Filmdə hadisələr İran və SSRi sərhədində baş verir. Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır.Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir. Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulmuşdur. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilmişdir.