Bu kitab soyqırımı öz gözləri ilə görmüş, soyqırımda öz atasını və yaxınlarını itirmiş və xoş təsadüf nəticəsində sağ qalmış bir gənc Məhəmməd Muradzadə tərəfindən 1918-ci ilin dekabr ayında qələmə alınıb. Kitabı ilk dəfə 1919-cu ildə AXC hökuməti çap etdirib. 1996-cı ildə isə Sədaqət Məmmədova kitabı kiril əlifbasına çevirərək yenidən çap etdirib. Məhəmməd Muradzadə daha sonra AXC hökuməti tərəfindən Parisə tibb təhsili almağa göndərilib. Sonrakı həyatı haqqında heç bir məlumat yoxdur.

O, yazırdı:

“Hələ qarşımda o gün müşahidə etdiyim ürəkdağlayan bir mənzərə təcəssüm edib durur. O gün küçə ilə bir neçə kişinin çiynində qısa bir nərdivan üzərində əlvan boyalı xalça sarınmış bir meyitin aparıldığını gördünüz. O, mart günlərinin məzlum qurbanı, mənim zavallı atam idi. O dövrün vəziyyətinə nəzərən bu hala da qibtə edirdilər. Ona görə ki, çox şəhidlərin meyiti o gün tapılmaz oldu. Ana və bacıların qəlbinə acı və daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm Bakı şəhərinin yarıdan çoxu bir matəm saraya çevrildi. Çox evlərin üzvləri südəmər yavrularınadək zəhərli xəncərlər ilə doğrandı. Fəryad, ah-fəğan sədası eşidilməz bir ev qalmadı”.

Kitab

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər