Müəllif -Ziya Kazımzadə

Ziya Kazımzadə siyasi məsləhətçi və tədqiqatçıdır. Hazırda Çexiyanın Brno şəhərində yerləşən Masaryk Universitetində Beynəlxalq Münasibətlər və Avropa Siyasəti üzrə magistratura təhsili alır. Onun tədqiqat maraqları Cənubi Qafqaz, Şimali Qafqaz və daha geniş postsovet məkanındakı siyasi dinamikaya yönəlib.

Ziya hazırda Milliyyət Araşdırmalar Mərkəzində elmi işçi və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir, eyni zamanda Avropanın müxtəlif siyasi təşkilatları ilə əməkdaşlıq edir. O, bir neçə elmi-tədqiqat institutunda çalışıb, o cümlədən "Topçubaşov Mərkəzi", "Caucasus Watch", "Politico" eləcə də "Hüquq və Fəlsəfə İnstitutu" nda beynəlxalq münasibətlər, təhlükəsizlik və regional münaqişələr sahəsində analitik məqalələr dərc edib. Bundan əlavə, o, Azərbaycan Gənclər Parlamentinin keçmiş deputatıdır.