Mən hesab edirəm ki, fərd yalnız şəkildə mənəvi qazanc əldə edə bilməz və bu səbəblə əzab çəkər. Mən advaita–ya (Brahmanla Atmanı müəyyən edən Vedantik fəlsəfi təlim) inanıram. Mən insanın bütün yaşayan varlıqlarla xüsusi vəhdət içərisində olduğuna inanıram. Buna görə də inanıram ki, əgər bir insan mənəvi zənginlik əldə edirsə bütün dünya ondan qazanc götürür. Əgər bir insan yıxılırsa bütün dünya da onunla eyni dərəcədə zərər görür.
Burada sadəcə fərdin rifah məzmunu və ya hədəfiylə bağlı deyil məsələ, əksinə, birbaşa və ya dolayı yolla digərləri ilə yanaşı mənəvi cinayət səbəbkara da təsir edir. Bu səbəblə fərdin yaxşı və ya pis olması təkcə onun özünü deyil, həm də əslində bütün cəmiyyəti maraqlandırır, hətta bütün bəşəriyyəti. Hərçənd ki, təbiət cazibə ilə yaşasa da itələmə qüvvəsi də kifayət qədərdir. Ortaq dəyərlər imkan verir ki, təbiət öz varlığını qorusun. İnsan dağıdıcılıqla bu təbiətdə yaşaya bilməz. Özünə sevgi digərləri ilə münasibətə sövq edir. Fərdlər arasındakı ortaq dəyərdən yarandıqları üçün millətlər uzlaşa bilirlər. Nə vaxtsa milli prinsipləri bəşəriyyətə genişləndirməliyik, əgər millətləri formalaşdırmağa daha böyük ailəmiz olsa genişləndirilmiş ailə dəyərlərimiz də olar.
Hər kəs eyni dərəcədə mənəvi prinsiplərə bağlı olsa bəşəriyyət eynidir. Bütün insanlar Tanrının gözlərinə bərabərdir. Təbii ki, irqi və mövqe cəhətdən oxşar və fərqliliklər var, lakin, insanın mövqe yüksəkliyinin böyük məsuliyyəti var. Mənim vəzifəm sadəcə Hind insanpərvərliyinin birliyindən ibarət deyil. Bütün həyatımı və ömrümü buna həsr etməyimə baxmayaraq mənim vəzifəm sadəcə Hindistanın müstəqilliyindən də ibarət deyil. Hindistanın müstəqilliyi vasitəsilə ümid edirəm ki, insanların birliyi məqsədini həyata keçirə və davam etdirə bilərik. Mənim vətənpərvərliyimdə xüsusi nəsə yoxdur. Bu bütün dəyərlərə qucaq açan bir vətənpərlik nümunəsidir. Mən digər millətlərə təhlükə və istismarı məqsəd qoyan vətənpərvərliyi rədd edirəm. Mənim dinim və vətənpərvərliyim bütün həyatımın inancını əhatələməkdən qaynaqlanır. Mən birlik və ya şəxsiyyəti insan adlanan varlıqlar olaraq anlamaq istəmirəm. Mən bütün həyatı, hətta Yer üzərində hərəkət edən bütün nəsnələri kimlik formaları olaraq anlamaq istəyirəm. Mən kimliyi Yer üzərindəki canlılar olaraq görürəm. Çünki, biz eyni Tanrı tərəfindən yaradıldığımızı iddia edirik və bu varlıq bütün mövcudatda eyni mahiyyətdə aşkara çıxır.
Kimsə milliyyətçi olmadan da beynəlmiləlçi ola bilər. İnsanlar özlərini təşkilatlanmış şəkildə müxtəlif ölkələrə aid etdiyi və bir şəxs kimi hərəkət edə bildiyi zaman beynəlmiləlçilik millətçiliyin gerçəkliyə çevrilməsi halıdır. Milliyyətçilik mənfi bir anlayış deyil. Mənfi olan darlıq, xudpəsəndlik, xüsusilikdir ki, müasir milliyyətlərdə bunlar müşahidə olunur. Onların hər biri başqasının xarabalıqları üzərində yüksəlməklə qazanc əldə etməyə çalışır.
Mən Hindistanın təvazökar nökəriyəm və Hindistana xidmət etməyə cəhd göstərərək geniş şəkildə insanlığa xidmət edirəm… Təqribən 50 illik ictimai həyatdan sonra Mən bugün deyə bilərəm ki, mənim əqidəm bir millətə xidmətlə məhdudlaşmır, bu bütün dünyaya xidmətdir. Bu gözəl əqidə və təlimdir. Bunun qəbulu dünyadakı mövcud vəziyyəti asanlaşdıracaq və bizim ortaq dünyamızdakı millətlərarası qısqanclığı dayandıracaq. Həmrəylik də müstəqillik kimi insanın əsas qayəsi olmalıdır. İnsan sosial varlıqdır və cəmiyyətlə qarşılıqlı əlaqəsiz bəşəriyyətlə öz birliyini qura bilməz və ya təkəbbürünü boğa bilməz. Onun sosial həmrəyliyi imkan verir ki, öz əqidəsini yoxlasın və gerçəklik meyarını sübut etsin. Əgər bir şəxs digər insanlarla bütün münasibətlərdə tamamilə yuxarı yerləşdirilsə və ya buna nail olsa həmin insan həqiqətən də dünya üçün bəla və yük kimi qürurlu və təkəbbürlü olmağa başlayacaq. Cəmiyyətlə bağlılıq isə ona insanlıq dərsi keçəcək. İnsan gərək zəruri ehtiyaclarını təmin edə bilsin, bu aydındır. Lakin mənə çox da aydın olmayan məqam fərdin özünü təmin etmək iqtidarında olduqda cəmiyyətdən özünü təcrid etməsidir. Bu mənim anlayışımda demək olar ki, günahdır. İnsan öz-özünə kifayət ola bilməz. Buna misal olaraq pambıqçılığı, ipəyirməni göstərə bilərik. Onun bəzi mərhələlərində insanlar öz ailə üzvlərindən dəstək alırlar. Buradan belə bir sual meydana çıxır. Əgər şəxs öz ailəsindən dəstək ala bilirsə niyə qonşusundan ala bilməsin? Əks təqdirdə “dünya mənim evimdir” məsəlinin əhəmiyyəti nə olardı? Özünə, ailəyə, ölkəyə və bütün dünyaya olan vəzifələrin biri digərindən ayrı deyil. Özünü və ya ailəsini incitməklə biri ölkəyə xeyirli ola bilməz. Eyni şəkildə bütövlükdə dünyanı yaralamaqla ölkəsinə xidmət edə bilməz heç kim. Yekun nəticədə biz fərd olaraq ölməliyik ki, ailə yaşasın, ailə ölməlidir ki, ölkə yaşasın və nəhayətdə ölkə ölməlidir ki, dünya yaşasın. Lakin yalnızca saf nəsnələr qurban olaraq təklif edilə bilər. Buna görə də arınma birinci mərhələdir. Qəlbimiz təmiz və pak olduğu zaman biz vəzifələrimizin nə olduğunu anlayarıq.
Qızıl yol bütün dünya ilə dost olmaq və bütün insan ailələrinə eyni şəkildə hörmət etməkdir. Öz dininin tərəfdarını fərqləndirən və başqalarını maarifləndirməyən insan dinsizliyə və imtinaya yol açır.
Mən Hindistanın müstəqilliyi üçün yaşayıram və bunun üçün də öləcəm. Çünki, bu Həqiqətin bir parçasıdır. Yalnızca müstəqil Hindistan həqiqi Tanrıya sitayiş edə bilər. Mən Hindistanın müstəqilliyi üçün işləyirəm. Çünki, mənim swadeshi-m (yerli, köklü əxlaq prinsipləri) doğulandan bunu mənə öyrədib və öz mədəni irsini saxlamaq üçün mən ona ən yaxşı xidmətçiyəm. O ilk öncə mənim xidmətimi tələb edir. Lakin mənim vətənpərvərliyim xüsusi deyil. Bu, başqa millətləri incitməyə hesablanmayıb, lakin həqiqi mənada dünyadakı hər kəsin mənfəətinə hesablanıb. Hindistanın müstəqilliyi, mənə görə, dünya üçün heç zaman təhlükə ola bilməz.
Biz ölkəmiz üçün müstəqillik istəyirik, lakin başqalarını istismar hesabına deyil, başqa ölkələri alçaltmaqla deyil. Mən İngiltərənin məhv olması və ya ingilislərin ortadan qalxması hesabına Hindistana müstəqillik istəmirəm. Mən ölkəmə elə bir müstəqillik istəyirəm ki, başqaları ondan nəsə öyrənsin, bəşəriyyət üçün faydalı olsun. Eynən vətənpərvərlik inancının bugün bizə öyrətdiyi kimi fərd ailə üçün, ailə kənd üçün, kənd vilayət üçün, vilayət əyalət üçün, əyalət isə ölkə üçün qurban verilə bilər. Ölkə müstəqil olmalıdır ki, zəruri olan halda dünyanın mənfəəti üçün hətta varlığından keçə bilsin. Buna görə də milliyyətçilik və ya düşüncəmdəki milliyyətçiliyə sevgim var, ölkəm azad ola bilsin deyə. Bundan sonra ehtiyac yaranarsa bütövlükdə ölkə insan irqinin yaşaması üçün varlığından keçə bilər. Burada irqi nifrətə və ayrıseçkiliyə yer yoxdur. İcazə verin bu bizim milliyyətçiliyimiz olsun.
Qonşu dövlətlər arasındakı sərhədlərdə xidmətlərimizin artırılmasında heç bir məhdudiyyət yoxdur. Tanrı heç zaman o sərhədləri yaratmayıb.
Mənim məqsədim bütün dünya ilə dostluq əlaqələridir və Mən böyük sevgi ilə səhvlərə müxalifliyi birləşdirə bilərəm.
Mənim üçün vətənpərvərlik insanpərvərliklə eynidir. Mən vətənpərəm, çünki, insanam və insanpərvərəm. Bu xüsusi deyil. Mən İngiltərə və ya Almaniyanı Hindistana xidmət üçün incitmərəm. Mənim həyat prinsipimdə imperializmə yer yoxdur. Vətənpərvərliyin prinsipi patriarxlıqdan fərqli deyil. Və əgər vətənpərvər biri mülayim şəkildə həm də insanpərvərdirsə o daha güclüdür. Burada şəxsi və ya siyasi prinsiplər arasında mübahisəli məqam yoxdur.
Bizim qeyri-əməkdaşlığımız nə İngiltərə, nə də Qərblədir. Bizim qeyri-əməkdaşlığımız maddiyyat əsaslı və acgözlüyə xidmət edən, zəifləri istismar üzərində qurulan İngiltərə sisteminədir. Bizim qeyri-əməkdaşlığımız özümüzün daxilində gizli bir məkandır. Bizim qeyri-əməkdaşlığımız ingilis idarəçilərlə onların şərtləri ilə əməkdaşlıqdan imtinadır. Biz deyirik “Gəlin və bizimlə bizim şərtlərimizlə əməkdaşlıq edin. Bu bizim üçün də, sizin üçün də, bütün dünya üçün də yaxşı olacaq“. Biz ayaq üstə qaldırılmaqdan imtina etməliyik. Boğulan şəxs başqalarına kömək edə bilməz. Başqalarına yararlı ola bilmək üçün özümüzü qorumağa cəhd göstərməliyik. Hind millətçiliyi nə xüsusi, nə aqressiv, nə də dağıdıcı deyil. O sağlam, inanclı, bu səbəblə də insanpərvərdir. Hindistan bəşəriyyət üçün ölməyə can atmaqdan öncə yaşamağı öyrənməlidir.
Mən istəmirəm ki, İngiltərə məğlub və rəzil vəziyyətə düşsün. St.Paul kilsəsinin dağıdılması mənə əzab verər. Bu Kashi Vishvanath məbədinin və ya Juma Masjid-in dağıdılması xəbəri qədər mənim qəlbimə toxunar. Mən Kashi Vishvanath məbədini və Juma Masjid-i, hətta St.Paul kilsəsini qorumaq istərdim, amma onları qoruyan kimisə öldürə bilməzdim. Bu mənim britaniyalılardan əsas fərqimdir. Buna baxmayaraq mənim onlara yenə də rəğbətim var. İngilislərin, konqresmenlərin və digərlərinin kimə ki, səsim çatır, mənim rəğbətimi yalnış anlamalarını istəməzdim. Bu Britaniya xalqına sevgi və Almanlara nifrətlə bağlı deyil. Mən Almanları İngilislərdən daha betər bir millət hesab etmirəm, və ya İtalyanları. Biz hamımız bir soydan gəlirik və böyük bəşər ailəsinin üzvləriyik. Mən fərqlilikləri qabartmağı rədd edirəm. Mən Hindlərin üstün olduğunu iddia edə bilmərəm. Bizim hamımızın oxşar kəramət və qəbahətlərimiz var. Bəşəriyyət su keçirməyən müxtəlif çarhovuzlara bölünməyib ki, biz birindən digərinə gedə bilməyək. Onlar minlərlə otağı tuta bilər amma bütün otaqlar bir-biri ilə əlaqəlidir. Mən deyə bilmərəm ki, “Hindistan var olsun, dünya dağılsa da bizə aidiyyəti yoxdur“. Bu mənim aşılamaq istədiyim düşüncə deyil. Hindistan var olsun, lakin eyni zamanda dünyanın digər millətləri də bizimlə birgə davamlı inkişaf və rifah içərisində olsun. Mən Hindistanın bütövlüyü davamlı müstəqilliyi naminə Yer kürəsində kiçik bir ərazi tutan Hindistana deyil, bütün bəşəriyyətə sevgimi bəxş etməliyəm. Digər ölkələrlə müqayisədə Hindistan böyük ola bilər, lakin dünyada Hindistan çox kiçik bir ərazidir.
Daimi sülhün mümkünlüyünə inanmamaq insan təbiətinin mənəvi tərəfini inkardır. İndiyə qədər bütün cəhdlərin uğursuz olmasına səbəb buna cəhd göstərənlərdə səmimiyyətin olmamasından qaynaqlanır. Bəlkə onlar özləri də bu çatışmazlığı anlamayıblar. Bu səbəblə də hətta uğurlu şərait yarandıqda belə sülh əldə edilməyib. Mənəvi şərait təmin olunmadığı müddətcə daimi sülh bərqərar ola bilməz. Aydın məsələdir ki, dünyanın böyük dövlətləri öz imperialist məqsədlərindən əl çəkmədən bu mümkün deyil. Eləcə də böyük dövlətlər ərazi və maddi varlıqlarını artırmaq rəqabətləri dayandırmadıqları müddətcə də daimi sülh məqədi mümkünsüz görünür.
Mən düşünürəm ki, qeyri-zorakılıq haqqında konsepsiya dövlətlər arası münasibətlərdə keçərli ola bilər. Bilirəm ki, sonuncu müharibə haqqında fikir bildirməklə həssas mövzuya toxunuram. Lakin mövzunun aydınlaşmağı üçün həmin mövzuya müraciət etməliyəm. Bu müharibənin məqsədi zəif xalqların qənimətini güclülər arasında bölməyi hədəfləyirdi, daha doğrusu dünya üzərindəki ticari hakimliyi… Hər kəsə aydındır ki, Avropa ölkələri bir gün məhv olmamaq üçün ümumi tərk-silaha başlamalıdır. Hansısa bir xalq böyük fədakarlıq edib silahsızlaşmağa başlasa aqressiv olmayan üsulla dünyadakı digər xalqların rəğbətini qazanacaq. Öz təhlükəsizliyi üçün bunu edən millət, həm də digər millətlərə yararlı olacaq.
Bir məsələ aydındır ki, silahlanma yarışı bu şəkildə dəlicəsinə davam etsə, tarix boyu bənzəri görünməmiş bir qətliamla nəticələnəcək. Gələcəkdə baş verəcək bu savaşın qalibi olmayacağı şübhəsizdir. Hətta olsa belə onun həyatı ölümə daha bənzərdir. Bu çıxılmaz vəziyyətdən qurtuluşun tək yolu qeyri-zorakılıq haqqında konsepsiyanı qeyd-şərtsiz qəbul etməkdir.
Acgözlük olmasaydı silahlanmaya da ehtiyac qalmazdı. Qeyri-zorakı konsepsiya hər cür istismarı rədd edir. Müstəmləkəçilik düşüncəsi ortadan qalxsa silahlanmaya da ehtiyac qalmaz. Dünya xalqları bir-birini istismar düşüncəsində olduğu müddətcə, həqiqi silahsızlaşma da reallaşmayacaq.
Bu dünya bir gün vahid bir ailəyə çevriləcəyi ümidim olmasaydı, yaşama istəyim də olmazdı.