Milliyyətçilik doktrinası inkişaf etdiyi dönəmlərdə Avropa qitəsi bütünlüklə qarışıqlıq içindəydi. Üsyan Fransada krallığı və adət halını almış uzunmüddətli nizamı yıxa bilmişdi. Üsyanın yalnız nümunə olması və təsiri deyil həmçinin yaratdığı hərəkətlilik və intizamsızlıq (xaos) Fransanın xaricində də yayılmışdı. Danton 1792-ci ildə məclisdə “Fransız milləti, bizi millət vəkili olaraq buraya göndərməklə, xalqların hamısının bütünlüklə ayaqlanması üçün bir komitə yaratmışdı” deyirdi. Sonradan gələn Napoleon da inqilabın tam təxribat hissəsini tamamlamış oldu: iyirmi ili belə tamamlamış qısa vəzifə həyatı daxilində, Avropada millətlər arası nizamın əsaslarını təsis etmiş oldu. Mümkün olunmadığı düşünülən şeylər artıq tamamilə mümkün və münasib hala gəlmişdi. Üsyanlar müvəffəqiyyətə çata bilir, imperiyalar yıxıla bilir və hüdudlar, sərhədlər dəyişə bilirdi. Tək bir insan və ya bir qrup insan, əzmlə, mülayim və ya tam tərsi qəddarlıqla kütlələri ayağa qaldıra bilirdilər, dövlətlərin sərhədləri və hökümətlərin talehlərini təyin edə bilirdilər. 1789-cu ildən 1815-ci ilə qədər davam edən bu qədər çəkişmə və şiddətin əlbəttəki uzun müddətə dayanıqlı nəticələri də gözlənilən idi. Xülasə, köhnə düşmənlikləri canlandırdı, yenilərini yaratdı. İqtidarı ələ keçirməyin xəyalını belə qura bilməyən ictimai siniflər, bunun dadına baxa bildilər və artıq heç bir zaman əvvəlki kimi itaətkar və sözə baxan olmayacaqdılar. Ümidlər yaranmış, qabaran ehtirasları ilə söndürülməz hala gəlmişdi. Vyana konqresi, üsyan və Napoleonun viran etdiyi Avropa nizamını bərpa etmək istədi. Konqres, ciddiyətinə inandığı və təqdir edilən böyük dövlətlərdən ibarət idi, İngiltərə, Prusiya, Avstriya, Rusiya və Fransa idi. Sözü gedən dövlətlərin 1789-cu ildən öncə də bir qüvvətlər birliyinin nümunələri var idi. Eyni sistemin yenidən təsis edilə bilməsi düşünülmüşdü və çox sərt bir şəkildə yarımçıq saxlanılan rəqs yenidən başladı.
Ən pis ehtimalda belə bu birliyin işə eyni məqamdan davam edilməyəcəyi bəlli idi və bu təbii olan bir proses kimi dəyərləndirildi. Üsyanın təsirlərinin qarşısı alınmaması bir tərəfə, mümkün olan bir siyasi hərəkətlənmə bundan sonra avropalıların şüurunda təhdid şəklində daim mövcud olacaqdı.
Napoleon dönəmi bitdikdən sona yetkinlik çağına girən nəslin gizli qəzabını və sakitliyini əsərlərində əks etdirən Alfred de Musset “Əsrin uşağının etirafları” (1836) adlı əsərində, Napoleonun krallığı, lağ obyektinə çevirdiyini və onun yıxdığını söylərək bu vəziyyəti ətraflı formada izah edə bilmişdi. Alfred De Mussetin yazdığı kimi çətin bir zaman olmuşdur, fərd olaraq krallar elə bir dəhşət verici çöhrəyə qapanmışdılar ki, xalq onların üzərinə atılmaq və onları vəhşi itlər kimi parçalamaq istəyindən əl çəkmirdilər. Amma yalnız üsyan və imperiya dönəmindədir ki, cəmiyyəti ayaqda tutan istisnasız, bütün sütunlar – krallar, zadəganlar, kilsə və eyni zamanda hamısı birlikdə özlərinə hər şeylərini itirməyinə səbəb olan qorxu əlamətlərini, o heyranlığı göstərmişdilər. Napoleon gəlib getmişdi, qalib dövlətlər onun əsla bir daha qayıtmamasına və onun etdiklərini dağıtmağa çalışdılar. Lakin Napoleonun izlədiyi siyasi yol, ehtiraslı və onun davamçısı olacaq adamlara xüsusi bir nümunə rolunu oynayırdı. Napoleon adətləri, Avropanın onun müxtəlif zamanlarda oppurtunist düşüncələrlə etdiyi və seçdiyi bölgələrinə daima münasib gəlmişdir. Napoleon siyasətinin birbaşa bir cəbhəsi milliyyətçiliyin sonraki dönəmlərdə yayılmasına xüsusi təsir göstərmişdir. 1796-1797-ci illərdə hələ Direktoriya dönəmində general olarkən Bonapart, İtaliyanı istila və Venesiyanı işğal etmişdi. Venesiya senatorunu yola gətirmək üçün o zamanlar Venesiya hakimiyyətində olan Egey adalarına gizli agentlər göndərdi. Bunlardan bəzilərinin vəzifələri, Sparta və Afinanın unudulmuş keçmişini canlandırmaq və qədim Yunan şan-şöhrətini özlərinə xatırladaraq və bu şan-şöhrəti, şərəfi, onların qəlblərində canlandırmaq, onları təşviq edərək əfəndilərinə qarşı ayaqlandırmaq üçün bəyannamələr hazırlayırdılar. İmperator olaraq da Napoleon eyni taktikadan istifadə etməyə davam edirdi. 1809-cu ildə Habsburq imperatoru ilə müharibə etdikdən sonra macarlara xitabən bir bəyənnamə nəşr etdi:
“Milli bir diliniz və adət ənənələriniz var. Qədim və zadəgan soyunuzla fəxr edirsiniz: bu halda yenidən bir millət kimi formalaşıb varlığınızı davam etdirə bilərsiniz. Yalnız sizlər üçün çalışacaq, sizin aranızda yaşayacaq və özünə vətəndaşlarınızın və əsgərləriniz itaət edəcəyi kralınızı özünüz seçiniz. Bunun üçün eyni ilə əcdadlarınızın etdiyi kimi milli məclisinizi toplayın və qərarlarınızı mənə bildirin”.
O, Rusiyanı istilaya qərar verdiyi vaxtda Varşava Qrand birliyini qurmaq üçün Polşa dövlətini yenidən yaratmaq vəd etməklə , istila təşəbbüsünə polşalıların da yardımçı olmasını əldə edə bilmişdi. Polşalıların təmsilçilərinə xitabən belə demişdi:
“Əcdadınıza layiq olduğunuzu göstərin! Onlar Brandenburqu idarə etdilər, Moskvanın əfəndisi idilər, Vidin qalasını aldılar və xristiyanlığı türklərin boyunduruğundan xilas etdilər!”
Yenə o, İtaliya krallığını qura bilmişdi. Napoli kralının yaratdığı çırağı, Murad 1815-də müttəfiqlərin intiqamından xilas edə bilmək üçün son dəqiqələrdə İtaliyanın istiqlal və birliyini elan edərək Avstria silahlarına qarşı italyanların dəstəyini qazanmaq istəmişdi. İtaliyadakı avstriyalı komandir, italyanlara bu nağıllara qulaq asmamalarını xəbərdar etmiş ola bilər. “Bir milləti məsud edən nədir? Bu geniş və əhalisi çox olan bir millət təşkil etmək deyildir. Bu yaxşı qanunlar, qədim adət ənənələrin mühafizəsi və hesabını bilən bir idarə edən deməkdir.” Baxmayaraq ki, Napoleon məğlub edildi, lakin onun bir çoxlarında oyatdığı siyasi iqtidar ümidi unudulmayacaqdı. Əgər uyğun bir şərtlər yaranmış olsaydı bu ümidlər yenidən alovlana bilərdi.
Qalib dövlətlərin bütün əziyyətlərinə baxmayaraq 1815-ci il Avropasında niyə həyatın bir dəfə də 1789-cu ildə olduğu dönəmə qayıda bilməyəcəyini göstərən səbəblərdən biri də bu idi. Amma bundan başqa səbəblər də var idi. Avropanın siyasi adətlərində bu inqilablar olarkən, eyni zamanda ictimai həyatında da köklü dəyişikliklər baş verməyə davam edirdi. Heyrətlənəcək bir şəkildə əhalinin artımı ilə birlikdə gələn sənaye inqilabı istehsal metodlarını dəyişdirirərək, ənənəvi ictimai münasibətləri alt üst edərək və şəhərlərdə geniş yığıncaqlar yaradaraq yavaş-yavaş hər yerə yayılmağa başlayırdılar. Yeni sərvətlər yaradılır və yeni ictimai siniflər təyin edirdi. Bunlar gec-tez siyasi iqtidarlarını əldə edəcəkdilər. Yeni siniflər üçün siyasət 18-ci əsrdə Avropanın taleyini əlində tutan hökümdarlarının və zadəganlarının bildiyindən daha fərqli bir görünüşə bürünmüşdülər.
Dönəmin çətinliyini artıran əsas məsələlərdən biri də inqilab dönəmində doğulub böyüyən insanların xaotik nizama daha yönəlik olmaları idi. Bunun təcəssümünü Mazzinidə də açıq aşkar görmək mümkündür. Zəngin bir ailənin oğlu olmasına baxmayaraq ailəsinin ona seçdiyi vəzifədən də uzaq duraraq 1820-ci ildə daha bir tələbə ikən gizli Carbonari Cəmiyyətinə yazılaraq sui-qəsdlərdə iştirak etmək, inqilabçı nəşriyyatı dağıtma , gerçək məqsədindən tamamilə xəbərsiz olduğu heç tanımadığı şəxslərdən əmir alaraq gizli xidmətlər görmə kimi işlərə girişmiş, polis tərəfindən tutulunca da bir qalada həbsə yollanmış ondan sonra bütün ömrü sürgün və səfalət içərisində keçmişdir. Mazzini həyat hekayəsini belə nəql edirdi : “sbirilər məni saxladığı zaman üzərimdə 3 dəfə məhkumluq həyatını yaşamağa səbəb olacaq şeylər vardı: mərmilər, şifrəli bir məktub , 3 rəngli kağıza nəşr edilmiş Carbonarilərin ikinci rütbə və mətni olan 3 iyul gününün tarixçəsi. Bunlar azmış kimi tam evdən çıxarkən izlənilmə məsələsinə görə qılınc… Hamısını yox etməyi bacara bilmişdim, bütün niyyətlərinə baxmayaraq zülm edəcək gücdə deyildilər. Evimizdə olan uzun araşdırmalardan sonra təhlükəli heçnə tapa bilməmişdilər”. Niyə görə mötəbər bir ailənin konfortları şərtləri daxilində yaşayan gənc övlad bu gülünc işlərlə məşğul olub öz başına iş açsın ki?! O həqiqətən də, heç də digərlərinə nisbətdə çətinlik içərisində yaşamırdı həmçinin, höküməti dayanılmaz vergilər qoymamışdı, heç kimi hərbi xidmətə çağırmırdılar və hökümətləri təərəfindən təbəələrinə geniş miqdarda qərar vermək sərbəstliyi vermişdir.
Burada Mazzinin hərəkətlərinə hansısa bir izahı verə bilmək çox müşkül bir məsələdir. Amma əlavə etmək lazımdır ki, onun və onunla eyni dönəmdə yaşayan insanlarda ortaq olan bir xüsusiyyət ruhi olaraq narahatlıq, onu və dostlarını mövcud olan şeylərdən qeyri məmnun və bir dəyişikliyə heyrətləndirici şəkildə ac hala gətirmişdi.
Əgər ümumi olaraq götürmüş olsaq, gənclərin düşüncələrinə təsir edən 2 hüznlü məsələlər var idi: hökümətlərin xalq tərəfindən yaradılmaması və milli bir hökümətin olmaması. Hökümətlər milli olmadığı üçün xalq tərəfindən rəğbət bəslənilməməsi, hökümətlərin xaricilərin idarəsi altında olduğu üçün xalqın rifahını yüksəldə bilməməsi haqlı olaraq üsyanlar etmək üçün səbəb verirdi. Milli hökümət anlayışı – xalqın rəğbət bəslədiyi hökümət deməkdir fikri, 1815-ci ildə bağlanmış Vyana müqaviləsi nəticəsində məqbul hesab edilmişdir. Qalib dövlətlər, “milli hüdudları” və “milli birlikləri” nəzərə almamaqla və avropalı radikalların başa düşdüyü mənada xanədanlara taxtlarını verməklə birlikdə, eyni zamanda inqilabın qoyduğu prinsiplərə də düşmanlığını elan etmişdi. Məhz bu səbəbə görə insanlar düşünürdü ki, 1815-ci il müqaviləsini ortadan qaldırmaqla, millətlər təbii hakimiyyətlərini qazanmış olacaq, eləcə də, demokratik düşüncə də zəfər qazanmış olacaqdı. Bunun sayəsində də bərabərlik, qardaşlıq və hürriyyət prinsipləri də tətbiq edilə biləcəkdi. Bütün millətlər həqiqətən də sülh sevən, ədalətli olacağı üçün hərb də ortadan qalxmış olacaqdı. Milliyyətçi fikirlərin 19-cu əsrin ilk yarısında olan bu növ misallarını Mazzinin timsalında görmək olar. “Bir millət, kiçik və ya böyük insan toplumlarının, öz iradələri ilə, irq, fizioloji, tarixi adət ənənələr, fikir xüsusiyyətləri kimi gerçək ünsürlər baxımından tək bir üzv halında birləşməsindən meydana gəlir.” Mazzini inanırdı ki, millətlər, pis hökümətlərin pozduğu ilahi bir nizam vacibiyyəti nəticəsində yaranmışdır. Onun düşüncəsinə görə “Hökümətlər bu nizamı, işğalları, ehtirasları və hətta ədalətli olan digərlərinə qarşı olan kin və qısqanclıqları ilə məhv etdilər.” Qurmuş olduğu gənc İtaliya adındakı gizli cəmiyyətin təşkilatlanması haqqında bir qeydində belə yazmışdır:
“Biz yalnız sui-qəsdçi yox eyni zamanda da imanlı insanlarıq . İnqilabçı olmaqla kifayətlənməyəcəyik, əlimizdən gəldiyi qədər yeni bir həyatın yaradıcısı olacağıq … Xalq ancaq tək bir məqsəd ətrafında birləşdiyi zaman əldə edə biləcəyi ən yüksək inkişaf zirvəsinə çatacaqdır … Bu səbəblə Gənc İtaliya dünya millətlərinin işbirliyi , bütün hür insanların səylərinin son hədəfi olmaqdadır. Böyük birliyin üzvü olmadan əvvəl təbiəti etibarı ilə hər millətin bir varlığa , ismə və qüdrətə sahib olması lazımdır. O halda, insanlıq məsələsini ələ almazdan öncə hər xalq topluluğu bir millət halında təsis edilməlidir.”