Film İkinci Dünya Müharibəsində əsir düşərgələrində Tatar əsirlərin yaşadığı zülm və çəkdiyi əzablardan bəhs edir. Krımda yaşayan Sadiq Turan müharibə başlayanda digər Krım Türkləri kimi cəbhəyə göndərilir. Savaş zamanı almanlara əsir düşür və almanca bilməsi səbəbiylə olduğu əsir düşərgəsində işləməyə başlayır. Qısa müddət sonra Almanların Krımı ruslardan qurtarıb azadlıq verəcəkləri vədi ilə Türklərdən ibarət birlik quraraq alman ordusunda vuruşmağa başlayır. Lakin bu vasitə ilə aldadıldığını başa düşən Sadiq artıq əsl Krım azadlığı uğrunda mübarizə üçün savaşmağa başlayır.