Russonun milliyətçilik düşüncüləri, qəti qərarlılıqdan və eləcə də onun bu fikirlərində tez-tez baş qaldıran sentimental (duyğusal) reaksiyaların çoxluğundan əziyyət çəkərkən, Burkenin milliyyətçiliyi konstitusiyalı Amerika və tam əksi olan anti-konsitutsiyalı Fransa arasında fərqliliklərdən qaynaqlanarkən , Fixtenin milliyyətçiliyi beynəlmiləlçilikdən radikal milliyyətçiliyə tərəf yön almasından dolayı bəzən fikirlərin tutarsızlığına düçar olurdu. Bir inqilab adamı olmasından səbəbiylə Fixte fikirlərini tez-tez Amerika və Avropada baş verən dəyişikliklərə uyğun olaraq tənzimləməli olub, eyni zamanda da öz fikirlərini yeni dəyişikliklərə uyğun bildirirdi. (S.W.Baro, modern nationalism and religion – p.50)
Fransız inqilabının bütün dünya tarixində necə dərin biz qoyduğu hər kəsə bəllidir. Bu tarix eyni zamanda bəzi şeyləri silib apardığı kimi həm də siyasi , sosioloji və həmçinin fəlsəfi olaraq tarix səhnəsinə yeni nəfəs gətirdiyi məlum məsələdir. Lakin dönəmin qarışıq olması və ya başqa sözlə ifadə etmiş olsaq, “fikirlər partlayışı” səbəbindən, günümüzdəki ideologiya və fəlsəfi cərəyanlara uyğun olaraq, həmin dönəmin düşüncə adamlarının qələmə aldıqları fikirləri tam olaraq bir cinaha yığmaqda çətinlik çəkilir. Məsələn, siz bəzi mənbələrdə Russonun həm milliyyətçi, həm də sol yönümlü filosof kimi qələmə verildiyinin şahidi ola bilərsiz. Bu məsələ nəinki yalnız Russoda, onun kimi əksər fikir adamlarının düşüncələrini analiz etdiyiniz zaman qarışıq , “bir səmtə uyğun olmayan” düşüncəsinə qapılmağınızda haqqsız deyilsiniz. (Carlton Hayes, Milliyyetçilik bir din, s.64-65)
Bu misallara Fixteni də əlavə edə bilərik. Əgər bu günə qədər Fixte haqqında heçnə oxumamısızsa və ilk başlanğıc olaraq gənclik çağlarında yazdığı kitabları əldə etmisizsə , ilk dəfədən sizdə kosmopolit olduğu düşüncəsini yaradacaqdır. Lakin zaman ardıcıllığı ilə kitablarını oxumağa başlamış olsaz , görəcəksiniz ki, fransız inqilabı dönəminin bitişindən bir müddət sonraki yazılarında və kitablarında keçmişə nisbətən böyük bir paradoks var. Yaşadığı ərazilərin Napoleon istilaları zamanı dağıdılmasından təsirlənən Fixte , beynəlmiləlçilik ideologiyasından tam əksi olan milliyyətçiliyə keçid almışdır. Başqa sözlə demiş olsaq, bu məsələ özünün də daha sonralar öz yazılarında yer aldığı “milliyyətçiliyin səbəbinin özünü müdafiə sisteminə bənzəməsi” fikri ilə üst-üstə düşür.
Fixte faktiki baş verən və eləcə də praktiki sübutu olan hadisələrdən daha çox öz fəlsəfi spekulasiyalarına inanırdı ki, elə bu səbəbdən də “ həyat fəlsəfi düşüncələrin xaricindədi, fəlsəfi düşünə bilmək isə həyatın xaricindədir” deyə öz paradoksunu yaratmışdı. (Sammliche Werke Ⅶ,71)
Fixte ilk mərhələlərdə fransız inqilabının humanist tərəfinin təsiri altındaydı.Fransız vətəndaşı olmağa və daha sonra isə Alman Manyence Universitetində müəllimlik etməyə hazır idi. 1793-cü ildə inqilab haqqında yalnış fikirləri ortadan qaldırmaq məqsədiylə bir kitab yazdı. Elzas-Lotaringiyanın yeni bir Alman fəthinə qarşı olaraq öz mövqeyini də müdafiə edə bildi:
“Həqiqətən bu Alman sənətçi və kəndlisinin , Elzas-Lotaringiya sənətçi və kəndlisinin , gələcəkdə qəsəbələrini ya da kəndlərini Alman imperiyasının daxilində coğrafiya kitablarında keçiriləcələcəyini görüb-görməyəcəyimə çox böyük marağımın olduğunu sanırsızsa yanılırsız . Ya da onun qəsəbəsini və ya kəndini xəritələrinə yerləşdirə bilmək üçün qazıntı və ya əkin-biçin alətlərindən əl çəkə biləcəklərinimi sanırsız? “ (Beitraq 1ci cild s.95)
*Elzas-Lotaringiya Almanya və Fransa sərhədində yerləşən və tarixi problemli ərazilərdən biridir:
Bununla bərabər olaraq bir inqilab lideri olmasından dolayı daha əvvəlki düşüncələrini tədricən dəyişdirərək daha çox irredentist və imperialist bir diktatorluğa çatan Fixte , müxaliflərinin gedərək artan təsirinə də məruz qalmışdı. Eyni zamanda Fixte öz dönəminin milliyyətçilərindən fərqli olaraq, milliyyətçiliyin təməl ünsürləri olaraq torpaq və bölgə ilə ( məhəlli-teritorial milliyyətçilik) əlaqədər olan əxlaq normalarını da qəbul etmirdi. Həmçinin almanların ölkə xaricində olan qalliyalılarla və kantabariyalılarla və eləcə də ölkə daxilində slavyanlarla olan tarixi birlikliklərini vurğulayaraq, irqi kökəni də rədd edirdi. Herderlə birlikdə “insanın dili yaratmasından vacib, dilin insanı formalaşdırması” söyləyərək , dil və kültürün intelektual çəkisinin daha çox olmasını vurğulamışdır.
Fixte gənclik çağlarında təsiri altında olduğu beynəlmiləlçilik ideologiyası haqqında daha sonralar “beynəlmiləlçilik insanın bir başa özündəki insanlığın var olma məqsədinə çata bilmək istəyinin artıq olması halıdır, vətənsevərlik isə ilk öncə aid olduğu toplumda sözü gedən məsələnin qabardılması və işə yaradıqdan sonra isə başqa toplumlara da yayılaraq gerçəkləşməsi istəyidir” deyirdi . Eləcə də o, öz millətini “menschheitsnation” yəni, insanlıq milləti deyə adlandırırdı və həmçinin öz yazılarında bildirirdi ki , “alman milliyyətçiliyinin məqsədləri üçün çalışmaq bütün insanlıq üçün çalışmağa bərabərdir”. (Der patriotismus und sein Gegentheil s.228)
Fixte milliyyətçiliyi daxilində dini yön , müdafiə etdiyi xristianlıq məhvumu da bir növ dəyişdirilmişdi. “Xoşbəxtliyin izlənilməsi” məsələsini tərsləyərək Kantın davamçısı olmaqla bərabər , xristianlıq inancında bəzi dəyişiklər edərək, dinin hədiyyə və cəza anlayışlarını rədd edirdi. Onun düşüncəsinə görə “əsl xristianlıq özümüzü -“onda” tapdığımız, yaşaya bildiyimiz və qurtuluşa aparan, həmçinin bunların da xaricində ölüm və yoxluğun olduğu yaradana inamı öyrədən John’un qələmə aldığı İncildə yer almaqdadır”. Belə bir xristianlıq növü yəhudilikdən də əvvəl yaranmış olan qədim Melxisedek dininin yenidən inşasıdır.
Daha sonrakı illərdə Fixte cinsiyyətindən asılı olmayaraq uşaqlara fokuslanmış olan “ milli təhsil” sistemini dəstəkləmişdi. Belə ki , bu sistemə görə uşaqlar ailələrindən alınaraq dövlət idarəsinə verilirməli və sözü gedən uşaqlar müəllimləriylə birlikdə yaşamalıydılar. Eyni zamanda , xalqın iqtisadi və siyasi gücünü artırmağa yönəlmiş ən yaxşı sistem olaraq güclü ailə sistemini müdafiə edirdi. Onun düşüncələrinə görə əhalinin artması ən vacib və qarşısı alınmayan “pasifist bir qazanc” idi . Fixte tərəfindən hazırlanmış olan və yerinə yetirilməsi vacib olan fiziki və zehni təhsilə tabe edilmiş və lazımından artıq sayda bir ordunu bir arada tuta bilmək üçün belə bir mənbə yarada biləcək bir nəsil olduğu müddətcə digər qazanclarında əldə edilmə ehtimalı da varıydı. Yeni Almaniya , hər dövlətin daxilində daşıdığı “ümumbəşər bir xristian monarxiyası ya da ən azından belə bir birliyin yaradıla bilməsi üçün gərəkli olan” istəyə və gücə sahib idi. (Die Grundzüge des gegenwärtigen Zeitalters səh. 203-207)
Napoleon yürüşlərindən sonra son dərəcə ümidsiz vəziyyətə düşmüş Almaniyanın bu dönəmində, Fixte alman millətini , vahid bir özlərinə uyğun din altında birləşdikləri zaman necə qüdrətə sahib olacaqlarını vurğulayırdı. Həm beynəlmiləlçi (gənclik) çağlarında, həm də yetişkin milliyyətçi çağlarında Fixte hər zaman elmin insanlarını birləşdirəcəyinə inanırdı. Elə bu səbəbdən də həm dində, həm də siyasətdə olan tarixi doqmatizm və evdemonizmin yerini Fixtenin idealizmi və moralizmi alacaqdı. Fixtedən sonra gələn nəsil demək olar ki, onun yuxarıda sadalanan bütün fikirlərini yeni Alman idealizminin dini üçün bir ön səhifə olaraq qəbul etmişdir.
Zaman Fixtenin həyatının son çağlarına doğru irəlilədiyi dönəmlərdə o öz milliyyətçi düşüncələrini daha da radikallaşdırmışdı. Belə ki o, yəhudilərə aid “seçilmiş toplum” fikrini də mənimsəmişdi. Bəzən qədim yəhudi kitablarından onlar üçün göndərilən peyğəmbərləri misal gətirərək bunu İsrail vətəndaşlarının günahkarlığı ilə əlaqələndirirdi. Eləcə də bu peyğəmlər kimi Almaniya üçün 1806- cı ildə baş vermiş milli fəlakəti xalqının baş verən tarixdən dərs çıxarmalı olduğunu söyləyirdi. Alman xalqının Napoleon tərəfindən alçaldılmasını, yaradıcı tərəfindən alman xalqına göndərilmiş bir mesaj olduğunu bildirirdi. (Salo Vitmayer Baron – Modern Milliyətçilik və Din s.53)
Bu dönəmə qədər alman xalqının dövlətsiz və millətsiz olduğunu vurğulayan Fixte eyni zamanda bunun əksinə almanların orijinal, dəyişilməmiş xüsusi bir dil və həmçinin də kültürəl olaraq böyük qazanclar əldə etdiyinə diqqət çəkirdi. ( bu fikirlərini ömrünün sonuncu ilində qeydə almışdı və bu fikirlər daha çox mübahisə yaratmışdı). “Almanlar özlərinə məxsus vahid kültürəl dövlətlərini yaradaraq bütün millətlər üçün bir model təşkil edəcək və eyni zamanda Xristianlığın Alman bölümünün yayılmasına mane olacaq bütün əngəlləri aradan qaldıracaq.” (Politische Fragmente 1ci c. səh. 565)
Beləliklə yakobin milliyyətçiliyinə qarşı olan Fixtenin alman dili və kültürünün birliyi üzərində əsaslanmış, əlavə olaraq da Lüterçi xristianlığın qəbul edilə bilinməsinin də verdiyi güclə, bir alman milliyyətçilik nəzəriyyəsini yaratdığını görürük. Fixte xristianlığın öz etik fəlsəfəsi ilə mükəmməl bir ahəng içərisində olduğunu düşünürdü. Radikal rejimlərin tipik doktrini olan – insan taleyinə və dövlətə qarşı xristian mötədilliyini istifadə etmirdi. Əksinə “harda olsaq da yer kürəsinin cəhənnəmə çevrilməsinin qarşısını almalıyıq , beləcə cənnətə daha çox ümid bağlamış olarıq. Həqiqətən də bizlər bu dünyada xoşbəxtliyi, hətta ölümsüzlüyü axtarmalıyıq. Çünki bir kişinin milləti və ana vətəni həqiqətən belə bir ölümsüzlüyün məskənidir.” (Reden an die deutsche Nation, 1ci cild səh. 556)
Ədəbiyyat:
- Salo Vitmayer Baron – Modern Milliyətçilik və Din
- Yohan Qotlib Fixte – The vocation of man
- Yohan Qotlib Fixte – Sämtliche werke (Külliyat)
- Yohan Qotlib Fixte – Die Grundzüge des gegenwärtigen Zeitalters
- Politics Fragments
- Yohan Qotlib Fixte – Reden an die deutsche Nation (Addresses to the German nation )
- Yohan Qotlib Fixte Der patriotismus und sein Gegentheil
- Carlton H. Hayes – Milliyyetçilik: bir din