara başladılar, çünki iqtidarda olan millətçi hakimiyyət onların 30 iyun, ölkəmizin insanlarının belçikalı müstəmləkəçilərə Adieu (fransızca: əlvida) dediyi tarixi gündən öncəki kimi ölkəmizi istismar etməsini istəmirdi.

Özəlliklə onların istismarından bezən işçi sinfi arasında heç bir dəstək görməyən müstəmləkəçilər və onların adamları müəyyən gənc qruplarını müstəmləkəçiliyin canlanması propaqandası aparmaları üçün onlara xidmət etməyə məcbur etmək istəyirdilər. Buna görə də gənclərin müəyyən qismi, yaxşı ki çox sayda deyil, milli məğlubiyyətə düçar oldular.

Xoşbəxtlikdən, şikayətçilərin narazılığını göz önünə alan imperialistlərin son cəhdləri sayəsində gənclərin böyük əksəriyyəti gördü ki, insanların inamını qazana bilməyən namizədlər seçkidə qalib gələ bilmədi.

Millətçi gənclik son vaxtlar respublikanın müxtəlif şəhərlərində imperialistlərə qətiyyətli və tam müxalif mövqelərini göstərmək üçün nümayişlər təşkil edirlər.

Gənc insanlar, mən sizin vətəndaşlıq və vətənpərvər ruhunuzu hörmətlə salamlayır və təbrik edirəm. Gənclər, mən məhz sizin üçün Mərkəzi Hakimiyyət tabeliyində Gənc İşləri və İdman Nazirliyi (a Ministry of Youth Affairs and Sports) yaratdım. Bu sizin nazirliyinizdir. Sizlər heç bir ayrıseçkilik qoyulmadan birbaşa onun müxtəlif xidmət və fəaliyyətlərini idarə etməyə çağırılacaqsınız. Bu gün azad və müstəqil Konqoda Banqala gəncləri, Milli Birlik Partiyası tərəfdarı gənclər, Bakonqo assosiasiyası tərəfdarı gənclər, Mukonqo, Batatela və ya Lokele gəncləri yox, vahid, millətçi və demokratik Konqo gəncliyi olmalıdır. Bu gənclik bizim böyük və əziz ölkəmizdə sosial və iqtisadi inqilab edəcək! Siz bu gün ölkəni müsibətə sürükləyən, sosial bəla olan qəbilə döyüşlərinin həllində fəal iştirak etməlisiniz. Siz bəzi seperatçı qrupların natiqlərinin təcrübəsiz və gənc insanları federalizm, federasiya və ya konfederasiya adı altına keçirmək çalışmalarının hər manevrinə qarşı vuruşmalısınız. Əslində isə bunlar yalnızca bizim birliyimizi pozub daha yaxşı və rahat istismar etmək üçün imperialistlərdən alınmış bir neçə yeni sözdür. Əgər siz bu yeni və maskalanmış müstəmləkəçiliyin manevrlərinə qarşı çıxmasanız, sizin bütün gələcəyiniz təhlükə altındadır.

Siz bu böyük millətə, bu böyük ölkəyə, bu qüdrətli gücə mənsub olmağınızla qürur duymalısınız. Müstəmləkəçilərin qibtə etdiyi bu güc sizin milli birliyinizdə təcəssüm tapır. Bu güc öz növbəsində sizin gələcək nəsillərə qoyduğunuz miras olmalıdır!

Hökümət qısa zamanda digər ölkələri nəzərə almasaq, təhsil almaq üçün təkcə Birləşmiş Ştatlara 300 nəfər, Sovetlər Birliyinə 150 nəfər, Qanaya 20 nəfər adam göndərmişdir. Konqo artıq bizim tərk edə bilməyəcəyimiz milli qoruq, milli park, zoopark deyil. Sabah siz dünyanın hər yerinə təhsil almaq, ixtisaslara yiyələnmək və dünyanı tanımağa gedə biləcəksiniz. İşçilər, işləyən insanlar bu təhsil missiyalarında bərabər hüquqlar əldə edəcək. Siz hər yerə, dünyanın hər bölgəsinə gedəcəksiniz. Xarici aləmlə bu əlaqələr, həyat gerçəkləri ilə bir başa qarşılaşma sizi təcrübəli, dünyagörüşlü insana çevirəcək. Bu gün Konqonun belə insanlara ehtiyacı var.

Siz oralara Bakonqo Assosiasiyasının, Milli Birlik Partiyasının, Konqo Milli Hərəkatının, Afrika Yenidənqurma Mərkəzinin nümayəndəsi olaraq getməyəcəksiniz. Siz Konqo vətəndaşı olaraq, sadə konqolu olaraq gedəcəksiniz və öz davranışınız, bağlılığınız, zəkanız və siyasi təcrübənizlə öz ölkənizə etimad qazandırmalısınız.

Gənclər, Konqo sizə aiddir. Milli hakimiyyət, xalqın hakimiyyəti Konqonun sizdən ayrılmaması üçün öz imkanları daxilində hər şeyi edəcək!

Yaşasın Kongo Respublikası!

Yaşasın demokratik gənclik!