Məlumat üçün:

Rumıniya və Moldovanın birləşməsi, ya da unionizm hərəkətı, Moldova və Rumıniyanın müasir dövlətlərində fərqli xüsusiyyətlərə və fərqli dəstək səviyyələrinə sahib olan ictimai və siyasi-iqtisadi hərəkatdır.

İdeya uzun bir tarixə sahibdir – XIV əsrdə ilk orta əsr Dunay knyazlıqlarının yaranmasından ta bu günə qədər. Bu hərəkatın tərəfdarlarına unionistlər (rum. Unionişti, Unirea sözü rumınca birlik deməkdir), hərəkatın özünə isə unionizm deyilir.

Moldovanlarla rumınlar eyni millət hesab edilsələr də, tarixi gedişat elə gətirmişdir ki, hal-hazırda onların iki ayrı-ayrı dövlətləri vardır. 1991-ci ildə Moldova müstəqil olduqdan sonra bu bir millətin iki dövlətinin birləşməsi yenidən gündəmə gəldi. Panrumınizm hərəkatı hər iki dövlətin siyasi ritorikasında əsas yeri tuturdu. Dövlətin rəsmi dövlət dili rumın dili, rəsmi dövlət valyutası isə leu olan Rumıniya və Moldovada XX əsrin sonlarına yaxın birləşmə hərəkatı bir qədər zəifləsə də, XXI əsin ikinci onilliyində yenidən gücləndi. Rumınlar Moldova ilə birləşmənin və Moldavanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarı olsalar da, moldovanlar əsrlərlə davam edən rus işğalının nəticəsi kimi buna bir o qədər də maraq göstərmirlər. Onların təxminən 60 faizi birləşmə əleyhinə və ruspərəstdirlər. Moldovanın indiki prezidenti İqor Dodon isə birləşmənin qəti əleyhdarı kimi tanınır. Azərbaycanın birləşməsi (Cənubi Azərbaycanla) problemi ilə oxşarlığı olan bu məsələnin həlli üçün Rumınıyada bir çox layihələr hazırlamışdır. Sizə təqdim olunan layihəni (birləşmənin prinsipləri, xərclər və faydalar hansılardır, hansı modelləri örnək götürmək olar?) isə Rumıniya baş nazirinin keçmiş müşaviri, iqtisad elmləri doktoru, Buxarestdəki Qara Dəniz Universitet Fondunun eksperti Petrişor Peyu (rum. Petrișor Peiu)  hazırlamışdır.

Peyu birləşmənin uğuru üçün bir sıra fundamental prinsipləri təqdim edir:

1) Aralıq addımlar olmadan və tədricən assimilyasiyasız “tam birləşməyə” nail olmaq;

2) Mövcud Moldova Respublikasının bütün ərazisinin tam Rumıniya yurisdiksiyasına daxil olması, yəni mövcud Rumıniya qanunvericiliyinin tam qəbul edilməsi (praktiki olaraq yalnız Prut və Dnestr arasındakı ərazi avtomatik olaraq Rumıniyanın ayrılmaz hissəsi olaraq AB və NATO-un bir hissəsi olacaq);

3) Buxarest və Kişinyov parlamentlərində birləşmə qərarının parlament yoxlanılması və sonra yenidən Birləşən Rumıniya parlamentinin təcili çağırılması;

4) Buxarest yenidən birləşən ölkənin paytaxtı olaraq qalacaq;

5) Mövcud Rumıniya qanunvericiliyində nəzərdə tutulan azlıq hüquqları macar azlığı üçün kimi uğurlu bir modelə uyğun olaraq yeni milli azlıqların ortaq bir sosial quruma daxil olmasına və qiymətləndirilməsinə zəmanət verəcəkdir;

6) Mövcud Moldova Respublikasından dövlət qulluqçularının bütün maaşlarını ilk gündə Rumıniya səviyyəsinə gətirmək;

7) Mövcud Moldova Respublikasındakı bütün pensiyaları ilk gündən Rumıniyadakı pensiyalar səviyyəsinə gətirmək – mövcud Moldova Respublikasının ərazisində məcburi pensiyalar prinsipindən 20 il müddətinə imtina etmək;

8) Prutun (MAM red. Rumıniya və Moldovanın arasında sərhəd çayı) hər iki tərəfindəki kommunal şirkətlərin və tənzimlənən/lisenziyalı operatorların müəyyən edilmiş milli ərazidə sərbəst fəaliyyət göstərmək hüququ;

9) Beynəlxalq müqavilələrin müddəti də Rumıniya üçün saxlanılacaq;

10) Konstitusiya Məhkəməsi, Rəqabət Şurası, Milli Enerji Tənzimləmə Agentliyi (ANRE), Milli Tibbi Sığorta Palatası, Milli Pensiya Şurası və s. kimi milli təsisatların birləşdirilməsi və mütənasiblik prinsipinə uyğun olaraq idarəetmə orqanlarının dəyişdirilməsi (indiki Rumıniya üçün beş iclas və mövcud Moldova Respublikası üçün 1/6);

11) Mövcud Moldova Respublikasındakı rumınlar üçün (MAM red. moldovalılar nəzərdə tutulur) 20 illik proporsional təmsilçiliyin qarantiyası (1/6); Ən azı 20 il ərzində mütənasib parlament nəzarətinin təmin edilməsi;

12) Mövcud Moldova Respublikası ərazisində infrastruktur və inkişaf layihələri üçün Rumıniyaya ayrılan Avropa struktur fondlarının ən azı 1/6-in ayrılmasını təmin etmək;

13) Ən azı 25 il mövcud Moldova Respublikasının ərazisindəki layihələr üçün milli investisiya fondlarının ən azı 1/6 hissəsinin ayrılmasına zəmanət vermək;

14) Sol və sağ Prut arasındakı inkişaf fərqlərini azaltmaq üçün ən az 25 il müddətinə minimal ÜDM-in 2%-dan az olmayan bir investisiya fondunun – Moldova Fondunun yaradılması;

15) Mövcud Rumıniya qanunvericiliyinə uyğun olaraq, mövcud Moldova Respublikasının ərazisi üçün əsas inzibati və ərazi vahidi qəza (rum. județ) olacaqdır.

Belə bir layihə davamlı maliyyə mənbələri tələb edir. Realitatea TV-də təqdim olunan analiz onların identifikasiyasını təklif edir.

Birləşmənin maliyyələşdirilməsinə Rumıniya büdcəsində əlavə xərclərin mənbəyinin təxminən 1/6-ni (mövcud 60 milyardlıq büdcədən əlavə 10 milyard dollar) müəyyən edilməsi daxildir; bu mənbələr təxminən 1.5 milyard dollara (indiki Moldova büdcəsinin ölçüsü) azaldılmalıdır, bu isə o deməkdir ki, ən azı 20 il müddətində hər il, təxmini olaraq 8.5 milyard dollar xərcləmək lazımdır, orta hesabla ilk illərdə xərclər maksimum və son illərdə minimuma doğru olacaq.

Bu əlavə mənbələr Avropa Birliyinin struktur fondlarından (təxminən yarısı) və vəsaitlərin yenidən bölüşdürülməsindən, yəni fiskal göstəricilərinin yaxşılaşdırılmasından, həmçinin Avropa Birliyin böyüməsindən (baza effekti, ing. base effect) gələ bilər.

Əgər 20 milyard dollarlıq investisiya xərcləri (ildə təxminən 10 milyard dollar) Moldova Respublikası üçün 20%-dan çox olarsa, biz əlavə olaraq 2 milyard dollarda alacağıq, hansı ki, ən azı 500 milyon dollar özəl sərmayə əlavə edə bilərik.

İldə 2 milyard dollarlıq istiqrazların buraxılması, 250 milyon dollara yaxın əlavə xərclərə səbəb olacaqdır ki, bu da baza effekti nəticəsində büdcə gəlirlərinin artması ilə əvəz edilə bilər.

Aydındır ki, Rumıniya və Moldovanın yenidən birləşməsinin öz xərcləri var, halbuki eyni zamanda, faydaları da vardır. Təhlil göstərir ki:

Xərclər (alman modelinə əsasən):

20-25 il üçün illik ÜDM (200 milyard Avro), ondan təxminən yarısı – Avropa Birliyinin struktur fondları tərəfindən, 20%-i özəl sərmayələr tərəfindən, 30%-i büdcə ayırmalarından xərclənəcəkdir.

Mənfəətlər:

Əhalinin artımı mövcud saydan 1/6 çoxalması; iqtisadi artım: +4%; multiplikator effekti (ing. multiplier effect): hər il +1,5-2%; sərmayə cəlbediciliyin artması, bazarın böyüməsi; kommunal müəssisələrin, bankların və iri biznes şirkətlərinin genişləndirilməsi və s.

Petrişor Peyunun əhəmiyyətli qeydi: “Ən çətin məsələ Dnestryanıdır, Dnestrının kənarında Rusiya qoşunlarının yerləşdiyi ərazi. Təəssüf ki, Kişinyovda olanlar üçün yeganə realistik variant Dnestryanıdan imtina etməsi və özünü rumın hesab edənlərin Rumıniyaya köçürülməsidir”.

Təhlil iki mümkün modeli (Almaniya və Koreya) müəyyənləşdirir, hansılardan ən uyğunu Almaniya görünür.

Almaniyanın Yenidənbirləşməsi

1990-cı ildə Qərbi Almaniyanın (Almaniya Federativ Respublikası) əhalisi 62 milyon nəfərdən çox, Şərqi Almaniyada (Almaniya Demokratik Respublikası) əhali isə 4 dəfə az, yəni 16 milyon təşkil edirdi. Adambaşına düşən ÜDM qərbdə təqribən 20 min dollar, şərqdə isə 10 min dollar idi, nominal dəyərlərdə Qərbin lehinə 1:2 nisbətində və ehtimalla AQP (alıcılıq qabiliyyəti pariteti) baxımından 1:3-dən 2:5-ə qədər olub.

Yenidənbirləşmədən sonra ilk 20 ildə (2010-cu ilə qədər) təxminən 2 trilyon dollar sərmayə qoyulduğu təxmin edilir ki, bu da 1990-2000-ci illər arasında Almaniyanın orta ÜDM-nə uyğundur.


Koreyanın Yenidənbirləşməsi

Koreya Respublikasının (Cənubi Koreya) əhalisi 50 milyon, ÜDM təxminən 1,15 trilyon dollar və adambaşına düşən ÜDM 23 000 dollar təşkil edir (2012-ci ilə əsasən).

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) əhalisi 25 milyon, nominal ÜDM 40 milyard dollar, adambaşına düşən ÜDM isə 1600 dollar olaraq qiymətləndirilir.

Rəqəmləri, hətta adi gündəlik reallıqlar barədə öyrənmək qəliz olan bir ölkədə alıcılıq qabiliyyəti pariteti haqqında danışmaq çətindir, lakin sintetik üsulla Seul mütəxəssisləri hesab edirlər ki, “Şimalda iqtisadiyyat 20 qat daha aşağıdır. Müqayisə olunan rəqəmlərdə yəni adambaşına düşən ÜDM, Şimalda Cənubdan təxminən 20 qat azdır”.


Orijinal (rumınca):

https://www.realitatea.net/reunificare_2185899.html?fbclid=IwAR0a_eJVW_YWIrvyNuuiPdIN_LYAWyiV_xo7vhR31mdR9aiyBJujSeS-dXA

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər