Ana səhifə / Sosiologiya / İosif Stalin – Millət Nədir?

İosif Stalin – Millət Nədir?

Millət ilkin olaraq cəmiyyətdir, müəyyən olunmuş insan cəmiyyəti.

Cəmiyyət irqə və qəbiləyə bağlı bir şey deyil. Müasir italyan milləti romalılardan, etrusklardan, tevtonlardan, ərəblərdən, yunanlardan və digərlərindən formalaşıb. Fransızlar isə qallar, britonlar, tevtonlar və romalılardan yaranıb. Bunu eynilə almanlar və britaniyalılar kimi müxtəlif müxtəlif irq və qəbilə birləşməsindən doğan millətlərə də aid eləmək olar.

Beləliklə millət irqə,qəbiləyə bağlı anlayış deyil, tarixi olaraq qurulan bir cəmiyyətdir.

Digər tərəfdən şübhəsiz ki, Kir və İskəndərin imperiyalarındakı insanlar tarixi gedişat nəticəsində müxtəlif millət və qəbilələrdən təşkil olunsa da, millət alandırıla bilməzlər. Odur ki, millət bu və ya digər hökmdarın qələbə və ya məğlubiyyəti ilə birləşən və ya dağılan təsadüfi bir insan toplumu deyil.

Beləliklə, millət təsadüfi və qısa ömürlü deyil, sabit olan insan toplumudur.

Ancaq hər sabit olan toplum da millət deyildir. Avstriya və Rusiyada da davamlı,daimi bir cəmiyyət var, ancaq millət adlanmırlar. Milli cəmiyyətlə dövlət cəmiyyəti arasında fərq nədir? Ümumi dil olmadan millətin mövcudluğu ağlagələn deyil, ancaq dövlətdə bu baş verə bilər. Avstriyada çexləri, Rusiyada polyakları vahid dil olmasa idi, millət adlandıra bilməzdik. Halbuki Rusiya və Avstriyanın bütünlüyünə tərkibindəki müxtəlif dildə danışılan insanların olması heç cür təsir etmir. Biz əlbəttə xalqın danşdığı dildən danışırıq, hansısa rəsmi dildən yox.

Beləliklə, vahid dil millətin əsas özəlliklərindən biridir.

Ancaq şübhəsiz ki, bu hələ müxtəlif millətlərin müxtəlif dillərdə danışması və ya milləti formalaşdırmaq üçün bir dilin işlənməsi demək deyil. Hər millət üçün ümumi dil olmağı hər millətin müxtəlif dili olmalıdır anlamına gəlmir. Elə bir millət yoxdur ki, daxilindəkilər müxtəlif dildə danışsınlar. Ancaq bir dildə müxtəlif millətlər danışa bilər. İngilis və amerikanlar müxtəlif dildə danışsalar da eyni millət sayıla bilməzlər. Eyni şeyi norveçlilər və danlara, ingilis və irlandlara da aid eləmək olar.

Ancaq niyə, misalçün, ingilis və amerikanlar eyni dildə danışmalarına baxmayaraq bir millət sayıla bilməz?

İlk olaraq onlar bir yerdə yox müxtəlif ərazilərdə yaşayırlar. Millət uzun müddətli və sistematik olaraq bir yerdə nəsilbənəsil yaşamanın nəticəsi olaraq yaranır.

Ancaq insanların ümumi bir ərazisi olmadıqca birlikdə yaşaya bilməzlər. İngilis və amerikanlar əslən bir ərazi, yəni İngiltərə və bir  millətdən formalaşıblar. Ancaq daha sonra müəyyən bir hissə ingilis yeni əraziyə, Amerikaya köç etdi və bu yeni ərazidə həmin müddət ərzində yeni milləti yaratdı . Ərazilərin müxtəlifliyi müxtəlif millətlərin yaranmasına şərait yaradır.

Beləliklə ümumi ərazinin olması millətin əsas özəlliklərindən biridir.

Ancaq bu hər şey demək deyil. Ümumi ərazi özlüyündə millət yaratmır. Gürcülər islahatdan əvvəl eyni dildə danışır, eyni ərazidə yaşayırdılar. Fəqət onlar eyni dili və ərazini paylaşsalar da, onlar hökmdarlıqlara bölünmüşdülər,eyni iqtisadi həyatı yaşamırdılar. Əsrlərlə farslar və türklərin təhrikləri ilə bir-biri ilə müharibələr aparıb, bir-birini talan etmişlər. Bəyliklərin keçici və adi birliyi hansı ki, bəzi uğurlu krallar bəzən çox yüksək süni bir sferada və şahzadələrin kaprizlərinə, kəndlilərin vecsizliyinə görə tez bir şəkildə parçalanmışları əhatə etməyə nail oldular. Və iqtisadi cəhətdən parçalanmış Gürcüstanda bu başqa cür ola bilməzdi…Gürcülər millət olaraq təhkimçiliyin ləğv olunduğu, iqtisadi vəziyyətin yüksəldiyi, əhali arasında əlaqə yarandığı dövrdə meydana çıxdı və kapitalizmin yüksəlişi nəticəsində müxtəlif bölgələrin bir-birilə ilə iş bölgüsündə olmaları ayrı-ayrı ərazilərin iqtisadi təcridlərinin ləğv edib onları birləşdirdi.

Eyni şey digər millətlərə də aid edilə bilər hansılar ki, feodalizm mərhələsindən kapitalizmə keçiblər.

Beləliklə ümumi iqtisadi həyat və iqtisadi bağlılıq millətin əsas özəlliklərindən biridir.

Ancaq yenə də bu hələ son deyil. Yuxarıdakılardan başqa milləti formalaşdıran amillərdən biri olaraq xüsusi mənəvi yanları da nəzərə alınmalıdır. Millətlər ancaq iqtisadi vəziyyətlə yox həm də mənəvi xüsusiyyətlərlə də fərqlənir, hansılar ki, kültürün xüsusiyyətlərində özünü bəyan edir. İngiltərə, ABŞ və İrlandiyadakı insanlar eyni dildə danışsalar da, təəccüblü deyil ki, müxtəlif şəraitlərə uyğun olaraq nəsilbənəsil formalaşan psixoloji quruluşa görə 3 ayrı millət olaraq götürülürlər.

Əlbəttə ki, milli xarakter ya da başqa sözlə ifadə etsək psixoloji quruluş kənardan müşahidə edən biri üçün mənəvi bir şey olaraq görsənir və ancaq bu günə qədər bu milli xarakterin xüsusi olaraq hansısa millətə məxsus sayıldığını nəzərə alsaq bu maddi anlayışdır və bu maddilik inkar oluna bilməzş

Deməyə ehtiyac yoxdur ki,  milli xarakter bir dəfəlik formalaşıb hər zamana aid edilə bilməz. O müxtəlif şəraitlərə uyğun olaraq dəyişir ancaq öz mövcud olduğu hər dəqiqədə millətlərin fizionomiyasına təsir edir.

Beləliklə ümumi psixoloji quruluş hansı ki, milli kültür olaraq meydana çıxır millətin əsas özəlliklərindən biridir.

Hal-hazırda millətin bütüb özəlliklərini saydıq qurtardıq:

Millət ortaq dil, ərazi, iqtisadi həyat və psixoloji quruluşu olan tarixən formalaşmış sabit bir cəmiyyətdir.

Sözsüz ki, hər bir tarixi fenomen kimi millət də dəyişmək qanununa tabedir və onun da əvvəli, tarixi və sonu var.

Qeyd etməliyəm ki, yuxarıdakı özəlliklərdən heç bir ayrılıqda milləti ifadə etmir. Əlavə olaraq millətin millət olmaqdan çıxması üçün bu anlayışlardan yalnız birinin çatışmaması kifayətdir.

Eyni milli xarakterdə olan insan qrupunu təsəvvür edək hansılar ki, müxtəlif ərazidə yaşayırlar,müxtəlif iqtisadi özəlliklərə sahibdirlər,müxtəlif dildə danışırlar və s. Bu insan qrupu millət deyildir. Misalçün, qalisiyalılar, rusiyalılar, amerikanlar, gürcülər və dağ yəhudiləri bizim üçün millət sayılmır.

Eyni iqtisadi həyata və əraziyə sahib insan qrupu təsəvvür edə bilərik hansında ki, ortaq dil və milli xarakter yoxdur. Almanlar və latışlar kimi bunları da millət adlandıra bilmərik.

Və son olaraq Norveçlilər və Danimarkalılar eyni dildə danışsalar da, digər xüsusiyyətlərin çatışmadığına görə millət sayıla bilməz.

Ancaq bütün xüsusiyyətlər bir yerə yığılanda biz millət adlandırırıq.

Belə fikir meydana çıxa bilər ki, milli xarakter millət olmanı əsas özəlliklərindən biri yox, yegane zərurri xüsusiyyətidir. Digər xüsusiyyətlə isə ancaq millətin inkişafına səbəb olan amillərdir ancaq xarakter yox.  Bu görüş R.Springer xüsusilə də O.Bauer tərəfindən söylənib kimlər ki, Avstriyada milli sual ətrafında düşünən sosial-demokrat nəzəriyyəçilər kimi tanınırlar.

İcazə verin onların millət haqqındakı nəzəri fikirlərini təhlil edək.

Springerə görə “millət eyni dildə danışan və eyni cür düşünən insanların birliyidir”. Bu “insanların kültürəl cəmiyyətidir hansı ki, daha torpağa bağlı deyil” *

Beləliklə eyni düşünən və eyni dildə danışan insanların “birliyi” harda yaşamasından və necə ayrılmasından asılı olmaraq millət adlanır.

Bauer daha da irəli gedir.

“Millət nədir?” deyə soruşur. “Ümumi dildir mi milləti formalaşdıran? Ancaq ingilislər və irlandlar…bir millət olmadan da eyni dildə danışırlar. Yəhudilərin isə ortaq dili yoxdur ancaq yenə də millət sayılırlar”.**

“Beləliklə, millət xarakterin nisbi cəmiyyətidir”

Bəs xarakter və ya milli xarakter nədir?

Milli xarakter “Bütün xarakterlərin (mənəvi və fiziki xarakterlərin) cəmi olub bir millətin insanlarını digərindən fərqlənidirir”.

Əlbəttə, Bauer bilir ki, milli xarakter göydən düşməyib və o əlavə olaraq yazır:

“Milli xarakter heç nədən olmadığı qədər öz taleyindən müəyyən olunur. Millət ümumi taleyi olan cəmiyyət olmasa heç bir şey deyil”. Bu isə “insanların yaşayış üçün vasitələri istehsal etməsi və öz əməklərinin nəticəsinin bölüşdürülməsindən doğan şərait” ilə müəyyənləşir

Beləliklə biz Bauerə görə millətin ən “tamamlanmış”  tərifinə qayıdırıq:

“Millət eyni taleh nəticəsində yaranan hansısa bir cəmiyyət xarakterinə bağlı insan toplusudur”

Beləliklə bizim ortaq taleyə dayanan milli xarakterimiz var amma ümumi dil,ümumi iqtisadi həyat və ərazi ilə lazımınca bağlı deyilik.

Yaxşı, bəs bu vəziyyətdə millətin qalıqları nədir? Müxtəlif əraziləri paylaşan, müxtəlif iqtisadi həyata malik və nəsilbənəsil müxtəlif dillərdə danışan insanlar necə ümumilikdə millət sayıla bilər?

Bauer yəhudiləri ümumi dilləri olmasa da, millət olaraq qeyd edir. Ancaq  bu insanların bir-birindən ayrıldıqları, müxtəlif yerlərdə məskən saldıqları və müxtəlif dilləri danışdıqları halda Gürcüstan, Dağıstan, ABŞ və Rusiya yəhudiləri arasında hansı ortaq taleh və milli birlikdən söhbət gedə bilər?

Yuxarıda adını çəkdiyimiz yəhudilər ABŞ, Gürcüstan, Dağıstan və Rusiya kimi ölkələrdə siyasi və iqtisadi həyatlarını müvafiq olaraq bu ölkələrin xalqları ilə bir yerdə yaşayır və eyni kültürəl mühiti bölüşürlər. Bu onların ortaq milli xarakterdən uzaqlaşdıran əsas amildir. Əgər onların ortaq bir xüsusiyyətləri varsa, o da dilləri, mənşələri və milli xarakterlərinin bəzi qalıqlarıdır. Bütün bunlar şübhəsiz ki, doğrudur. Ancaq bunu tamamilə necə təsdiqləmək olar ki, yəhudilərin qalibləşmiş dini adətləri və sönməkdə olan psixoloji qalıqları onları əhatə edən sosial, siyasi və iqtisadi mühitdən daha çox onların taleyinə təsir göstərir? Və ancaq bu ehtimallarla yəhudilərdən danışarkən ümumilikdə bir milləti düşünmək olar.

Bəs Bauerin “millət”ini spiritualistlərin mistik və özü özünü tənzimləyən “milli ruh”anlayışından nə fərqləndirir?

Bauer millətin xarakterik özəllikləri(milli xarakter) və onların həyat şəraitləri arasında keçilməz sədd qoyur, onları bir-birindən ayırır. Millətin həyat şəraitindən, mühitdən gələn qatılaşmış təsirlər olmazsa, bəs milli xarakter özü nədir? Birisi  milli dəyərləri ona sahib olan torpaqlardan təcrid etmək və ayırmaqla necə məhdudlaşdıra bilər?

Doğrudan da nə üçün 18-ci əsrin əvvəli və 19-cu əsrin sonlarında belə Amerika və İngiltərədəki əhali ayrı millətlərdən hesab olunurdu? Bu zaman hələ Amerika “Yeni İngiltərə” adlanırdı. Milli xarakter səbəb ola bilməz, əlbəttə. Çünki amerikanlar da İngiltərədən gəlmişdilər və gələn zaman təkcə ingilis dilini deyil, milli xarakterini də gətirmişdilər. Bu xarakteri, əlbəttə, tezliklə itirə bilməzlər, amma yeni həyat şəraitinin təsiri altında təbii olaraq öz xüsusi milli xarakterləri yaranacaq. Hələ də onların az-çox ortaq milli xüsusiyyətləri olsa da, amerikanlar ayrı millət olaraq götürülür. Aydındır ki, Yeni İngiltərə əhalisini millət olaraq İngiltərədən fərqləndirən onların özəl milli xarakteri yox, İngiltərədən ayrı olan mühit və həyat şəraitləridir.

Buna görə də bəllidir ki, millətin özəlliklərindən heç biri fərqləndirilə bilməz. Ancaq bu özəlliklərin hamısının toplusu var və millətlər müqayisə olarkən bəzən bir(milli xarakter), bəzən digər(dil), bəzən də üçüncü(ərazi,iqtisadi vəziyyət) əsas götürülür. Millət bütün bu xüsusiyyətlərin hamısının birlikdə olan kombinasiyasını təşkil edir.

Bauerin milləti ancaq milli xarakterlə müəyyən edən düşüncəsi onu öz torpağından ayırır və görünməz, ayrıca bir gücə çevirir. Nəticə isə hansısa canlı və aktiv millət deyil, hansısa mistik,qeyri-maddi və fövqəltəbii bir anlayış olur. Təkrar eləyirəm, misalçün, ABŞ, Dağıstan, Gürcüstan, Rusiya yəhudiləri deyə ayrılan, bir-birini anlamayan(başqa dildə danışanda bəri), yer kürəsinin müxtəlif yerlərində məskunlaşan, bir-birini görməyən, müharibə və sülh zamanı bir yerdə hərəkət etməyən yəhudiləri necə bir millət saya bilərik?

Xeyr, bu sosial-demokratiyanın öz milli proqramlarında yaratdığı əldəqayırma “millət”lərdən deyil. Bu ancaq əsl millətləri sayar hansılar ki, hər zaman hərəkətlilik halında olar və elə buna görə də onları millət sayar.

Göründüyü kimi Bauer tarixi kateqoriya olan milləti etnoqrafik kateqoriya olan qəbilə ilə qarışıq salır.

Ancaq belə görünür ki, Bauer öz mövqeyinin zəifliyini hiss eləyir. O öz kitabının əvvəlində yəhudiləri millət saysa da, sonra öz səhvini düzəldir və yazır digər millətlər tərəfində assimilyasiya olunma səbəbilə “ümumilikdə kapitalist cəmiyyət yəhudilərə millət olaraq mövcudluğu mümkünsüz edir”. Səbəb isə “yəhudilərin yaxın yaşadığı bir qəsəbənin olmamasıdır”. Amma çexlərin belə əraziləri var və Bauerə görə onlar millət olaraq qurtulacaqlar. Qısası səbəb olaraq ərazinin olmamasını qoyur.

Bununla yəhudi işçilərin muxtariyyət almasının səhv olduğunu sübut etmək istəyir ancaq diqqətsizcə ortaq ərazinin milli özəlliklərindən biri olaraq saymayan nəzəriyyəsinə qarşı gəlir.

Ancaq Bauer daha da irəli gedir. Kitabının əvvəlində deyir ki, “yəhudilərin ortaq dili yoxdur ancaq onlar yenə də millətdirlər”. Lakin 130-cu səhifəyə çatmamış öz cəbhəsini dəyişir  və əvvəlki qətiyyətlə bəyan edir “şübhəsiz ki,ümumi dil olmadan millətdən söhbət belə gedə bilməz”.

Bauer sübut etmək istəyir ki, dil insanlar arasında ən vacib əlaqə vasitəsidir. Ancaq yenə diqqətsizliklə nəzərdə tutmadığı bir şeyi, dilin əhəmiyyətini inkar edən nəzəriyyəsinin zəifliyini sübut edir.

Beləliklə idealist saplarla tikilən bu nəzəriyyə sonda özü-özünü inkar edir.

 

* R. Springer, The National Problem, Obshchestvennaya Polza Publishing House, 1909, p. 43.

** O. Bauer, The National Question and Social-Democracy, Serp Publishing House, 1909

Haqqında İsmayıl Zeynallı

Həmçinin bax

armenian-question-launch-2

Tadeuş Svetoxovski – Kommunistlərin hakimiyyəti ələ keçirməsi

Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası (KP) qərara gəlmişdi ki, çevriliş üçün əlverişli şərait yaranıb və bunu ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *