[dropcap]XIX[/dropcap] əsrin II yarısında etnik milliyyətçilik təcrübədə xalqların getdikcə artan coğrafi köçlərindən və nəzəriyyədə XIX əsr sosial elmlərinin təməlini təşkil edən “irq” anlayışının dəyişimə uğramasından güc almışdı. Bir tərəfdən insanların qədim dövrlərdən etibarən dəri rənginə söykənən bir neçə irqə bölünməsi bu dövrdə “Arilər” və “Samilər” kimi yanaşmalar şəklində təşəkkül tapmışdı. Digər tərəfdən daha sonralar genetik sinifləndirmə adlandırılan Darvinçi təkamülçülük irqçiliyə, digərlərini kənarlaşdırmağa, hətta ölkədən sürgün etməyə və öldürməyə uyğun, güclü “elmi” səbəblər kimi görünən lüzum təmin etmişdi. Bütün bunlar nisbi olaraq daha sonra gündəmə gələcəkdi. Belə ki, Yəhudi düşmənliyi (antisemitizm) təqribən 1880-ci illərə kimi “irqçi” bir xarakter (dini-mədəni fərqlər istisna olmaq şərti ilə) qazanmamışdı.

İrq ilə etnik milliyyətçilik arasında əlaqələr zatən var idi. Lakin, hər bir halda onları yaxınlaşdıran əsas səbəb hər ikisinin də XIX əsrin axırlarına doğru irqi/milli xarakter şəklində ümumiləşdirilərək eynimənalı sözlər olaraq istifadə edilməsiydi. Buna misal olaraq 1904-cü il tarixli İngilis-Fransız Antantasından öncə, bir fransız yazıçı iki irqin arasında “daimi bir düşmənçilik” olduğunu müşahidə edirdi. (Jean Finot “Race Prejudice” – London 1906, səh. 5-6)

Etnik milliyyətçiliyin 1870-ci illərdən 1914-ə qədər mövqeyini möhkəmləndirməsi təəccüblü deyil əslində. Bu həm sosial, həm də siyasi dəyişikliklərin məhsulu idi. Sosial baxımdan millətlər olaraq “xəyali”, hətta həqiqi cəmiyətlər icad etmənin yeni növləri yaradılmasına getdikcə daha çox zəmin hazırlayan 3 hadisəni qeyd etmək olar: (1) müasirləşmənin hücumuna məruz qalan ənənəvi qrupların mübarizəsi, (2) dövrün inkişaf etmiş ölkələrin şəhərləşən cəmiyyətlərində sürətlə böyüyən və ənənəvi olmayan siniflərin meydana gəlməsi, (3) müxtəlif xalqların (müəyyən istiqamətli) köçləri və yaranan diasporalar.

[highlight color=”red”]1914-cü ildən əvvəlki 50 ildə ön plana çıxan milliyyətçiliyin əsası nə olur olsun, bütün növlərində ümumi cəhət var idi – yeni proletar sosialist hərəkatları rədd edirdi. Bunun səbəbi sosialist hərəkatların proletar olması deyil, eyni zamanda internasionalist olması, ən azından milliyyətçi olmamaları idi. (E.J.Hobsbawm “Worlds of Labour” – London 1984, səh. 16)[/highlight]

Lakin məşhur fikirlərin əksinə kütlələrə siyasi sferada səslənmənin (sosialistlərin sinfi müraciətlərinin, dini məzhəblərin imana dəvəti, millətlərə müraciətlərin) əsaslandığı müxtəlif prinsiplər qarşılıqlı olaraq bir-birini kənarlaşdırmır. Hər iki tərəfin də mövcud vəziyyəti səbəbiylə barışmaz olmaqda qərarlı olduğu din ilə tanrısız sosializm nümunəsində belə birini digərindən ayıran qalın xətt yoxdur. İranda Əli Şəriəti ideyaları buna misal ola bilər.

İnsanlar kollektiv şəxsiyyətlərini ayaqqabı seçdikləri kimi, eyni vaxtda yalnız bir cüt geyinə biləcəkləri düşüncəsiylə seçmirlər. Eyni anda mənsub olduqları millət başda olmaqla müxtəlif sədaqət göstərdiyi mərkəzləri var və bunlar eyni vaxtda həyatın müxtəlif sferaları ilə bağlıdır. Təbii ki, insanların düşüncəsində bu istiqamətlərdən biri müəyyən dövrdə ən önə çıxa bilər. Belə ki, bir insanın eyni zamanda bir irlandiyalının oğlu, bir alman qadının əri, mədən işçilərinin bir üzvü, bir liberal, vətənpərvər bir ingilis, Britaniya Krallığının tərəfdarı kimi hiss etməsi heç bir problem yaratmayacaq. Bunlar arasında seçim etmə problemi sədaqət mərkəzlərindən yalnızca birinin və ya bir neçəsinin digərləri ilə birbaşa ziddiyyət təşkil etdiyi halda gündəmə gəlir. Buna misal olaraq Fransa Kommunist Partiyası üzvlərinin həm Fransız milliyyətçiliyinə həm də SSRİ-ə tam sədaqətlə bağlanmaları bunun bariz nümunəsi idi.

Həqiqətən də kütlələrə xitab edən siyasi hərəkatların (milliyyətçi, sosialist, məzhəbçi və s.) adətən eyni kütlələri cəlb etmək uğrunda rəqabətə girişmələri bu hədəf obyektinin bütün bu hərəkatların müraciətlərindən təsirlənməyə açıq olduğunu göstərir. Xüsusən İrlandiya, Polşa, həmçinin Ermənistanda milliyyətçiliklə dinin ittifaqı açıq-aydın görünür.

Milli və sosial narazılıqlar arasındakı uyğunluqlar isə digərlərindən daha çox üzə çıxır. Belə ki, (Xorvatiyadakı kəndli partiyaları kimi) əvvəlcə sosialist olan, bir müddət sonra öz xalqlarının milli hərəkatlarının təməl vasitələri formaları olan partiyaların varlığı heç kimə sirr deyil. Qısaca Konnolli (James Connolly) tərəfindən İrlandiya üçün görülən yuxu, sosialist və milli qurtuluşun birliyi real olaraq başqa ərazilərdə baş verdi. Daha uzunmüddətli müstəqilliyə təşviq edən bir amil kimi sosial və milli tələblərin birləşməsinin (liberal yönümlü) milliyyətçilikdən və (internasionalist) sosializmdən daha təsirli olduğu məlum olmuşdur. Finlandiyada 1917-ci il fevral inqilabından öncəki son (sərbəst) seçkilərdə səslərin 47%-ini toplayaraq de facto Finlilərin milli partiyası mövqeyində görülən Sosialist Partiya idi. (David Kirby “Rank and file attitudes in the Finnish Social Democratic Party” (1905-1918) səh.164) Gürcüstanda başqa bir sosialist partiya olan Menşeviklər gəldiyi vaxtda Ermənistanda Sosialist İnternasionala qoşulan Daşnaklar milli partiya mövqeyinə gəlmişdi. (Ronald G. Suny “Transcaucasia, Nationalism and Socialism Change” – Ann Arbor 1983, II hissə) Hollandiyada friziyalıların milli duyğuları əsasən sol radikalizmdə səsləndiilirdi. Belə ki, Hollandiyanın ilk sosialist partiyasının məşhur öndəri olan Troelstra (1860-1930) kariyerasına Friziyanı canlandırmağı məqsəd qoyan “Gənc Friziya” qrupunun öndəri və Friziya dilində yazan bir şair olaraq başlamışdı. (A.Fejtsma “Histoire et situation actuelle de la langue frissonne” – 1982, səh. 21-34)

Həqiqətən də tez-tez milli müraciətin sinfi müraciət üzərindəki üstünlüyünün əsas sübutu olaraq göstərilən nümunələr əslində ikisinin arasındakı əlaqələrin qarışıqlığını aydınlaşdırır.

[padding right=”5%” left=”5%”]  Yuxarıda qeyd olunduğu kimi, milliyyətçilik onu kənarlaşdırıcı, hər şeyi istismar edən, hər şeydən uca bir siyasi yol olaraq qavrayanlarla birgə görünməməlidir. Özünü digər bütün siyasi və sosial kimlik formalarının yerinə qoyan dövlətlər, ya da sağçı siyasi hərəkatların kənarlaşdırıcı milliyyətçiliyi ilə modern dövlətlərdə bütün digər siyasi hisslərin cücərdiyi torpağı təşkil edən tərkib halındakı milli/vətəndaşın sosial təfəkkürünü ayırmaq önəmlidir. Bu mənada “millət” ilə “sinif” asanlıqla ayrıla bilməz. Əks təqdirdə solun faşist olmayan ölkələrdə antifaşist mübarizə fonunda milli və vətənpərvər hissi yenidən sahiblənmədəki qeyri-adi uğurunu izah etmək olmaz. Xüsusən də II Dünya Müharibəsi əsnasında Hitler Almaniyasına qarşı mübarizənin həm milli hisslərə (Böyük Vətən Müharibəsi), həm də cəmiyyətə yönələn sosial yenilənmə və qurtuluş ümidlərinə səsləndiyi asanlıqla rədd edilə bilməz. Belə ki, 1930-cu illərin ortalarında kommunist hərəkatlar vətənpərvərlik simvollarını burjua dövlət və siyasətçilərinə ötürən II və III İnternasional ənənələrindən bilərəkdən ayrılmışdı. ABŞ kommunist Partiyasının kommunizmin XX əsr Amerikançılığı olduğunu iddia etməyi buna gözəl nümunədir. (E.J. Hobsbawm “Nations and nationalism since 1780” – Cambridge 1992, səh 173)

[/padding]

Azərbaycan nümunəsində vəziyyət daha sadədir. Belə ki, indiki halda sosialist və milliyyətçi qrupların düşüncələri (solun internasionalist, milliyyətçiliyin irqçi fikirləri istisna olmaq şərti ilə) bir çox hallarda üst-üstə düşə bilər. Buna misal olaraq Azərbaycana qarşı Ermənistanın apardığı müharibə işğalçı və separatist müdaxilə (faşist mövqe), Rusiyanın Avrasiya İttifaqına qoşulma barədəki təzyiqləri isə imperialist təfəkkür kimi qəbul oluna bilər. Çünki, nə Ermənistan, nə də Rusiyada xalqların qardaşlığı və internasionalizmi özündə ehtiva edən sosialist bir yolun yolçusu deyillər. Yuxarıdakı Fransa kommunistləri nümunəsində göstərildiyi kimi Azərbaycan sosialistlərinin sədaqət mərkəzlərindən biri dünyanın digər sosialist-kommunist quruluşlarına meyl edirsə də digər tərəfdən Azərbaycana bağlılıqları var.

Bir marksistin fikrincə milliyyətçilik anlayışı siniflərin olmadığı internasionalist dünyaya gedən yolda müvəqqəti bir mərhələ ola bilər. Bir çox liberal üçün isə milliyyətçilik asanlıqla şovinist və təcavüzkar bir psixologiyaya çevrilə bilər. Yuqoslaviyada baş verənlər bunun ən yaxşı nümunələrindən biridir. Lakin milliyyətçiliyin bir ideologiya olaraq daha müsbət bir dünyagörüşü olaraq irqçi və kənarlaşdırıcı yönü olmadan yeni millətlər yaratdığı və ya məhvə məhkum olanları yenidən dirçəltdiyi nümunələr də çoxdur. Bir çox alimin fikrincə milliyyətçilik modern dünyanın siyasi xəritəsində keyfiyyət və kəmiyyət dəyişikliyinə səbəb olan əsas yol olaraq varlığını hər zaman qoruyacaq.

Yazının sonunda Mixail Hroxun bu fikrinə müraciət etmək istərdim. Milliyyətçilik ya da etnik kök dağılan bir cəmiyyətdə birləşmə faktorlarına aparan bir özəllikdir. Cəmiyyət uğursuzluğa düçar olanda ən əsas dayaq nöqtəsi olaraq meydana millət çıxar. (M.Hroch “Die Vorkämpfer der nationalen Bewegungen bei den kleinen Völkern Europas”  Praha – 1968 (ing. 1985) səh 14.) Bu fikirdən istinad götürərək milliyyətçiliyi müsbət dünyagörüşü nümunəsi və ideoloji yol olaraq qəbul etmək daha məqsədəuyğundur.