Baskın Oranın müəllifi olduğu “Az inkişaf etmiş ölkə millətçiliyi” əsəri millətçilyin inkişaf yolları baxımından Qərbi Avropa və digər coğrafiyalardakı, xüsusən inkişaf baxımından geridə qalmış cəmiyyətlərdəki xüsusiyyətləri müqayisə edərək fərqli bir perspektiv ortaya qoymağa çalışır. Bu yazıda həmin kitabdan bir sıra hissələrin tərcüməsi paylaşılır. Onu da qeyd edək ki, kitabın digər hissələrindən parçalar növbəti yazılarda seriya şəklində təqdim olunacaqdır.

Birinci bölmə

Klassik Millətçilik Anlayışı və Az İnkişaf Etmiş Ölkə Millətçiliyi

I – Qərbi Avropada Millətçilik

Millətin Ortaya Çıxması

Güclü bir mərkəzi iqtidarın qurulması çox önəmli iqtisadi nəticələr yaratdı. Həm ticarət imkanlarını (yollar, səyahət təhlükəsizliyi) inkişaf etdirdi, həm də fərdlərin bu iqtidarın xaricində başqalarının insafına qalmasının qarşısına keçdi. Bütün ölkədə eyni qanunun tətbiq olunması o zamana qədər alışılmamış bir ədalət əlaməti oldu. … Özünə yetərlilik iqtisadiyyatından milli bazar iqtisadiyyatına keçid edilmişdi. … Torpaq xaricində mülkiyyət tanımayan orta əsr nizamından çıxan yeni və zəngin sinfin rifahı artıq mal və sərmayəyə dayanırdı.

XI və XII yüzilliklərdən etibarən başlayan monarxiyaların güclənmə prosesinin yaratdığı bazar birliyi XVI yüzilliyin sonunda milləti yaradacaq bir qrup dəyişiklikləri də özüylə birgə gətirdi. Yeni siyasi qrupda ticarət etmək üçün hər şeydən öncə xalqın ortaq bir anlaşma vasitəsi tapması gərəkməkdədir. Beləcə orta əsrin Latıncası önəmini itirdi və bölgəsəl dillər ortaya çıxdı. XVI yüzilliyin başında Lüterin “xristianlıqda Papalıq yoxdur” deyə açdığı bayraq siyasi baxımdan kraldan asılı hala gələn kilsəni ideoloji baxımından da asılı duruma salmış oldu.

Millətin və eyni zamanda millətçiliyin meydana gəlməsi Kautskinin də dediyi kimi irq, din, ortaq kültür, milli xarakter, adət-ənənə kimi şeylərlə açıqlana bilməz. Çünki bunlar müstəqil deyil, asılı, dəyişkən olmuşlar. Asılı olduqları faktor da ticatərin və xəbərləşmənin ortaya çıxması, yəni bazar birliyidir. İnsanlar ancaq o zaman bir-birləri ilə sıx əlaqəyə girib eyni qrupa üzv olmanın fərqinə varmağa başlamışlar. Get-gedə ortaq dil, milli din, ortaq hədəf, milli xarakter kimi ortaq şeylər yaratmağa başlamışlar. Beləcə XVI yüzilliyin sonunda “millət” meydana gəlmişdir. Fəqət millətçiliyin meydana gəlməsi üçün hakim sinif olan burjuanın öz ideologiyasını ortaya qoyacaq qədər güclənməsini gözləmək gərəkəcəkdir.

Millətin ilk öncə ortaya çıxaraq ən az iki yüz il sonra millətçiliyi yaratdığı Qərbi Avropanın əksinə Qara Afrikada millət “müsbət” şeylərin yoxluğuna görə ancaq millətçilik tərəfindən yaradıla bildiyi ölçüdə doğacaqdır.

Yeni Toplum və Yeni İdeologiya: Millətçilik

Orta əsrlərdə toplumsal sədaqətin, yəni toplumun dayaq ehtiyacının nəticəsi olaraq qanuni qəbul edib bağlılıq duyduğu anlayışın diqqət mərkəzi Tanrı idi.

İntibah düşüncəsinin dünyəvi nəzəriyyələrini Makiavelli də dilə gətirdi. … Yeni dövrdə sədaqətin diqqət mərkəzi artıq Kral idi.

Keçid Dönəmi: Rasional Maarifləndirmə Dövrü və Fərdiyyətçi Qanunlar Dövrü

XVI yüzillikdən etibarən Kral öz xalqını dindən yayındırmağa başladı. … Maarifləndirmə Dövrü ilə birlikdə dinin nüfuzu tamamən azaldı.

Maarifləndirmə dövrü artıq Orta əsr deyildi. Lakin hələ millətçilik dövrü də deyildi. … Dinin nüfuzu çox zəiflədi. Ziyalılar dini doqma olaraq yalnız Tanrı anlayışını saxlayan Deizm’ə, xalq isə cah cəlaldan uzaq, sadə bir din anlayışı olan Pietizm’ə yönəldilər.

Mütləqiyyətçi nəzəriyyələrin ən sərtini Hobbs’un XVII yüzilliyin sonunda ortaya atdıöl nəzəriyyə idi. Bu yeni sinif ideologiyasına təməl dirək olacaq anlayışları Hobbs’un müasiri sayıla biləcək Lok’un qələmindən dilə gətirdi. Artıq XVIII yüzilliyin təməl daşları ortaya çıxmışdı: Azadlıq və Mülkiyyət.

Diqqət etsək görərik ki, bu anlayışların millətçiliklə bir əlaqəsi yoxdur. Fərdi haqqlar millətçiliyin ön sıraya keçməsinə qarşı idi. Çünki intellektualist idi; Halbuki millətçilik kütlələri özünə bağlaya bilmək üçün duyğusal olmalı idi. Fərdiyyətçi idi; Halbuki millətçilik insandakı toplumsal məsələni vurğulayırdı. İnternasionalist idi; Halbuki millətçilik insanları bir-birindən ayıran özəlliklərə önəm verirdi. Yəni bu dönəmdə vurğu “millətin birliyində” deyil, “vətəndaşın azadlığında” idi. … Vətənin təməli azadlıq, azadlığınkı da mülkiyyət olaraq şərtləndi.

Toplumsal Sədaqətin Millətə Yönəlməsi və Millətçilik

Burjuaziya bir zamankı müttəfiqi kralı artıq zərərli hesab edirdi. Azadlığın (yəni mülkiyyətin) qorunması ancaq yeni sinfin öz iqtidarına buraxıla bilərdi. Bu da parlament demokratiyası olacaqdı. Kapitalizm və millətçilik ilə demokratiya anlayışlarının adlarının bir yerdə çəkilməsinin kökü buradadır.

Ortadan qalxan (və ya ortadan qaldırılacaq olan) kralın yerinə artıq fərdlərin üstündə olduğunu iddia etməyən bir qanunverici gələcəkdi. Bəs bu zaman toplumda nüfuz necə yaradılacaqdı? Bundan əlavə həll yolunun rasional olduğu kimi kütlələri özünə çəkəcək qədər duyğusal da olması lazım idi.

Russoya görə fərdlər azadlıqlarını əsasən öz iradələrindən başqa bir şey olmayan “ümumi iradə”yə həvalə etdiklərindən bundan yoxsun qalmırdılar. Russo İctimai Müqavilə’də toplumun ortaq mənafe və öz müqəddaratını təyin etmə prinsiplərinə bel bağladığını bildirdi. … Russo buna Patriotizm adını verdi, amma bu açıq-aydın millətçilik idi.

Qərbi Avropada Millətçiliyin Siyasi Funksiyalarə, Xüsusiyyətləri və Müzakirəsi

Millətçilikdən əvvəlki dayaq ideologiyaları diqqət mərkəzi olaraq mistik (Ataların Ruhu), ilahi (Tanrı) və ya şəxsi (Kral) anlayışlarını göstərmişdilər. Sənaye toplumu kimi çox fərqliləşmiş toplumsal münasibətləri çox qarmaşıq və qeyri-şəxsi bir forma almış bir dövrdə isə sədaqəti göstərməlik olsa da, bütün fərdləri içinə alan bir “millət” anlayışına dayandırmaq lazım idi. Başqa formada dayaq yaradıla bilməzdi. Millətçilik tarixdə eyni zamanda həm kollektiv, həm də dünyəvi olan ilk dayaq ideologiyası oldu.

Qərbi Avropa millətçiliyi bir çox yazarın qəbul etdiyi kimi liberal, demokrat və humanist oldu. Bu ölkələr digərlərindən daha inkişaf etdmiş olduğundan parlament demokratiyasını gətirdikləri, eyni zamanda proletariya güclənib təşkilatlanmadan öncə dövləti ələ keçirdikləri üçün demokrat oldular. … İngiltərə müstəmləkəçiliyin yayılmasından daha qazanclı çıxmışdı. Rahatlığı və milli şüuru artdıqca millətçiliyi azaldı.

II – Orta Avropada Alman Millətçiliyi

Fərqli Bir Doğuş və Xüsusiyyət: Dövlətə Verilən Önəm

Qərbi Avropa burjuaziyası çox güclü olduğu üçün dövlətdən neqativ bir şey istəmişdi – qarışmamasını. Fəqət burjuaziya gücsüz olduğu zaman (məsələn, Qərbi Avropada Merkantilist dövrdə olduğu kimi) dövlətin müdaxiləsini istəyəcəkdi. Almaniyada da belə oldu.

Fixte düşüncə həyatının son mərhələsində eynən Hegel (1770-1831) kimi dövlətin ən yüksək gerçək olduğuna inandı. Hegel isə eynən Russo kimi zamanında o anadək deyilmiş sözləri tutarlı bir fəlsəfə içində birləşdirən biri idi. Russodan bir çox fikir götürdü. Azadlığın dövlətin qaydalarına itaət etmək demək olduğu fikrini ondan aldı. Hətta bu qaydaların Ümumi İradə`nin məhsulu olduğunu belə qəbul etdi. Lakin Hegelin Russo ilə bənzərliyi burada bitirdi. Hegelə görə, qaydalar xalqın qanunvericilik məclisində dilə gətirdiyi hakim iradənin deyil, daha çox adətlər formasında üzə çıxan bütün bir keçmişin məhsulu idi. Beləcə yeni millətçiliyin fərdin dövlətdən asılı olduğu nəzəriyyəsi ortaya atılmış oldu.

Fərqliliyin Səbəbləri

Görülür ki, Qərbi Avropa millətçiliyində toplumsal sədaqət qeyd-şərtsiz “millət” anlayışına yönəldiyi halda alman millətçiliyi yenə də millətə söykənən, fəqət onu çox aşan bir toplumsal dəyərə çatan bir “dövlət” anlayışına söykəndi.

Almaniyada Millətçiliyin Siyasi Funksiyası: Milli Birlik

Beləcə alman millətçiliyinin siyasi funksiyası alman millətini tək bir siyasi forma içində milli dövlət halında birləşdirərək burjuaziyanın güclənməsini yol açmaq oldu. Millətçiliyin funksiyasının milləti vahid bir dövlət halında toplamaq olduğunu millətçiliyin tərifinə yerləşdirən nümunə də alman nümunəsidir.

III – Şərqi Avropada Millətçilik

Şərqi Avropada Millətçiliyin Siyasi Funksiyası: Milli Azadlıq

Orta siniflərin zəifliyi səbəbi ilə bu hərəkatları icra etmək məcburiyyətində olan zümrələr və siniflər azadlığını qazanacaq olan dövlətin formasının necə olacağı kimi müsbət bir anlayışda yox, xarici dominantlıqdan qurtulmaq kimi mənfi bir yerdə birləşmişdilər. Eyni vəziyyətə daha qabarıq şəkildə Qara Afrikada da rast gələcəyik. Bu vəziyyətdə siyasi müstəqillik qazandıqda bu gənc milli dövlətlər bir çox problemlər qarşı-qarşıya qaldılar. Demokratik bir idarəetmə qurmaq üçün ənənə yox idi, həm də ortam uyğun deyildi. Müstəqilliyin əsasən xarici yardım ilə qazanılmış olması vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Beləcə, Qərbi Avropa millətçiliyində əsas məsələ olan və bu günün siyasi terminologiyasında klassik azadlıqlar deyə adlandırdığımız “demokratiya” ünsürü Şərqi Avropa millətçiliklərində mühit gərəyi yarana bilmədi. Onun yerinə əsas element olaraq milli müstəqillik məsələsi öndə oldu. Çünki bu fikirləri müdafiə edən sinif Qərbi Avropada şəxsi azadlıqlara, Almaniyada milli birliyə, Şərqi Avropa ölkələrində isə əsasən milli müstəqilliyə ehtiyac duyurdu.

IV – Avropada Millətçiliyin Xüsusiyyət Dəyişdirməsi və İmperializm

XIX əsr millətçiliyi əsasən Avropa xaricində gerçəkləşdirilən fəaliyyətlərlə liberal və humanist xüsusiyyətlərinə layiq olmadığını isbat etdi. Millətçiliyin xüsusiyyət dəyişdirməsi tarixi olaraq verilən 1870-ci illərin əvvəlində belə Avropa dövlətləri başqa bütün qitələrdə müstəmləkə imperatorluqları qurmuşdular. … XIX əsr millətçiliyinin beynəlxalq toqquşmaya səbəb olmasının əsas səbəbi o mühitdə dünyanın müstəmləkələşdirilə biləcək bir çox “boş yer”inin olması idi.

Avropada Mühit Dəyişikliyi

Sənaye inqilabının sürətləndiyi 1870-ci illərdən sonra Avropa səhnəsində bir qrup dəyişikliklər oldu. Müstəmləkəçilik yarışına Almaniya, İtaliya, ABŞ və Yaponiya kimi yeni ölkələr qoşuldular.

Fəqət bunlarla bərabər müstəmləkəçiliyi ən çox sürətləndirən o zaman Avropanın keçirməkdə olduğu fövqəladə iqtisadi struktur dəyişikliyi olmuşdur. Bu dəyişiklik o zamana qədər “müstəmləkəçilik” deyə adlandırılan anlayışın yeni növünə yeni bir ad verilməsinə səbəb oldu: İmperializm

İmperializm adını verəcəyimiz müstəmləkəçilik tipi iqtisadi imperializmin sosial imperializmlə “evlənməsindən” doğan yeni bir növ olaraq ortaya çıxdı. Avropa iqtisadiyyatında bank sərmayəsinin sənaye sərmayəsinə hakim olub inhisarların qurulması ilə sistem çox inkişaf etmiş, fəqət çətinliklər ortaya çıxmışdı. Satıla bilməyən istehsal əlavəsinin və qoyulmayan sərmayənin ixracı, fabrikalara da ucuz xammal təmin etmək lazım idi.

Fəqət bu arada nəqliyyat imkanlarının inkişaf etməsinin də böyük qatqısı ilə beynəlxalq rəqabətin böyüklüyü mənfəət hədlərini aşağı saldı. Milli burjuaziya xarici rəqabətin məhdudlaşdırılmasını istəmək məcburiyyətində qaldı. Lakin bunu etmək bambaşqa bir problem yaratmışdı. Ölkə içinə daxil olan malları məhdudlaşdırmaq, fəqət ölkənin ixracatını və toplam olaraq dünya ticarətini azaltmamaq. Bu həll yolu çətin olan problemin bir tək çıxış yolu var idi: Dünyanın o zamana qədər beynəlxalq siyasi və iqtisadi münasibətlərə yetəri qədər açılmamış yerlərini açmaq.

Boş ərazilərin artıq çox azalması və dövlətlərin bu mövzuda bir-birinin “ayağının altını qazmağa” başlaması bir yandan, iqtisadi və sənaye mənafelərinin dövlətin xarici siyasəti və diplomatiyası ilə eyniləşdirilməsi bir yandan, işçilərin sistemə inteqrasiya edilməsi nəticəsində dövlətin bazasının genişlənməsi, digər yandan sərmayə ixracı, dövlət borc vermələri, ayrıcalıqlar, planlı köç və əhali yerləşdirilməsi kimi yollarla yeni bir dövrün açılmasını qaçılmaz etdi. Artıq yeni özü və adı ilə imperializm müstəmləkəçilik dövründə olduğu kimi fərdlərin və ya şirkətlərin öz başlarına üsdəsindən gələ biləcəkləri bir iş olmaqdan çıxmışdı. Artıq onlar adına dövlət tərəfindən idarə ediləcəkdi.

İmperializmin ancaq hakim siniflərdən deyil, ölkənin bütünündən dəstək görməsi gərəkirdi. Bunu təmin etmək vəzifəini millətçilik öz boynuna götürdü.

Hökümətlər xarici ticarətdə trestləşməni təşviq etdilər. Məsələn, Amerika Birləşmiş Ştatları Şerman anti-trest qanununa 1918-ci ildə Vebb-Pomeron qanunu ilə bir istisna gətirilərək bu qanunun xarici ticarətlə məşğul olmaq üçün qurulmuş şirkətlərə aid olmayacağı ifadə edildi.

XIX yüzillikdə Qərbin inkişaf etmiş dövlətlərindəki bolluq, sosial təhlükəsizlik və beynəlxalq sülh yayılmağın səbəbi yox, nəticəsi idi. Yayılma sadəcə potensial sosial qarışıqlıq və beynəlxalq rəqabətləri neytrallaşdırmaqla qalmadı, eyni zamanda hakim siniflərin daha da zənginləşməsinə və öz özəlliklərinə və toplumsal piramidanın formasına zərər yetirmədən işçi sinfinə maddi və siyasi güzəştlər verilməsi üçün imkanlar yaratdı. … Yəni, yayılmanın meyvələri bütün sinifləri imperializm siyasəti altında birləşdirmişdi. … “Sosialistlər” belə imperialist siyasəti qəbul etdilər. Xeyriyyə dərnəklərinə üzv olan vətəndaşlar bu ölkələrin işğalını sivilizasiya götürüldüyü üçün alqışladılar. Həm sənayeləşmişi, həm də sənayeləşmək istəyəni imperialist yayılmaya daxil oldu.

Millətçi duyğuları oyandıranlar hər ölkədə imperializmdən ən çox yararlanan qruplar oldu.

İmperialist mübarizə ilk başlarda ən güclü müstəmləkəçi ölkə olan İngiltərə ilə digərləri, hətta əsasən İngiltərə ilə Fransa arasında başladı. … Dünya o vəziyyətə gəlib çatmışdı ki, rəqibinin əlindəkini almamış onun səviyyəsinə çatmaq olmurdu.

Beynəlxalq rəqabətin artıq şəxsi miqyasda deyil, dövlət miqyasında olması təcavüzkar millətçilik duyğularını artırdı.

Müharibənin daha da sürətləndiyi beynəlxalq rəqabətə tab gətirə bilməyən ölkələrdə millətçilik ən sərt və barışıqsız nümunələrini yaratdı. Millətçiliyin onsuz da gec və intensiv olaraq ortaya çıxdığı İtaliya, Almaniya, Orta və Şərqi Avropa ölkələri iqtisadi millətçiliyə digərlərindən daha əvvəl başladılar. İqtisadi zəifliyin böhrana saldığı bu ölkələrdə dayaq təmin etmək üçün xalqın millətçilik duyğularını təhrik etməkdən başqa yol tapa bilmədilər.

V – Avropada Ölkə Millətçiliyinin Fərqli Modeli

Avropada millətçilik burjuaziyanın toplumu öz idarəsində təşkilatlandırarkən ortaya atdığı, toplumsal sədaqətin diqqət mərkəzi olaraq “millət” anlayışını ələ alan və bunu “milli dövlət” içində təşkilatlandırmaq istəyən bir dayaq ideologiyası və toplumsal hərəkatdır.

Avropa təcrübəsi göz önündə tutulduğu təqdirdə millətçilik kapitalist cəmiyyətin yaratdığı struktur dəyişikliyinin gətirdiyi narahatlığın ehtiyac duyduğu bir dayaq ideologiyası olmuşdur.

Fəqət bu tərifə görə, zəif inkişaf etmiş ölkələrdə millətçiliyk olmamalıdır.

İdeologiyanı idarə edən sinif baxımından ələ alsaq, Avropa millətçiliyinin motoru olan burjuaziya da ya mövcud deyil, ya da ən azından millətçilik baxışından önəmsizdir.

Belə olduqda zəif inkişaf etmiş ölkələrdə millətçilik olmamalıdır. Amma var. Demək ki, bu ölkələrdə axtarılması lazım olan element funksiya bucağından Avropa millətçiliyini ortaya çıxaran səbəblərin yerinə keçə biləcək şərtlərin varlığıdır. Məhz bu şərtləri Avropanın iqtisadi strukturunun yaratdığı və Avropa millətçiliyinin qüvvətlə dəstəklədiyi bir hal yaratdı: İmperializm.

Afrikada dil, din, ortaq kültür kimi elementlərə sahib bir millət yox idi, amma imperializmin süni də olsa müəyyən sərhədlər içində bir araya gətirdiyi, qurduğu xəbərləşmə şəbəkələri ilə bağlantı yaratdığı, hər şeydən də önəmlisi, ortaq müstəmləkə şərtləri altında bəlkə milli şüur deyil, amma rəng şüuru verdiyi bir sömürülənlər topluluğu ortaya çıxmışdı. Yəni Afrikada “biz” şüurunun əskikliyi “onlar” şüurunun çox güclü olması ilə aradan qaldırıldı.

İkinci bölmə

Qara Afrikada Millətçilik Duyğusunun Meydana Gəlmsəi

I – Millətçilik Duyğusunun Meydana Gəlməsində Təməl Faktorlar

Avropaya Açılışdan Əvvəl Afrikada Ənənəvi Quruluş

Müstəmləkəçiliyin xarakter dəyişdirib Afrikaya bütün gücü ilə girdiyi 1870-ci illərə qədər Qara Afrikanın nizamı aşağı yuxarı eyni qaldı.

Əslində müstəmləkəçilikdən əvvəlki Afrika toplumunda insan topluluqlarının ilk mərhələri olaraq qəbul edilən ibtidai kommunist nizamı ortadan qalxmış, istehsal vasitələri üzərində ortaq mülkiyyət qalmamış, hərkəsin öz gücünə görə işləyib hər şeyi bölüşdüyü toplumsal yaşam yox olmuşdu. Bu sistemə qitənin çox içərilərində yaşayan ən ibtidai qəbilələrdə belə rastalnmırdı. Fəqət yenə də istehlak formasında meydana çıxan istehsalın məqsədi dəyişməmişdi. Hər kəs əldə etdiyi məhsuldan istifadə edə bilmədiyini başqasınınkı ilə dəyişdirirdi.

Ən vacib istehsal elementlərindən biri olan torpaqda özəl mülkiyyət yox idi. Qorumaq şərti ilə torpağı hər kəs öz ehtiyacına görə istifadə edirdi. Torpağın becərilməsi də son dərəcə ibtidai formada idi; heyvan gücü ilə sapan istifadə etmək yerinə çapalamaqla yetinildiyi üçün istehsal çox məhdud idi. Başqa cür desək, istehsal əlavə dəyər istehsal edərək iqtisadi canlılığı və bu canlılığın nəticəsi olan sinifləri yaradacaq bir xüsusiyyət deyildi.

Köləliyin Afrikadakı əsas təməli müharibədə məğlub olmaqdır. İkinci bir təməl olaraq sonralar bazarda pul elementi sonra ortaya çıxdı.

Şimal və Cənubi Amerikadakı plantasiyalardan gələn tələb ərəbdən ingilizə qədər müxtəlif millətlərdən əsir ticarətçilərinin milyonlarla Afrikalı zəncini kölə olaraq götürüb buralarda satmaları nəticəsini meydana gətirdi.

Avropanın sosial-iqtisadi hərəkətliliyin, bilavasitə oyanışının başlanğıcı sayıla biləcək bu hadisə Qara Qitə üçün qorxunc bir zərbə oldu. Ailələrindən və vətənlərindən qoparılan milyonlarla insanın dramları bir yana, bu ticarət bütün bir qitəni ən sağlam insanlarını alıb götürərək insan gücündən məhrum qaldı.

İlk başlarda kölələr şeflər tərəfindən yerli tacirlərə verilir, əsir olaraq satılmasa onsuz da ölümə məhkum ediləcək olan bu insanlar XVII yüzilliyin standartlarına görə olduqca yaxşı şərtlər içində gedəcəkləri yerə köçürdülər. Bu işi o zamana qədər inhisar formasında davam etdirən Africa Company davamlı olaraq kölə ala bilmək və mağazalarının təhlükəsizliyini təmin etmək məqsədi ilə yerlilərə yaxşı münasibət bəsləmək məcburiyyətində olduğu üçün ova gedirmiş kimi qəbilələrdən insan qaçırmaq deyə bir şey yox idi. Bu ticarətə öz-özünə çalışan macərapərəstlərin girməsindən sonra insan ovu başladı.

Buralarda dövlət sinifli toplumlardakı kimi bir sinfin təmsilcisi olan dövlət deyil, zaman-zaman təşkil edilən mərasimlərdə istifadə etmək üçün xalqdan xərac alan, fəqət toplananı bu mərasimlərdə yenə xalqa paylayan və ya ataların ruhuna həsr edən, kənd topluluqlarının istehsal işlərinə birbaşa qarışmayıb yalnız ticarətdən özünə pay çıxaran, dövlətin quruluşuna qatılmış qəbilələri deyil, əsasən müharibədə məğlub olan qəbilələri sömürən, böyük mütərəqqilik işlərinə girişmədiyi üçün iqtisadi yaşam üzərində heç təsiri olmayan çox zəif bir quruluş idi.

Afrikada Ənənəvi Strukturun Pozulması

1 – Missioner (Qərb) Təhsili və Xristianlıq

Afrikanın durğun strukturunu qısırlıq yuxusundan oyandıran və XX yüzilliyin ən qəribə toplumsal anlayışlarından biri olan Afrika millətçiliyini ortaya çıxaran element Avropa imperializmi oldu. Fəqət imperializm Afrikanın sosial-iqtisadi nizamını yıxmağı boynuna götürməkdən daha əvvəl bu iş qara dərili insanın mənəvi dünyasını gətirdiyi təptəzə yeni bir ideologiya ilə – Xristianlıqla dəyişməyə uğradan missionerlər tərəfindən vacib bir ölçüdə edildi.

2 – Ənənəvi Strukturun Dəyişməsi və İmperializm

Missionerlərin sıx bir propaqanda ilə Avropa ictimaiyyətinin marağını Afrika üzərinə çəkmiş olması Afrikanın müstəmləkələşdirilməsini asanlaşdırdı. İlk dəfə fransızlar Əlcəzairdən sonra XVII yüzillikdən bəri maraqlandıqları Seneqalı işğala başladılar. Burada qarşılaşdıqları dirənişə baxmayaraq nəticədə Fildişi Sahili və Dahomey`ə qədər endilər. Bu bölgədəki müsəlman öndərlərin göstərdiyi dirənişi Qananı ələ keçirməyə çalışan İngilizlərlə Mossi və Aşanti krallıqları yenilədi. Yerlilər 400 il dirəndilər. Bu müddət ərzində ağ tacirlər zəncilərin hakimliyini tanıdılar. Fəqət sahil krallıqlarının iqtisadi dəyişimə və iç səbəblərlə zəifləməsi və 1880`lərdən sonra İngiliz hökumətinin sızmanı dəstəkləmə qərarı alması, yəni imperializmin başlamasında sonra vəziyyət dəyişdi. Dövlətləri tərəfindən dəstəklənən ağ işğalçıların texniki üstünlükləri müstəqillik mübarizələrinin müvəffəqiyyəti davam etdirmələrinin qarşısını aldı. Qısa zamanda Qara Afrika`nın digər yerləri də işğal edilib 1884 Berlin Konfransı ilə müstəmləkəçi ölkələr arasındakı münaqişələr önləndiyi zaman Avropanın gerçək iqtisadi nüfuzu başladı.

Müstəmləkəçilər əvvəl bəlli-başlı yerləşmə bölgələrində mağazalar açdılar. Fildişi, banan və kauçuk kimi ənənəvi məhsulları topladılar. Qarşılığında puldan istifadə etmədən Afrikalı zəncinin istədiyi Avropa mallarını satdılar. Bu bir mübadilə iqtisadiyyatı idi. Pul istifadə edilmirdi. Fəqət Birinci Dünya Müharibəsindən əvvəl hindli və çinli kimi bir qrup asiyalıların gəlib yerləşmələri və afrikalı istehsalçıya bon yerinə pul verməyə başlamaları ilə mübadilə iqtisadiyyatı yerini pul iqtisadiyyatına vermişdir.

Avropalı şirkətlərin əsas məşğuliyyət sahəsi ticarət və kənd təsərrüfatı oldu. Əlavə olaraq belçikalılar və ingilizlər mədənlərə böyük investisiyalar qoydular. Bu investisiyalarda işləyəcək işçilər lazım idi. Həm də müstəmləkə idarəsi də müxtəlif səviyyələrdə işgücü istəyində bulundu. Məhz Afrikanın ənənəvi iqtisadi nizam və toplumsal yaşamını dəyişdirən avropalı imperialistin və iş verənin bu istəyi oldu.

Afrikalı zənci avropalıların işlərində işləməyə məcbur oldu, çünki avropalı müstəmləkə idarəsinin qoyduğu vergiləri ödəmək üçün pul qazanması lazım idi.

Afrika kəndlisi, daha doğrusu Afrika toplumunun ən aktiv istehsalçıları şəhərlərə axın etdilər. Buralarda ödənişli əsasda işləməyə başladılar. Məhz indi pul iqtisadiyyatı Afrika toplumuna girmişdi.

Qəbilə ilə olan və ənənəvi toplumda dayağı təmin edən əlaqələr çox zəifləmişdi. Şəhərə gələnlər burdakı köhnə “həmşəhərliləri ilə” əlaqələrini və münasibətlərini necə davam etdirirlər etdirsinlər, ənənəvi toplum və dəyərlərindən fiziki olaraq ayrılmışdılar. İkincisi, insanlar özbaşlarına qaldıqda iş bölümünün getdikcə sıxlaşdığı bir yad toplum formasında özünə yetərli qəbilə nizamının iqtisadi və psixoloji güvənini tapa bilmədilər.

İşçi sinfi ilə millətçilik arasında Afrikadakı əlaqə sıx oldu… Afrikalı işçinin mənəvi rahatlığından əlavə maddi vəziyyəti də pis idi. Bunu düzəldə bilmək üçün hərəkətə keçdiyində, məsələn maaş artımı üçün tətil edəndə, bu hərəkət avtomatik olaraq xariciyə qarşı edilmiş anti-kolonist bir hərəkat oldu. Yalnız Afrikada deyil, zəif inkişaf etmiş ölkələrin böyük əksəriyyətində bu vəziyyət geniş bir kütləni anti-kolonist millətçiliyə qazandırdı və onun önəmli bir təməlini yaratdı.

Sendika liderləri eyni zamanda millətçi hərəkatın da öndərliyini üstləndilər. Üstəlik, ortaq iqtisadi mənafe qəbilələr arası fərqləri və mübahisələri də neytrallaşdırdığı üçün sendikalar millətçi bir bütünləşməyə yol açdılar.

İnqilabçı Öndərliyin Ortaya Çıxması

1 – Qəbilə Başçılarının Çöküşü

Toplumsal nizamın digər zəif inkişaf etmiş ölkələrdən daha geri bir toplumsal nizamın digər zəif inkişaf etmiş ölkələrdən daha geri bir rində qəbilə başçıları mövcud idi.

Müstəmləkə idarəsi malların fərdlərə aid olmasını təşviq edən bir maddi sistem gətirdiyində başçıların iqtisadi və maliyyə sahəsindəki ayrıcalıqları çox sarsıldı.

Başçıların gücünü itirməsinə sosial-kültürəl səbəblər də təsir göstərdi. Müstəmləkə idarəsi Avropa sivilizasiyası və ictimai nizamı ilə uyuşmayan adət və hərəkətləri qadağan etdi. Məsələn, köləliyin ləğv edilməsi başçıları çox önəmli bir gəlir qaynağından məhrum etmişdi.

Kautski, … başçıları millətçilik mövzusundakı mövqelərinə görə belə sinifləndirməkdədir:

1) Laqeydlər: Bunlar əsasən kiçik qəbilə başçıları idilər. Siyasi məsələlərə çox da qarışmırdılar. Gələcəklərini təmin etmək üçün millətçi partiyalarla iş birliyi etməyə çalışmışlar.

2) Mühafizəkarlar: Bunlar millətçi siyasətçilərə və müstəqilliyin hər növünə qarşı çıxdılar.

3) Demokratlar: Bunlar siyasi təkamülü və təsisatların demokratikləşdirilməsini qəbul etdilər. Çoxu ənənəvi əyan kimliyini qorudu, fəqət Avropada təhsil görən bəziləri yeni seçkinlərə və yeni nəsillərin ideologiyalarına qatıldı.

2 – Yeni Seçkinlərin Doğuşu: Ziyalılar

Ziyalılar Gellner`in də ifadə etdiyi kimi “sırf aldığı təhsil səbəbindən öz toplumuna yadlaşmış” bir təbəqədir. Bu təbəqə Qərb təhsili tərəfindən qabaqcıl bir sənaye toplumunun bilgiləri və ehtiyacları ilə doldurulmuşdur, fəqət təbii ortamını tapacağı bu müasir topluma çatması və güc qazanması ona bunları öyrədən müstəmləkəçi tərəfindən əngəllənməkdə idi. Bu gerçək Qərbdə (və ya Qərb təhsili ilə) yetişib Qərbə heyran olan ziyalının niyə Qərbin əleyhinə siyasət yeritdiyi paradoksunu izah etməyə kömək etməkdədir.

Xristian olan, ingiliscə və oxuma yazma öyrənən, Avropalı müstəmləkəçinin yanında özünə iş tapan və istər-istəməz onları təqlid etməyə yönələn afrikalı yavaş-yavaş toplumuna yadlaşdı. Müstəmləkə idarəsi kəndlinin ödənişliyə dönüşməsindən sonra, sanki, yeni bir sinif daha meydana gəlməsinə səbəb olmuşdu.

Toplumdakı ənənəvi nizam, başqa sözlə, nəzarət və sanksiya zəifləmişdi. Belə bir ortamda Avropa firmalarının bir neçə yolla afrikalının istehlak marağını bacardığı qədər artırmağa çalışması afrikalının maddi vəziyyətinin son dərəcə pis olması ilə birləşdiyində Afrika toplumunda nizam çox pozuldu. Bundan sonra ağlar afrikalıları oğruluq və qatilliklə günahlandırmağa və bu pis xüsusiyyətləri onların irqsəl özəllikləri kimi göstərməyə başladılar.

Əsasən ingilislər məqsədin nəticədə afrikalıların öz özidarələrini qurmaları lazım olduğunu demişdilər. İndi isə yüksək məmuriyyətlərə onları işə götürmür və idarəyə qatılmağa icazə vermirdilər. Afrikalı ziyalı ağların bu dualizminə qarşı çıxdı.

Gerçək budur ki, Afrika millətçilik hərəkatı digər bütün inqilablar kimi ziyalıların öndərliyində aparılmış, ideologiyası bu öndərlər tərəfindən hazırlanmış, fəqət imperializm tərəfindən hazır vəziyyətə gətirilmiş olan kütlələrin hərəkətə keçməsi ilə gerçəkləşdirilmişdir.

II – Afrikada Millətçiliyin Meydana Gəlməsinə Kömək Olan Faktorlar

Afrika millətçiliyinin meydana gəlməsinə yardım edən önəmli təsirlərdən ikisi də Amerika qitəsindən gəldi. Bunlardan birincisi, amerikalı ağların təsiri idi. Amerikan dövlət adamları (Ruzvelt kimi), ziyalıları və nüfuzlu dərgiləri (Life və Fortune kimi) Amerikanın müharibəyə girməsindən sonra müstəmləkə məsələsində İngiltərəyə basqı göstərməyə başladılar.

Amerika qitəsindən gələn əsl təsir Garvey və DuBois kimi iki “diaspora” zəncisinin liderliyində davam edən Panafrikanizm axımları oldu. 1887-ci ildə Yamaykada doğulmuş bir zənci olan Garvey qara dərili olmağın utanılacaq bir şey deyil, qürurverici bir simvol olduğunu deyərək amerikalı zəncilərə Afrikada bir vətən vəd etdi. … Garvey`in fikirləri Afrika millətçiliyindən çox zənci millətçiliyi olmasına və bir qrup anlaşmazlıqların olmasına baxmayaraq, afrikalılarda bir “biz” şüurunun oyanmasında çox təsirli oldu.

Afrika millətçiliyinin inkişafında ən böyük təsiri ikinci dünya müharibəsi və nəticələri etdi.

Müharibə səbəbilə mal gəlmədiyində yerli sənayelər birdən-birə getməyə başladı. Üstəlik yerli malları və məhsulla xaricdən gələnlərdən daha ucuz idi. … Demək ki, ingilislər öz vətənlərindəki istehsalcıları qorumaq üçün afrikalıların bir qrup məhsulları və malları istehsal etmələrinə əngəl olmuşdular.

Müharibə afrikalı zənciyə azadlıq üçün ölməsini öyrətdi. Nasistlər məğlub olduqdan sonra da əsəb və hirs avropalı əfəndilərə yönəldi.

Afrika millətçiliyi beynəlxalq mühitin uyğun olmasından da dəstək aldı. Afrika səsini yüksəltdiyi ərəfədə Hindistan, Pakistan, Myanmar və Şri Lanka (köhnə adı ilə Seylon) müstəqil olmuşdu.

III – Afrikada Millətçiliyin Tərifi və Xüsusiyyət Problemi

Fransız Konqosunda … qısa zamanda Kimbangu və Matswa`nın adları dualarda İbrahim və digər peyğəmbərlərlə birlikdə oxumağa başlandı. Xalqın narahatlığı və müstəmləkəçiyə münasibəti, ingilis müstəmləkələrinin əksinə, siyasi protestoya icazə verməyən bir müstəmləkə idarəsi altında dini bir görünüşə bürünərək ortaya çıxmışdı.

Müstəmləkəçiyə qarşı əvvəl uğursuz dirənmələr, sonra dini təsisatları ayırma, daha sonra da dini görünümlü kütlə hərəkatları olaraq ortaya çıxan protesto hərəkatları siyasi baxımdan müəyyən nəticələr verən hərəkətlər idi. Fəqət təməl xüsusiyyət olaraq mənfi idi. Məqsədləri köhnə nizamın geri gətirilməsi idi. Əsas olaraq siyasi olan və mövcud qüvvət strukturunun müsbət və köklü bir şəkildə dəyişdirilməsinə tam olaraq özünü verən sadəcə millətçilik hərəkatı oldu. Yəni, nəticə olaraq millətçilik hərəkatı müstəmləkələrdəki reaksiyaların bir son nöqtəsi olmuşdur.

Afrikadakı toplumsal hərəkatları protestolar və millətçilik formasında ikiyə ayırmaq və beləcə nəyin millətçilik olduğunu, nəyin olmadığını diqqətlə nəzərdən keçirmək lazımdır. … Həqiqətən də protestolar üzərinə oturuşmuş hərəkatlar nəinki müasirləşmə, hətta daha beynəlxalq birlik qurmaq mərhələsində həll olmağa başlamışdılar. … Konqoda gerçək millətçiliyin olmadığına ən gözəl nümunə bu ölkənin seçkinləri içində ən qabaqcıl və oyanıq elemet olaraq meydana gələn P.Lumumba`nın belə işin başında Belçikalı sayılmağı arzu edib müstəqilliyi istəməməsi, həm də Konqonun müstəqilliyindən 12 gün sonra xaos içinə düşməsi göstərilə bilər.

Xarakter fərqlərinin səbəblərindən birincisi, Avropa kültürünün bu toplumlara təsir dərəcəsidir. Afrika millətçiliyi Afrika ölkələrinin iç dinamikasının deyil, imperializmin, yəni xarici dinamikanın ortaya çıxardığı bir nəticə olduğu üçün Avropa təsirini daha çox hiss etmiş olan ərazilərlə daha az hiss etmiş bölgələr arasında bir fərq görüldü.

Konqodan bir nümunə göstərək. Avropa təsirinə ən çox açılmış olan Bakonqoların Mehdilik axımları kimi sərt bir reaksiya göstərmələrinə qarşılıq bu qəbilənin çox yaxın qohumu olan, fəqət dağlarda yaşadıqları üçün Avropa mədəniyyəti və təsirini hiss etməyən topluluqlar Mehdilik hərəkatı ilə heç bir əlaqədə olmamışlar.

Müstəmləkəçi ölkələr Afrikadan çəkilmək məcburiyyətində qaldıqlarında köhnə müstəmləkələri ilə sıx siyasi və xüsusilə iqtisadi əlaqələri davam etdirməyin yollarını axtarmışlar. Xarici yardım verərək bunların iqtisadiyyatlarının və xarici siyasətlərinin özlərinə uyğun olmasına nail olmağa çalışmışlar. Məsələn, Fransa 1958-ci ildə etdiyi bir referendumda müstəqillikdən sonra Fransız Birliyi içində qalmağı qəbul edən dövlətlərə yardım etməyə başladı. Bu referenduma sadəcə Qvineya “yox” dedi. Bundan sonra Fransa … Qvineya bütün yardımı bir anda kəsdi.

Avropa ölkələri iki cür yayılma növü meydana gətirmişdilər. Birincisi, qaynaqlarını sömürmək və bazar olaraq istifadə etmək üçün qurulan müstəmləkələr, ikincisi də qaynaq və bazar problemini ana vətəndəki əlavə əhalinin ixracı problemi ilə birlikdə həll etmək üçün qurulan yerləşmə müstəmləkələri. Təbii şərtlərin uyğun olduğu yerlərdə, məsələn, ingilis iqliminə bənzəyən Keniyada ingilis kolonistləri gedib yerləşdilər … iqlimin uyğun olmaması səbəbindən kolonistlərin gəlib yerləşmədiyi yerlərdə müstəqillik istəyi maneə görmədən inkişaf edə bildi. Müstəqillik istəyi ortaya bir dəfə çıxdıqdan sonra onun qarşısını almağın mümkün olmadığını bilən Avropa ölkələri, hələ ağıllı bir siyasət yürüdən İngiltərə müəyyən bir zamandan sonra siyasi müstəqilliyi verdilər. Lakin ölkədə kolonistlər olanda vəziyyət başqa cür olurdu.

Koloniyaların varlığı, müstəqilliyi qazanmaqdan daha da önəmlisi, millətçiliyin ortaya çıxış formasına dərindən təsir göstərdi. Çünki ağdərili azınlıq burada tutuna bilmək üçün bir qrup üsullarla ağların üstünlüyünü zənci əksəriyyətə zorla qəbul etdirmək yoluna getdi.

Ağdərili koloniyaların olduğu ölkələrdə müstəmləkə idarəsi azadlıqlar kimi təhsil imkanlarını da xeyli dərəcədə məhdudlaşdırdı. Hətta daha da önəmlisi, bu koloniyalar orada sadəcə idarə etmək üçün yox, həm də davamlı olaraq yaşamaq üçün olduqları üçün ölkənin bütün istehsal mənbələrini əllərinə keçirtmək üçün hərəkətə keçdilər.

Ziya Kazımzadə

Bütün yazıları göstər