Infrapolitik1789-un növbəti buraxılışında qonağımız Tural Hüseynlə birgə müzakirə edilən mövzu siyasi düzgünlük anlayışı, onun problematik tərəfləri və müasir siyasətə, xüsusilə isə populizm dalğasına olan təsirləridir.

Tural Hüseyn Londonun Kingston Universitetində bakalavr təhsilini Siyasət və Beynəlxalq münasibətlər üzrə alıb. Magistr təhsilini isə University College London-da Hüquq və Siyasət nəzəriyyəsi üzrə tamamlayıb. Hal-hazırda isə Xəzər Universitetində akademik karyerasını davam etdirir. Onun başlıca araşdırma sahələri demokratiya nəzəriyyəsi və kimlik siyasəti mövzuları ilə bağlıdır.

_______________

00:00​​ – Giriş və təqdimat

01:30​​ – Siyasi düzgünlük konsepti və tarixi çıxış nöqtəsi

05:38​​ – Günümüzdə siyasi düzgünlük anlayışı

11:46​​ – Siyasi düzgünlüyün tiraniyası?

20:48​​ – Populizm siyasi düzgünlük anlayışının boşluqlarından necə qidalandı?

31:22​ – ABŞ və Britaniyada populist trend

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər