Infrapolitik1789-un növbəti buraxılışında qonağımız Tərlan Əliyevlə birgə erməni diasporu, onun formalaşma tarixi, əsas narrativləri və həmçinin Ermənistanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsinin dinamikasına təsiri barəsində danışmışıq.
Tərlan Əliyev bakalavr təhsilini ADA Universitetində Beynəlxaql Münasibətlər ixtisası üzrə almışdır. Təhsilini Çexiyada davam etdirib Masarik Universitetində Konflikt və Demokratiya Tədqiqatları üzrə magistr dərəcəsini əldə etmişdir. Dissertasiya mövzusu Azərbaycan-Ermənistan arasında 2016-cı il aprel ayında baş verən döyüşlərin erməni diaspor media orqanlarının kontent strategiyasına təsiri barəsində olmuşdur. O, eyni zamanda Milliyyət Araşdırmalar Mərkəzi komandasının üzvlərindən biridir.
_______________
00:00 – Giriş və Təqdimat
01:30 – Erməni diasporu nədir?
04:58 – Ermənistan ermənisi və diaspora ermənisi, fərqlər və narrativlər
09:00 – Diaspor mediası və qərarverici orqanlara təsir mexanizmləri
13:38 – Diaspor Ermənistandakı proseslərə təsiri: diaspor-hökümət-xalq döngüsü və radikallaşma
15:54 – İkinci Qarabağ Müharibəsi və erməni diasporu