Əkinçi 1875-1877-ci illər aralığında Həsən bəy Zərdabi tərəfindən nəşr edilmişdir. Qafqazlı müsəlman olan Həsən bəy 1842-ci ildə  ziyalı, zadəgan, sünni-müsəlman ailədə anadan olmuşdur.1 O, ilk təhsilini Şamaxıda yeni açılmış rus məktəbində almış, orada öz istedadı ilə baş müəllimi heyran etdikdən sonra, onun tərəfindən hökumət təqaüdü ilə Tiflisə  göndərilmişdir. Oradakı təhsilini tamamladıqdan sonra, o, 18 yaşında Moskva Universitetinin fizika və riyaziyyat fakültəsinə qəbul oldu və orada digərlərindən seçilməyə başladı.  O, Qafqaza döndükdən sonra Tiflisdəki Torpaq İdarəsidə və sonradan Qubadakı məhkəmə palatasında katib kimi çalışmışdır. O, 1868-ci ildə bu xidməti tərk etmiş və Bakıdakı gimzaniyada müəllim kimi çalışmışdır. 1873-cü ildə o, müsəlman uşaqların yeni rus məktəblərində oxumasına pul toplamaq üçün Xeyriyyə Cəmiyyəti təşkil etməyə başladı.  Elə təxminən bu dövrdə, Həsən bəy Qafqaz müsəlmanları arasında maarifçiliyi yayacaq bir qəzetin əsasını qoymaq qərarına gəldi.

Qəzet yaratmaq çox çətin bir iş idi: hökumət türkcə oxuya bilən sensor tapmalı idi, ərəb hərfli çap format Osmanlıdan gətirilməli və ya başqa yolla əldə edilməli idi və hər bir halda, xeyriyyəçilik ənənəsi olmayan cəmiyyətdə, bu təşəbbüsü başa düşə bilməyən və ya təşəbbüsə xoş yanaşmayan müsəlman şəxslər arasından pul toplanılmalı idi. 3 illik səylərdən sonra, əsasən yeni Bakı qubernatoru general Staroselskinin müdaxiləsi ilə qəzet yaradıldı. Həsən bəy Əkinçinin yaradılmasından 30 il sonra nəşr etdirdiyi məqalədə bizlərə gürcü ilə evli olan bu qubernatorun Qafqaz xalqlarına qarşı müəyyən rəğbəti olduğunu deyir.2

Fəaliyyət göstərərkən Əkinçi Azərbaycan modernizminin digər nəhəngləri olan Fətəli Axundovun, maarifçi şair Seyid Əzim Şirvaninin və dramaturq Nəcəf bəy Vəzirovun enerjisini özünə cəlb etmişdi.

Yeni qəzet özünün mövcud olduğu dünyada dominant olan qüvvələrlə münasibətlərini müəyyən etməli idi: siyasi olaraq, Rusiya imperiyası, Osmanlı imperiyası və İran, mədəni olaraq, İran və türk təsiri, dini olaraq isə, Sünni və Şiə İslamı. Bütün bunların arxasında əslində bu müasirlik ilə ənənə arasındakı çəkişmə idi.

Əkinçi və ruslar

Həsən bəy hərarətli formada olmasa da, Çara sadiq di. Həsən bəyin gəncliyində hələ də davam edən Rusiyanın Qafqaz fəthi görünür Həsən bəyin qəlbinə yaxın olan təhsil sahəsindəki təsirinə görə təqdir edilmişdir:

Dövləti-Rus bizim vilayəti zəbt edəndən irəli bizim Qafqaz müsəlmanları öz avamlığından dünyada bəylikdən artıq xoşbəxtlik bilmədiyinə dövlət onlar üçün elm təhsil etməkdən ötrü bina elədiyi məktəbxanalara məhz bu qəsd ilə giriblər ki, oxuyub bəy olsunlar, yəni baslb-kəsmək ixtiyarını kəsb eləsinlər.”

Bir sözlə, müsəlmanlar rusların verdiyi hədiyyəni təqdir etməli idilər. Həqiqətən də, ruslarla osmanlıların 1877-ci ildə müharibəyə sürükləndiyi zaman onun sədaqəti sınağa məruz qaldı, Həsən bəy Əkinçi qəzetində Osmanlı qoşunlarından düşmən kimi  bəhs edərkən, “bizim rus qoşunlarımız” deyə yazırdı.4 Onun  çara istinad edərkən həmişə doğru ifadədən – məcburi oland Əlahəzrət ifadəsindən istifadə edirdi, lakin o, heç vaxt çarı öymək üçün öz yolunu dəyişməmişdi. Altında olduğu təzyiqlər nəzərə alındığında, bu sədaqət bəyanatlarına məcburiyyətin hansı dərəcədə təsir etdiyi aydın deyildir, lakin görünür ki, o və onun ziyalı Qafqaz müsəlmanlarından ibarət çevrəsi böyük ehtimalla öz talelərini Rusiya imperiyası ilə birgə görürdülər. Rusiya bütün narazılıqlara rəğmən, onlara keçmiş xanlardan və ya Osmanlı aləminə bağlı olan din qardaşlarından daha çox şey təklif edirdi.

Hətta qəzetlərin Çarı salamlamasının məcburi olmadığı 1905-ci il inqilabından sonra belə Həsən bəy müsəlmanları öz dillərində təhsil almağa  cəlb etməkdə maraq oyatmağa  mane olan şeyləri müzakirə etdikdən sonra,  II Aleksandr barədə deyirdi:5

“Tanrıya şükürlər olsun ki, keçmiş illərdə bizim rəhmətlik şanlı imperatorumuz Rusiyaya tabe olan xalqlar öz uşaqlarını onların öz məktəblərində və öz dillərində, hətta Çar məktəblərində öz dillərini öz mədəniyyətlərinə və dinlərinə uyğun formada öyrənmələrini əmr etdi. ”

Bu kontekstdə oxucu  Həsən bəylə Bakıdakı Çar qubernatoru arasında olan isti münasibətləri xatırlamalıdır. Məsələn, Həsən bəy xatirələrində Əkinçi ilə bağlı xatirələrində qəzetin adını tövsiyə edən şəxsin general olduğunu bildirir, beləliklə, üst vəzifəli şəxslər Əkinçinin kənd təsərrüfatı texnikasının yayılması ilə məşğul olan zərərsiz jurnal olacağına inanacaqdılar və onun istehsal ediləcəyi mətbəənin qurulmasına kömək edəcəkdilər. Əkinçi bu qubernatorunun gəlişi ilə doğuldu və onun ayrılışı ilə də özünün son düşüşünə uğradı. Bundan əlavə, Həsən bəy generala tabe olan şəxslərlə səmimi münasibətlərə sahib idi. Hətta generalın ayrılmasından və yeni qubernatorun Həsən bəyin düşmənlərinə başlarını qaldırmalarına icazə verməsindən sonra belə, redaktor hər gecə yerli klubda 1-2 saat qubernatorun adamları ilə bilyard oynayırdı.

Bu Həsən bəyin Qafqazdakı çarlıq orqanları ilə heç bir probleminin olmadığı mənasına gəlmir. Demək olar ki, bütün Qafqaz müsəlmanlarının bilmədiyi rus dilinin yeganə idarəetmə dili olması çar məmurları və onların vasitəçiləri olaraq işləyən tərcüməçilər tərəfindən sui-istifadə və korrupsiya üçün xeyli fürsətlərə səbəb olurdu. Bundan əlavə, rüşvət geniş yayılmışdı, çarlıq rəsmilərinə xidmət müqabilində insanlardan pul almalarına icazə verilməməsinə rəğmən, bəziləri daha sonra pul üçün satacaqları və xidmət və malları qəbul edirdilər və beləcə, qanunun ətrafından dolanırdılar.8

Əkinçinin müntəzəm yazarlarından Seyid Əzim Şirvani nisbətən liberal olan çar II Aleksandra məcburi olandan da əlavə sədaqət ifadə edirdi. O, bir şerində dindar mühafizəkar din qardaşını satira atəşinə tutaraq bəyan edirdi:9

“Şükrlillah ki, bizim padşahi-kişvəri-Rus,
Ol zamandan ki, edib təxti-ədalətdə cülus,
Bizləri eyləməyib elm ədəbdən məyus,
Doldurub Aləmi insafü ədalət, Hadi!”

Bir başqa şerində o, yazır:10

“Bundan əqdəm ki, şahi-çərxi-sərir,
Etməmişdi bu ölkəni təsxir,
Hamı xanlar əlində qalmışdıq,
Zülmü bidaddan saralmışdıq.
Yox idi munca malü dövlətimiz,
Gündə əldən gedirdi hörmətimiz.
Bir tulaya satardı xan bizi,
Tapmayırdı əkinçi bir öküzi.
Vardı qarğı, qəmişdən evlərimiz,
Bir qədəkdən olurdu zivərimiz.
İndiki, ağzımız çatıb çörəgə,
Heyfdir adımızda olsa ləkə.
Dövlətindən bu şahi-zişanın,
Bilmirik dərdini bu dövranın.
Şükrillah qurtarmışıq qəmdən,
Olduq asudə rənci-aləmdən.
Seyyida, ey səramədi-şüəra,
İmperaturə eylə xeyr-dua,
Həqq bunun ömrünü ziyad etsin,
Xatirin fəthlərlə şad etsin.”
11

Əkinçi və osmanlılar

Osmanlı imperiyası Əkinçinin səhifələrində geniş rəğbətlə qarşılanırdı və Osmanlıdakı saray intriqalarını, islahat vədlərini , əyalətlərdəki döyüşləri və s. yaxından izlənirdi. Əkinçi Tənzimat dövrünün ən pik zamanında nəşr edilirdi və o dövrün islahatlarını müşayiət edən həyəcana böyük maraq göstərirdi. Məsələn, xəbərlər bölməsində12 əks etdirilən məlumatda üzvləri xalq tərəfindən seçilən və hökumət işlərinə nəzarət edən məclis haqqında deyilirdi: “Millət məclisi, yəni bir divanxana ki, onun calislərini camaat zübdə edə (seçə – tərcüməçi) və o divanxana dövlət işlərini dolandıra bilsin, zikr olan millət məclisi həzrət soltana məvacib təyin eləsin ki, ondan ziyadə xərc olunmasın. “ Bir başqa xəbərdə islahatlara Avropa modelində hazırlanacaq konstitusiyanın da daxil ediləcəyini deyilirdi.13 Mühafizəkar müxalifət haqqında xəbərlər də paylaşılırdı, məsələn, Osmanlı Şeyxülislamı islahatların şəriətə zidd olmasını elan etdiyi barədə xəbər.14

Osmanlının Qərb imperializminə qarşı müqavimətinin toxunaqlı mövzusu nisbətən daha az diqqət cəlb edirdi.Osmanlı ilə birbaşa toqquşan xristian qüvvənin Rusiya imperiyası olduğunu xatırladıqdan sonra bunu başa düşmək asan olur. Bu mənada, həmin dövrün beynəlxalq mediasını idarə edən xristianpərəst mövqe çox rəngbərəng idi. Xəbər bölməsindən aşağıdakı sitat buna bir nümunədir:

“450 il bundan sabiq Osmanlı türkləri Avropaya daxil olun Rum dövlətinin Qəstəntiniyyə şəhərini zəbt edib ona İslambul, yəni islam şəhəri ad qoyub, ətrafda vaqe olan xaçpərəst vilayətlərini həm zəbt ediblər. Bir neçə il bundan sabiq zikr olan vilayətlərin bəzi ki, olsunlar Serb və Qaradağ, yəni Əşqudrə və Əflan və Bağdan əyalətləri Osmanlı dövləti ilə cəng edib onun zirdəstindən çıxıb, indi ancaq dövləti-Osmaniyyəyə müəyyən olan xərc verirlər, amma ümurati-daxiliyyələri özləri ilədir.

Bu halda ki, Bosnə və Qerdseqovinə əhli Osmanlı dövləti ilə cəng edirlər, onların həm muradı odur ki, zikr olan əyalətlər kimi olsunlar. Zikr olunan əyalətlərdən Serb və Qaradağ əhli Bosnəyə kömək etməkdən muradları odur ki, osmanlıya heç xərc verməsinlər.

Çünki Serb və Qaradağ əhli Bosnəyə kömək etməyi məlumdur və keçən həftə tel gəlmişdi ki, Osmanlı dövləti Serb və Qaradağı zəbt etmək istəyir, ona binaən danışıq var idi ki, Avropa dövlətləri o cəngə qarışacaqlar. Amma indi tel gəlib ki, Osmanlı əsgəri ol əyalətlərin sərhədini keçməyib və keçmək istəmir.”

Digər tərəfdən Əkinçi müharibənin meydana çıxması ilə artan yoxlamalar fonunda senzorların nəzarəti altında idi. Digər qəzetlərdən siyasi xəbərlər nəşr etmək qadağan edilmişdi.15 Bir nəfərin spekulyasiya edə biləcəyi kimi səbəblərə görə, artıq uzun müddət idi ki, hətta Çar hökumətinin özünün belə ön cəbhədən göndərildiyi teleqramları çap etmək qadağan edilmişdi.16 Müharibənin başlaması bu problemi daha da artırdı; bu dönəmdə general Staroselskinin Bakı qubernatoru vəzifəsindən çıxarılması işi daha da pisləşdirdi; “havadar” getdikdən sonra “müsəlmanların düşmənləri” qəzetinin bağlanmasına səbəb olacaq redaktora qarşı təzyiq kampaniyasına başladı.17

Əkinçi və erməni məsələsi

Bununla əlaqəli bir məsələ də erməni məsələsidir. Osmanlı erməni milləti elementləri siyasi iddialarla çıxış etməyə başlamışdı. Bu məsələnin də müzakirəsi yenə də xəbərlər bölməsi ilə məhdudlaşmışdı və xəbərlər tez-tez ermənipərəst Qərb mətbuatından götürülürdü.18 İstisna qəzetin nadir hallarda olsa da, Tiflisdə çap edilən aqressiv erməni qəzeti olan Mşakla təsadüfi dolaşıqlıqlar yaşaması idi. Mşakın redaktorunun Osmanlı ermənilərinin digər xristian azlıqlar kimi mərkəzi hökümətə qarşı döyüşmək üçün silahlarının olmaması haqqında təəssüfünü ifadə etdiyi xəbər də, eləcə də, bir erməni keşişinin rusların slavlarə dəstəklədiyi kimi ermənilərin də Anadoludakı qardaşları üçün pul toplamasına çağırış etdiyi xəbər də hansısa başqa səbəb olmadan çətin yazılardı. 1920   Digər bir yerdə, qəzet Mşakın Osmanlı ermənisi olan qaçqınların rus bölgəsinə yığıldığı barədə olan iddiasını inkar edən rus gömrüyünü məlumatı yayımlanırdı, həmin sayda aşağıdakı məktubda yer almışdı:21

“Mşak qəzetinin münşisi (redaktoru – MAM) müsəlmanları vilayətlərdən çıxarmağa çox təcil edir və özünə ağıl və elm sahibi deyir. Ağıl və elm sahibi olan çox təcil etməz, işin axırına baxar. Əgərçi ermənilər elmdə tərəqqi həm edələr, müsəlmanları bu vilayətlərdən çıxartmaq müşkü və məhaldır… “Bir çox arzular var ki, məhv olur.”“22

Digər tərəfdən, Mşakda Ərdəbil və Rəşt şəhərlərindəki hadisələrdə İran ermənilərinin individual olaraq müsəlmanlar tərəfindən hücuma məruz qalması barədə sadə xəbərlər çap edilirdi, Rəşti ziyarət edən Əkinçinin yazarı isə qəzəbli və uzun formada təkzib yazmışdı.2324

Əkinçi Qafqaz ermənilərinə qarşı müsbət mövqe almışdı. Onları tez-tez müsəlmanlara qardaşlıqda, öyrənməyə olan maraqda, çalışqanlıqda və s. şeylərdə örnək kimi göstərirdi. Onların təhsilə olan marağını göstərmək üçün Əkinçi erməni ruhanilərin təşviqi ilə Bakı ermənilərinin kasıb uşaqları Peterburqda oxumağa göndərmək üçün teatr tamaşası  səhnələşdirdikləri və məktəblər açmaq, kasıb erməni uşaqlarına vermək üçün elmi kitablar çap etmək məqsədilə 7 min rubl toplandığı barədə məlumat verirdi.2526 Onların hər şəhərdə gimnaziyası və İrəvanda akademiyaları var idi.27  Oxumağa olan maraqları onlara 12 qəzet və 3 jurnal çıxarmağa imkan yaradarkən, müsəlmanlar güclə 2 həftədə bir nəşrlə davam gətirə bilirdilər.28 Bu müsəlman varlılar arasında xeyriyyəçiliyin olmaması və müsəlman din xadimlərinin dünyəvi təhsilə maraqlı olmamasının mütləq əksi idi.29

Həsən bəyin qəzeti fiziki olaraq istehsal edən ilk əməkdaşlarından ikisinin erməni – əmi və qardaşı oğlu olduğunu qeyd etmək məqsədəuyğun olardı.30

Əkinçi və İran                             

Heç olmasa qismən, İran Əkinçinin diqqətini Osmanlı imperiyasından daha az çəkmişdi, çünki o zaman daxili qarışıqlıqlar benəlxalq qaynar nöqtəyə çevrilməmişdi. Lakin qəzet İrandakı Sepehsalar erasının pik nöqtəsi dövründə nəşr edilirdi. Bu 10 illik dövrdə Qərbdə təhsil almış Mirzə Hüseyn xan Nəsrəddin şahın dəvəti ilə ölkəni modernləşdirmək üçün çalışırdı. Şahın Avropa ziyarətinin hüququn aliliyinə, məsələn qubernatorların özbaşınalıqlarına mane olacağına müəyyən qədər ümidlər ehtiva edən ifadələr var idi.31 Lakin inistitusional islahatlar barədə yeganə məlumat məşhur islahatçı Mirzə Yusif xan Müstəşərüddövlənin rəhbərlik etdiyi, Təbrizdə yerləşən və qabaqcıl tacir və din xadimlərinin daxil olduğu şura barədə idi.32

Belə bir hiss var idi ki, təbiətcə iranlılar qanunun aliliyi altında yaşamağa hazır deyil. “Xalqa deyəndə ki, qanun olmasa asudəlik və tərəqqi olmayacaq, deyir: hansı qanundur ki, şəriətdən artıq ola?”33

Həqiqətən də, Əkinçi Qafqazlı müsəlman proqressivlər arasında ənənə halına gəlmiş kimi görünən İrandakı islahat cəhdlərini satira ilə tənqidi başlatmışdı.Beləliklə, 1876-cı ildə nəşr edilmiş məktubda İrandakı son islahatlar barədə bunlar deyilirdi:34

“Təbrizdən məktubi xəbər var ki, əlahəzrət şahənşahi-İran xəllədəllah mülkəhu (Allah onun mülkünü əbədi etsin – tərcüməçi) bəzi qəvanini-cədidə barəsində ki, İranda cari olacaq hökmi-mükəddər buyurublar (sərt şəkildə bəzi yeni qanunların tədbiq edilməsini əmr etmişdir – tərcüməçi) və ol əhkamı bir kitabça edib, o kitabçanı cəlalətməab ağayi-əsl, ağayi-sahibi-divan (dövrünün möhtəşəm böyüyü – tərcüməçi) hakimi-Təbriz bu dəfə Tehrandan Təbrizə varid olduğu halda icra buyurubdular ki, o kitabça 5 fəsildir və müxtəsərən bunlardırlar:

  1. Üləmayi-giram (böyük alimlər – tərcüməçi) ehtiramı cəmi hakimlərə vacib və lazımdır.
  2. Bəst (ziyarətgah – tərcüməçi) hər yerdə və hər yerdən mövqufdur (ləğv edilir – tərcüməçi).
  3. Cəmi əməllər mütabiqi-şər (şəriətə uyğun – tərcüməçi) gərək qət olsun və əgər bir axund bir xilafı-şər (şəriətə zidd – tərcüməçi) hökm buyura, bəd əz-isbat gərək Ərdəbil şəhərinin qalasında məhbus olsun.
  4. Xaric dövlətlər mətaı (subyektləri – tərcüməçi) qadağan olub ki, kimsə alıb-satmasın və libas etməsin. Libas ümumən İran mətaından olacaq.”

Bənzər şəkildə, İran qəzeti də lağa qoyulurdu. Məsələni ələ aldıqdan sonra Həsən bəy onu belə təsvir edirdi:

“Xəbəri-teleqrafi və qeyrə fəslində Azərbaycan, Xorasan, İsfahan və qeyr İran vilayətlərindən gələn tellər çap olunub ki, guya dünyada Paris, London, Peterburq və qeyr Avropa şəhərləri yoxmuş və zikr olan telləri xəbərləri belə xəbərlərdir: Filan yerə yağış yağıb, növqan (məhsul – tərcüməçi) yaxşıdır, insanlar rahatlıq içindədir və Əlahəzrət müqəddəs şəxsiyyətinin yaxşı olması üçün dua etməklə məşğuldurlar.36 Sonra cənab rəisi-külli-darültəbə (nəşriyyat idarəsi rəisi – tərcüməçi) və darültərcümeyi-məmaliki-məhruseyi-İran (İranın Müdafiə Olunan Mülklərinin Tərcümə İdarəsi – tərcüməçi) Səniüddövlə Məhəmmədhəsən xan (“İran” qəzetinin münşisinin ismi və ləqəbidir) Mədinə şəhərində İran hacıları ilə Osmanlı və ərəblər elədiyi duadan bir neçə kəlmə danışıb qəzetin baqisinin üstə ki, olsun bir vərəq bir çərək (tamam qəzet vərəq yarımdır) Tehran şəhərinin tarixini yazır.

 Ey Saniüddövlə, sənə qurban olaram!37 Qəzetin tarixlə nə işi var? Məgər dünyada qeyr xəbər yoxdur…?”

“Azərbaycandan, Xorasandan, İsfahandan və digər İran əyalətləridən olan xəbərlər elə çap edilir ki, sanki, Paris, London, Peterburq və s. Avropa şəhərləri yoxdur. Və xəbərlərin hamısında təxminən belə şeylər oxunur: filan-filan yerlərdə yağış yağdı, ilk məhsul yaxşıdır, insanlar rahatlıq içindədir və Əlahəzrət müqəddəs şəxsiyyətinin yaxşı olması üçün dua etməklə məşğuldurlar.36 Ardıyca, Nəşriyyat İdarəsi Ümumi Rəhbərliyinin və İranın Müdafiə Olunan Mülklərinin Tərcümə İdarəsi əlahəzrəti Saniəddövlə Həsən xan iranlıların Mədinəyə osmanlılar və ərəblərlə birgə dua etmək üçün etdikləri həcc ziyarətindən bir xeyli danışır. Qəzetin yerdə qalan hissəsi isə Tehranın tarixinə həsr olunur.

Ah Saniəddövlə, sənə qurban olaram!37 Qəzetin tarixlə nə işi var? Dünyada başqa xəbərmi yoxdur?

Əzizim, qəflət yuxusundan oyanıb, Avropa tərəfinə tamaşa edin, yoxsa sonra… ”

Bunun əksinə, Əkinçi Osmanlı imperiyasında çap edilən müasir iranlı jurnalı olan Əxtarın inkişafı ilə xüsusi maraqlanırdı. Bu jurnalın mövcudiyyəti 1876-cı ilin mart ayında başyazı da elan edildi.38 Yazıda jurnalın redaktoru Məhəmməd Tahir orijinal farca ilə tövsiyyə edirdi ki, kim ki, jurnalla maraqlanır Tiflisdəki tacir Hacı Rəhimlə əlaqə saxlasınlar və ya birbaşa olaraq abunə olsunlar, o söz verirdi ki, habelə Qafqazın digər şəhərlərində də distrubuterlər şəbəkəsi qurulacaqdır. Həsən bəy əlavə edirdi ki, İstanbulda müsəlmanlar üçün xeyli sayda jurnal çap  edilir, “lakin onlar osmanlıca yazılır, onları oxumaq bizim üçün rahat deyil, lakin Əxtar farsca yazıldığına və farscanın bizim əyalətlərdə geniş istifadə olunduğuna görə, biz ümid edirik ki, onun çox saylı nüsxəsi bura gələcəkdir.” Sonrakı məqalədə Əxtarın 2 min rubl borcu olduğu dilə gətirilmişdi, lakin İran hökuməti jurnalın nəşr olunduğu şirkətə dəstək üçün min tümən verəcəyinə söz vermişdi.39

Əslində, Əkinçi üçün böyük hekayə İranın Osmanlı ilə əlaqəsi, xüsusən iki imperiya arasındakı sərhəd münaqişələri və bir-birilərinin ərazilərinə olan basqınlar idi.4041 Bu rəqabət Osmanlı ilə Rusiya imperiyası arasındakı gərginliyin açıq müharibə vəziyyətinə keçməsi ilə daha məşum səviyyəyə yüksəldi.  Əkinçi iranlılarla Çarın əməkdaşlıq içərisində olduqlarına və Osmanlı ərazisinin bir hissəsini ələ keçirmək üçün fürsətin yaranmasını gözlədiklərinə dair şübhələrini dəfələrlə bildirmişdilər:

“Tehrandan tel var ki, guya Rusiyanın məsləhətinə görə İran dövləti Osmanlı sərhədinə əsgər göndərmək istəyir.”42

Rusiya mətbuatında yazılır ki, İran dövləti Osmanlı sərhədinə əsgər göndərib, bəyan edib ki, nə politik və nə məzhəb təriqi ilə Osmanlı dövlətinin tərəfini saxlamayacaq.”43

“Rus qəzeti yazır ki, həzrəti-şahənahi-İran Peterburqa vəkil göndərib ki, Osmanlı ilə cəng olsa, İran kimin tərəfini saxlamağı məlum eləsin.”44

Əkinçi Qafqazda artan iranlı icmasının fərqində idi. Qəzet yazıçıları üçün, onlar kasıblığın və istismarın simvoluna çevrilmişdilər və bu rəğbət yalnız səmimi ola bilərdi. Bundan əlavə, onlar Qafqaz müsəlmanlarına utancın və cəhalət depradasiyasının nümunəsi kimi təqdim edilirdilər. Əxtarda müsəlmanların təhsilli olmağa təşviq etmək üçün olan məqaləni müzakirə edərkən Əkinçinin Harayçı Qardaş təxəllüslü müxbiri Moskvadan yazırdı ki, o, bir dəfə şəhərin küçələrində xaç boyunca sürüklənən iranlı görmüşdür.45 Nə etdiyi soruşulduğunda isə iranlı “Allahı İrana qəzəb edib, çörək tapmaq olmur” deyə cavab vermişdi. Müəllif davam edir, “Bəs, qardaşlar, bunun səbəbi elmsizlik deyil ki, bizim gözəl vətənimizdə çörək tapmaq olmadığına görə xalq baş götürüb diyarbədiyar gəzib, külfətindən, millətindən, məzhəbindən əl çəkib, acından milçək təki tələf olur?”.46

Təhsil və dil

Əkinçinin inkişaf və irəliləmə proqramının əsasını Qafqaz müsəlmanlarının təhsili təşkil edirdi. Bu məsələnin mərkəzində hansı dildə təhsil almaq sualı var idi. Həsən bəy Osmanlının öz fənlərinin praktik təhsili üçün faydalı kitablar çap etmək səylərindən təsirlənsə də, o, Osmanlı türkcəsinin Qafqaz müsəlmanlarının təhsil dili kimi sadəcə olaraq, çox çətin olacağımı hiss edirdi və Qafqazın müsəlman ictimaiyyəti üçün bu kitabların uyğunlaşdırılmış formasını çap etmək üçün öz cəmiyyətlərini qurmağı təklif edirdi.47 Osmanlıcadan  tərcüməyə olan ehtiyac rəqəm ilə imzalanmış bir məktubda mübahisə edilmişdi və Əkinçinin kiril nəşrinin redaktorunun qeyd etdiyinə görə bu rəqəm Həsən bəyin adının şifrəli bir forması idi. Bu məktubda Həsən bəy iddia edirdi ki, “Osmanlıcanın bizim dilimizlə uyğun gəlməməsinə baxmayaraq, o, tərcüməyə ehtiyac duyulacaq qədər fərqli deyil,  osmanlıcada yazılmış kitab oxumaq əlavə diqqət tələb edir, çünki ona çoxlu sayda ərəb, fars və başqa dillərdən söz keçmiş və onun başa düşülməsini çətinləşdirmişdir”. Bunu Osmanlı təbiət elmləri kitabından bir örnəklə göstərir.  O, məktubunu İstanbuldan həccə getmək üçün keçən müsəlmanların hər birinin yanlarında bəzi yararla Osmanlı kitabları gətirə biləcəklərini və bu sayədə bir çox kitabxananın doldurula biləcəyi ilə sonlandırır.

Bir başqa yazısında Həsən bəy bu problemi qaldırırdı: Ruslar tədrisin rusca aparıldığı məktəbərin və tədrisin milli dillərdə aparıldığı məktəblərin açılmasına icazə verir. Problem onda idi ki, müəllimlər hökumət tərəfindən keçirilən imtahandan keçməli idilər və Həsən bəyə görə, erməni qonşularından fərqli olaraq, müsəlmanlar təhsilli şəxslərə və ya hətta, öz dillərində tədris keçən məktəblərə belə malik deyildilər. Beləliklə, müsəlmanlar tərəfindən məktəb açılacağı təqdirdə, o məktəbdə tədris dili rus dilində olmalı idi, lakin əsas məqsəd, müsəlmanların özlərinin dilində məktəblər qurmağa davam edə biləcək müəllimlər heyətini inkişaf etdirmək olmalı idi. 

Bizim əvvəldə rus hakimiyyətinə rəğbətini gördüyümüz Seyid Əzim Şirvani xüsusilə rusca təhsilə müsbət yanaşırdı. Öz kosmopolitanizmi və ya milli spesifikliyə marağının yoxsunluğunu o, oğluna ünvanladığı şerində elan edir:48

Demirəm rus ya müsəlman ol,
Hər nə olsan get, əhli-ürfan ol…
Ey gözüm nuru, ey ətayi-xuda,
Sənə Şirvanda oldu nəşvü nüma
Lilləhül-həmd, xitteyi-Şirvan
Saniyi-İsfəhandır əlan.
Gərçi viranə oldu zəlzələsən,
Çıxmayıb mərifət bu mərhələdən.
Vardır hər guşədə yüz əhli-kəmal,
Hər biri əhli-elmü sahibi-hal…
Xassə kim, padşahi-kişvəri-Rus
Edəli təxti-ədlü dad cülüs,
Eləyib tərbiyət kəmal əhlin,
Gətirib halə bir məhal əhlin.
Hər vilayətdə açdı məktəblər,
Çatdılar feyzə əhli-mənsəblər.
Oxunur onda müxtəlif dillər,
Həll olur onda cümlə müşküllər.
Ey oğul, bu dəlili-bişəkdir,
Adəmi-bisəvad eşşəkdir…
Həq buyurmuş ki, ixtilafi-lisan
Nemətimdəndir, ey güruhi-cahan!
Kim ki, bəs bir dil eyləsə hasil,
Oldu bir nemətə o kəs vasil.
Cəhd qıl neməti-təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş
Ey gözüm, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.”

Əgər Həsən bəyin dil və təhsil məsələsi ilə bağlı sonrakı açıqlaması, 1870-ci illərdə bu məsələ ilə bağlı düşüncəsinin hər hansı bir əlamətidirsə, o, bu universalist dünyagörüşü paylaşmırdı. 1906-cı ildə yayımlanmış məqalədə II Aleksandrdan əvvəl açılmış məktəblər barədə o, yazmışdı:49

“Bizim xalqımızın bizim öz dinimizə uyğun və bizim öz dilimizdə təhsil alacağımız məktəbimiz yox idi. Hökumət tərəfindən açılan məktəblərdə rahiblər missionerlik etmək üçün bizim dilimizi, mədəniyyətimizi və şəriəti qadağan etdilər. Və çox az müsəlman bu məktəblərə getdi. ”

Təhsil və ənənə

Bu problemin bir digər aspekti də o idi ki, adi insanlar yeni təhsil sisteminə dərin şübhəylə yanaşırdılar. Müəllif xəbərdarlıq edirdi ki, onun müsəlman ardıcılları təhsilin zəruru olduğunu qəbul etsələr də, “… hər bir millətin adət və rəftarı elm ilə düz gəlməsə, o millət elm təhsil edə bilməz. Çünki bir neçə dəfə bizim müsəlmanlar üçün elm təhsil etmək vacib olduğundan danışmışıq, ona binaən indi bizim adətlər ona mane olmağından danışaq.”

“…Məsələn, çəkmə geyinməkdə bir günah yoxdur və hər kəs fikir eləsə görər ki, çəkmə geyinmək ilə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs bizim namərbut başmaq yerinə çəkmə geyinəndə şüəralar onu həcv edir. Mollalar ona minbərdən lənət oxuyur,  əvamün-nas (sadə insanlar – tərcüməçi) ona salam vermir. Xülasə, hamımız birləşib onu kafir hesab edib o qədər incidirik ki, biçarə naəlac qalıb, öz millətini atıb, gedib xaricilər ilə üns tutur ki, onun övladıı onların içində böyüyüb, onların təriqəsinə daxil olur…”

“… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız. Bəs ləzzəti-dünyaya tamah etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar edib, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvam-ünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq.”

Həyatının sonuna doğru Həsən bəy yazırdı ki, hətta indi belə yalnız bir necə zadəgan övladı Bakıdakı rus məktəbində təhsil alır və ictimai formada inancsız və imanından dönmüş hesab edilməsinlər deyə, rus stilində ayaqqabılarını və öz məktəbli formalarını geyinməkdən qorxurlar.51

1905-ci il inqilabından sonra nəşr edilən və 1870-ci illərdəki səylərindən bəhs edən xatirələrində Həsən bəy, müsəlman ali sinfini ictimai şövqə inandırmaqda üzləşdiyi maneələri xatırlayır.52 Xeyriyyəçiliyin çox çətin olduğunu qeyd etdikdən sonra, o, əlavə edir ki, bu hal xüsusilə “biz müsəlmanlar” arasında belə idi. Bu ona görə idi ki, “xeyriyyəçilik işi zəriflik və təhsil tələb edir və təəssüf ki, müsəlmanlar arasında bu çox azdır”. Bunun əvəzində, onlar yüksək miqdarda məbləğləri heç bir yaxşı işgörməyən, əslində daha çox ziyan vuran mərsiyyəxanlara (İmam Hüseynin şəhidliyi üçün professional yas aparanlara) verirlər. O, bu vəziyyəti ermənilərlə müqayisə edir:

“Ermənilər Xeyriyyə Cəmiyyətlərini 40 il əvvəl qurmuşdular. O günlərdə, Bakıdakı ermənilərin sayı çox az idi və bir neçə yüzdən çox deyildi. Bakının yerli erməniləri təxminən 10-15 ailədən ibarət idi. Sonra, ermənilər mülki xidmətçi və ya tacir kimi gəldilər. Hətta o zamanlarda belə, onlar bizdən daha savadlı idilər. Onların bəziləri universitet bitirmişdi. Onlardan biri Dr.Rüstəmyan Xeyriyyə Cəmiyyəti üçün nizamnamə layihəsi hazırladı və başqa bir neçə nəfər ilə birlikdə yeni cəmiyyət açmaq üçün petisiya təqdim etdi. Sonra onlar cəmiyyətin əsasını qoydular və bütün erməniləri Bakıya dəvət etdilər, mühasib dəftəri açaraq, pul topladılar… Hər kəs müəyyən məbləğ gətirirdi və heç kim demirdi ki, o, bu məbləği ödəməyəcək və ya ödəyə bilməyəcək…”

“O günlərdə, Bakıda 3 Qarabağ ermənisi olan südçü var idi…Onlardan ikisi milyoner oldu. Üçüncüsü olan Karapat çox qeyrətli, vətənpərvər insan idi və südçü olaraq öldü.

Xeyriyyə Cəmiyyətini qurmaq üçün toplantı keçirilən zaman Karapet bunu eşitdi və ora gələrək inəyini qapıya bağladı və onlar onun üçün oturacaq gətirdilər. Geri addımlayaraq, ona yol açdılar. O, Rüstəmyandan bu pullarla nə etməyi planladıqlarını soruşdu. Rüstəmyan cavabladı ki, onlar kasıb və yetim ermənilərin təhsil alacağı məktəblər açmaq istəyirlər.

Erməni südçü təşvişə düşdü və paltarından dəri çanta çıxardı və Rüstəmyana bildirdi ki, “mən bütün erməni uşaqlarını öz uşaqlarım bilirəm və onların təhsil almalarını çox istəyirəm. Səhərlər inəklərimi sağdığım zaman, onların kitabları qollarında məktəbə getdiklərini görürəm və çox şad oluram. Beləliklə, mən neçə illərdir bu dəri çantada topladığım pulları Xeyriyyə Cəmiyyətinə ianə edirəm” deyərək ümumilikdə min rubl pul verdi. Toplanmış ermənilər bu südçünü hifz etmək üçün və onun keçmiş həmkarları olan milyonçuların evlərini yıxmaq üçün Allaha dualar etdilər.”

Bunun əksinə, 1871-ci ildə Həsən bəy Bakıda Xeyriyyə Cəmiyyəti açmağa çalışarkən və səlahiyyətli orqanlardan icazə almaq üçün petisiya hazırlayarkən, hətta petisiyada iştirak edənlər belə ona kömək etmədilər. Nəhayət, toplantı Bakının baş qazısı Molla Cavad Axundun evində keçirildi. Bakının müsəlman icmasının aparıcı şəxsləri toplantıya dəvət edilmişdilər. O, qeyd edir ki, Zeynalabdin Tağıyev cəmiyyətin məqsədləri barədə uzun bir çıxış etdi.

Lakin pul sözü ağıza alındğı zaman, hacılar dilxor oldular. Onlardan biri “bu gözəl əməlin yaxşılığı üçün kimsə dua etməlidir. Mən ümid edirəm ki, siz məni həmin kimsə hesab edirsiniz” – dedi və qalxıb getdi. Bir digər hacı özünü rahatlatmalı olduğunu dedi və qalxıb getdi. Bu zəngin şəxslər bir-bir öz varlıqlarından bizi məhrum buraxdılar… Evə getdim və bütün günü bir tikə çörək yeyə bilmədim, gecə boyunca öz bədbəxt müsəlmanlarımızı fikirləşərək gözümü belə yuma bilmədim. Qardaşlar, bizi öz erməni qonşularımızla müqayisə edin!”

Nəticə

Qafqaz müsəlmanlarının qəzeti olaraq Əkinçi öz sədaqətinə görə bir çox düşmənə malik idi. Hətta ən çətin vəziyyətlərdə belə, qəzet Çara sadiqliyini yüksək səslə elan etmişdir. Osmanlı imperiyasındakı siyasi vəziyyətə böyük maraq göstərsə də, bu Çara qarşı çevrilmə bahasına deyildi.  Onun erməni qonşularına qarşı münasibəti ümumilikdə müsbət idi və onları təhdid olmaqdan çox müsəlmanlar üçün model kimi görürdü, lakin ara-sıra təhdid kimi də qəbul edirdi. Bu da yeni-yeni formalaşan Azərbaycan ziyalı çevrəsinin mövqeyini əks etdirirdi, lakin vaxt keçdikcə ikinci yanaşma daha dominant olmağa başladı. Onun İrana qarşı yanaşması Osmanlıya olan yanaşmasından ilə müqayisədə daha soyuq və skeptik idi və bu da Qafqaz Azərbaycanı düşüncə tərzində başqa bir norma idi.

Postskirpt                                   

Vəziyyəti pisləşdikcə, Həsən bəy heç olmasa, müharibənin sonuna doğru qəzeti bağlamaq qərarına gəldi. Lakin hətta belə olduğu halda da, Bakının yeni qubernatoru onu şəhərdən uzaqlaşmağa məcbur etmək istəyirdi və onu başqa şəhərə müəllim təyin etdirdi. Həsən bəy Bakıdan ayrılmaq istəmədiyi üçün işindən istefa etdi. Lakin nə hökumətdə, nə də müsəlmanlar arasında iş tapa bilmədiyi üçün təqaüdə ayrılaraq kəndinə geri döndü.53

Həm Sovet, həm də Sovetdən öncəki azərbaycanlı alimlərin fikrincə Əkinçinin bağlanması Azərbaycan ədəbiyyatında böyük enişin konteksində gəlmişdir. Axundov növbəti il vəfat etdi, Seyid Əzim Şirvani Azərbaycan türkcəsini farsca ilə əvəz etdi və onlardan sonrakı 20 il ərzində gələn yazıçılar onların yerini doldura bilmədilər. Bu vəziyyət 25 il davam etdi, bu müddət ərzində o, başda Kaspi olmaqla, müxtəlif rusdilli jurnallar üçün yazdı.54

1905-ci il inqilabını izləyən Azərbaycan renessansından sonra Həsən bəy öz mədəni fəaliyyətinə yenidən davam etdi. O, xüsusən proqressiv Həyat qəzetinə müntəzəm töhfələr verirdi. Buradakı məqalələrinə əsasən onu demək olar ki, onun ideyaları linqivistik panturkizmə yönəlik tendensiya istisna olmaqla, ümumilikdə dəyişikliyə məruz qalmadı. Həyatdakı bir məqaləsində o, iddia edirdi ki, müsəlmanların digər icmalarla getdikcə daha çox qarışdığı dünyada türk dilinin müdafiəsini islamın əsasını qorumağın yeganə yolu kimi görürdü.55 Buradan belə nəticəyə gəlir ki, Rusiya müsəlmanlarının birliyi türk dilinin birliyindən asılıdır və Rusiya türkləri üçün ümumi dilin tapılması üçün səylər göstərilməlidir. Bunun üçün fars dilindən istifadənin minimuma endirilməsi tələb olunurdu ki, bu da din adamlarının farslaşmanın əsas mənbəyi kimi müəyyənləşdirilərək dil üzərində təsiri ilə mübarizəyə səbəb oldu.56 Sonrakı məqalədə deyildiyi kimi, bu linqivistik müsəlman azlıqların, məsələn farsdilli (tatlar) və müxtəlif Qafqaz dillərində danışanların türkləşməsini nəzərdə tuturdu.57

Həsən bəy 1907-ci ildə vəfat etdi, onun ölümü bütün dinlərdən olan qafqazlılar tərəfindən böyük kədərlə qarşılandı.58

İstinadlar:

1Zıyyadin Göyüshov, “Həsən bay Məlikov Zərdabi,” Həsən bay Zərdabi: Seçilmiş Əsərləri (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1960), p. 8, which refers to an apparently unpublished memoir of him by his widow, Hənifə Xanım. We are told that he was Sunni in Tad Swietochowski’s “Əkinçi, 1875-1877. The Rise of the Azerbaijani Press and Public Debates in the Readers’ Correspondence,” Herzog, Motika, Pistor-Hatam (ed.), Presse und Offentlichtkeit im Nahen Osten (Heidelberg, Heidelberger Orientverl., 1995), p. 179.

2Həyat, December 28, 1905 and January 3, 1906, I:129 and II:2. I have taken the quotations from Həyat from the Cyrillic edition of published in Z. B. Goyushov, Həsən bay Zərdabi: Seçilmiş Əsərləri.

3Əkinçi, March 17, 1877, III:6, “Dakhelıyyə” (roughly, editorial). All dates in the citations are from the old Russian calander. All quotations from Əkinçi are taken from the Cyrillic edition published in Turan Həsənzada and `Əzız Mırəhmədov, Əkinçi (1875-55) (Azərnəshr, Baku, 1979).

Of course, such beys would not give any thoughts to the well-being of the people. They needed money to busy themselves with pleasures and the people, for their part, had to be like animals to be ruled over for the sake of their rule. Since learning was bitter to these fellows, the only thing they got out of these schools was to change their customs, i.e., their way of eating, drinking, dressing, etc., into the ways of foreigners, and remained completely ignorant of learning.

4See the news column in Əkinçi, January 18, 1877, III:2 and after. See also the editorial in July 21, 1877, III:15.

5Həyat, January 6, 1906, II:5.

6Həyat, December 28, 1905 and January 3, 1906, I:129 and II:2.

7Həyat, December 10, 1905, I:116.

8Həyat, December 21 and 23, 1905, I:123 and 125.

9May 12, 1877, III:10. See also his poem of June 11, 1876, II:11.

10June 23, 1878, III:13.

11This was written after the outbreak of the Russo-Turkish war.

12May 27, 1876, II:10.

13November 6, 1876, II:21.

14July 25, 1876, II:14. See also November 6, 1876, II:21.

15Həyat, December 28, 1905 and January 3, 1906, I:129 and II:2.

16War broke out April 12; permission to print these telegrams was announced in an editorial, August 18, 1877, III:17.

17Həyat, loc. cit.

18See, e.g., October 8, 1876, II:19.

19July 25, 1876, II:14.

20November 20, 1876, II:22.

21March 17, 1877, III:6.

22Farsca.

23September 22, 1876, II:18.

24By Əkinçi regular Əhsən ül-Qəva’ed, November 20, 1876, II:22.

25May 13, 1876, III:9.

26Letter, February 1877 (no date), III:3.

27Letter, May 26, 1877, III:11.

28Editorial, July 25, 1876, II:14. It should be noted that the Armenians are refered to as hamchesm, which can mean “rival.” A letter from Əkinçi regular Əsgər Goranı on the same theme says that the Caucasian Armenians have four gazettes and four journals. (December 22, 1876, II:24.)

These articles were written under conditions of relatively low tension between Armenian and Muslim. It seems to have survived the communal slaughter of 1905; he favorably compares Armenian didactic and patriotic poetry with the poetry of their Muslim neighbors.

29See below.

30Həyat, December 28, 1905 and January 3, 1906, I:129 and II:2.

31See the news item in December 22, 1876, II:24.

32February 15, 1876, II:3.

33See the letter from Rasht in July 17, 1877, III:14.

34July 25, 1876, II:14. See also the letter by a “Friend of Iran” which appeared in the issue of August 23, 1876, II:16, which elaborates on this satire.

35These pomposities, extreme even by contemporary Iranian standards, were clearly meant to be satirical.

36This, at a time of massive crop failures and apalling suffering in northern Iran.

37In Persian.

38March 15, 1876, II:5.

39January 18, 1877, III:2.

40July 22, 1875, I:1,

41Letter, October 5, 1875, I:6, letter, November 18, , I:9,

42October 22, 1876, II:20, citing Pravitelstvenni Vestnik, citing the London Times.

43November 20, 1876, II:22, citing Birzhevoi Vedomosti.

44December 22, 1876, II:24, citing Peterburgski Vedomosti.On the other hand, a dispatch from Tehran reports that the Iranian government is following Ottoman affairs very closely but in the event of war, it has no intentions of seizing Baghdad. (January 4, 1877, III:1) At the very least, such a denial points to the existence of widespread suspicions of Iran’s intentions.

45 September 1, 1877, III:18.

46April 14, 1877, III:8. It should be noted that this was the consul whom Zein ol-`Abedin Maraghe’i would excoriate in his Seyahatnameye Ebrahim Bey.

47Editorial, March 29, 1876, II:6.

48June 11, 1876, II:11. Seyyid `Əzim’s indifference to the difference between Muslim and Russian was too much for the editor, who, while complimenting him on his eloquence, added that “Man must acquire learning to be a human and accept Islamic qualities.”

49Həyat, January 6, 1906, II:5.

50Editorial, June 11, 1876, II:11.

51Həyat, December 13, 1905, I:117.

52Həyat, November 25 and December 8, 1905, I:107 and 115.

53Həyat, December 28, 1905 and January 3, 1906, I:129 and II:2.

54This issue is the subject of Xeyrulla Məmmədov, Əkinçidən Molla Nəsrəddinə qədər (Yazıçı, Bakı, 1987). The various opinions on the matter are summarized in pp. 5-6.

55Həyat, January 11, 1906, II:9.

56The reader cannot help but not that the editor of Həsən bay Zərdabi: Seçilmiş Əsərləri felt compelled to translate the title of the piece from the sonorous Perisanized Arabic Ittihad-i Lisan to Dil Birliyi.

57Həyat, January 13, 1906, II:12.

58Zıyyadin Göyüshov, Introduction, Həsən bay Zərdabi: Seçilmiş Əsərləri, p. 27, which shows a photograph of a massive funeral procession for Həsən bey.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər