“Amerika” kimi bir adı bizə gətirmək istəyirlər. Bu ölkəyə “Türkiyə” adını biz vermədik. 12-ci yüzillikdə italyanlar tərəfindən verilmişdir. Osmanlıda türk kimliyi bilinirdi. Bütün imperiyalarda olduğu kimi tarix yazılışında da qurucu millətin adı bilinir, amma çox da vurğulanmaz. Türkiyə adını Atatürk seçmədi. 1920-ci ildən sonra Türkiyədən başqa bir şey yoxdur ki, ortada. Hamı Türkiyə deyirdi. Türkiyə adı dəyişsə də, alınmaz. Necə olacaq ki, mən Anadoluluyammı deyəcəyəm? Tutaq ki, Rumelililər də var burada. Onlar nə deyəcək?
Türkiyəliyəm demək nə deməkdir? Bir anlayışın özünü doğrultması üçün əvvəlcə bir neçə dilə çevilməlisiniz. Çevirə bilməsəniz olmaz, çürüyər.
Türk milliyyətçiliyi Avropanın əksinə təəssüf ki, baş verən hadisələr nəticəsində ortaya çıxmışdır. Türklərə bunu başına vura vura öyrədiblər. Milliyyətçilik elə bir müddət yüksələn, bir müddət də kiçildilən bir aid olma duyğusu deyildir. Kimliyinizi formalaşdırmaq üçün qoruyursuz. Konstitusiyaya bütün etnik kimliklər girmir. Bura köçüb gələnlərin ölkəsidir. Bir çox etnik var. Hamısı girsə gülünc olar.
Bu ölkəyə “mozaika” deyilir. O zaman mozaika qədər sərt və rəngi sağlam bir şəkildə milli irsinizi ortaya qoyacaqsınız. Burada bu elə də yoxdur.
Türkiyədəki milliyyətçiliklərin təşkilatlanma və milli irsə söykənmə baxımından çox da ciddi olduğunu düşünmürəm. Səs-küy salanlar çoxdur.
Sağlam bir milliyyətçilikdə önəmli bir ünsür başqa millətlərin milliyyətçiliyinə də romantik şəkildə hörmət bəsləməkdir.
Hökümətin milliyyətçilik mövzusunda sağlam biliyi, duyğusu, tərifi olduğunu düşünmürəm. “Bizim milliyyətçilik anlayışmız budur” demirlər.
Millət anlayışı doğru bir termindir. Millət anlayışı türklə məhdudlaşmır, ümumidir.
Türkiyəni parçalaya biləcəyini bilə bilmərəm, amma hamı əlindən gələni edir. Bu hər kəsin dediyi kimi asan iş deyil.
Respublika türk tarixində bir sülh gətirdi və insanların nəfəs almasını təmin elədi, amma bəzi unutqanlar bunu hərdən unudurlar. Bu ölkədə bir çox fərqli dil danışılır. 19 və 20-ci yüzilliklərdə köçlə gələn o qədər fərqli millətlər var ki, ortaq nöqtələri türkcə bilməkləridir. Bu bir imperiya mirasıdır. Litvan-özbək evlənər, rusca danışar, kürd-ərəb evlənər, alban-boşnak evlənər türkcə danışar. Hökmdar təkcə öz xalqı ilə evlənə bilməz. Hakimiyyətini gücləndirmək üçün yadlarla evlənə bilər. Tarixi 1930-cu illərin düşüncəsi ilə dəyərləndirməyək. Rus xanədanının kökü almandı. İngiltərədə kral ailəsi dünya müharibəsi dövründə alman köklərini gizlətmək üçün soyadlarını Vindzor etmişdir.”
*Bu düşüncələr İlbər Ortaylının “Twitter” hesabından toplanmışdır.
***
Bundan başqa “Siyasət meydanı” verlişində aparıcı İlbər Ortaylıdan onun milliyyətçilik düşüncəsi ilə bağlı soruşduqda aralarında bu cür dialoq yaşanmışdır:
Aparıcı: Sizin milliyyətçilik anlayışınız, duyğunuz, millət anlayışınız nədir? Bunlara İlber Ortaylı olaraq düşüncənizi bildirin.
İlbər Ortaylı: Mən bunə qətiliklə inanıram. Bizim kimliyimiz vardır. Bu türk kimliyidir. Bu tarixə, dilə və mədəniyyətə söykənir. Bunlara əsəslanmalıyıq. Bir uzlaşma, bir sülh axtarışı bunlara zərər vura bilməz. Zərər vurmağa çalışdığınız an təm əks nəticələrə səbəb olar, yəni daha çox kin ortaya çıxar, daha çox münaqişə toxumları əkilər. Bunlara qarşı diqqətli olmalıyıq. Türkiyədə tarix çox önəmli bir nizamdır. Biz tarix sevməyə başladıq deyilir, amma tarix yaratmağa və yazmağa hələ başlamadıq. Təhsil qurumlarımızda, institutlarımızda çox önəmli dəyişikliklər etməyimiz lazımdır, yəni 1930-cu illərin kasıb, taxılla dolanışığını təmin edən Türkiyəsində bu sahədə (tarix və ədəbiyyatı nəzərdə tutur) göstərilən səylər, çəkilən xərclər təəssüf ki, bu günün Türkiyəsində eyni səviyyədə deyildir. Bəzi şeylərdə o dövrə baxanda irəliləmə var, amma bu məsələdə elə deyil.
Aparıcı: Siz öz anlayışınızı, milliyyətçilik və millət məsələsi ilə bağlı düşüncələrinizi ortaya qoydunuz, amma başqa milliyyətlərə də hörmət bəsləmə anlayışına söykənməli olduğumuzu bildirirsiniz. Sözlərinizi oxuyum – “Sağlam milliyyətçilik başqa millətlərin milliyyətçiliyinə romantik baxımdan hörmət bəsləməyi tələb edir”. Bu romantikliyi biraz izah edə bilərsiz?
İlbər Ortaylı: İzah edə bilərəm. Yəni örnəklərini daha əvvəl vermişdim. 1970-ci illərin sonunda Szent İstvan tacı, yəni Macarıstanın milli simvolu (bilirsiniz, indi gerblərində də var) ölkəyə geri gələndə milli muzeyə qoydular. Möhtəşəm bir mənzərə idi və mən duyğulandım. Hörmətim var, çünki o bir millətin simvoludur. Məsələn bu gün belə Rusiyada II dünya müharibəsinin abidələri önündəki alovun önündə edilən mərasimləri eyni həssasiyyətlə izləyə bilirəm. Hörmətim var, çünki vətən müdafiə etdilər adamlar. Bu çox önəmlidir. Stalinin tərəfini tuta bilərsiniz, tutmaya bilərsiniz. Kommunist ola bilərsiniz, olmaya bilərsiniz bu da çox önəmli deyildir. Bu bir yanaşmadır. .. Bu bir romantizmdir.
Aparıcı: Başqa ölkələrdən örnəklər verdiniz. Türkiyə üçün də baxdığımız zaman kürdlərin də eyni şəkildə milli irsinə, dəyərlərinə, mahnılarına, ədəbiyyatına hörmət bəsləmək romantik bir şəkildə necədir?
İlbər Ortaylı: Buna konsultiv milliyyətçilik deyilir. Buyurub eləsinlər, amma mənə hücum edərək yox, mənim dəyərlərimə zərər vuracaq bir şəkildə yox. Bu halla çox rastlaşıram mən bu ölkədə. Bunu açıq ya gizli şəkildə edirlər… Bəzi insanlar öz milli kimlərini inşa etmək üçün türk milli kimliyini mişarlamağa başladılar. Bu xoş deyil. Bundan heç bir şey çıxmaz. Bundan ancaq kin və münaqişə çıxar. Həmişə deyirəm. Heç bir polyak rus milli irsinə, rus şairlərinə söz deməz. Hətta Puşkinin bizim Miçkeviçi keçən tərəfləri var deyərlər. … Bu çox önəmli bir şeydir. Bu yanaşma cəmiyyətləri bir yerdə saxlayar.
Aparıcı: Yəni milliyyətçilik və ya millət olma kimliyini müdafiə eləmək başqa millətlərin milli irslərinə, dəyərlərinə romantik bir şəkildə hörmət bəsləməyi tələb edir.
İlbər Ortaylı: Doğrudur!
***
“Gənc baxış” verlişində İlbər Ortaylı Andın aradan qaldırılması ilə bağlı gedən söz-söhbətlərə öz düşüncəsini bildirərək demişdir ki, andın milliyyətçilik və şovinizmlə qətiyyən əlaqəsi yoxdur. Türk vətəndaşlığı adı ətrafında uşaqların səhərlər yemək duası etdikləri kimi edilən bir növ dünyəvi duadır və bunun aradan qaldırılmasının müzakirəyə çıxarılması sadəcə provokasiyadır. Düşüncəsinə davam edən İlbər Ortaylı türk millətinin olduqca yetkin olduğunu bildirərək qeyd edirdi ki, bu cür müzakirələrə bənzər andların olduğu Yunanıstan, Fransa kimi ölkələrdə rast gələ bilmərsiz.
***
İsmayıl Kiçikqayanın “İlbər Ortaylının gözü ilə miliyyətçilik” yazısındakı düşüncələr:
“Məsələ milliyyət və irq anlayışlarını bir-birinə qarışdırmağımızdadır. … Milləti sadəcə bir irq təmsil etməyə bilər. Buna baxmayaraq irq təkcə bir kökə bağlıdır. Bu baxımdan millətin içində mövcud olan digər irqləri kiçildən, onları xor görən, dilinə gətirməsə də, onları davranışları ilə kənarlaşdıranlar özləri də bilmədən irqçilik edirlər. Çox heyif ki, bunu milliyyətçilik hesab edirlər! Milliyyətçilik türklərə tarix kitabları, mətbuat və milli irslə öyrədilməmişdir. Türklər milliyyətçilikdə gecikiblər. Bizim dərsliklərimiz pisdir, içində milliyyətçilik yoxdur. Milliyyətçi bir romanımız, sənət əsərimiz, şeirlərimiz, teatrlarımız, kinolarımız varmı? Yoxdur. Milliyyətçiliyi bizə tariximiz öyrətmişdir. Biz tarix tərəfindən milliyyətçi edilmişik. Biz milliyyətçi olmağa məcbur qaldıq. Balkan savaşları və Çanaqqala savaşının ağrılarının, torpaq və can itkilərinin bunda böyük təsiri vardır. Gerçək milliyyətçilik ətraflı, geniş və universal bir şəkildə dünyanı qavramaqdır. İnsanlar və cəmiyyətlər dünyanı tanımaqla milliyyətçi bir həddə çata bilərlər. “Milliyyətçilik pisdir” deyənlərə, “milliyyətçilik yüksəlir” deyənlərə mən heç əhəmiyyət vermirəm. Bunu deyənlərin ən pis şəkildə milliyyətçilik etdiklərinə şahid oluruq. Belə deyənlər coğrafiyası belə olmayan bəzi ünsürlərlə bağlı mikro-milliyyətçilik edirlər.
***
Son olaraq İlbər Ortaylı “Teke tek” verlişində Türk kimliyi ilə bağlı aşağıdakı düşüncələrini səsləndirmişdir:
“…Türkiyə Respublikası vətəndaşı kimliyini daşıyan bir insan olaraq bu ölkədəki türk adını, türk kimliyini daşımaq, tanımaq və bununla qürur duymaq haqqım vardır. Fransadakı bir çox qabaqcıllar da fransız vətəndaşlığı ilə fəxr edərlər. Qürürluyam, məmnunam və xoşbəxtəm deyərlər. Bunun tərifi belədir. Bu eyib deyildir. Belə bir şeyi burada az qalsın ki, qadağan olunmuş bir hala gətirdilər. … Dünyadan xəbəri olmayan biri bir neçə gün bundan əvvəl yanımda danışırdı ki, 1453-dən bəhs etməyək. Sən bəhs etməyəcəksən deyə hər kəs unudacaq guya. Ən ucqar kilsəyə getsən keşiş bundan bəhs edir. Yəni sən bəhs etməməklə nəyin üstünü örtürsən. … Belə bir şey təəssüf ki, geniş şəkildə yayılır. Bunun hara qədər gedəcəyini bilmirəm. Bu həqiqətən bir etnik toqquşma yaradar. … “