Bu araşdırma milliyyətçiliyi öyrənmək və anlamaq üçün Kohn sistemini incələyir. Araşdırma iddia edir ki, onun “sivil Qərb” və “etnik Şərq” bölgüsü ideallaşdırılır və tarixi, nəzəri və ya müqayisəli incələməyə uyğun gəlmir.
Bu araşdırma iki hissəyə bölünür: nəzəri perspektivdən Kohnun sisteminin müzakirəsi və təcrübi sübutların dörd sivil dövlət (İsveçrə, Böyük Britaniya, Fransa və ABŞ) misalında incələnməsi. Nəzəri hissə Kohnun sistemini və onun sivil Qərb idealizasiyasını müzakirə edir ki, siyasi toplumlar və sivil millətlər necə yaradılır, sivil millət üzvünün təbiətini necə dəyişir. Eləcə də Qərb sivil dövlətlərinin müstəmləkə imperiyaları, onların rolu və təsirlərini araşdırılır.
Nəzəri Reflekslər
Qərb millətçiliyi və milli dövlətlər təsviri ənənəsinin Şərqdəkinə nisbətən Qərb siyasi düşüncələrində daha dərin kökləri var. Akademiklər, siyasətçilər və jurnalistlər arasında daha dərin ənənələrə malikdir. Hans Kohn bu iki tip millətçilik arasındakı fərqliliyin inkişafında bəlkə də ən çox xatırlanan şəxsdir. Məsələn, İgnatieff, Smith və Greenfeld onun yolu ilə gediblər. “Yaxşı” Qərb və “pis” Şərq millətçiliyi təsviri bəzi alimlər tərəfindən reallıq kimi qəbul edilib.
Kohnun görüşünə görə Qərb millətçiliyinin sivil institutlarda və burjuada sosial bazası var idi. Bununla müqayisədə Şərqdə sosial siniflərin və institutların yoxluğu o anlama gəlirdi ki, millətçilik daha təbii idi və milli ideyanı açıqlamaqda ziyalılara güvənilirdi. Ziyalılar milli şüuru xatirələrin, simvolların, əfsanələrin və kimliklərin manipulyasiyası vasitəsilə düzəldirdilər. Qərbdə millətlər millətçiliyin yüksəlişindən əvvəl inkişafa başlasa da, Şərqdə sonralar baş verdi. Millət qurma Kohnun Qərbində siyasi reallıq adlandırdığı şeylə birgə baş verdi.
Bu siyasi reallıq fərdi liberallığa və rasional beynəlmiləlçiliyə əsaslanır:
- Qərbdə millətçilik siyasi fenomendir və o millət qurmadan əvvələ və ya eyni vaxta təsadüf edir.
- Şərqdə millətçilik sonralar mövcud dövlətlərlə münaqişə zamanı kültürəl çərçivədə qalxdı.
- Qərbdə millətçilik tarixi miflər üzərində durmadı, əksinə, Şərqdə isə tarixi miflər millətçiliyin əsli idi.
- Qərbdə millətçilik fərdi liberallığa və rasional beynəlmiləlçiliyə bağlı idi halbuki, Şərqdə bu sadəcə bir məsələ idi. (1)
Kohn öz Qərb açıqlamasına Böyük Britaniya, Fransa, Hollandiya, İsveçrə və ABŞ-ı daxil edir. (2) ABŞ-dan başqa bütün bu ölkələrdə milli dövlət millətçiliyin yüksəlişindən əvvəl meydana gəldi, ABŞ-da isə eyni vaxtda baş verdi. Biz görə bilərik ki, Kohn Qərbinin bu beş ölkəsi Soyuq Müharibə (məsələn, NATO və AB) dövründəki “Qərbə” bərabər deyillər. Dövlət sərhədləri ilə millətin nadir hallarda uyuşduğu Şərqdə isə millətçilik “geri qalmış ictimai-siyasi inkişaf”-la birgə meydana çıxdı. Etnik qruplar sərhədlərin onların xeyrinə yenidən çəkilməsini tələb edirdilər. Tarixi miflərin və əfsanələrin istifadəsi çox geniş idi və ilkəl (primordial) bağlantılar xüsusi vurğulanırdı. Məsələn alman millətçiliyi Qərbin fərdiyyətçilik, rasionalizm və parlamentli demokratiya konsepsiyasını rədd edir, əvəzində isə kültürə, dilə və etnikliyə fokuslanır.(3)
Kohn inanır ki, 18-ci əsrdə Qərbdə millətçiliyin yüksəlişi siyasi, sivil və fərdiyyətçi hüquqların böyüməsi ilə eyni vaxtda baş verdi. Bu xüsusilə millətçiliyin 16-ci əsrdən çiçəkləndiyi İngiltərədə inkişaf etdi.(4) Şimalı Atlantik ölkələrində fərdi hüquqlar yüksəlişdə idi, orta sinif quruldu, mülkiyyət hüquqları sistemləşdirildi, absolutizm (mütləqiyyət) çöküşdə idi və vətəndaşlar dövlətə güvənirdilər. Bu millətçilik protestantizmlə sıx bağlı idi və 17-ci əsrdəki İngiltərənin sivil hüquqlarına və 18-ci əsrdəki ABŞ və Fransadakı inqilablara əsaslanırdı. Bu demokratik dəyərlər hər ölkənin milli ideyalarının bir hissəsi olmağa başladı. Fransız inqilabı bu demokratik dəyərlərlə sintez olundu. Kohn inanırdı ki, amerikan milli ideyası “fərdi liberallıq”, “tolerant”-lıq aşılayır və “Amerika könüllü assimilyasiya və ruhi homogenlik yaratma gücünə malikdir”. Eyni vaxtda İsveçrə istisna olunmaqla Avropada tam əks bir model mövcud idi.
Millətçilik İspaniya, İrlandiya, Mərkəzi və Şərqi Avropaya yayılanda onu zəif orta sinif, dəyişməz aristokratiya və zəif sivil institutlar dəstəklədi. Bu regionlardakı millətçilik sivil və siyasi elementlərlə müqayisədə daha çox kültürəl elementlərin dominantlığı altına alındı. Qərb sivil ideyalarının bu imtinası romantizm və kültürəl millətçiliyin güclü, şovinistik və ABŞ və Fransa inqilablarının demokratik, universalist ideyalarına müxalif olan Almaniyada səsləndi. İtaliya və İrlandiya kimi digər ölkələrdə millətçilik, kültürəl və demokratik hüquqlar müstəqillik üçün olan hərəkatlarda birləşdilər. Kohnun görüşünə görə Şərqdəki millətçilik liberal dəyərlərə yox, “fərdi liberallıq və konstitusional təminatların milli məqsədlərin reallaşdırılmasından daha az önəmli olduğu” “bölücü millətçilik”-ə bağlı idi. (6)
Digər tədqiqatçılar da, Kohnun bu bölgülərini əsas götürüblər. Con Plamenatz Qərbin güclü kültürəl kimliyi Şərqin primitiv kimliyi və mədəniyyətini, yenisini yaratma ehtiyacını qarşılaşdırırdı. Smith millətçiliyi Qərbi “sivil-territorial” və Şərqi “geneoloji-etnik” tiplərinə bölür. Kohn, Plamenatz və Smithin açıqlamalarında Qərb liberal, Şərq isə birmənalı olaraq avtoritarizmə və kültürəl repressiyaya meyilli kimi göstərilir(7). Tamir isə öz liberal millətçiliyini Kohnun sivil Qərb millətçiliyi sərhədlərində qoyur(8).
Həmçinin Ignatieff öz sivil millətçiliyini “ortaq patriotik dəyərlərə bağlılıqları ilə birləşmiş bərabər, haqq sahibi vətəndaşların toplumu” kimi açıqlayır(9). O bunu “fərdlərin dərin bağlantılarının seçimlə deyil, irsən keçdiyi –çünki o fərdi müəyyənləşdirən millətçi toplumdur, fərdin müəyyənləşdirdiyi millətçi toplum deyil- etnik millətçiliklə qarşılaşdırır(10).
Bəlkə də modernist Gellner Kohn və onun tərəfdaşlarının millətlərin 18-ci əsrin sonlarında sənayeləşmənin ortaya çıxışından və millətçiliyin yüksəlişindən əvvəl meydana gəldiyi iddiasına qarşı çıxardı. Lakin o Kohnun təməl bölgüsünü doğru olaraq qəbul edir. Gellner iddia edir ki, Qərbdə millətlər yüksək kültür (hansı ki, tək ehtiyacları təkmilləşdirilmiş siyasi tavandır) üzərində birləşdirilib(11). Bununla müqayisədə, Şərqdə mükəmməlləşdirilmiş və sistemləşdirilmiş yüksək kültür azlıq təşkil edirdi və əlavə olaraq etnik faktorlar daha önəmli rol oynayırdılar (12).
Bəzi hallarda yüksək kültür hakim sinfin assimilyasiya siyasətinə görə itirilir və sonra onlar Hroxun təbiri ilə desək, “natamam cəmiyyət”i təşkil edirlər. Bəzi etnik qruplar bir mərhələdə yüksək kültürə və tamamlanmış cəmiyyətə malik idilər lakin sonradan bunlar xarici güclərin işğalı ilə “xalq kültürünə və natamam cəmiyyətə çevrildilər” (13). “Natamam cəmiyyətlər” aristokrat dilində deyil, kəndli dilində danışırdılar. Bu 15-18-ci əsrlər aralığında Polşanın, 18-ci əsrin sonundan 1917-ci ilə kimi Çar İmperiyasının idarəçiliyi altında yaşayan ukraynalılarda və eyni zamanda irlandlarda müşahidə edilmişdi. Rusların və ingilislərn “tamamlanmış cəmiyyət”lərinə görə ukrayna və irlandlar kimi natamam millətlər müstəqil ola bilməzdilər.
Sivil Qərbin İdeallaşdırılması:
Kohnun “yaxşı” və “pis” millətçilik görüşü geniş tənqidə məruz qala bilər. Kohn və onun kimi alimlərin şərqdəki etno-millətçilik və millətçilik hərəkatlarının tənqidi bəzən Şərqi Avropanın “az inkişaf edən” hissəsi sayıb alçaldan “kosmopolit önyarqı” səbəbindəndir (15). Eyni üslubda Said də “qeyri-qərb millətçiliyi yalnız sosial və kültürəl cəhətdən geri olan xalqların müstəmləkə cəhdlərinə mənfi reaksiyasıdır” fikrinin sahibi Elie Kediouireni də tənqid edir. Belə mühakimələr o anlama gəlir ki, onların ancaq “yaxşı” millətçiliklə inkişaf etmiş qərbədki millətçiliyə bərabər millətçilik hüquqları yoxdur. Brown yazır: “Bu açıq-aydın təhlükədir ki, millətçiliyə tərəf ya əks olmaq istəyimizdən asılı olaraq biz onu kültürəl və sivil olaraq xarakterizə edirik” (17).
Millətçiliyin və dövlətlərin Kohn sisteminə görə bölgüsü obyektiv tarixi araşdırmanı dəstəkləməkdə uğursuz olur (18). Sivil qərbdəki siyasi toplumlar kültürəl üfüqləri, dəyərləri, kimlikləri və tarixi mifləri ümumi – vahid kimlikdə paylaşırlar ki, bu da milli kimlikdir. Yack buna görə də inanır ki:
Bütün bu konsepsiyalar – sivil cəmiyyət, insanlar, millət – dövlətdən ayrı olan lakin dövləti öz hökümətləri kimi idarə edən topluma bağlıdır (19).
Liberalizm ənənəvi olaraq ortaq prinsiplərə bağlı olan milli toplumlarla həyata keçirilib. Kültürəl miras olmadan birgə yaşamağa ümumi razılıq da olmayacaq və Yack iddia edir ki, “belə olduğu halda insanların başqa qruplarla razılığa gəlməsinə səbəb olmazdı” (20). Bu Qərbli toplumlar üçün doğru olduğu qədər Şərqli toplumlar üçün də doğrudur.
Kohn həm Şərqdəki demokratiya manifestlərini və sivil millətçiliyi görməzdən gəlir, həm də Qərbdə var olan heç bir anti-demokratik, “qeyri-Qərbi” millətçilikləri də önəmsəmir. Kohn həmçinin “Şərq”i tərif edən bütün millətçilikləri bir kateqoriyada toplayır (21). Daxili müharibə illəri ərzində Çexslovakiya demokratiya idi. Kohnun üç şərq ölkəsi (Polşa, Macarıstan və Çexoslovakiya) beş sivil Qərb dövlətlərinin dördündən öncə qadınlara səsvermə hüququ verdi.
Millətçiliyin coğrafi tərəfdən süni bölgüsü digər faktorları önəmsəmir. İlk öncə o 20-ci əsrdən əvvəl əksər qərb dövlətlərində var və hakim olan şiddət və etnik millətçilik mövzularından yan qaçır. Kohn həmçinin “şərq”dəki ölkələrin qonşularıyla 1914-cü ildən əvvəlki ərazi münaqişlərindən doğan millətçiliyi mənfi qiymətləndirir. Eyni zamanda o “Qərb”in bu dönəm ərzində dənizləri aşan imperiyaları necə qurduqlarını önəmsəmir və həmin dövrdə ABŞ-ın Filippində etdiyi kimi sivil qərbin də imperialist manifestlərlə daxil olduğu çoxlu ərazi münaqişələrini qeyd etmir.
Böyük Britaniyanın 20-ci əsrdən əvvəlki dönəm boyunca həm İrlandiyada, həm də uzaq ərazilərdə imperial problemləri var idi. Napoleonun idarə etdiyi Fransanın əksər Avropa ilə müstəmləkə və Almaniya və Belçika ilə yerli ərazi konfliktləri var idi. 1812-ci ildə ABŞ Böyük Britaniya/Kanada ilə müharibəyə girdi və Amerika ərazisinin qərbə və cənuba doğru genişlənməsi onu yerli hindular, spinardlar və meksikanlarla ərazi və etnik konfliktə girməsinə gətirib çıxartdı.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ancaq post-kommunist Avropada etnik konfliktləri həll etməyə cəhd edir. Bu qurum qərbdəki (Şimali İrlandiya, Puerto Riko, Korsika, Bask, Kvebek) etnik konfliktləri önəmsəmir, Avropa və Şimali Amerikada etnik konfliktlərə balanssız münasibət göstərir.
İkincisi, Kohnun millətçiliyi iki qrupa bölgüsü “Qərb”dəki millətçiliyi hər zaman bütün sosial və etnik qrupları tamamilə ehtiva edən bir toplum kimi ideallaşdırır. O yerli hinduların 20-ci əsrdə ispan və amerikan kültürlərinin sintezi ilə nəticələnəcək Latın Amerikasının sivil millətlərinə inteqrasiyasından şikayətlənir. Amma o oxşar şəkildə yerli hinduların (və qaradərililərin) 19-cu əsr boyunca Amerika sivil millətindən xaric edilməsini önəmsəmir. Əslində, 11 cənub dövləti 1960-cı illərin axırlarına qədər qaradərililərə sivil hüquqların verilməsini rədd etdi və bu ancaq aparteidin regional siyasəti kimi tərif edilə bilər. Avstraliyada aborigenlərə yalnız 1967-ci ildə səs vermək hüququ verildi və 1950-ci illərə qədər dövlət məcburi assimilyasiya (uşaqların müxtəlif ailələrdən məcburi alınması nümunəsilə) siyasəti yeridirdi. Avstraliya höküməti hələ də üzr istəməkdə və aborigenlərin “holokost” kimi tərif etdikləri bu şeylərə görə kompensasiya ödəməkdə çətinlik çəkir.
Üçüncü, o qərbdəki kimi şərqdəki millətçiliyin də təkamülü faktını diqqətə almır (22). Bu 1990-cı illərdə sivil və əhatəli yollarla qurulmuş dövlətlərin qurulduğu əksər post-kommunist Avropada baş tutmuşdu (baxmayaraq ki, onların demokratiyaları hələ də konsolidə (birləşdirilmiş) olmamışdır). Qərb və Şərq yalnız 20-ci əsrdə siyasi toplumların hissəsi olmaqla sivil oldular. Con Stüart Mil özünün 1859-cu ildə nəşr olunan Azadlıq Haqqında (On Liberty) kitabında azadlığı “öz qabiliyyətləri üzrə olqunlaşmış insan”-lara aid olan bir ideologiya kimi tərif edirdi. Bura gənclər, qadınlar və yalnız assimilyasiya üçün uyğun olan “sivilizasiyalaşmamış xalqlar” (Fransadakı Bretonlar və ya Şotlandlar kimi) daxil edilmir.
Kohn üslubunda Qrinfeld İngilis millətçiliyinin qalxışı ilə “hökümətdə və siyasi prosesdə insanların iştirak hüquqları üçün təkid” tələblərini cütləşdirir (24). Bu sivil hüquqlar maaş, mülkiyyət, din, rəng və irqindən asılı olaraq əhalinin əksər hissəsini istisna edərək bu gün seçici adlandırdığımız insanların ancaq kiçik bir qisminə aid edildi.
II Dünya Müharibəsindən sonrakı eranın İngilis/Britaniyalı siyasi toplumu Elizabet əsrindəki və katoliklərin, qadınların və aşağı sosial siniflərin daxil olmadığı toplumdan tamamilə fərqlənir. İngilis monarxiyası “inancının müdafiəçiləri”nin (məsələn, İngiltərənin Protestant kilsəsi) və Britaniya royal ailəsi üzvlərinin katoliklərlə evlənməsini qadağan edib. 1999-cu ilə qədər seçilməmiş Lordlar Palatası İngiltərə kilsələrinin baş keşişlərinə parlamentdə söz sahibi ola biləcəklərinə dair zəmanət versələr də, burda digər dini inanclar nəzərə alınmadı.
Əgər qəbul etsək ki, bütün sivil dövlətlər həm sivil, həm də etno-kültürəl kriteryadan ibarətdir onda tarixin fərqli dönəmlərində bu iki şeyin nisbəti fərqli olacaq (25). Qərb sivil dövlətlərinin erkən dönəmlərində millətçilik daha çox etnik idi, nəinki sivil. Smith iddia edir ki:
Bu kimliklərin yenidənqurmalar və yeni şərhlər nəticəsində dəyişən miflər, xatirələr, simvollar, dəyərlər və adətlərdən ibarət olduğunu nəzərə alsaq, uzun proseslər nəticəsində millətin və onun üzvlərinin fərqli xarakter və anlayışa sahib olacağını gözləyə bilərik (26)
Özünün erkən dövlət formalarında qərbə yayılan etnik millətçiliklə günümüzdə şərqin bəzi hissələrində mövcud olan etnik millətçilik arasında zaman boşluğu olması səbəbi ilə çağdaş şərq millətçiliyi qərbdəki millətçilərə qəribə görünür. Kanovanın dediyi kimi: “ Təəssüf ki, bu gün sülhsevər, təhlükəsiz və liberal demokratik siyasət üçün uyğun olan millətin liberal demokratiyanın rahat araşdırıla bilinməyən keçmişi vardır” (27).
Kohnun millətçilik bölgüsü təməldə ideal tiplərə və nadir hallarda tapıldıqları formalara əsaslanır (28). Təəssüf ki, ideal tiplər həm çağdaş erada və həm də keçmişdə sivil millətlərin müxtəlifliklərini az diqqətə alır. Hər tip millətçilik həm sivil, həm də etnik faktorların elementlərinə önəmli yer verib və millətçiliklər adətən öz ilkin dönəmlərində daha çox etnik tərəfə yönəlib (29). Smitin “territorial” və “etnik” dövlətlər bölgüsü də həmçinin ideal tiplərə bənzəyir. Territorial dövlətlər də həmçinin ümumi sosial kültürü, ortaq mifləri, simvolları və dəyərləri dəstəkləyir. Bu Smitin territorial dövlətlər (bütün toplumların bərabərliyindən doğan) açıqlamasındakı ideal tipdir. Siyasi toplumlar ancaq 20-ci əsrdə əhatəli (inclusive) oldu (30).
Kohnun şərqdəki millətlərin dövlət yaratma istəyi (qərbdə baş verənlərin əksinə olaraq) ilə bağlı olan müşahidəsi 15 respublikanın millətlərin yox dövlətlərin irsi sayıldığı keçmiş SSRİ üçün doğru deyil. Keçmiş Sovet İttifaqında demokratizasiya və marketizasiya ilə eyni vaxtda baş verən dövlət və millət quruculuq prosesi qərbdəki territorial ərazilərdə (etnik yox) meydana gələn siyasi toplumun yavaş-yavaş böyüməsi prosesinə oxşar prosesə yol açdı. Əsas fərq isə odur ki, qərbdə siyasi toplum üzvlüyü ilkin olaraq kiçik idi və zaman keçdikcə böyüyürdü. 1992-ci ilin yanvarında Latviya və Estoniya istisna olmaqla keçmiş SSRİ ölkələrində digər yaşayan hər kəs avtomatik olaraq siyasi toplumlara daxil edildi. Yuqoslaviya istisna olmaqla Mərkəzi-Şərqi Avropada əksər dövlətlər milli irslə yarandılar və hər şeyi əhatə edən siyasi toplumlar yaratdılar.
Daha bir fundamental sual ancaq şərq millətçiliyinin həm etnik, həm də kültürəl olması iddiasını tənqid edən Kimlika tərəfindən ortaya atılıb. O inanır ki, kültürəl millətçilik qərbə daha çox uyğundur nəinki şərqə. Elizabet və Tüdorlar dönəmində qalxan ingilis millətçiliyi (hansı ki, Kohn onun sonrakı inkişafını təqdir edir) kültürəl millətçilik üzərində quruldu və intellektuallar, şairlər və yazarlar tərəfindən təbliğ edildi. Kimlika iddia edir ki, əgər hansısa etnik qrup öz kültürəl kimliyini sivil dövlətlə qorumaq istəyirsə, burada həqiqi anti-liberal heç bir şey yoxdur. Misal kimi SSRİ-in ruslaşmaya məruz qalan və kültürləri “yonulmamış” kimi tanımlanan qeyri-rus millətlərini misal göstərə bilərik. Kimlika deyir ki, kültürəl kimliyin müdafiəsini sivil dövlət üzərinə götürürsə, bu anti-liberal deyil.
Kimlika həmçinin İqnatieff misalında səhvliklə sivil millətçiliyin kültürəl kompenenti olmadığını düşünən qərb alimlərini tənqid edir. Sivil millətlərin vətəndaşları ümumi sosial kültürdə iştirak edirlər. Turner inanır ki, vətəndaşlıq kimlikləri və və vətəndaşlıq kültürləri milli kimlik və milli kültürlərdirlər:
Fərdlər vətəndaş olanda təkcə hüquqlar və vəzifələr verən institutlara daxil olmur, qazandıqları şey təkcə sivil kimlikdən ibarət olmur, həm də xüsusi ərazi və tarixə malik siyasi toplumun üzvü olurlar (31).
Sivil və etnik əlaqəlilik demosun və sivil cəmiyyətin həyatilik və səfərbərlik tutumunu müəyyənləşdirir (32). Partikulyarizm və universalizmin fərqli ideologiyalar olmasına baxmayaraq təcrübədə millətçilik ortaq mövqeyilə liberal demokratiyanın doğulmasında böyük rolu olub və ikisi indiyə qədər bir-birinə bağlıdır. Belə ki, əgər millət və toplum zəifləsə, bu demosa da təsir edir (33). Greenfeld deyir: “Demokratiya millətçilik hissi ilə doğulub. İkisi təbbi şəkildə bağlıdırlar və bu bağlantıdan kənar heç bir şey tamamilə başa düşülə bilməz” (34). Çağdaş dövlətlərdə vətəndaşlığa qanuni status və dil, kültür və tarixin yaratdığı kültürəl topluma üzvlük daxildir. “Kültürəl kimlik respublikann siyasi kimliyi üçün sosial cəhətdən inteqrativ sub-dövlət təmin edir”-, deyə Habermas yazıb (35).
Kimlika sivil dövlətlərin hələ də müxtəlif kültürlərdən ibarət olduğu faktını gizlətməkdə heç bir səbəb görmür. Bu faktora inkar olaraq sivil dövlətlər dominant kültür və dil ilə homogenləşdirməyə haqq qazandırırılar. Kohna görə dövlətlərin sivil və ya etnik olaraq xarakterizə edərkən kültürəl krteriyaların varlığı və ya yoxluğunu düşünməyin əhəmiyyəti azdır və bu bölgü “irqinə və ya rənginə önəm verilmədən topluma interqasiya edilə bilmə” məsələsinə görə müəyyən edilir (36). Biz qərb dövlətlərini nə dərəcədə “sivil” kimi xarakterizə edə bilərik ki, onlar insanların onların toplumlarına inteqrasiya etməsinin cins, irq və etnik zəminlər üzərində qarşısını alırlar və bütün bunlar hamısı 20-ci əsrdən əvvəl baş vermişdir. Kimlikanın açıqlamasından istifadə edərək deyə bilərik ki, Kohnun beş dövləti “sivil” kimi tanımlana bilməz.
Kimlika vurğulayır ki, hər iki millətçiliyin kültürəl komponentləri və kimlikləri var. Latın Amerikada olduğu kimi harada sivil millətlər təqlid olunubsa, onlar heç də hər zaman liberal demokratiyaya nail olmayıblar. Əlavə olaraq, etnik zorakılıq təkcə şərq millətçiliyi üçün xarakterik deyil, sivil millətçilik də həmçinin, milli azlıqlara (İndoneziya), seperatizmə (ABŞ), siyasi rəqiblərə (Yakobin Fransa) və xarici ölkələrə qarşı olan etnik zorakılığa daxil edilib (37). ABŞ sivil müharibəsinin milyonlarla zərərçəkənləri olmuşdur və bu o dövr üçün böyük rəqəm idi. Digər tərəfdən, kültürəl millətçilik təhlükəsiz və müdafiə xarakterli də (Ukrayna, Uels və Sloveniya millətçiliyi) olmuşdur. Bu səbəblə də Tamir və Kimlika kültürəl millətçiliyi fərdi liberallığa qarşı olduğuna görə yox, onun etnik qrupları assimilyasiyadan qoruduğuna və “mənəvi yenilikçi” olduğuna görə onu müdafiə edirlər. Hutchinson daha irəli gedərək inanır ki, “milli qürurun (iftixarın) qayıtması (yaxşılaşması) dünyada daha uğurlu iştirak üçün əsas şərtdir” (38).
Əslində, qərbli və şərqli millətçiliklər arasındakı bölgü xətti dəqiq və aydın deyil. Hər iki ideal tiplər fərqli yollarla xarakterizə olunur. Kültürəl millətçilik gələcək müqəddərat üçün yeni görüşlər axtarışındadırsa, sivil millətçilik ümumi (ortaq) keçmiş tələb edir və miflərdən istifadə edir (39). Avropa Konsulunun gileylənərək dediyi kimi, “faktiki olaraq, bütün siyasi sistemlər tarixi öz sonları üçün istifadə edib və hər iki, tarixi faktlar və tarixin yaxşı və pis fiqurlarının müdafiəsi, versiyanı tətbiq ediblər” (40). Obyektiv tarix tarixçilərin yazmalı olduqları ola bilər lakin həqiqətdə obyektiv tarix dövlətlərin tamamən sivil olması qədər əfsanədir (41). Müasir İsveçrə əfsanəsinin əsası qədim etnik millətin ənənələri və yadigarları üzərində qoyulub və alman kültürünün özəyinə əsaslanır (42).
Qərbdə “millət qurma” adlanan şey, şərqdə məcburi assimilyasiya adlanır. “Hər ikisi oxşar nəticələr əldə edib” (43) və həm sivil, həm də etnik dövlətlər ənənəvi olaraq öz vətəndaşlarını homogenləşdiriblər (44). Fransa kimi sivil dövlətlərdə assimilyasiya Fransa siyasi toplumunun üzvü olması bahasına öz kültürünü və dilini itirmə nümunəsində görünürdü. Brubakerin (45) dövlətin əsas, titulyar millətin xeyrinə “milliləşdirilməsi”, qərbdəki milli azlıqların assimilyasiyadan fərqlənir. Bütün bunlara rəğmən, alimlər adətən şərqdə baş verən yalnız mənfi davranışları “milliləşdirmə” kimi tanımlayırlar (46).
Kohn coğrafi şəkildə qərbə aid olan əksər ölkələri önəmsəməyərək beş ölkəni qruplaşdırır. İrlandiya, Yunanıstan, Almaniya və Belçikanın qərbdə yerləşmələrinə baxmayaraq Kohnun müəyyənləşdirməsinə daxil deyillər çünki onlar Kohnun sisteminə şübhə yaradırlar. Krejci və Velmskinin Avropa millət-dövlətləri araşdırması onunla nəticələndi ki, Avropadakı 73 etnik qrupun 42-si həm etnik, həm də siyasi millətlərdir. Geri qalan 23-ü sadəcə etnik və təkcə 8-i siyasidir. Etnik-siyasi kimi sinifləndirilənlərə ingilislər, fransızlar, irland, portuqallar, şotlandlar, ispanlar, danimarkalılar, finlandlar, islandlar, norveçlər, isveçlər, fleminqlər, vallonlar (Belçikada yaşayan fransız dilli əhali), hollandlar, maltalılar, frizlər (Şimal Dənizi sahilində yaşayan alman əsilli əhali), almanlar, yunanlar, italyanlar və isveçrəlilər daxildir. Kohnun dörd qərb ölkəsi (İngiltərə, Fransa, Hollandiya və İsveçrə) etnik-siyasi qrupa daxil edilib (ABŞ araşdırılmayıb) (47).
Siyasi toplumlar və sivil millətlər
Necə olur ki, siyasi toplumlar və sivil millətlər bir yerdə ola bilirlər? Bəzi alimlər iddia edir ki, müasir cəmiyyətlər qardaşlıq (Nisbet), dəyərlər toplumu (Parekh), “bütün seqmentlərin paylaşdığı tək psixoloji fokus” (Connor), “milliyyət” (Miller), “kültürəl birlik” (Smith), “yeksək dərəcəli kommunal həmrəylik” (Canovan) və “millətin və insanların bir olduğu yer yəni , “biz” (Finlayson) (48) tələb edir.
Fərdi hüquq müdafiəçiləri adətən iddia edir ki, sivil dövlətlər etno-kültürəl olanlardan fərqsizdirlər. Liberal demokratiya və millilik(nationhood) arasındakı sıx bağlantıya baxmayaraq 18-ci əsrin axırlarından bəri siyasi nəzəriyyə millətləri önəmsəməməyə meyl edir. Millilik siyasi nəzəriyyənin ürəyidir hətta baxmayaraq ki, onun partikulyarizmi liberalizmin universalizmi ilə uyuşmur. “Xalq” və siyasi həmrəyliyin necə yaradılması çox zaman önəmsənilmir və təbii qəbul edilir hətta baxmayaraq ki, o “Biz” və kollektiv gücünü yaradan millilikdir. Sivil və ya etnik tanımlanması Kohnun bölgüsünə oxşar olaraq üzv olmaq üçün hansı keyfiyyətlərin əsas olaraq götürülməsindən asılıdır (49). Bu vətəndaşlıq kriteryaları Estoniya, Latviya və ABŞ-da olduğu kimi dil və tarix bilgisinə əsaslanır? Uğurlu dövlətlər təkcə ictimai inam dərəcəsi yox, həm də “hər zaman siyasətin kök faktorları olan” birlik və sabitlik tələb edir (50).
Digər tərəfdən Kimlika misalında kültürəl plüralizmin müdafiəçiləri bütün sivil dövlətlərin etno-kültürəl elementlərə daxil olduğunu iddia edərək ancaq fərdi hüququ dəstəkləyənlərə qarşılıq verəcəklər. Dövlət səviyyəsində hansı etnik qrupların dilini, kültürünü, simvollarını yaymağı qərarlaşdırarkən sivil dövlət təbii olmağa ümid edə bilməz (51). Liberallar narahatdırlar ki, qrup hüquqları və kültürəl plüralizm sivil dövlətlərin yaydığı ortaq kimliyin yaradılmasına mane olur. Onlar qərb sivil dövlətlərindəki ortaq kimliyin etnik və kültürəl cəhətdən yaradıldığını, bunun titulyar millət(lər)in yaratdığını inkar edirlər. Kimlika ikiqat paradoksa yol açır. Millət-dövlətlərin əksərini təşkil edən multi-etnik dövlətlərin “müxtəlif milli qrupların birlikdə yaşadıqları böyük topluma sədaqəti olmadığı halında həyatda qalması mümkün deyil” (52). Eyni zamanda, əgər dövlətlər radikal homogenləşdirmə (və ya Brubakersin görüşünə görə “milliləşdirmə”) siyasəti yürütsələr, bu siyasət milli azlıqları yadlaşdıracaq və bəlkə də Yuqoslaviya, Rusiya, Moldova, Gürcüstan və Azərbaycanda olduğu kimi etnik və sosial inamsızlığa gətirib çıxardacaq. Buna görə də sivil dövlətlər polietnik hüquqları qəbul edərək önəmli birliyi təqlid etməni və kimliklərin özəlləşdirilməsini balanslaşdırmalıdırlar (53).
Polietnik hüquqlarn daxil edilməsi və kültürəl plüralizm dəyərlərinin tanınması sivil dövlətlərdə yeni fenomendir. Bu hüquqların və plüralizmin tanınması və bununla bərabər gələn homogenləşdirmə imtinası olmadan böyük sayda insanlar xəyal edilən siyasi toplumlara daxil ola bilməyəcək. Kimlika (və Connor) Kohnun sivil dövlətlərin titulyar olmayan millətləri “könüllü” şəkildə assimilyasiya etməsi görüşünə qarşı çıxır. Son yüz ildə bir neçə milli qrup könüllü şəkildə assimilyasiya olunublar və əksər sivil dövlətlər 1960-cı illərə qədər homogenləşdirmə siyasətini yürüdüblər. Kohnun sivil qərb dövlətlərindən ikisi, Fransa və ABŞ hələ də milli azlıqların konsepsiyasını qanuni olaraq tanımır. Təkcə Kanada və Avstraliya 1970-ci illərdə multikültürəl siyasətdən istifadə etdi (Kohnun beş sivil dövlətlərindən heç biri oxşar siyasətdən istifadə etmədi).
1990-cı illərdə alimlər əvvəllər qərbdə “millət qurma” kimi tanımladıqları siyasətləri şərqdə “milliləşdirmə” kimi müəyyənləşdirdilər. Linz və Stefan bu milliləşdirmə siyasətlərini multi-etnik cəmiyyətləri homogenləşdirmə cəhdi kimi tanımladı (54). Əksər sivil dövlətlər hər zaman multi-etnik olublar. Əgər şərqin müstəqil dövlətləri həqiqətən homogenləşdirmə siyasətindən istifadə edirsə, onlar qərbin 18-ci əsrdən etdiyi nümunələri əks etdirirlər. Bu homogenləşdirmə siyasətləri qərbdə yalnız 1960-cı illərdə dəyişdirilib. Sivil dövlətlərdəki əksər kültürlər milli azlıqların kültürlərini dağıtmaq üçün “əks stimul” yaradıb (55).
Connorun dediyi kimi, sivil qərbdə millət qurma həm “millət yaratma”, həm də “millət dağıtma” idi. Bütün Avropa hökümətləri “sonunda öz əhalisini homogenləşdirdi” (56). Gellner bunu müasirləşmənin və milli iqtisadiyyatın fəaliyyətinin labüd məhsulu kimi görür (57). Millət qurma Smitin müəyyənləşdirdiyi kimi, dominant etnik özəyin kültürəl mirasına əsaslanır (58). Beləliklə, sivil dövlətlər öz millət qurma proyektlərində neytral olmayıblar və bu milli azlıqları marjinallaşdırdı və lokal kimlikləri dağıtdı (59). Məsələn, 20-ci əsrin əvvəllərində Fransada bir milyon insan bretonca danışırdı. Günümüzdə isə bu rəqəm dörddə birə qədər azalıb (60). Sivil millət-qurma prosesi sonradan fransız olan və sivil toplumda bərabər şəkildə iştirak edə bilən böyük sayda insanların breton kimliyini itirməsinə yol açdı (61). Belə faktorlar Kohn tərəfindən rədd edilib.
Siyasi toplumun genişlənməsi
Kohnun millətçilik bölgüsü millətçiliyin pozitiv, daxili keyfiyyətlərini üzə çıxardır. Sivil dövlətlər heç zaman identik və hər kəs tərəfindən qəbul edilən olmayıblar. Millət-dövlətin və onun sivil, siyasi, kültürəl və sosial hüquqlarının təminatının böyüməsi (çoxalması) “yavaş və qeyri-bərabər” idi (62).
Amerika inqilabı zamanında İngiltərədə sadəcə 5% kişi səs verə bilirdi. Buna görə də amerikan müstəmləkəçiləri və inqilabçılarına onların siyasi toplumu kimin təşkil etməsi haqqındakı dar düşüncəsi qeyri-adi gəlmirdi. Əslində 1776-cı ildən sonra qulların ABŞ-a gətirilməsi davam etdi və quldarlıq “inqilabdan sonra meydana çıxdı və amerikan həyatının əsaslı hissəsinə çevrildi” (63). Qullardan başqa xidmətçilər, əlaltılar, fəhlələr və dustaqlar da azad olmayanlar kimi sinifləşdirilirdilər.
Amerikan milli ideyası Kohn tərəfindən izah edildiyi və ideallaşdırdığı kimi azadlığa mistik bağlılığa əsaslanırdı. Amerika inqilabından 100 il sonra belə zəncilər, qeyri-anqlo-sakson immiqrantlar, yerli amerikanlar siyasi toplumun hissəsi kimi tanınmırdılar. 19-cu əsrdə ABŞ-da yerli hindu, zənci, ispan və fransız kültürünə yer yox idi. Yeni Meksikanın ələ keçirilməsi və Texasın birləşdirilməsi anqlo-saksonların katolik dünyaya və aşağı irqlərə qarşı zəfəri kimi elan edildi. Yeni Meksika 1912-ci ilə qədər birliyə daxil edilmədi – hətta baxmayaraq ki, o tələb olunan əhali səviyyəsində idi – çünki oranı “hindu” ərazisi kimi görürdülər (64).
200 ildən sonra 1976-cı ildə ABŞ siyasi toplumu ABŞ tarixinin müxtəlif vaxtlarında “azadlıq”ın fərqli mənaları olması faktını qəbul etdi. Amerikan siyasi toplumuna daxil edilən şəxs “amerikan azadlıq əfsanəsinin qeyri-bərabər hissəsi idi” (65). Buna görə də, amerikan tarixindəki azadlıq “mistik ideal” və “yaşayan həqiqət” kimi qəbul edilib (66). Onlara öz statuslarını bildirmək üçün “quldarlıq” dilindən istifadə edərək Britaniya imperiyası və amerikan inqilabçıları etirazları tanımadılar. Tomas Cefersonun 1000 köləsi var idi. Əslində, Kohnun beş sivil dövlətlərindən təkcə İsveçrə quldarlıqdan yararlanmayıb.
Dahlın sivil olaraq müəyyənləşdirdiyi dövlət üç faktora dayanır: azad və ədalətli seçkilər, seçki hüququ və namizədlik haqqı (67). Bu üç əsas sivil hüquqlar sivil qərb dövlətlərində heç də hər zaman olmayıb. ABŞ-da quldarlıq 1860-cı illərə qədər mövcud olub və qul ticarətinin qərb dövlətlərinin zənginliyinin çoxalmasında rolu böyük olub. Öz gözəl Corciya arxitekturası ilə ingilis şəhəri Bristol qul ticarətinin şəhərin erkən inkişafına yol açdığı faktını qəbul edən muzeyi yalnız 1999-cu ildə açdı. Amerikada 1960-cı illərə qədər zəncilər, Avstraliyada isə 1967-ci ilə qədər aborigenlər səsvermə hüququndan məhrum edilmişdilər. Çağdaş sivil dövlət tanımlanmalarında ABŞ və Avstraliya “sivil” və siyasi əhatəli qəbul oluna bilməz çünki onlar 1960-cı illərə qədər insanları rəng və irq əsaslarına görə ayırırdılar. Genişlənən amerikan siyasi toplumunda inkişaf) ABŞ-ın əsasının qoyulmasından iki yüz il sonra Sivil Hüquqlar (Civil Rights 1964), Səsvermə Hüquqları (Voting Rights 1965) və Ədalətli Mənzillə Təmin Olunma Aktı (Fair Housing Acts 1968) qəbul ediləndən sonra baş verdi.
19-cu əsrdə, qərbdə səs vermə hüququ və siyasi toplum genişləndiriləndə qadınlar hələ də xaric edilirdilər. Böyük Britaniya kimi bəzi ölkələrdə qadınlara ilk dəfə səs vermə hüququ lokal seçkilərdə verildi və prosesin sürətlənməsi I Dünya Müharibəsindən sonraya, Avropa və Trans-Atlantik dövlətlərinin qadına səs vermə hüququ verdiyi vaxta təsadüf etdi. Qərbdə qadınlara seçki hüququnun verilməsi siyahısı etnik şərqin siyahısından heç də yaxşı deyil və hətta bəzi hallarda pis olduğunu da görə bilərik (Cədvəl birə bax). Əksər post-müstəmləkə dövlətləri (Hindistan 1949, Pakistan 1956) qadına seçki hüququnu İsveçrədən əvvəl verib. 1952-ci ildə Qadınların Siyasi Hüquqları haqqında Birləşmiş Millətlər Konvensiyası “qadınlara heç bir diskriminasiya olmadan kişilərlər bərabər bütün seçkilərdə səsvermə hüququ verilməsinə” dair qərar qəbul etdi.
Cədvəl 1. Qadınların səs vermə hüququnu qazandığı illər:
Kohnun SivilQərbi | Kohnun EtnikŞərqi | ||
Ölkə | İl | Ölkə | İl |
ABŞ | 1920 | Çexslovakiya | 1919 |
Böyük Britaniya | 1928 | Polşa | 1919 |
Fransa | 1944 | Almaniya | 1919 |
İsveçrə | 1971 | Sovet Rusiyası | 1919 |
Macarıstan | 1920 |
Mənbə: Britannica Ensiklopediyası
Bu gün “sivil” toplumu nəyin formalaşdırdığı haqqında olan qavrayışımız II Dünya Müharibəsindən əvvəlki (nə vaxt ki, Kohn ilk dəfə öz millətçilik tərifini vermişdi) illərdən xeyli fərqlənir. Yalnız II Dünya Müharibəsindən sonrakı illərdə Andersonun termini ilə desək “xəyali cəmiyyətlər” dünyanın böyük hissəsini müstəmləkə qanunlarından azad etmək, bütün irqi qrupların və işçi siniflərinin daxil olduğu sosial dövləti yaratmaq üçün meydana çıxdı. Qərbin sivil dövlətləri yalnız 1960-cı illərdən sonra kültürdə və sosial sahədəki fərqliliklərə qarşı tolerant oldular. 1960-1970-ci illərdə qeyri-ağların immiqrasiyası haqqındakı qızğın debatlar Böyük Britaniyanı sarsıtdı (68) və avstriyalı, alman və fransız daxili siyasətlərinə təsir etdi. Əvvəlcə, homoseksuallar və əlillər kimi sosial qruplara səsvermə hüququ verilib lakin onlara qarşı sosial rifah, işə qəbul və evlə təmin olunma kimi şeylərdə ayrıseçkilik var idi.
Sivil Qərb və Müstəmləkəçilik
Bəlkə də Kohnun millətçiliyin yaxşı və pis kimi bölgüsünün ən az müzakirə olunan hissəsi Qərbdəki müstəmləkəçilikdir. Kohn regionun üç imperiya (Avstriya-Macarıstan, Prussiya, Rusiya) tərəfindən işğalı zamanı etnik konflikt və milli ehtirasın qaçınılmaz olduğu faktını nəzərə almayaraq şərqə neqativ tərif verə bilər. Paxmanın müşahidələrinə görə, ingilis millətçiliyi xarici işğal, onun kültürünü və dilini öldürmə cəhdləri ilə hesablaşmırdı və buna qarşı deyildi (69).
II Dünya Müharibəsindən sonra əksər Mərkəzi-Şərqi Avropa yenidən zorla Sovet imperiyasına birləşdirildi. 1989-1991-ci illər Sovet İmperiyasının dağılmasından sonra bütün post-kommunist Avropa dövlətləri (Serbiya və Belorusiya kimi istisnalar da var) demokratizasiyaya və marketizasiyaya məruz qaldılar. Bütün bu proseslər tarixin erkən dönəmlərində qərbdə baş verənlərdən heç də fərqli deyildi.
Kohn kimi sivil qərbə pərəstiş edən Mill və Tokvil qərbdəki imperializmi önəmsəmirdilər. Mill millətləri “sivil” və “qeyri-sivil” olmaqla iki yerə ayırırdı. Belə görüşlər İrlandiya, Cənubi Amerika, Afrika və Asiyanın idarəsinin ələ keçirilməsinə (tabe edilməsinə) bəraət qazandırmaq üçün istifadə edilib. Tokvil ABŞ-ın zəncilərə yerli amerikanlara qarşı olan siyasətini tənqid etsə də, Qərbin Orta Şərq və Şimali Afrikadakı müsəlman millətlərə qarşı yürütdüyü imperialist siyasəti dəstəkləyirdi (70).
Öz ərazisini rasizm kültürü və etnik üstünlüklə səngərləyən qərb imperializmi 1914-cü ilə kimi insanların 85 faizini “primitiv”, “barbar” “qeyri-sivil” adlandırmaqla öz müstəmləkəçilik siyasətinə bəraət qazandıra bildi. Onlar “bizim” kimi deyildilər və buna görə də, “bizim” (yalnız “biz” “aşağı” və tabe edilmiş insanlara “sivilləşdirmə misyasını” (la mission civilisatrice) təmin edə bilərik) tərəfimizdən idarə olunmalıdırlar. İrqlərin iyerarxiya tərəfindən bölünməsi haqqındakı görüşlərə intellektual və təhsilli əhali arasında çox az muxalif var idi.
İngiltərədəki təhsil sistemi ingilis ədəbiyyatını “üstün” hesab edir və onun kültürü, ideyaları, zövqləri, mənəviyyatı, incəsənəti, tarixi və ailə həyatı bu dominant görüşləri dəstəkləyir. İngiltərə öz dəyərlərini bəşəriyyətə tətbiq etmə baxımından “Yeni İsrail” idi. Paxman yazır ki, “ ingilislər daha yüksəkdə olmaqları barədə yanılqı içində idilər. Və kim İmperiya sərhədlərini rədd edirsə, onlar daha aşağıda sayılırdılar” (71). Təşəbbüskarlıq, acgözlülük, cəsarət, yüksək istehsal, güclü ordu, siyasi planlama və özünə inam “primitivlər”i boyun əydirməyi asanlaşdırdı . Kohnun xüsusi qeyd etdiyi, idealaşdırdığı ingilis ideyası imperiya qurma ilə bağlı idi (72).
1872-ci ildən sonra Fransa millət quruculuğu ilə çalışanda imperiya “və onun parlaqlığı, mədəniyyəti, xüsusi coğrafiyası və tarixi inkişafı fransız milli kimliyinə bağlı idi” (74). Post-müstəmləkiçi erada Fransa artıq imperiyaya sahib deyildi amma buna baxmayaraq özünü “böyük güc” kimi təbliğ etməklə və keçmiş müstəmləkələrdə fransız dilli (Francophone) toplumu yaratmaqla kompensasiya etməyə çalışdı. Francophonia “böyük millət kimi fransız dilli ərazinin davamiyyətinə bağlı olub fransız kimliyinin bir hissəsi olan və müstəmləkəçi günlərə qaytaran ideyaya istinad edirdi” (75).
Müstəmləkə inkişafının “qeyri-sivil” və “az inkişaf etmiş” səviyyəsi özünü idarə və müstəqillik ehtimallarını ortadan qaldırır. “Demək olar ki, bütün müstəmləkəçi planlar müstəqil olmaq üçün gerilik və yetərsizliklə düşüncəsi ilə başlayır” (76). Müstəmləkələrin qərbin qanunlarından savayı heç bir tarixləri, kültürləri yox idi. Yerlilər “az inkişaf etmiş” olduğu üçün onların üsyanları da “uşaqsayağı” idi.
19 və 20-ci əsrin sonlarına doğru ABŞ oxşar işğal və müdaxilə siyasətindən istifadə etdi. O bu fəaliyyətləri digər xalqlara demokratiya gətirmək və onların kommunizmə düşməsinin qarşısını alma kimi müxtəlif yollarla müdafiə edirdi. Saidin dediyi kimi, “amerikan müdaxiləsinin tərəfdarları azadlıq üçün vuruşmağa təkid edirdilər” (77).
Təəccüblü məsələ isə odur ki, işçi sinifləri və qadınlar hərakatları da daxil olmaqla qərbdəki cəmiyyətin heç bir bölməsi imperiyanın böyüməsinə əks deyildi. Məktəb müəllimləri, idarəçilər, səyahətçilər, millət vəkilləri, tacirlər, romantiklər, alverçilər, şairlər və macəraçılar imperiyanın kültürəl həyatına daxil edilirdilər. 19-cu əsrin axırlarına qədər imperialist ideologiya qərb kültürünə hakim idi. Qərbdəki milli-dövlətlərin, milli kimliklərin və kültürlərin inkişafı imperiyanın böyüməsinə bağlı idi. Ziyalılar milli dövlətlərinin müasirləşməsini, böyüyən gücünü və liberal demokratik dövlətləri təqdir etsələr də, II Dünya Müharibəsinə qədər (müstəmləkələr arasında millətçi hərakatlar yayılanda) imperial siyasətə qarşı fikir ayrılığı az idi. Said yazır ki:
Faktiki yekdillik var idi ki, tabe irq olduqlarına və idarə edilməyə layiq olduqlarına görə eləcə də missiyası öz ərazisi kənarında böyümək olduğu üçün tabe irqlər idarə edilməlidir (78).
“İmperiya Dövrü”nün 1878-ci ildə “Afrika üçün mübarizə” ilə əlaqədar olmasına baxmayaraq Said imperializmin kömək edən ideologiyaların sənaye inqilabı və millətçi eralarla eyni vaxtda başlamasına inanır. Qul ticarəti qərbin erkən müasirləşməsi üçün şəhərsalmada önəmli rol oynadı. 20-ci əsrin əvvəlinə qədər Böyük Britaniya və Fransada (xüsusilə də romanların yazılmasında) kültür və imperializm bir-birinə sıx bağlı oldular.
Qərb insanlığı ilə kültürəl təsisatların necə bir yerdə mövcud olub öz milli dövlətlərindəki sivil hüquqların artırılan vaxt müstəmləkələrə bu haqqların aid olunmamasına necə bəraət verə bilmələri sualına görə Saidə haqq qazandırmaq, əlbəttə ki, olar. Bütün olanlara baxmayaraq 1776-cı ildə ABŞ “Təmsil Olunmadan Vergiyə yox!” (No Taxation Without Representation) bayrağı altında üsyan etməyib.
- Sivil Qərb
Kohn ingilis millətçiliyinin kökünü dövlətçiliyin, orta təbəqənin, gücün, var-dövlətin və ticarətin inkişaf etdiyi 16-ci əsrdə tapdı. Çiçəklənən ədəbiyyat milli ideyanı inkişaf etdirdi (İngiltərə Əhdi-Ətiqin (Bibliyanın birinci bölməsi) yeni İsraili kimi təsvir edilirdi). İngiltərənin böyüyən millətçiliyi, özünə inamı və zənginliyi həm uzaq, həm də yaxında (İrlandiya) olan müstəmləkəçi böyüməyə bağlı idi. Əslində, biri digərindən ayrıla bilməzdi. Ziyalıların, protestant dininin və müstəmləkəçiliyin roluna əlavə olaraq, yeni ingilis millətçiliyi tarixi keçmişi, norman, sakson azadlıqları mifini tələb edirdi. Buna görə də, ingilis olmaq hər zaman həm siyasi, həm də kültürəl plan olub.
İngilis milli kimliyinin təqlidi Kohnun inandığı dinc yola bənzəmirdi. Orta əsrlərin axırlarından İngilislər Britaniya adalarındakı digər xalqlarla şiddətli konfliktə girməyə başladı. 12-13-cü əsrlərdən Uels işğal olundu və həmin vaxtdan İrlandiyanın da boyun əydirilməsinə başlanıldı. Bütün bunlar əvvəlcə Britaniya adalarında şiddətli qarşıdurmalarla, sonra isə protestant Britaniyanın Katolik Fransaya qarşı olmasıyla (bu “dövlətçiliyin istixanası” və “milli şüurlu ingilisliyin” inkişafı idi) baş verdi (79).
Uels on altıncı əsrdən asılı kimi idarə olunurdu, dilinə qarşı ayrı-seçkilik edilirdi və bunlar İngilis Kilsəsi tərəfindən 1914-cü ilə qədər davam etdi. “İngiltərə müstəmləkəçiliyi məhv edir” – deyə Kohn liberal ingilis millətçiliyinin qalxışını fəxrlə təsvir edir (80). 1801-1922-ci illər arasında Böyük Britaniyaya birləşdirilən tək müstəmləkə olaraq İrlandiyanı “xarici” kimi görmək İngiltərə üçün çətin idi. On yeddinci əsrə qədər İrlandiya tək dilli (Kelt) idi; 1981-ci ilə qədər sadəcə 5000 insan irlandca danışırdı. Elitanın assimilyasiyası, ingilis dilli təhsil, kartof qıtlığı (və ya Böyük Qıtlıq) və böyük emiqrasiya irland kültür və dilinin məhv olmasında önəmli rol oynadı (81). İrland insanı yoxsulluq və aşağılıq nişanı, irland dili isə gələcəyi olmayan kəndli dili oldu (82). İrlandlar Oliver Kromvelin qırğınından, qıtlıqdan və 1972-ci ilədki “Qanlı Bazar günü”nündən doğan tarixi incikliyi davam etdirirdilər. Əslində, nə qədər ironik səslənsə də, Kromvelin qəbul edilməsi İngiltərədə İrlandiyadakından kifayət qədər fərqlənirdi (83).
İrlandlar 1150-ci illərdə Papa II Henri tərəfindən işğal olunandan etibarən “barbarlar” və “degenerasiya olunmuşlar” kimi stereotipləşdirilirdi (84). “Həm müstəmləkəçi rasizm anqlo-irland əlaqələrindən qaynaqlanır, həm də irland (katolik) millət quruculuğu irlandların Britaniyadakı yaşamlarına, təcrübələrinə əsaslanır (85). İrlandlara qarşı olan stereotiplər yuxarıda qeyd olunan müstəmələkə xalqlarına qarşı olanlar oxşar idi. İrlandlar kəndli və az “sivilləşmiş” xalq idi, ictimai maliyyə israf olunurdu, digər (geriyə qalan) Britonlarla eyni irqdən idilər (buna görə də assimilyasiyaya məruz qaldılar), sosial problemlərə görə (alkoqolizm və şiddət) günahlandırılırdılar.
Uels və İrlandiyadan fərqli olaraq Şotlandiya heç zaman nə ingilislər, nə də digər xarici güclər tərəfindən işğal olunmayıb. Şotlandiyanın 1707-ci ildə könüllü şəkildə İngiltərə ilə birliyə daxil olmasına və öz adət-ənənələrini Britaniya imperiyasında qorumalarına baxmayaraq bu da sülh prosesi deyildi. 1745-ci il Kalloden savaşı məğlubiyyətindən sonra yüksəkliklərin təmizlənməsi bu gün baş versəydi xalqın etnik təmizlənməsi kimi qeyd olunardı.
İsveçrə sivil millət nümunəsidirmi? 1515-1803-cü illər arası qraflıq siyasi, kültür və iqtisadi cəhətdən geri qalmışdı. İndiki İsveçrə 1798-ci ildə yaranmış Helvet Respublikasının kökləri üzərində 1848-ci ildə qurulub. İsveçrə Mərkəzi isveçrəlilərin (Innenschweiz – İsveçrənin mərkəzindəki alman-dillilər) mifləri və yadigarları əsasında qurulub. Bu miflər və yadigarlar “Konfederasiyanın var olan bünövrəsini və döyüş miflərini təmin etdi” (86).
Milli ideya hər zaman Fransadakı müstəqillik ideyasına bağlı olub. Fransa inqilabı milli hərakat idi. On səkkizinci əsrin ortalarında Russonun təsirli əsərləri “la patre – vətən” ideyasını formalaşdırdı. Russonun ideal dövləti yüksəlk dərəcədı milli və xaric edən(exclusive) idi (87).
Fransanın millət quruculuğu dövrləri ərzində (1789-1914-cu illər) marş, bayraq, andlar, himnlər, abidələr, təqvimlər, ayinlər, qəhrəmanlar və şəhidlər, Qoll nəslindən tələb etdi (88). Tarixi keçmiş (abidələr, millətçi pedaqogika və muzeylər vasitəsilə) dəyərlərin aşılanmasında və Fransa respublikasına sədaqətdə önəmli rol oynayır (89).
Fransada millət quruculuğu fleminqlərin, burqundların, katalonların, elzaslıların, provansallaırn, normanların və bretonların yerli kültür və dillərinin dağıdılması və İl-de-Fransın (Fransa adası) hegemon kültürünün tətbiqi siyasəti ilə eyni vaxta təsadüf edir. Veber 19-cu əsrdə Fransadakı milli inteqrasiyanın yavaş və ahəngsiz prosesini təsvir edir: “Müstəmləkəçi imperiya bir neçə əsrə formalaşdı”. Bu ərazilər İl-de-Frans tərəfindən işğal olunub. Paris kültürünün yerli xalqı dəyişdirməsi prosesi müstəmləkəçilik prosesinə yaxın idi. Paris rəsmiləri özlərini briton kimi hiss edənləri regionlara göndərdi (90). 1983-cü il desentralizasiya qanunun regional kültürlər üçün yeni imkanlar açmasına baxmayaraq azlıqların önəmsənilməməsi, gizlədilməsi davam edirdi (91).
Anderson qeyd edir ki, Amerika inqilabı zəncilərin azadlığının əleyhinə olan tacirlər və torpaq sahibləri tərəfindən edildi. Əslində, inqilabın əksər liderlərinin özləri quldar idilər (92). Zəncilər (1870-ə qədər), qadınlar (1920-ə qədər), yerli hindular və asiyalılar (1940-a qədər) sivil millətə daxil edilmirdilər. “Quldarlıq amerikan cəmiyyətini xəyal edənlərə zənciləri görünməz etdi” (93). 1790-cı il Vətəndaşlıq Qanunu ABŞ sivil millətini “azad ağ insanlar” kimi tanımladı.
ABŞ Kohnun sivil modelinə uyğundurmu? Fonreyə görə yox çünki lap başdan “amerikan milləti həm sivil, həm də etnik məsələləri birləşdirir… Amerikan vətəndaşlığı qana və siyasi sədaqətə görə müəyyənləşdirilib” (94). Bu irqi və etnik mühakimə milliliyin və azadlığın güclü irqi ölçülər tələb edəcəyi fikrini qarşısı alınmaz etdi.(95). 1803-cü ildə Haitinin müstəqilliyi amerikan liderlərində ümid oyatdı ki, azad edilmiş qullar bu ölkəyə köçəcək.
Amerikan vətəndaşlığı “hər zaman intellektual cəhətdən anlaşılmaz, qanuni cəhətdən qarışıq status olmuşdur” (96). ABŞ qanunları dünyadakı əksər insanların öz irqləri, milliyyətləri və cinslərinə görə ABŞ vətəndaşı olmağa layiq olmadıqlarını bəyan etdi. Smith hətta bəzi məsələlərdən doğan səbəblərə görə amerikan yaşlılarının əksəriyyətinin də layiq olmadıqlarını əlavə edir. Cənubdakı zəncilər 1870-ci ildə səs vermə hüququ əldə etdilər lakin bunu yeni əsrin başlanmasına qədər itirsələr də, 1965-ci ildən sonra yenidən əldə etdilər. ABŞ 1882-ci ilin axırlarında immiqrantlara irqi və etnik məhdudiyyətlər tətbiq etdi və 1924-cü ildə etnik qruplar üçün daimi qvotalar sistemini qəbul etdi.
Amerikan kimliyi heç zaman Kohnun sivil dövlət kimi idealistik təsvirinə uyğun olmayıb. Amerikanın ilk səksən illəri ərzində yalnız ağ immiqrantlar vətəndaşlığa qəbul edilirdi. Zəncilər və asiyalılar uyğun olaraq 1870 və 1940-cı illərdə əlavə edilib. 1870-ci ildə vətəndaşlığa layiq olan zəncilərin əlavəsi siyasi toplumun sərhədlərini yenidən müəyyənləşdirdi. Bu amerikan siyasi cəmiyyətinin genişlənməsində inkişaf olsa da, 1890-cı illərdə cənubdakı şatatların əksəriyyəti zəncilərdən səsvermə hüququnu alanda və məzarlıqlarda, xəstəxanalarda, tualetlərdə və məktəblərdə irqi ayrıseçkilik ortaya qoyulanda dayandırıldı.
ABŞ tarixi ərzində vətəndaşlıq qeyri-liberal irqi, etnik və gender iyerarxiyalarına nəzərən strukturlaşdırılıb. Fərdi və bərabər hüquqların tələbləri ilə uyuşmayan sivil kimlik görüşü “güclü inanclara (qanunlara qədər Amerika ağ millət, protestant millət idi və onlar amerikanların anqlo-saksonlardan gəldiyini deyirlər) söykənir. Qeyri-bərabər, irqi, cinsi və dini cəhətdən amerikan cəmiyyətinin intellektual və siyasi ənənələrinin ABŞ-da uzun kökləri var (97). İmmiqrasiya məhdudiyyətləri və assimilyasiya edici təhsil Amerikadakı ağların, anqlo-saksonların və protestantların qalmasında önəmli rol oynayıb.
Amerikan milli ideologiyası anqlo-saksonların üstünlüyü ideyası, millətin irqi ifadə olunması və qarşında kimin olmasından asılı olmayaraq Şimali Amerikanın işğalının nəsibləri sayılması idi. Bu cür maskanlanma və həqiqətin məhv edilməsi ilə hinduların etnik təmizlənməsini, soyqırımı və işğalı gizlədir (98). Avstraliyada olduğu kimi amerikanlar da tarixlərindəki ağır epizodları müzakirə etməkdə çətinlik çəkir.
1513-dən sonra Şimali Amerikaya gələn müstəmləkəçilər etnosentrik idilər, öz ölkələrinin millətçiliyini aşılayırdılar. Müstəmləkə sahibliyi və istismarı milli hörmət və güc üçün çox önəmli idi. 1776-cı ilin inqilabçıları millətçi və ksenofob idilər və dünyadakı digər xalqları kölələşmiş kimi görürdülər.
Yerli hindular arasında “onların sivilizasiyalaşdırma fəaliyyətlərinə uymayan bütün ənənələrin dayanmadan yox edilməsi” siyasəti yürüdülürdü (99). Hollandlar “işğalçı” kimi davranırdılar, torpaqları və resursları ələ keçirirdilər, yerli hindulara boyun əydirməyə çalışırdılar və onları öz cəmiyyətlərindən uzaqlaşdırırdılar.İngilislər onları “vəhşi” kimi və “avropalı gəlmələrin üstün kültür, texnologiya və dinlərinin olmasını qəbul edə bilməyən təhlükəli insanlar” kimi təsvir edirdilər (100). Buna görə də, hollandlar və ingilislər onları öz siyasi cəmiyyətlərindən ayırmağa çalışırdılar ki, onların “üstün” kültürünə yerlilər “geri qalmış”, “qeyri-sivil”, “kobud” olaraq assimilyasiya ola bilməzdilər (101). Digər tərəfdən isə fransızlar onları Fransa müstəmləkəçi cəmiyyətinə assimilyasiya etmək istəyirdilər.
Puritanlar hinduları bir çox vəhşiliklərin səbəbi olan “satan” adlandırırdılar. Yeni İsrail kimi İngiltərə də yönləndirmə üçün Əhdi-Ətiqə dayanan ideologiya tətbiq etdi. İngilis, anqlo-sakson kültürü və protestant dini “şər”lə olan savaşda “yaxşı” tərəfdə idilər:
Geriqalmış və vəhşi İrlandlar haqqındakı erkən ingilis ideyaları, zənci qullar haqqındakı daim artan neqativ ideyalar yavaş-yavaş hinduları da əhatə etməyə başladı. İrlandlarla son təcrübələr qəbilə qohumlarını geriqalmış və vəhşi kimi görməyə sövq etdi (102).
Şimali Amerikada müstəmləkəçilik sürətlə inkişaf etdikcə yerli hindular soyqırım və kölələşdirmə səbəbi ilə sürətlə azalırdı. Qeyri-tolerant inkişafla hindular asılı olmağa başladı, bütün qəbilələr dağıdıldı, bəziləri isə zorakılıqla tamamilə məhv edildi və torpaqları əllərindən alındı (103). İngilis qanunları, dili və kültürü zorla yerli hindulara yeridilirdi. Hinduların etnik təmizlənməsiylə eyni vaxtda baş verən “saxtakarlıq, hədə-qorxu və şiddət” “Manifest Destiny-nin (19-cu əsrdə ABŞ-da gəlmələrin qitənin şərqindən qərbinədək olan ərazinin sahibi olduğunu ifadə edən ideologiya) və Amerikanın azadlıq yayma missiyasının zəfəri üçün əvəzedilməz idi” (104).
Müstəqil ABŞ yerli hindular və qəbilələrlə zorakı rəftar edirdi və onlara təhlükəli düşmən kimi davranırdı (105). İrqçilik zənciləri və asiyalıları anqlo-saksonların başda olduğu və hinduların vətəndaşlıqdan məhrum edildiyi irqlər iyerarxiyasının bir hissəsi olmaqla cəzalandırdı (106).
19-cu əsrə qədər zəncilər haqqındakı qərb Avropa imperiyalistlərinin dəstəklədiyi oxşar ideyalar “tam-hüquqlu ideologiyaya çevrildə və amerikan millətçiliyinin mərkəzi oldu” (107). 1890-1908-ci illər arasında Şərqi və Cənubi avropadan ABŞ-a axın edən immiqrantlara görə ABŞ-ın cənubunda zəncilər yenidən səsvermə hüququndan məhrum edildilər və vətəndaşlıq yenidən rəngə görə müəyyənləşdirilməyə başladı. Homogenləşdirmənin və millət-dövlətin lehinə olaraq kültürəl plüralizmə qarşı çıxılır və hətta liberallar immiqrantların “amerikanlaşdırılma”-sını tələb edirdilər.
D.W.Griffithin rejissorluğu ilə 1915-ci ildə çəkilmiş “Birth of a Nation” filmində Klu Klux Klan (KKK) qəhrəman kimi, zəncilər isə “vəhşi” kimi göstərilmişdir. Bu film KKK rütbəsinin yüksəlməsində kömək oldu və 1920-ci illərdə KKK-ın üç milyon üzvü var idi. Griffithin adı 2000-ci ildə Director’s Guild of America Award-dan silindi. Fonerin dediyi kimi, “Klan 1920-ci illərdə Amerikada geniş şəkildə qəbul edilmiş düşüncəni əks etdirir” (108).
Bu ideyalar zəncilərin durumuna laqeydlik göstərən liberal elitalar, vəkillər və ticarət birliyi reformistləri arasında da məşhur idi. Prezident Teodor Ruzvelt anqlo-sakson taleyi ideologiyasını müdafiə edir, hinduları “vəhşi” kimi görür, zəncilərin səs verməyə layiq olmadıqlarına inanır və ayırımçılığı (irqçiliyi) qəbul edirdi. II Dünya Müharibəsində ABŞ silahlı ordusu irqçilik edirdi və yaponları “siçan, it, qorilla və ilan – heyvani və yarı insan adlandırılırdılar (almanların anqlo-saksonlarla etnik bağlantıları səbəbi ilə bu adlandırmalar almanlara qarşı olmadı) (109).
1920-1970-ci illər aralığında 35 ABŞ ştatı “daha yaxşı vətəndaşlar” yaratmağa və Yevgenika nəzəriyyəsi ilə (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə) sosial problemləri həll etməyə cəhd etdi. Aşağı sosial siniflərdən olan çoxsaylı insanlar, cəmiyyətin aşağı təhsilli bölümləri öz yerlərindən qovularaq xüsusi evlərə köçürüldülər. Burada onlar “zəif axmaqlar” olaraq damğalanırdılar və axtalaşdırılmaları səbəbilə sonrakı həyatlarında heç zaman uşaqları olmurdu (110).
Kültürəl kimlik və tarixi miflər Amerika dövlətində önəmli rol oynayıb. 1776-cı ildən günümüzə qədər olan amerikan millət quruculuğu araşdırmasında Spilman ABŞ milli kimliyini quran simvolların, ritualların, vətənpərvər təşkilatların mərkəzliyini vurğulayır. Corc Vaşinqton 1789-cu ildən sonra portretlərdə, doğum günü mərasimlərində, kilsələrdə, kitablarda, konstitusiyada, döyüşlərin xatırlanma mərasimlərində və müstəqillik günü tədbirlərində qəhrəmanlıq statusu kimi verilirdi. 1890-cı ildən bütün məktəblərdə bayraqlar qoyuldu, Şükranlıq Günü və Anma Günü hər il qeyd edilirdi (111).
Nəticə
Kohunn “yaxşı qərbdəki sivil” və “pis şərqdəki etnik” millətçilik bölgüsü həm intellektual təkəbbürlüyü, həm də praktikda olmayan sırf sivil və etnik dövlətlərin idealizasiyasını əks etdirir. O qərbdə baş verən lakin şərqin etnik millətçiliyinə bağladığı əksər neqativ nümunələri görməzlikdən gəlir. Kohnun sistemi həm də yerləşdiyi əraziyə önəm vermədən bütün sivil dövlətlərin siyasi-kültürəl quruluşunu önəmsəmir. Siyasi vəziyyətlər oxşar olanda şərqdəki millətçilik və dövlətlər qərbdəkilərdən fərqlənmir.
İstinad olunan mənbə siyahısı:
1 Hans Kohn, The Idea of Nationalism: A Study in Its Origins and Background (New York: Macmillan, 1944), pp.329-330.
2 H. Kohn, Nationalism and Liberty. The Swiss Example (New York: Macmillan, 1956).
3 Hans Kohn, ‘Western and Eastern Nationalism’ in John Hutchinson and Anthony D. Smith (eds.), Nationalism (Oxford: Oxford University Press, 1994), pp.162-165.
4 See H. Kohn, ‘The Genesis and Character of English Nationalism’, Journal of the History of Ideas, vol.1, no.1 (January 1940), pp.69-94.
5 H. Kohn, Nationalism: Its Meaning and History (Malabar, FL: Krieger Publishers, 1982), p.64.
6Ibid.,p.51.
7 David Miller, On Nationality (Oxford: Clarendon Press, 1995), p.8-9. For Smith see National Identity (London: Penguin, 1991), Nations and Nationalism in a Global Era (Cambridge: Polity Press, 1996), pp.76-83 and Nationalism and Modernism (London: Routledge, 1998), pp.177-178.
8Yael Tamir, Liberal Nationalism (Princeton: Princeton University Press, 1993).
9 Michael Ignatieff, Blood and Belonging: Journeys into the New Nationalism (New York: Farrar, Strauss and Giroux,1993).
10Ibid.,pp.7-8.
11 Ernest Gellner, Nations and Nationalism (Ithaca, N.Y.: Cornell University Press, 1983), p.99
12Ibid.,p.100.
13 Miroslaw Hroch, Social Preconditions of National Revival in Europe (Cambridge: Cambridge University Press,1985),p.13.
14 Bohdan Krawchenko, Social Change and National Consciousness in Twentieth Century Ukraine (London: Macmillan, 1985).
15 George Sanford, ‘Democratization and European Standards of National Minority Protection: Polish Issues’, Democratization, vol.4, no.3 (Autumn 1997), p.53.
16 Edward Said, Culture and Imperialism (London: Vintage, 1994), p.261.
17 David Brown, ‘Are there good and bad nationalisms’, Nations and Nationalism, vol.5, part 2 (April 1999), pp.287-288.
18 Bernard Yack, ‘The Myth of the Civic Nation’, Critical Review, vol.10, no.2 (Spring 1996), p.196.
19Ibid.,p.201.
20Ibid.,p.208.
21 K.Symonolewicz-Symmons, ‘Natonalist Movements: An Attempt at a Comparative Typology’, Comparative Studies in Society and History, vol. 7, no.2 (January 1965), p.224.
22 David B.Knight, ‘Identity and Territory: Geographical Perspectives on Nationalism and Regionalism’, Annals of the Association of American Geographers, vol.72, no.4 ((1982), p.519.
23 Eric Foner, The Story of American Freedom (London and New York: W.W.Norton, 1998), p.71.
24 Liah Greenfeld, Nationalism: Five Roads to Modernity (Cambridge, MA: Harvard University Press, 1992), p.30.
25 On the symbios of civic and ethno-cultural actors in civic states see Will Kymlicka, Multicultural Citizenship (Oxford: Clarenden Press, 1996), pp.88, 115, op cit., A.D.Smith, Nationalism and Modernism, pp.126-127 and op cit., A.D.Smith, Nations and Nationalism in a Global Era, pp.100-101.
26 A.D.Smith,’Civic and ethnic nations revisited: analysis and ideology’, The ASEN Bulletin, no.12 (Autumn-Winter 1996/1997), p.11. Elsewhere he writes, ‘Of course, given nations will exhibit ethnic and territorial components in varying proportions at particular moments of their history’. A.D.Smith, The Ethnic Origins of Nations (Oxford: Basil Blackwell, 1989), p.149.
27 Margaret Canovan, Nationhood and Political Theory (Cheltenham: Edward Elgar, 1996), p.104. See also Mattei Dogan, ‘Nationalism in Europe: Decline in the West, Revival in the East’, Nationalism and Ethnic Politics, vol.3, no.3 (Autumn 1997), pp.66-85.
28 Tim Nieguth, ‘Beyond dichotomy: concepts of the nation and the distribution of membership’, Nations and Nationalism, vol.5, part 2 (April 1999), p.158.
29 Ghia Nodia, ‘Nationalism and the Crisis of Liberalism’ in Richard Caplan and John Fefler (eds)., Europe’s New Nationalism. States and Minorities in Conflict (New York and Oxford: Oxford University Press, 1996), p.106. See also Nodia’s ‘Nationalism and Democracy’, Journal of Democracy, vo.3, no.4 (October 1992), pp.3-22.
30 Op cit., A.D.Smith, The Ethnic Origins of Nations, pp.134-138.
31 Bryan S.Turner, ‘Citizenship Studies: A General Theory’, Citizenship Studies, vol.1, no.1 (February 1997), p.9.
32 For a discussion of how this affects Ukraine see my ‘Civil Society in Ukraine: The Legacies of Totalitarianism and Empire’, paper prepared for the conference ‘Ukrainian Politics in the Twentieth Century’, Yale-Ukraine Initiative, Yale University, 8-9 April 2000.
33 Piere Manent, ‘Democracy Without Nations?’, Journal of Democracy, vol.8, no.2 (April 1997), p.95.
34 Op cit., op cit., L.Greenfeld, Nationalism, p.14.
35 Jurgen Habermas, ‘The European Nation-State – Its Achievements and its Limits. On the Past and future of Sovereignty and Citizenship’ in Gopal Balakrishan and Benedict Andersen (eds.)., Mapping the Nation (London: Verso, 1996), p.286.
36 Op cit., W.Kymlicka, Multicultural Citizenship, p.24.
37 Will Kymlicka, ‘Misunderstanding Nationalism’, Dissent, Winter 1995, pp.130-135.
38 J.Hutchinson, ‘Cultural Nationalism and Moral Regeneration’ in op cit., J.Hutchinson and A.D.Smith (eds.)., Nationalism, p.129.
39 B. Andersen, Imagined Communities (London: Verso,1991), pp.11-12 and Dominique Schnapper, ‘The European Debate on Citizenship’, Daedalus, vol.126, no.3 (Summer 1997), pp.214, 219.
40 Recommendation 1283 (22 January 1996). Document 7446, Committee on Culture and Education, Council of Europe. Copy in the possession of the editor.
41 See David M.Potter, ‘The Historian’s Use of Nationalism and Vice Versa’, American Historical Review, vol.67, no.4 (April 1962), pp.924-950. Norman Davies writes that, ‘Distortion is a necessary characteristic of all sources of information. Absolute objectivity is absolutely unattainable’. Cited from his Europe. A History (Oxford: Oxford University Press, 1996), p.5.
42 A.D.Smith, ‘Culture, community and territory: the politics of ethnicity and nationalism’, International Affairs, vo.72, no.3 (July 1996), p.456.
43 Op cit., G. Sanford, ‘Democratization and European Standards of National Minority Protection’, p.53.
44 David Little, ‘Belief, Ethnicity and Nationalism’, Nationalism and Ethnic Politics, vol.1, no.2 (Summer 1995), pp.287, 290.
45 Rogers Brubaker, ‘National Minorities, Nationalizing States, and External Homelands in the New Europe’, Daedalus, vol.124, no.2 (Spring 1995), pp.107-132.
46 See T.Kuzio, ‘Nationalising States or Nation Building? A Critical Survey of the Theoretical Literature and Empirical Evidence’, paper given to the annual convention of the Association for the Study of Nationalities, Columbia University, New York, 14 April 1999.
47 Jaroslav Krejci nd Vitezslav Velimsky, ‘’Ethnic and Political Nations in Europe’ in J.Hutchinson and A.D.Smith (eds.)., Ethnicity (Oxford: Oxford University Press, 1996), pp.212- 217.
48 Robert A.Nisbet, The Quest for Community (Oxford: Oxford University Press, 1953), pp.153-188, Bhikhu Parekh, ‘Cultural Pluralism and the Limits of Diversity’, Alternatives, vol.20, no.4 (October-December 1995), p.436, Walker Connor, ‘Nation-Building or Nation-Destroying?’, World Politics, vol.XXIV, no.3 (April 1972), p.353, op cit., D.Miller, On Nationality, p.140, op cit., A.D.Smith, ‘Culture, community and territory…’, p.458, op cit., M.Canovan, Nationhood and Political Theory, p.28-29 and Alan Finlayson, ‘Ideological discourse and nationalism’, Journal of Political Ideologies, vol.3, no.1 (1998), p.113.
49 Op cit., M.Canovan, Nationhood and Political Theory, p.19.
50 Ibid., p.22.
51Mark R.Beissinger, ‘How nationalism spread. Eastern Europe adrift the tides and cycles of national contention’, Social Research, vol.63, no.1 (Spring 1996), p.101.
52 Op cit., W.Kymlicka, Multicultural Citizenship, p.13.
53 Ana M.Alonso, ‘The politics of Space, Time and Substance: State Formation, Nationalism and Ethnicity’, Annual Review of Anthropology. vol.23 (1994), p.394.
54 Juan J.Linz and Alfred Stepan, Problems of Democratic Transition and Consolidation. Southern Europe, South America and post-Communist Europe (Baltimore: John Hopkins University Press, 1996), p.35-37.
55 Op cit., W.Kymlicka, Multicultural Citizenship, p.100.
56 Charles Tilly, ‘Reflections on the History of European Stat-Making’ in C.Tilly (ed.)., The Formation of National States in Western Europe (Princeton: Princeton University Press, 1975), p.43.
57 Op cit., E.Gellner, Nations and Nationalism, pp.142-143.
58 Op cit., A.Smith, National Identity, p.68. See also op cit., A.D.Smith, Nations and Nationalism in a Global Era, p.61.
59 Margaret Moore, ‘On National Self Determination’, Political Studies, vol.XLV, no.5 (December 1997), p.904 and L.L.Farrar, Kiernan McGuire and John E.Thompson, ‘Dog in the night: the limits of European nationalism, 1789-1895’, Nations and Nationalism, vol.4, part 4 (October 1998), p.555.
60 The Guardian, 25 October 1999.
61 Thomas H. Eriksen, Ethnicity and Nationalism. Anthropological Perspectives (London: Pluto Press, 1993), p.123.
62 Nicos Mouzelis, ‘Modernity, Late Development and Civil Society’ in John A.Hall (ed.)., Civil Society. Theory, History, Comparison (Cambridge: Polity Press, 1996), p.226.
63 Op cit., E. Foner, The Story of American Freedom, p.28.
64Ibid.,p.79.
65Ibid.,p.XVII.
66Ibid.,p.XXI.
67 Robert Dahl, Polyarchy (New Haven: Yale University Press, 1971).
68 In 1963 the British historian Sir Arthur Byrant wrote that ‘an influx of men and women of alien race, accentuated by strongly marked differences of pigmentation and mould of feature, as well as habits and beliefs, would be very undesirable’. Cited from Jeremy Paxman, The English – Portrait of a People (London: Penguin, 1999), pp.70-71.
69 Ibid., p.19.
70 Edward Said, Culture and Imperialism (London: Vintage, 1994), pp.96-97, 250.
71 Op cit., J.Paxman, The English, p.49.
72 Ibid., p.70.
73 Ibid., p.64.
74 Op cit., E.Said, Culture and Imperialism, p.206.
75 Julius W.Friend, ‘Nationalism, The Guiding Thread in French Policy, 1981-1996’, paper prepared for the American Political Science Association, Washington DC, 28-31 August 1997.
76 Op cit., E.Said, Culture and Imperialism, p.96.
77 Ibid., p.7.
78 Ibid., p.62.
79 Kenneth Morgan (ed.)., The Oxford History of Britain (Oxford: Oxford University Press, 1993), p.253.
80 ‘Victor Kiernan, ‘The British Isles: Celt and Saxon’ in Mikulas Teich and Roy Porter (eds.)., The National Question in Historical Context (Cambridge: Cambridge Univresity Press, 1993), p.9.
81 William W.Bostock, ‘Language Grief: A ‘Raw Material’ of Ethnic Conflict’, Nationalism and Ethnic Politics, vol.3, no.4 (Winter 1997), pp.94-112.
82 F.S.L.Lyons, Culture and Anarchy in Ireland, 1890-1939 (Oxford: Oxford University Press, 1982), p.9.
83 Op cit. , J.Paxman, The English, p.49.
84 Op cit., E.Said, Culture and Imperialism, p.266.
85 Mary J.Hickman, ‘Reconstructing, deconstructing ‘race’: British political discourses about the Irish’, Ethnic and Racial Studies, vol.21, no.2 (March 1998), p.291.
86 Op cit., A.D.Smith, ‘Civic and ethnic nationalism revisited’, p.10.
87 Robert R.Palmer, ‘The National Idea in France Before the Revolution’, Journal of the History of Ideas, vol.1, no.1 (January 1940), pp.95-111.
88 Op cit., A.D.Smith, Nationalism and Modernism, p.126.
89 Douglas Johnson, ‘The making of the French nation’ in op cit., M. Teich and R. Porter (eds.)., The National Question in Historical Context, pp.35-62.
90 Eugene Weber, Peasants into Frenchmen. The Modernisation of Rural France, 1870-1914 (London: Chatto and Windus, 1979).
91 Christinian Giordano, ‘Affilation, Exclusion and the National State: ‘Ethnic Disourses’ and Minorities in East Central Europe’ in Hans-Rudolf Wicker (ed.)., Rethinking Nationalism and Ethnicity. The Struggle for Meaning and Order in Europe (Oxford: Berg, 1997), p.178.
92 Op cit., B.Andersen, Imagined Communities.
93 Op cit., E. Foner, The Story of American Freedom, p.38.
94 Ibid.
95 Ibid., p.77.
96 Rogers M.Smith, Civic Ideals. Conflicting Visions of Citizenship in U.S. History (New Haven: Yale Univesity Press, 1997), p.14.
97 Ibid., p.3.
98 Op cit., E.Said, Culture and Imperialism, p.380.
99 Rogers L.Nichols, Indians in the United States and Canada. A Comparative History (Lincoln: University of Nebraska, 1998), pp.28-29.
100 Ibid., p.41.
101 Ibid., pp.59-60.
102 Ibid., pp.59-60 and 76
103 Ibid., p.108.
104 Op cit., E.Foner, The Story of American Freedom, p.51.
105 Op cit., R.K.Nichols, Indians in the United States and Canada, ., p.137.
106 Ibid., pp.171 and 199.
107 Op cit., E.Foner, The Story of American Freedom, pp.40-41.
108 Ibid., p.188.
109 Ibid., p.240.
110 ‘Breeding Better Citizens’, 20-20 Programme, ABC Television, 22 March 2000.
111 Lyn Spillman, Nation and Commemoration. Creating National Identities in the United States and Australia (New York: Cambridge University Press, 1997).