Kitabın ilk hissəsində Anthony D. Smith “modernizm”in müxtəlifliklərini bu sahəni ortodoksallığını kəşf etməyə çalışır və bunun üçün Gellner, Nairn, Giddens, Breuilly, Anderson və Hobsbawm kimi nəzəriyyəçilərin əsərlərinə istinad edir. İkinci hissədə isə modernizm nəzəriyyəsinin tənqid və alternativlərini təqdim edir. Primordialist Van Den Berghe və Geertzdən etno-simvolist nəzəriyyəni müdafiə edən Armstrongun fikirlərinə kimi müxtəlif yanaşmalar kitab öz əksini tapır. Müəllif araşdırmanı müasir milli kimlik, gender və millət, sivil və etnik millətçilik mövzularına postmodern yanaşmanın qısa analizi ilə sonlandırır.
Anthony D. Smith – Nationalism and Modernism (İngiliscə)
Смит Э. Национализм и модернизм. Критический обзор современных теорий наций и национализма (Rusca)