“İlk kitab, Rəsulzadənin çeşidli qəzet və dərgilərdə yayımlanan ideoloji məqalələrinin bir bölümünü qapsamaqdadır. Dərgi və qəzet səhifələri arasından çıxarılaraq yayımlanan bu əsər türk milliyyətçiliyinə könül verən hər kəsə yol göstərəcək, işıq tutacaqdır. Bundan şübhəmiz yoxdur. Adını bir məqaləsindən alan«Milli birlik»i Rəsulzadənin digər əsərləri təqib edəcəkdir.Əsrimizin yarısının siyasət səhnəsində olduğu qədər ədəbiyyat və sənət sahəsində də böyük bir yeri olan rəhmətlik Məhəmməd Əmin Rəsulzadənin bu əsərində, dili və üslubu eynilə qorunduğu kimi, məqalələrin bir sistem daxilində yeri və tarixləri göstərilmək surətilə kitabda yer alması saxlandı.”
Azərbaycan Kültür Dərnəyi Mərkəzi, Mərkəzi Yönətim Qurulu – 6mart 1978
Dil: azərbaycanca
Səhifə: 116 (pdf)