3
Infrapolitik1789-un ilk buraxılışında Çinin “Kəmər və Yol Təşəbbüsü” və onun Cənubi Qafqaz, xüsusilikdə isə Azərbaycanla olan əlaqə və təsirlərini qonağımız Yunis Şərifli ilə birgə danışmışıq.
Yunis Şərifli bakalavr təhsilini Beynəlxalq Münasibətlər üzrə almışdır. Hal-hazırda isə Bolonya Universitetində magistr dərəcəsi üzrə təhsilini davam etdirir. Onun araşdırma sahəsi Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üzrə xarici siyasəti və “Kəmər və Yol Təşəbbüsü” mövzularını əhatə edir.
_______________
00:00 – Giriş və təqdimat
02:16 – Kəmər və Yol Təşəbbüsü nədir?
12:25 – Çinin Cənubi Qafqaz siyasəti və Azərbaycan
18:15 – İkinci Qarabağ Müharibəsi və onun yaratdığı geosiyasi reallıq Çinə nə vəd edir?
23:39 – Pandemiyanın Cənubi Qafqaz nəqliyyat xəttinə gətirdiyi üstünlüklər
_______________
Infrapolitik1789 siyasət, beynəlxalq münasibətlər, iqtisadiyyat, cəmiyyət, mədəniyyət və başqa əlaqəli mövzuları əhatə edən platformadır. Bu mövzularla bağlı vaxtaşırı, müxtəlif qonaqlarla verilişlər Milliyyət Araşdırmalar Mərkəzi kanalları vasitəsilə yayımlanır. Bundan əlavə Infrapolitik1789-un Tvitter və Telegram kanalları mövcuddur ki, orada gündəlik şərhlər, məlumatlar və layihəylə bağlı elanlar paylaşılır.
Zakir Rzazadə bakalavr təhsilini Dövlət və İctimai Münasibətlər üzrə Bakı Dövlət Universitetində almışdır. Hal-hazırda isə Masarik Universitetində Konflikt və Demokratiya Tədqiqatları üzrə magistr təhsilini davam etdirir. Eyni zamanda Milliyyət Araşdırmalar Mərkəzi tərkibində vaxtaşırı yazılar dərc etdirir. Beynəlxalq təhlükəsizlik, konfliktlər və müharibə tədqiqatları başlıca araşdırma sahələridir.
Infrapolitik1789-u Tvitter və Telegramda izləyin
Yeni videolarımızdan xəbərdar olmaq üçün abunə olun.