“Sərbəst insanlar ölkəsində” əsərində Əhməd bəy Ağaoğlu görmək istədiyi ideal cəmiyyəti təsvir edib. Ağaoğlu əsarət zəncirlərini qıraraq qaçan bir türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Sərbəst İnsanlar Ölkəsi kimi adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına hörmət edən, qanunlarla idarə olunan bir yer olduğunu təsvir edir. Əsərdə qarşılıqlı köməkləşmək, cəmiyyətin xeyrinə işləmək və eqoizmdən qurtulmaq təbliğ olunur. Bundan başqa Aağaoğlunun sosial – iqtisadi düşüncələrinə də yer verilir. Kitabın iyirmi üçüncü səhifəsində Ağaoğlu yazır:

“Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.”

Əhməd bəy Ağaoğlu – Sərbəst insanlar ölkəsində (1930)

Dil: azərbaycanca

Səhifə: 70


Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər