Sevgi, keçici şəhvət yox, yalnızca əsl sevgi əbədi olmayan heç nəyə bağlanmaz; yalnız əbədiyyətdə oyanmış, onunla alışmışdır və burada tənha şəkildə varlığını davam etdirir. İnsan əbədi olaraq qəbul etmədiyi müddətcə hətta özünü belə sevməyə qadir deyildir; bundan əlavə əbədiliyi qəbul etmədikcə o özünə hörmət edə, bundan da daha az ehtimalla özünü təsdiq belə edə bilməz. İnancının və ruhunun onunla bağlı olmadığı və onu yüksəltmədiyi müddətcə o özündən başqa heç kəsi sevə bilməz. Özünü əbədi olaraq qəbul etməyən birinin içində sevginin heç bir növü ola bilməz və bundan ziyadə o ata yurdu sevə bilməz çünki bu anlayış onun üçün mövcud deyildir. Kim ki, görünməz həyatını əbədi kimi görür amma görünən həyatına oşxar əbədiliklə yaxınlaşmır, bəlkə də cənnətə və onun içində də atayurduna sahibdir, amma burada, aşağıda, yox. Çünki bu gözlə görünən və hislərə xitab edən əbədiyyətə yalnız əbədiyyətin bənzətməsi kimi baxır və bu səbəbdən də öz atayurdunu da sevə bilmir. Bu adama heç nə miras qalmasa, o mərhəmətə möhtac qalacaqdı. Ancaq ata yurdun miras qaldığı, ruhunda cənnətin və yerin, görünən və görünməyənin görüşüb qarışdığı şəxs bundan sonra və yalnız bundan sonra əsl və davamlı cənnəti qurur – bu cür şəxs qanının son damlasına qədər savaşıb ən qiymətli və pozulmamış mülkiyyətini gələcək nəsillərə miras qoyur.
Buna görə də, əsilzadə fikirli şəxs aktiv və effektiv olmağa çalışacaq, özünü xalqı üçün qurban verəcək. Həyat yalnızca dəyişkən mövcudluğun davamlılığı kimi görülür və heç bir halda önəm daşımır, bu şəxs yalnız daimi olanın mənbəyi kimi ona ehtiyac duyur. Lakin bu əbədilik ona yalnız öz millətinin davamlı və azad varlığı şərtilə vəd edilmişdir. Öz millətini xilas etməkçün o ölümə belə hazır olmalıdır ki, həm milləti yaşaya bilsin və həm də özünün ömürboyu arzuladığı həyatı onda yaşamaq mümkün olsun.
Bu cür geniş mənada və bizim burada daha açıq şəkildə ifadə etdiyimiz kimi ifadə edilməsə də, bu hər zaman belə olmuşdur. Ruh halı və düşüncə tərzi hələ də sənətləri, əzabları və fədakarlıqları, ata yurda qarşı dözümlülük və səbirlilikləri vasitəsilə bizim aramızda yaşayan və nəfəs alan romalılar arasındakı əsilzadə fikirli şəxsləri nə ruhlandırmışdır? Onlar özləri bunu tez-tez və aydın şəkildə ifadə etmişdir. Bu Romanın əbədi davamlılığına olan inamın və onların özlərinin zamanın əbədi dalğalarında əbədiyyətə qədər yaşayacaqlarına şübhəsiz inamları idi. Elə ki bu inanc indiyə qədər yaxşı təsis edildi və onlar özləri bunu dərk edib tamamilə öz beyinlərində aydınlaşdırdılar, bu, onları aldatmadı. Bu günə qədər bizim ağlımızda onların əbədi Romasında əbədiyyətin nə demək olduğu hələ də yaşayır.
Romalıların almanlar adlandırdığı ən qədim əcdadlarımız bu düşüncə və yeni mədəniyyətlə romalıların dünya hökmranlığına qəhrəmancasına müqavimət göstərdi. Onlar gözlərinin qarşısında olan parlaqlığı yaxınlıqdakı Roma əyalətlərində görmürdülərmi? Hələ qanun və hakimlərin, baltalar və fasezlərin bolluğundan danışmağa heç ehtiyac yoxdur. Romalılar onlara bütün nemətlərindən dadma imkanı verməyə həvəsli deyildilərmi? Müharibənin belə bir xeyirxah insanlığa qarşı bir üsyan olduğunu göstərməkdən başqa heç nə etməyən öz hökmdarlarının misalında təriflərə-layiq Roman mərhəmətini hiss etmədilərmi? Romalılara boyun əyənlərə kralsayağı ünvanlar, ordularında böyük vəzifələr və Roma sağanaqları bağışlamadılarmı? Və əgər öz vətəndaşları tərəfindən qovularlarsa, romalılar onlara sığınmaq üçün yer və koloniyalarında yaşayış vasitələri vermədilərmi? Onlar Roma mədəniyyətinin, hətta Arminiusun belə savaş ticarətini öyrənməyi nəzərdən qaçırtmadığı onların üstün ordularının bir parçası olmağın mənfəətlərini qiymətləndirə bilmirlərdimi? Onların övladları öz azadlıqlarını və fərdiliklərini itirə biləcəkləri nöqtəyə qədər hətta Roma mədəniyyətini mənimsədilər.
Azadlıq onlar üçün yalnız bu demək idi: Alman olaraq qalmaq, azad və irqlərinin əsl ruhlarına uyğun olaraq öz problemlərini özləri həll etmək, eyni ruha uyğun olaraq inkişaflarına davam etmək və gələcək nəsillərə bu azadlığı təbliğ etmək. Romalıların onlara təklif etdiyi bütün nemətlər onlar üçün köləlik mənasına gəlirdi çünki ondan sonra alman olmayan bir şeyə dönməli idilər, onlar yarı-romalı olmalı idilər. Onlar hər şəxsin yarı-romalı olmaqdansa, ölməli olduğunu və əsl almanın yalnız alman olaraq yaşamaq istədiyini və alman qalıb uşaqlarını da alman kimi böyütməli olduğunu düşünürdülər.
Onların hamısı ölmədi; onlar köləlik görmədilər; onlar uşaqlarına azadlığı miras qoydular. Bu sərt müqavimətin nəticəsidir ki, müasir dünya onlara təşəkkür etməli olduğu indiki halındadır. Romalılar hər yerdə etdikləri kimi onları boyunduruq altına salmağı bacarsa və bir millət onları məhv etsə idi, insan irqinin inkişaf yolu tamamilə fərqli, heç kimin qənaətbəxş olaraq qəbul edə bilməyəcəyi bir yol olardı. Biz – onların ruhunun, dilinin və düşüncə tərzinin birbaşa varisləri – onlara hələ də alman olduğumuz üçün, hələ də azad və əsl həyatın dalğaları ilə birlikdə doğulduğumuz üçün təşəkkür etməliyik. Bu günlərə qədər bir millət olaraq gəldiyimiz üçün təşəkkür etməli olduğumuz onlardır və hər şeyin bizimlə birlikdə indi məhv olmadığı, damarlarımızda onların qanının son damlası qurumadığı müddətcə gələcəkdə olacağımız hər şey üçün təşəkkür etməli olduğumuz yenə də onlardır. İrqimizin digər şaxələrindən olan və indi yadelli olaraq baxdığımız ancaq əcdadlarımız bir olduğundan qardaşlarımız sayılanlar da öz indiki varlıqlarına görə onlara borcludurlar. Bizim əcdadlarımız əbədi Roma üzərində qələbə çaldıqda bu xalqların heç biri mövcud deyildi ancaq həmin döyüşdə onların gələcəkdəki mövcudluğunun mümkünlüyü ehtimalı onlar üçün qazanıldı…
1807