Film 1981-ci il “Long Kesh” (Maze) həbsxanasında Müvəqqəti İrlandiya Respublika Ordusu (İRA) üzvü Bobby Sands və yoldaşlarının aclıq aksiyası müqavimətini və eyni zamanda məhbusların yaxınlarının dəmir barmaqlıqlar arxasında icra etdikləri mübarizəni bütünlüklə və həqiqi bir dillə izah edir.
Bu bədii film qeyd olunan müqavimət zamanı məhbus və yaxınlarının psixoloji vəziyyətlərini izah etməklə yanaşı, həm də gerçək görüntülərdən istifadə etməklə sənədli film olaraq dövrün siyasi şəraitini aydınlaşdırmağa imkan verir. Buna görə də, eyni mövzuda çəkilən digər filmlərdən bu film kəskin fərqlənir deyə bilərik. Şübhəsiz ki, filmin rejissoru Terry George-un 1971 və 1975-ci illərdə millətçi və respublikaçı fəaliyyətlərinə görə həbs olunması, həbsdə olarkən həmin hadisələri daha yaxından izləməsi də burada böyük rola malikdir.