Adından da göründüyü kimi bu kitab müəllifin də aid olduğu etnosimvolist mövqeni əks elətdirir. Anthony D. Smith elə ilk bölümdəcə oxucunu çətinə salır və bu suallarla düşündürməyə çalışır:
“Niyə insanlar ölkələri üçün həyatlarını fəda edirlər? Niyə özlərini belə güclü tərzdə milli kimlikləri ilə təqdim edirlər? Milli xarakter və millətçilik ümumdünyəvidirmi? Yaxud da millət tamamilə müasir bir fenomen və müasir sosial şərtlərin nəticəsidirmi? Və hansı tərzdə işlətməyimizdən asılı olmayaraq “millət” və “milli kimlik” anlayışları ilə nə demək istəyirik?”
Kitab millətlərin mənşəyi ilə bağlı digər təməl sualların da cavabları, bir-birinə əks olan məktəblərin fikirləri və tarixi nümunələrlə tanışlıq üçün oxucuya kömək ola bilər.
Dil: türkcə
Səhifə: 366