Qel dili (ing. Gaelic) – İrlandiyanın ilk rəsmi dilidir və deyilənə görə, bu dildə əhalinin 25%-i danışır. Buna baxmayaraq bu həqiqətdirmi? Bunu yoxlamaq üçün Manhan Maqan ingilis dilində bir söz deməməyi düşünərək, ölkəni ziyarət etdi.

Manhan Maqan üçün irland dilinin daşıyıcılarının axtarılmasında başlanğıc nöqtə Dublindəki Britaniya Xəritə çəkmə İdarəsinin mağazası olub. O, bir ölkənin dilini bilməyinizə baxmayaraq, sizi anlaya bilməyəcəklərini bildiyi vaxt, burada nəsə absurd və hətta, faciəvi bir şey olduğunu anladı. Bu ölkədə doğulmuş olsanız və onun dili sizin üçün doğma olsa idi, bu daha da absurd olardı.


İrlandiyada (1800-2000-ci illər aralığında) irlanddillilərin sayının azalması tendensiyası

İrland (qel) dili – İrlandiyanın birinci rəsmi dilidir. İngilislər 19-cu yüzillikdə onların dilində danışsaq bizi daha rahat idarə edə biləcəklərini qərara aldıqları günə qədər (məktəblərdə qəl dilinin istifadəsi qadağan edildi) 2500 ildir ki, bu dildə danışırdıq. Biz də öz növbəsində, bizim gələcək inkişafımızın yalnız ingilis dilinin köməyi ilə mümkün olduğunu tezliklə başa düşdük ya da ən azı aclıqdan (“Kartof qıtlığı” və ya “Böyük qıtlıq” – red.) sağ qalan əhalinin bir hissəsi olaraq bir neçə onillikdə irland dilindən imtina etdik. Əgər 20-ci yüzilliyin əvvəllərində İrlandiyanın müstəqillik uğrunda mübarizəsinin əsasında Kelt dirçəlişi olmasa idi, irland dili bu günə kimi artıq mövcud olmaya bilərdi. Bu gün əhalinin dörddə biri bu dili daimi olaraq istifadə etdiyini deyir. Mən həmişə bu rəqəmə şübhə etmişdim. Onun dəqiqliyini yoxlamaq və necə alınacağını bilmək üçün mən yalnız irlandca danışaraq səyahət etmək qərarına gəldim.

Başlanğıc nöqtəsi kimi mən Dublini seçdim, çünkü mən əmin idim ki, 1,2 milyon əhalisi olan şəhərdə mən mütləq, heç olmasa bir neçə irland dilinin daşıyıcısını taparam. Ölkənin xəritəsini almaq üçün, mən əvvəlcə Britaniya Xəritəçəkmə İdarəsinin mağazasına getdim (yarıdövlət təşkilatı kimi, bu qurum müəyyən xidmətləri irland dilində məcbur göstərməlidir). Konsultant mənə – “Siz ingiliscə danışa bilərsinizmi?”, dedi. Mən irlandca cavab verdim. Səbirsizliklə – “Mənimlə ingiliscə danışa bilərsinizmi?!”, təkrarladı. Mənə nə lazım olduğunu yenidən izah etməyə çalışdım. Soyuq, hədəliyici tonla – “Siz ingiliscə danışırsınız?”, soruşdu. İtaətkarlıqla başımla razılaşıb, irlandca – “Sea” (irlandca hə deməkdir, red.) cavab verdim. “Bəs onda mənimlə indi ingiliscə danışa bilərsiniz?”. Mən ona bacardığım qədər sadə izah etdim ki, mən irland dilini istifadə etməyə çalışıram. “Mən Sizinlə artıq danışmayacağam, – o dedi. – Gedin”.

Gələcək səyahətim üçün mənə həqiqətəndə bir xəritə lazım idi; hər dəfə yolumun istiqamətini soruşmadan getmək çətin olardı. İrland dilinin məktəb kursunun ən sadə ifadələrindən, hansı ki, o hər bir şagirdin keçdiyi 10 illik məcburi məktəb proqramına əsasən mütləq öyrənilməli idi, istifadə edərək, konsultanta müraciət etmək üçün bir daha cəhd etdim, amma o əlləri ilə qulaqlarını bağladı və mənim çıxıb getməkdən başqa heç bir seçimim yox idi.

Başlanğıc yaxşı deyildi. Səhər olmağına baxmayaraq, mən içmək qərarına gəldim və Qrafton Stritin yanındakı olan viktorian stilindəki zövqlü bir bara getdim. Mən bir bakal pivə sifariş edəndə, barmen – “Bağışla, dostum, mən irlandca danışmıram” – cavabını verdi. Sifarişimi daha asan eləməyə çalışdım – amma, daha asan necə ola bilər? – “Mən içmək istərdim”. O yenə təkrarladı, – “Mən irlandca danışmıram”. Kamerundan Qazaxıstana kimi içkiləri sifariş etmək mənə problem olmamışdı və əgər mən hər hansı bir başqa dildə danışsa idim bu çətin ki, problem olardı. Mən istədiklərimi əlimlə göstərməyə cəhd etdim, – pivə kranları bar masası boyunca bir sıraya düzülmüşdülər, – amma mənim səhvim sözlərimi əl-qol hərəkətləri ilə birgə işlətmək olub.

Barmen qəzəblə – “Siz məni eşitmədiniz?” soruşdu.

Mən fikirləşdim ki, təhlükəsizlik üçün müştərilərdən birini cümləmi tərcümə etməyə xahiş eləmək olar, amma mən onlara tərəf çönəndə, bütün oturanlar diqqətlə öz bakallarına baxırdı. Axırda, yazığı gələn bir cavan oğlan, mənə Kildar Stritdə yerləşən kafeyə getməyi tövsiyə etdi.

“Kafe? – soruşdum mən, – Mən içmək istəyərdim”. O mənə – “Sadəcə gedin ora”, – dedi və mən, onun göstərişlərin ardınca gedib, özümü irland dilinin inkişafı üzrə agentliyin ofisləri altında yerləşən qaranlıq bir zirzəmicikdə tapdım. Onların pivə satılmasına icazələri yox idi, amma mən bir fincan kofe aldım və yiyəsi mənə zəngin, xoşsəslənən irland dilində danışdı ki, bu yer adətən irlanddilli müştərilər ilə dolu olur, amma günəşli gündə heç kim zirzəmi altında gizlənmək istəmir, ona görə mən yeganə müştəri idim. Viktorian kanalizasiyası iyul istiliyi ilə çətin mübarizə aparırdı və bu yerdən pis qoxu gəlirdi. Mən bu düşüncəni ata bilmirdim ki, bu yer mənə gettonu, əzilmiş azlığın sığınacağını xatırladır.

Mən bilirdim ki, bu səyahət çətin olacaq, amma bu qədər olacağını təsəvvür edə bilməzdim. Linqvistlərin sözlərinə görə, irland dilində sərbəst danışanların sayı çox güman ki, əhalinin siyahıya alınmasında irland dilinin yanına quş qoyan iddialı 25% yox, 3% təşkil edir və onların çoxluğu qərb sahilində yaşayır, uzaq, çətingirilən yerlərdə, hansı ki, çatmaq elə də rahat deyil. Nəzərə almadığım şeylərdən biri də düşmənçilik oldu. Mənim fikrimcə, bu qismən təqsirlilik hissindən yaranmışdır – ana dilimizdə danışa bilmədiyimizə görə biz özümüzü qüsurlu hiss edirik.


Birinci şəkil: 2011-ci ildə olan əhalinin siyahıyaalınmasında “İrland dilini bilirəm” sualına müsbət cavab verən respondentlərin proporsiyası. İkinci şəkil: həmən siyahıyaalınmasında “İrland dilini təhsil sistemi xaricində gündəlik istifadə edirəm” sualına müsbət cavab verənlər

Mən bu sualla radio-şou vaxtında dinləyicilərin fikrilərini öyrənmək üçün Dublindəki radiostansiya ilə əlaqə saxlamaq qərarına gəldim. Bir neçə adam zəng edib və dediklərimi anlamadıqlarını söylədilər. “İrland dili ölübmü?” – mən təkrar-təkrar soruşurdum. “Bağışlayın?” – onların çoxusu təkrar sual verirdi və ya: “Siz nə, irlandca danışırsınız?”. Zəng edənlərin biriləri məni və mənim dayaz olan dilimi radioefirdən çıxartmaq istəyib, o biriləri xəcalətlə məni anlamadıqlarını, amma mənim çıxışıma çox sevindiklərini deyiblər. Bu, onun yerinə, məni utandırdı: irland dilində danışmağımın tək səbəbi, mənim nənəmin 90 il əvvəl bu dili İrlandiya Respublikasının mübarizəsində silah kimi istifadə etməsi idi. Sonralar, mən anladıqca ki, mənim dostlarımdan heç kim irlandca danışmır, o, bu dildə danışmağımı davam etməyimə görə, konfetlərlə və şirniyyatlarla könlümü  alırdı. Əslində, mən, demək olar ki, 1996-cı ildə qurulan TG4 irland televiziya stansiyası yaranmamışdan və onun üçün səyahətlər haqqında sənədli filmlər yaratmağa başlamamışdan əvvəl, irland dilindən, onu boynumda asılmış ölü yük sayıb, imtina etmişdim.

Radio-şoudan sonra, mən turist bürosunu ziyarət etmək qərarına gəldim. Oranın işçiləri, çox güman ki, müxtəlif dillərdə işləməyə öyrəşiblər. Mən şəhər ekskursiyası haqqında soruşanda, masanın arxasındaki kişi mənə çaşğınlıqla baxdı. “Nə?” – gözləri böyümüş, o təkrar soruşdu. Mən təkrarladım. O, məndən soyuq – “Siz ingiliscə danışmırsınız?” – soruşdu. Mən onların üzlərində əmələ gələn qorxu və məyusluq olan ana nifrət etməyə başladım. Axırda, onlar sadəcə öz iş gününü yola verməyə çalışırdılar. İrland Talibanının israrlı əsgəri ilə toqquşma onlara lazım deyildi.

Mən onlara nə etməyə çalışdığımı izah etdim. “Mm, dostum, mən irlandca danışmıram ona görə… – o qorxulu bir pauza edib, mən isə təmkinlə gülümsəməyə çalışdım. – Ona görə, əgər sən ingiliscə danışa bilirsənsə, mən səni başa düşə bilərəm”.

“Béarla, ancaq ingiliscə danışın” – onun kürəyin arxasında olan müdiri sərt tərzlə dedi və bunu mənim ola biləcək fəhmsizliyimə görə iki dəfə təkrar elədi. Mən onlara daha hansı dildə müraciət edə biləcəyimi soruşdum və onlar mənə divarda asılan 7 ölkənin bayrağı olan siyahını göstərdilər. Düzünü desəm, mən onların beşində danışa bilirəm, amma mən özümə söz verdim ki, başqa dildə ancaq ən vacib olduğu təqdirdə danışacağam. Axırda, onlar heyranedici bir qız tapdılar, hansı ki, irland dilində tam sərbəst bilirdi və mənə lazım olan bütün şeyləri danışa bildi. Buna baxmayaraq o, öz leksik ehtiyatının yetərli olmadığını düşünürdü və çox həyacanlı idi. Bu düz deyildi; o gözəl idi. Çox qəribə bir tendensiyadır, insanlar çox vaxt irland dilində danışmaq bacarıqlarını səhv qiymətləndirirlər, həddən artıq qiymətləndirərək ya da lazımi qədər qiymətləndirməyərək, — çox güman ki, bu, irland dili yoxsulluğun və savadsızlığın əlaməti sayılanda, peyda olan stereotipin, mürəkkəb psixoloji nəticəsidir.

«Gaelscoileanna» məktəbin şagirdləri

Radionun efir vaxtında bir şey baş verməsə idi, mən, çox güman ki, öz səyahətimin davamından tam imtina edərdim. Mən sürətlə ümidsizlik nöqtəsinə çatınca, hansısa uşaqlardan zəng gəlmişdi. Mən təəccüblə aşkar etdim ki, onlar şəhər ləhcəsini istifadə edərək sərbəst təmiz irland dilində danışırlar. Onlar mənə dostları kimi irland dilində daima danışdıqlarını demişdilər. Onlar irland dilini sevirlər və mənim bu dili ölü dil kimi güman etməyimə hiddətlənmişdilər. Bu uşaqlar hər il bütün İrlandiya boyunca daha çox filiallar açan “Gaelscoileanna” adlı yeni irland məktəbinin şagirdləri idilər. Köhnə məktəblərin bağlandığı və ya özlərinə şagird axtardığı vaxta, “Gaelscoileanna” məktəbləri bəzilərinin qəbulundan imtina edirlər. Bu məktəblər həm imkanlı ziyalılar arasında həm də işçi təbəqəsinin nümayəndələri arasında məşhurdular –  əsasən təhsilin yüksək keyfiyyətinə görə: irlanddilli orta məktəblər çox vaxt dövlət imtahanlarda daha yüksək ballar yığır, nəinki elit pullu məktəblər. Şagirdlər britaniyalıların irlandları ilk dəfə geridəqalmış kimi damğaladığı günlərdən bu yana bütün əvvəlki nəsillərin hər birinin yoluxduğu əziklik hissinin yükündən qurtularaq məzun olurlar.

Bu uşaqlar TG4 kanalın vasitəsi ilə yayımlanan “SpongeBob SquarePants” və “Scooby-Doo” cizgi filmlərinin irland versiyalarına baxa-baxa böyüyürlər. X-box konsoluna, hip-hopa, “Jackass” serialına və bloqlara irland ekvivalentlərini məhz onlar fikirləşirlər. Məhz onlar rahatlıqla irland dilində SMS yazıb, qədim fonetika və sintaksis ilə yanaşı, gənclərin müxtəlif ən son slenqləri öyrənirlər. Mən başa düşdüm ki, küçədə məhz onlardan kömək istəməli idim. Bu uşaqlar mənə inam qaytardılar və məhz bu hiss ilə mən Dublini tərk edib daha uzaqlara gedirdim. İlk yanacaq məntəqəsində olan polşalı konsultant ilə söhbət, mənim icarəyə götürdüyüm vintajlı “Yaquar” ilə bağlı çətin texniki sualıma həll tapmaq heç bir xüsusi problem olmadı. Bu, məni daha da ilhamlandırdı. O, hər gün xarici dili qavramasında çətinliklər ilə üzləşir və onun üçün irland ya da ingilis dilində danışmağımın böyük fərqi yox idi. Əslində isə, ölkədə növbəti 1000 mil sürəndə, yol boyunca qarşıma çıxan hər kəs, əvvəldə qarşılaşdığım dublinlilərdən daha xeyrxah və qayğıkeş idi.  Mən demirəm ki, onların hamısı irlandca tam sərbəst danışırdılar – heçdə yox – amma onların hamısı mənimlə ortaq dil tapmaq üçün yaddaşların dərinliklərindən çıxan bir neçə məktəb proqramındakı irland dilinin müxtəlif təsadüfi sözlərini bir-birinə bağlamağa cəhd ediblər, ya da başqa üsulla mənim üz cizgilərimi və dəli əl-qol hərəkətlərimi anlamağa çalışmışdılar.

Buna baxmayaraq, vaxtın böyük hissəsi bu səyahət çətinliklər ilə davam edib. Mənə yolun səhv istiqamətini göstərirdilər, restoranlarda sifarişimi səhv gətirirdilər, saçımı səhv qırxırdılar, amma heç kim mənə nə hədə-qorxu gəlir nə də axmaq çıxardırdı. Hətta Belfastdakı Şankil Roudda mənə ədəblə yanaşdılar – sadəcə xəbər verdilər ki, əgər mən irlandca danışmağa davam etsəm, xəstəxana yatağına düşə bilərəm. Qolveydə məni başa düşəni tapmaq üçün, ağlıma gələn bütün əxlaqsız və ədəbsiz mahnıları oxuyaraq küçə tamaşası təşkil etdim. Heç kim başa düşmədi – mən abırsız seranadalar oxuyarkən, yaşlı qadınlar vəznə uyğun mehribancasına ayağlarını yerə vurub, gülümsəyirdilər. Killarnidə mən bankın girişində durub yanımdan keçən insanlara mənə bu bankı yarmağa kömək etmələri üçün pul təklif eləmişdim, , amma yenə heç kim dediklərimi anlamadı.

Mən bilirdim ki, səyahətimin axırında mən hansısa bir nəticəyə gəlməli idim, amma əslində mən daha böyük bir çaşğınlıq hiss edirdim. Mən kəşf etdim ki, 1990-cı illərə qədər, irland dilinin ciddi qadağası olan Şimali İrlandiyadakı vilayətlərində dirçəliş prosesi baş verir. Müqqəddəs Cümə Günü Sazişi ya da Belfast Sazişi İrland dilinin statusunu tanıyıb və hazırda Şimali İrlandiyada öz gündəlik qəzeti çıxır, BBC Radio-da gündəlik veriliş və özlərinin radiostansiyası irland dilində fəaliyyət göstərir. Qolveydə mən irland dilinin təşviqi ilə məşğul olan irlanddilli immiqrantların formalaşdığı lobbi qrupuna rast gəldim. Mən, hər il daha çox irland prozası və poeziyasını nəşr edən naşirlər ilə tanış oldum.

Sırf qanunvericilik baxımından İrland dili yaxın zamanlarda mühüm (Pirr qələbəsi olsa da) qələbələr qazanıb – Dillər Haqqında Qanun dövlət və yarıdövlət təşkilatlarında irland dilinin istifadə hüququna təminat verir (halbuki, mənim səyahət vaxtı dövlət qurumlarına göndərilən irland dilində olan bütün elektron məktublarım cavabsız qalıb).

Çox güman ki, İrland dilinin sonuncu yüzilliklərdə ən mühüm qələbəsi onun bu yaxınlarda AŞ-ın rəsmi iş dillərindən biri kimi tanınması oldu. Bu, bizim avropalı qonşularımızdan əldə olunan böyük bir etimad göstərişidir, lakin irland xalqı özü üçün öz ana dili ilə nə etməli olduğuna birdəfəlik qərara gəlməlidir. Onun üstünə “həyata qaytarmamaq” nişanı qoyub və maşını sistemdən söndürməliyik ya da öz axmaq geridəqalmış kompleksinə qalib gəlib və nəhayət, öz dilimizi istifadə etməyə başlamalıyıq?

“Gaelscoileanna” məktəbindəki uşaqlar demişkən: “Athbhreith agus cuir diot é!” (Yenidən doğulmaq və qalib gəlmək!).

Orijinal:

https://www.theguardian.com/travel/2007/jan/05/ireland.features

No Béarla

2007-ci ildə TG4 kanalında çıxan İrlandiyada irland dilinin vəziyyətini araşdıran 4 hissəli sənədli veriliş. Aparıcı bu məqaləni yazan Manhan Maqandır. Verilişdə yazıda baş verənlərə oxşar əhvalatlar əks olunub.

Qeydlər:

*İrland dilinin linqvonimi Azərbaycan türkcəsi məsələsinə oxşardır. İrlandlar özlərinə həm Éireannach (irlandiyalı), həmdə Gaeil (qel, “kelt”) deyirlər, Azərbaycanda da “azərbaycanlılar/türklər” adları işlənilir.

Həm İrland dili həmdə Şotland dili Kelt dil qrupuna daxildilər. İrland dilinə İrlandiyada qel, ya da irland qelcəsi (Gaelic, Irish Gaelic), Şotland dilinə isə Şotland qelcəsi (Scots Gaelic) deyilir. Oxşar vəziyyət bizdədir: Azərbaycanda Azərbaycan türkcəsi işlənilir, Türkiyədə Türkiyə ya da Anadolu türkcəsi.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər