Bilindiyi kimi milliyyətçilik modern bir cərəyandır. Mənbəyini və yüksəlişini Avropada etmiş, Avropanın təsiri və örnək ( praktiki ) sübutuyla Amerikada və qərb mədəniyyətinin digər bütün bölgələrində öz yerini tutmuşdur. Amma indiki dönəmdə bu məsələni sadəcə xristian qərbinə aid etmiş olsaq, yanılmış olardıq.
Son zamanlarda Asiya və Afrikanın geniş ərazilərində məskunlaşmış müsəlman, hinduist, buddist və s. mədəniyyətlərə aid olan dövlət və xalqlarda da bu məsələ gözə çarpacaq dərəcədə artmışdır. Xüsusilə, islam dünyasının dörd bir tərəfində milliyyətçilik özünü açıq-aydın göstərir. Məsələn, Atatürk Türkiyəsind’, Rza Pəhləvi İranında , Nasir Misirində , Pakistanın Hindistandan ayrılmasında bunu görə bilərik .
Günümüzdə bu qədər qloballaşmış olan milliyyətçilik gerçək reallıqda nədir sualını vermiş olsaq , bunu cavablandıra bilmək üçün ilk növbədə Qərbi Avropaya göz gəzdirmək lazımdır. Çünki bu ideologiyanın beşiyi oradır.
Ən bəsit ifadə ilə demiş olsaq, milliyyətçilik , vətənsevərlik və milliyyət şüurunun bir qarışımı olaraq tərif edilə bilər. Məsələnin doğru izah edilə bilməsi üçün istər milliyyətin, istərsə də vətənsevərliyin izahının verilməsi mütləqdir.
Yüz illərdir tarixi biliyə sahib olduğumuz ən qədim dönəmlərdən bəri dünya çox sayda milliyyətlərə ev sahibliyi etmişdir. Yunan, kelt, slavyan, alman, macar və s . ən azı 33 milliyyət hələ də öz mövcudluğunu qoruyur.
İndi milliyyət (nationality) nədir sualını cavablandırmağa çalışaq. Bu söz , ortaq bir irqi , soyu ifadə edən latınca “natio” sözündən gəlir. Amma günümüzdə çox az modern milliyyət (əgər o da mövcuddursa) bioloji mənada ayırdedici bir irqdən formalaşmaqdadır. Fransızlar ağdənizli , nordikli və alplı kimi fərqli cinslərdən yaranmış bir milliyyətdir. Almanların arasında uzun baş formasına malik sarışınlar və yumru baş formasına malik əsmərlər də mövcuddur. İtalyanlar etruksların , finikiyalıların , və ilkin keltlərin , sarakanların, qotların , skandivyalıların qəribə qarışımını təmsil edirlər .Əlavə olaraq ABŞ-da qara dərililər bir afrikalı milliyyətini deyil, ağ dərililərlə birlikdə amerikan vətəndaşlığını təmsil edirlər .
Bir milliyyətin tək başına bir coğrafiyaya aid edilməsi yalnış bir addım olmuş olardı . Şübhəsiz ki, qütb regionunda yaşayan insanların kültürəl ənənələri , tropikdə yaşayan insanlara nisbətdə fərqli olacaqdır, lakin coğrafiyaya uyğun olaraq hər şeyi təhlil etməyə çalışmaq sonu görünməyən bir boşluğa gətirib çıxarmış olardı. Məsələn, nəyə görə ingilislər modern dönəmlərdə adalarından böyük bir donanma və ticarət flodu çıxara bildi, amma yaxın qonşuları olan irlandlar bunu bacara bilmədilər?
Bir milliyyət təsir gücünü , xarakterini , fərdiyyətini hər dəfə olmasa da,fiziki coğrafiyadan və ya bioloji irqdən deyil,kültürəl və tarixi gücündən alır. Dili bunların ən öndə gələni olaraq hesab edirəm.
Dil insanlara məxsusdur və əfsanəvi Babil qülləsinin yaranmasından bu yana dillər dəyişikliklərə məruz qalmıs,ən nəhayət,hazırkı geniş , axıcı və davamlı şəkillərini almışlar. Antrolopoloqlar göstərmişdir ki , primitiv qəbilələr bir-birindən danışıqlarındakı fərqlərə görə ayrılmışdılar .Şübhəsiz ki , alimlər də , sıradan insanlar da dilin milliyyətin ən vacib və aparıcı göstəricisi olduğunu bilirlər. Varlı,kasıb,yaxşı,pis,ağıllı və ya səfeh olmasından asılı olmayaraq bir ölkədəki bütün insanların ortaq və digərlərindən ayrıldığı tək şey onun dilidir.
Həmçinin vurğulamaq gərəkdir ki , dil bir millətin indiki nəsli ilə əvvəlki nəsilləri arasındaki təməl əlaqələrdən biridir. İngilis dili II Elizabet təbəəsiylə I Elizabet təbəəsi arasında , eləcə də 20-ci əsr amerikalısı ilə 16-17-ci əsr amerikalısının arasındakı tək əlaqələrdən biridir.
Bir millətin təşəkkülündə və onun digərlərindən ayırd edənilməsində dil ilə birlikdə, ikinci önəmli bir şey tarixi adət-ənənədir. Bu adətlər keçmişə aid xatırlanan ,ya da təxəyyül edilən təcrübələrin toplusudu.
Bir çox növdə tarixi adət-ənənə və onların da özlərinə məxsus arxaplanları vardır. İstər ənənəvi xristian ,İtaliya və İspaniya kimi katolik,İsveç kimi protestan , Yunanıstan və ya Rusiya kimi qərb pravoslavı olmuş olsun, hər bir dövlətin bir dini tarixi vardır. Bunu xüsusilə vurğulamalıyıq ki, dini adət-ənənələr sadəcə bəzi inancları yaratmaqdan ibarət deyil , onlar həmçinin müəyyən sosial törələri yaradır, yeni ənənələr gətirir. Milli ədəbiyyata və hüquqa da təsir edərək mədəniyyətin formalaşmasında xüsusi bir rol oynayır.
Əlavə etmək gərəkdir ki , insanların torpaqlarına emosional hisslərlə dolu bağlılıqları var,bunun səbəbi bir zamanların yüksək hörmətini itirmiş olsa da, atalarının yaşadığı və basdırıldığı yeri hələ də keçmişin əzəmət və ehtişamını xatırladan mənbə olaraq görmələridir. Məsələn, Qüdsün və Fələstinin yəhudilərə, “auld sod”un isə irlandlara cəzbedici gəlməsi buna aid ola bilər.
Bir xalqın mütləq şəkildə siyasi keçmişi vardır. O, istər böyük bir imperiyadan ayrılmış və ya bir qəbilə dövlətindən genişlənmiş olsun , istər digər xalqlara hökm etmiş,istərsə də özü hansısa dövlətin işğalı altında olmuş olsun ,istər ənənəvi olaraq monarxik və ya cümhuriyyətçi olsun. Quruda ya da dənizdə , qələbə ilə və ya məğlubiyyətlə bitmiş olsun, hər xalqın mübarizə keçmişi, igidlik və cəsarətini göstərə bildiyi bir keçmişi vardır. Bir xalq zəfərin bayram edilməsindən daha çox məğlubiyyətin iztirabı ilə bir yumruq halında birləşə bilər.
Bunlara əlavə olaraq demək lazımdır ki , hər bir xalqın ticarətdə və emalatda, yaxud da hər ikisində az ,ya da çox inkişaf etmiş – ixtisaslaşmış ,ya da qeyri peşəkar olmuş olsa da, iqtisadi bir keçmişi vardır .
Primitiv milliyətçilik və onun ikinci dərəcəyə düşməsi:
Qəbiləçilik:
Bütün avropalı və amerikalılar və bildiyim qədəri ilə digər bütün insanlar soy cəhətdən , yaxından-uzaqdan , primitiv qəbilələrdən gəlirlər. Qərb mədəniyyətinin qədim tarixindən , Yunanıstan və İtaliyanın qədim qəbilələrini , İsrailin 12 qəbiləsini , Sezarın çətinliklə saya bildiyi kelt qəbilələrini və alman qəbilələrinin heyrətləndirici fərqlilikləri və adları – ostqotlar , vestqotlar , anqlolar , burqondlar , franklər, saksonlar , vandallar və s . Ən az ,bir o qədər də qədim Slav qəbilələri vardır. Klan həyatı , yeni qəbilə həyatı İrlandiya və İsveçrədə uzun davam etdi və İngiltərə də bir zamanlar qəbilə dövlətləri Heptarxiyası idi (heptarxiya – 7 , 8-ci yüz illikdə anqlo-sakson krallıqlarından yaradılmış olduğu qəbul edilmiş konfederasiya sistemi idi) .
Qəbiləçilik primitiv, kiçik ölçülü və ümumi olaraq bir milliyyətçilik növü idi və hələ də yaşadığı yerlərdə elədir. Digər antropoloq akademiklər arasında Clark Vissler hər qəbilənin özünəməxsus ayrı bir dili və ya ləhcəsi olduğunu sübut etmişdir. Özünün də dediyi kimi “bir qəbilənin vacib özəlliyi onların bir-biriləri ilə əlaqə yaratdıqları dilləridir. Dolayısı ilə harada danışıqda fərqlilik ortaya çıxmışsa, orada bir qəbilə fərqliliyindən şübhə duymaq lazımdır”.Yəni hər qəbilənin özünə aid adət – ənənəsi, kültürəl modelləri vardır .
Bunlarla yanaşı, hər bir qəbilə özünə uyğun məhəlli bir dinə sahibdir. Yarım əsr əvvəl Lorn Brycenin də vurğuladığı kimi “bir-birini çox da yaxşı tanımayan , geniş siyasi birlik təcrübəsi olmayan insanlar təbii və sabir maneələr şəklindəki fərqlilikləri özlərində saxlayırlar. Din onlar üçün tamamilə məhəlli bir məsələ idi. Təpələrin , vadilərin , quruların və dənizlərin tanrıları qəbul edildiyindən dolayı , hər bir qəbilə özünəməxsus ilahlarından həzz duyurdu və bunları qəbul etməyən başqa qəbilələri ,təbii , düşmənlar olaraq görürdü. Bu məsələ özünü ilkin Yunanıstan və İtaliya yazılarında da göstərirdi. Homerdə qəhrəman xarici şəhərləri işğal etmək üçün nəticəsi olmayan dəniz səfərləri edir .Həmin ərəfədə ilkin latınlar düşmənlə xarici bir vətəndaşı ifadə etmək üçün eyni sözü istifadə edirdilər”.
Qəbilələr və qəbiləçilik ilk çağların qeydlərini əldə edə bildiyimiz bir çox müxtəlif bölgələrinin özünə xas olan xüsusiyyətləridir. Böyük ethimalla tarix boyunca saysız-hesabsız yüzillik və minilliklərdə , digər bir ifadə ilə bəşər övladının yer üzündəki varlığının böyük bir hissəsində hökm sürüblər.
- Qəbiləçiliyin ikinci plana düşməsi. Hərbi və Dini təsirlər.İnsanlar olduqca uzun bir dönəm sonra olmuş olsa da, dar qəbilə sərhədlərini qıra bildilər və qəbiləçiliyi daha da geniş səhnəyə daşıdılar. İlkin insanın qəbiləsinə bəslədiyi yüksək sədaqət və “xaricilərə” görünüşdə bəslədiyi fitri düşmənçiliyi, digər xarici qəbilələr və ya xalqlar haqqında bir təcəssüm yaratmasına səbəb oldu.Onlarla alışveriş etmək,mədəniyyətlərindən bəzi ünsürləri qəbul etmək arzusu formalaşdı,hətta bəziləri daha da irəli gedərək onlarla federasiya halında birləşmə haqqında düşünməyə başlamışdır. Buna aid olaraq, Amerikan qızıldərili qəbilələrin İrokez konfederasiyasını göstərmək olar. Mədəniyyətin inkişaf etməsi və yayılması ilə birlikdə , qəbiləçilik, primitiv milliyyətçilik , dünyanın bəzi bölgələrində uzaqlaşdırılmağa doğru getdi. Mədəni insanın ən yüksək sədaqətinə və vətənsevərliyinə hökm edə bilməz oldu.
İlk dönəm milliyyətçiliyi uzaqlaşdıran və yaxud da tərsinə onu uzun bir müddət saxlayan 4 qüvvənin birləşimidir.
Bu qüvvələrdən biri müxtəlif qəbilələrin hərbi müdaxilə nəticəsində başqasının asılılığı altına düşməsi idi. Beləliklə, hərbi imperiya qurulmuş olurdu və idarəçilikdə istedadlı liderlərin olması nəticəsində hərbi , siyasi və iqtisadi birliyə girməyə məcbur olurdular. Bu hərbi imperiya özünün daha uzunömürlü ola bilməsi üçün həm idarəetmə sistemi quracaqdı ,həm də təhsil sistemi yaratmağa çalışacaqdı. Qəbilə vətənsevərliyi öz yerini bir imperiyaya və bu imperiyanın başında duran adama sevgiylə dəyişdi.
Buna aid çoxlu nümunələri Misir , Assur , Babil , İran , Hind , Çin imperiyaları,Amerikada Kolumbdan əvvəlki imperiyalar və Meksikanın Astek , Peru imperiyasını göstərmək olar.
Avropada isə bilindiyi qədəri ilə yunanların və böyük İskəndərin imperiyasındakı digər xalqlarla birlikdə etruksları , latınları , italyanları, iberiyalıları , qalları , erməniləri , yəhudiləri və başqa qəbilələləri özündə birləşdirən Roma imperiyası çox gözəl bir örnəkdir.
Şübhəsiz ki , Roma imperiyasının sakinləri özü-özlərində müxtəlif millətlərə sahib olduqlarından xəbərdar idilər . Ancaq imperiyaya olan sədaqətləri öz milliyətlərinə olan sədaqətdən daha üstün olduğundan dolayı hər hansısa bir problem yaşanmırdı . Yeganə böyük sayıla biləcək etiraz çıxışı 1-ci yüzillikdə yəhudilərin qiyamı idi . Lakin bunun qarşısı hərbi yolla alındı. Bu qiyamdan istər öncə,istərsə də sonra bir çox yəhudi ellin və ya roma mədəniyyətini mənimsəmişdi. Bütpərəstlərə göndərilən xristian rahib Əziz Paul , yəhudi camaatına mənsub olduğu qədər Roma vətəndaşı olmasından da fəxr hissi keçirirdi.
Roma imperiyasının şanı bu dərəcə böyük qüvvəyə malik idi və demək olar ki , cismən olmamış olsa da , orta Avropada 1806-cı ilə qədər və Habsburqlar hökmranlığı dönəmində Avstriya imperiyasında 1919-cu ilə qədər yaşaya bildi. Şərqdə isə İstanbulun 1453-cü ildə türklərin əlinə keçməsinə qədər Bizans imperiyası olaraq davam etmişdi. Bunun yerinə keçən Osmanlı imperiyası 1920-ci ilə qədər mövcud oldu.
Qəbiləçiliyin uzaqlaşdırılmasında ikinci və çox önəmli faktorlardan biri də bir dinin müəyyən bir qəbilə və ya milliyyətdən çıxması və digərlərinə yayılması idi. Beləcə geniş bir inanc , ibadət , adət-ənənə , qanun və mədəniyyətdən bəzi vəziyyətlərdə teokratik bir dövləti xatırladan dünya dinləri meydana gəldi . Daha əvvəldə də göstərildiyi kimi hərbi imperiyalar qurulduqdan sonra , ümumilikdə qəbilə ilahlarının və ayinlərinin bu imperiyanın panteonu ilə qaynıyıb qarışmasından sonra daha da yüksək səviyyəyə gələ bilmişdilər. Bu özünü Roma imperiyasında olan bütpərəstlikdə,eləcə də imperatora olan sevgidə, qədim Hindistanın Maurya imperiyası dönəmində hinduizmin inkişafında, həmçinin Astek və İnk imperiyalarının dövlət dinlərində göstərmiş idi. Qədim Yaponiyaya baxdığımız zaman isə əsasən, qəbilə və məhəlli olmuş olsa da , sintoizmin bir birləşdirici inancı olmasına, yəni imperatorların soyunun bir günəş ilahəsindən gəldiyinə və buna görə də baş din adamı və məbud olaraq biət edilməsinə haqq qazandırıldı.
Zaman-zaman böyük və cəzbedici bir ustad çıxmış,bir xalqdan digərlərinə müəyyən bir imperiyanın sərhədlərini aşan ,geniş yayılan dini təriqətlər yaya bilmişdir.
E.ə. 5-ci yüz illikdə Hindistanda Qautama Budda ilə baş alan Buddizm də buna bir örnək idi . Buddizm Seylan , Burma , Siyam , Hindi – Çin və Tibetin hakim dini halına gəldi. Sonralar isə Xristianlıq və İslam da eyni aqibəti yaşamışdır.
- Dil və iqtisadi faktorlar.
Bu ana qədər primitiv milliyyətçiliyin , yəni qəbiləçiliyin ikinci plana düşməsinə səbəb olan faktorlardan ilk ikisini müzakirə etdik. 1) beynəlmiləlçi hərbi imperiyalar 2) millətlərarası dünya dinləri. Üçüncü faktor isə dil və ədəbiyyat olmuşdur.
Bilindiyi kimi hər ilkin qəbilənin özünə aid ayrı bir danışdığı dil və ya ləhcəsi var idi. Şübhəsiz ki, qəbilənin hər bir üzvü bu dili yaxşı ya da pis olmuş olsun danışa bilirdi . Bu qəbilənin varlığını davam etdirə bilməsi üçün yaranan vacib ünsürlərdən biri idi. Lakin dillər zaman keçdikcə ədəbiləşdi , yəni yazıya keçdi. Bu addımın vacibliyi olduqca böyükdür. Bir yazı növünün kəşf edilməsi və istifadə edilməsi, tarix əvvəli ilə tarix arasında yaranan bir fərqliliyi göstərir. Yazı katibləri , qəbilənin qəhrəmanlıqlarını yazıya köçürərək ,dildən dilə ötə biləcək olan tarixlərini daha da gücləndirərək gələcək nəsillərə ötürə bilmişdilər.
İlk baxışda bu nəticələr qəbilə birliyinin və milliyyətiçilin zəifləməsinə deyil , əksinə güclənməsinə yardımedici bir faktor kimi görünə bilər ,lakin yazı yazmağın və oxumağın yüz illər boyunca əksəriyyət deyil də, azlıq tərəfindən öyrənildiyi bizə aydındır. Daha böyük kütlələr isə oxuma ,yazma bilməyənlərdən ibarət idi. Oxuma, yazma bilənlər sözün əsl mənasında ədəbi bir dil yaratdılar . Oxuma ,yazma bilməyənlər isə daha əsnək , daha aydın olan yerli bir dil yaratdılar və bunu istifadə etməyə başladılar. Daha sonralar geniş imperiyalar daxilində olduğu zaman müəyyən bir xalqın ədəbiyyat dili ilə xalqın yerli dili arasında olan sərhəd daha da genişlənəcəkdi. Bu səbəbdən də yerli dillər (xalq dili ) təhsilli və yüksək təbəqə tərəfindən kiçik hesab edilməyə başlanılacaqdı.
Böyük İsgəndərin fəthlərindən sonra və ilk dönəm xristian missionerləri ilə birlikdə yunanca bir ədəbiyyat dili olaraq cənub-qərbi Avropa və Afrikanın yaxın şərqində bir çox yerli dilin əvəzinə işlənməyə başladı. Xristianlığın qurucusu bir Sami ləhcəsi olan arami dilində danışırdı ,amma ondan bizə gəlib çatan ilk yazılı qeydlər yunan St.Paulun yunanca olan risalələri idi.
Bənzər şəkildə əsl etibarı ilə italyan qəbilələrinin danışdığı dil olan latınca bir müddət sonra Romanın və bütün qərb əyalətlərinin ,daha sonra isə bütün qərb xristian dünyasının ədəbiyyat dili halına gəldi. Eləcə də Quran dili olan ərəbcə , islam dünyasının böyük bir hissəsində müsəlman yazarların ümumişlək şəkildə istifadə etdiyi bir dil halına gəldi. Buna başqa misal olaraq ,konfusiçilikdən yazılı çin dilinin Çində geniş vüsət almasını göstərə bilərik .
- İqtisadi faktor
Primitiv qəbilələr sadə və əsasən sırf özünə aid olan iqtisadi sistemə sahib idilər. Qonşuları ilə əlaqəyə girə bilirdilər,yaxud istədikləri şeyləri yağmalamaqla və ya müharibəyə girməklə ələ keçirirdilər. Amma kəndli və sənaye məsələlərinin inkişaf etməsindən, heyvanların,bitkilərin əhliləşdirilməsindən sonra , dəmirçilik vasitəsiylə gəmiçilikdən vaqonların istifadəsinə qədər qətt edilən yol, dünyəvi dinlərin yayılması , ədəbiyyat dillərinin inkişafı və yayılmasından sonra bu prosess daha da təbii və asan başa gələn proses halına keçdi.
Ancaq genişlənən iqtisadiyyatda , sənayede ixtisaslaşma və iqtisadi bərabərsizlik daha da çoxalmağa doğru irəlilədi .Artıq bütün baş verən bu prosesslər nəticəsində insanlar yaşayış səviyyələrinin təsiri ilə təbii bir bölünmə ilə üzləşmişdilər. Artıq kölələrin və işçilərin toplu şəkildə yaşadığı “şəhər – dövlətlər” yaranmağa başlamışdı. Tire, Sidon, Karfagen kimi antik Finikiya şəhərləri və ya Sparta , Afina , Korint, Sirakazu kimi yunan şəhər-dövlətləri bu nəsildən olan şəhərlərdən idilər. Şəhər-dövlətlərinin sakinləri normalda radikal bir tərzdə bir vətənsevərlik göstərməkdə idilər. Amma bu nə qəbilələrin, nə də ki modern toplumların milliyyətçiliyinə bənzəyirdi. Milliyyətçilikdən daha çox şəhərçilik idi bu məsələ. İstər Afina ilə spartalılar arasında, istərsə də Cenevrə ilə venesiyalılar arasında olsun, şəhər dövlətləri arasında olan bu müharibələr nə qəbilələr arası ,nə də milliyətlər arası müharibələrə aid edilə bilərdilər .