ixtisarla

            O, 1821-ci ildə Moskvada orta sinfə aid bir ailədə anadan olmuşdu. Onun uşaqlığı kasıblıq və yalnızlıq içində keçib. Onun ədəbi bacarıqları erkən yaşlarında meydana çıxdı. O, 1849-cu ildə tutulanda artıq kiçik məşhur yazar idi. Ona ölüm hökmü verilsə də, son dəqiqədə bağışlandı və Sibirdə hərbi qulluğa göndərildi. Orada onun cinayətkarlarla əlaqəsi onu dəyişdi. O, on ildən sonra Sibirdən peşman inqilabçı kimi geri döndü. O, I Nikolayın boğucu atmosferi altında olan Rusiyanı tərk etmişdisə, indi özünü II Aleksandrın qurduğu azadlıq və ümidlərlə dolu olan Rusiyada tapdı. Dostoyevski Sankt-Peterburqun liberal atmosferində öz qardaşı və bəzi dostları ilə birlikdə 1861-ci ilin başlanğıcında “Vremya” (Vaxt) dərgisini nəşr etdirməyə başladı. Orada onun gələcək davranışları artıq aydın şəkildə təxmin edilirdi. Qrup özünü “poçvenniki”– torpaqda kök salmışlar, Rusiyanın yerliləri – adlandırırdı. Onlar öyrədirdilər ki, rus ziyalıları ancaq rus torpağından və bu torpağa bağlı rus kəndli kütlələrindən həyati qüvvələri cəlb edə bilərlər. Əgər onlar öz köklərindən çıxsalar, öz cisimlərini itirər və sadəcə təqlidçi olarlar. İyirmi il sonra Puşkin haqqındakı öz məşhur çıxışında Dostoyevski fərqində olmadan torpağından və xalqından (insanlardan) uzaqlaşan və skitalets – evsiz səyyah – kimi kökündən çıxmış ziyalılara qarşı olan hücumunlarına qayıtdı.1

Dərgi 1863-cü ilin əvvəllərində anlaşılmazlıq nəticəsində hökümət tərəfindən bağlandı; ikinci təşəbbüs isə daha qısaömürlü oldu. 60-cı illərin onun üçün çətinliklər ili olmasına baxmayaraq bu uğursuzluqlar Dostoyevskinin həyatını tam olaraq təsvir edə bilməz. 1866-cı ildə iki xoş hadisə baş verdi: o, bir gecədə onu Rusiyanın ən tanınmış yazıçılarından edən“Cinayət və Cəza”nı nəşr etdi və özündən bir neçə yaş kiçik olan və ən xoşbəxt evliliyi yaşadığı ikinci həyat yoldaşı ilə qarşılaşdı. Əksər vaxt isə aclıq və xəstəlik onun yaxasını buraxmırdı. Borcları onu kreditorlardan qurtulmaq üçün uzun illər xaricdə yaşamağa məcbur etdi. İsveçrə, İtaliya və Almaniyada onun Avropa nifrəti sabit fikrə çevrildi. Hər şey ona bərbad və qorxunc görsənirdi və əksinə, rus  olan hər şeyi çox nəcib hesab edirdi.2 Onun məktubları çürümüş və çürüməkdə olan Qərb haqqında kinli şikayətlərlə dolu idi; təcrübələrinin nəticəsi kimi onun işləri Rusiyanı məşhurlaşdırdı və Rusiya  və Avropanın problemlərini dilə gətirdi.3 Şahidi olduğu siyasi hadisələr, italyan və alman birləşməsi uğrunda olan müharibələr onun diqqətini beynəlxalq vəziyyətə çəkdi. O, rus milliyyətçiliyindən panslavyan imperialistinə dəyişdi. O, Rusiya  və Avropa arasında müharibə gözləyirdi və bu savaş onun üçün hərbi və siyasi hadisə deyil, iki uyuşmaz dünyanın, həyat və cəmiyyətin, iki əks prinsipin qaçılmaz toqquşması idi. Rusiya həmin savaş üçün bütün slavyanları plana qatmalı idi. Bu irqi millətçilik panalman millətçiliyi kimi dil qohumluğuna və ümumi kökə əsaslanırdı və kültürəl reallıqlara çox az uyurdu. Polşalılar və çexlər Qərb xalqları idi; renessansın humanizmi və reformasiyanın mayası bu yüksək sivilizasiyaları meydana gətirmişdi; Praqa və Xarkov universitetləri on dördüncü əsrdən mövcud idi və Mərkəzi Avropadakı universitetlər arasında ən qədimləridirlər, halbuki Rusiyadakı ilk universitetin əsası 1755-ci ildə Moskvada qoyulmuşdu. Hollandların, almandilli isveçrəlilərin və Elzasların almanlarla daha sıx irqi və linqvistik qohumluqları var, nəinki çexlərin və polşalıların ruslarla. Qərb slavyanları kültürəl olaraq almanlardan uzaq olduğu qədər ruslardan da uzaq idilər. Alman milliyyətçilərinin panalmanizmə müraciət etdikləri kimi, rus  millətçiləri də siyasi və hərbi səbəblər üçün panslavyanizmə müraciət etdilər. Dostoyevski milliyyətçilər arasında aparıcı sözçü idi.

Fransa-Prussiya müharibəsi vaxtı o, Almaniyada idi. Onun Fransaya simpatiyası olsa da, bütün fikirləri Rusiyaya və Rusiya  və Avropa arasındakı qaçılmaz müharibəyə yanaşmanın dərin etiqadına yönəldi. O inanırdı ki, bütün Avropa Rusiyaya qarşı birləşib. O, Rusiyanın zamanı hazırlıq üçün yaxşı dəyərləndirəcəyindən, kifayət qədər dəmiryolu və qalalar tikəcəyindən və hərbi olaraq inkişaf edib sərhəd əraziləri gücləndirə biləcəyindən qayğılı idi. “Bu şeylər ehtiyac olunanlardır, geri qalan isə rus  ruhu, birlikdir – bütün bunlar mövcuddur və var olacaq, davam gətirəcək və güclənəcəklər. Onun elə bütövlüyü və qutsallığı olacaq ki, hətta biz belə o gücün bütün dərinliyini qavramaqda acizik və mən düşünürəm ki, bizim gücümüzün onda doqquzu odur, belə ki, əslində bizim bu birliyimizin gücünü yadlar anlamır və heç vaxt anlamayacaqlar.”4

Panslavyan imperiyalizm və onun Avropa düşmənliyinə həm də Nikolay Danilevskinin xeyli oxunan və müzakirə edilən yazılarında toxunuldu. 1866-cı il Prussiyanın genişlənməsindən təsirlənərək Danilevski 1871-ci ildə “Rusiya  və Avropa”adlı kitabında toplanacaq məqalələr toplusu dərc etdirdi. Burada o, Spenglerin tarixə verdiyi iki şərhi əvvəlcədən görürdü: Dövri nəzəriyyəyə görə tarix heç bir inkişaf görmədi, sadəcə sürətlə parçalanmış sivilizasiyalar və sırayla hər birinin yetkinləşməsi və çürüməsindən ibarət idi. Və indiki zaman üçün verdiyi nikbin təfsirinə görə roman-alman dünyası ilə bağlı saydığı Qərb sivilizasiyası parçalanma dövrünə girmişdi. Danilevskinin on tipin doqquzuncusu kimi tanımladığı bu sivilizasiya fərdiyyətçiliyə və şiddətə əsaslanırdı. Yalan və təkəbbür məhsulu olan katoliklik və bütün dinin inkar edən protestantlıq çürümüş sivilizasiya üçün dayaq yarada bilmirdi, hansı ki, bütün bəşəriyyətin alnına yazılmış və bütün dünyaya yayılmışdı. Bu rolu onuncu tip sivilizasiya icra edəcək, hansı ki, gələcək məhz onlara aiddir və Qərb sivilizasiyası ideyasına tamamən əksdirlər. Bu sülhə və əməkdaşlığa əsaslanan Rusiya mərkəzli panslavyan sivilizasiyası olacaq. O, sivilizasiyanın bütün aspektlərinin ahəngli birləşiminə, sintezinə səbəb olacaq və bütün sosial sualların cavabını tapacaq. Nəhəng, heç bir müstəmləkəsi olmayan, sadəcə sərhədləri üzrə yayılan və genişlənən Rusiya “böyük Avropa güclərindən biri olmaq üçün çox böyük və güclü”dür. O, yeni korporativ cəmiyyət qurmaq üçün yaxşı mövqedədir, şəxsi maraqlar heç vaxt rus  həyatının  hərəkətverici səbəbi olmayıb. Elə ki, rus xalqı yeni qayda yaratmaq qərarına gəldi, dəyişim nadir, qeyri-adi sürətlə və ziddiyyətsizliklə baş verəcək, çünki rus  xalq kütlələri avropalaşdırılmış ziyalılar aradan qaldırıldıqda başqa xalqlarda olmayan hüdüdsuz fədakarlıq və itaətkarlıq ruhu göstərəcəklər. Ortodoks kilsə tək doğru inanc kimi yeni sivilizasiyanın təməl daşı olacaq. Amma o, əsasən, irqi slavyan sivilizasiyası olacaq (baxmayaraq ki, romanlaşdırılmış avropalılar kimi polyaklar iştirakdan kənarlaşdırılırdılar). Slavyanizm hər slavyan üçün kültürün və azadlığın ideallarından yüksəkdə duran ən ali qayə olmalı idi.

Danilevski bu fikirlərin davamı olaraq Avropa və slavyanizm arasındakı tarixin bütün dövrünü xarakterizə edəcək böyük müharibə haqqında öncədən xəbər verməyə davam etdi. Digər dəyərlər haqqında heç bir müzakirə olmadan Rusiya “çürümüş Qərb”i dağıtmalı və öz liderliyi altında “tarixi alın yazıları dayanıqlı bağlarla slavyan dünyasına bağlı olan” macarların, rumınların və yunanların da daxil olduğu slavyan federasiyası yaratmalıdır. Konstantinopol və boğazlar federasiyaya qatılaraq bütün slavyanların mənəvi birləşməsinə və rus dilinin ümumi əlaqə vasitəsi kimi tanınmasına təşviq edəcək. Ümumi müqəddəs məqsəd uğrunda mübarizə və bir neçə illik siyasi birlik Rusiyanı düşmən Avropadan qoruyan və bəşəri fayda üçün slavyan sivilizasiyasının sərbəst inkişafına imkan verən slavyanların güclü birliyini qaynaq edəcək. Əksər rus millətçiləri kimi Danilevski öz zorakı və azğın fəth tələbini sülh və sevgi dilində ört-basdır etməkdə israr edirdi.5

1871-ci il zənginlik və məşhurluq dövründə Dostoyevski Rusiyaya qayıtdı. Ana vətənində şərait, mühit yenidən dəyişmişdi. II Aleksandrın ilk islahatlarının doğurduğu böyük ümidlər suya düşmüşdü. Qanunsuzluq və geridəqalmışlıqdan cana doyan cavan nəsil məhkəmənin tərsliyindən təngə gəlmişdi. Dostoyevski yerli avtoritarlığı və ortodoksluğu inqilab əleyhinə müdafiə etməyə gəldi, çünki o, bunun arxasında Qərbin dağıdıcı təsirini görürdü. Onun iki ən böyük romanı, “Cinlər”“Karamazov qardaşları”, nəşr etdirdiyi jurnallar6 və onun məşhur Puşkin haqqındakı mühazirəsi öz həyati vəzifəsi kimi qəbul etdiyi şeylərə həsr olunmuşdu. Belə ki, rus ziyalılarını rus xalqının və torpağının düzgün adət-ənənələrinə qaytarmaq və beləliklə, Rusiyanı və bəşəriyyəti qurtamaq istəyirdi. Dövrün əsərlərində Dostoyevskinin yazar və psixoloq kimi gücü öz dövründə və bəlkə də bütün əsr boyu bənzərsiz olub. Öz qəlbindən gələn mübarizəsindən, insani zəifliyinin və güclü üsyanının qaranlıq dərinliyindən, həll edə bilmədiyi elm və inancın qarşıdurmasından unudulmaz insani xarakter və şəraitlər yaratdı. Onun insanlığı ilə milli peyğəmbər kimi elan etdiyi ehkamların ziddiyəti bəzən böyük rəssam sənətkarlığı ilə təsvir edilirdi. İnsan qəlbi hər hansı milli ideyadan daha zəngin olduğu üçün keçici amma hələ ki unikal olub ağla sığmayan və izah edilə bilməyən fərd qan və torpaq iddialarına qarşı rəssamdan öz hüquqlarını tələb edir. Dostoyevski böyük rəssam olmaqla kömək edə bilməsə də, o, özünü hər şeydən öncə milli peyğəmbər hesab edirdi.

Onun bəhs etdiyi insanlar demək olar həmişə, əsl həyatdakı kimi idilər. Onlar “geniş” sirlər və sürprizlərlə dolu idilər. Onlarda xeyli pisliklə bərabər böyük güc, bədbəxtlik və sevinc də var idi. Siyasət və millətlərdən bəhs etdiyi romanlar və publisistik məqalələrdə Dostoyevskinin görüşləri ağ-qara təzadıyla düşünməyə, barışmaz müxalifliyə qədər  daraldı və beləliklə, onun qavrama qabiliyyətlərini məhv etdi. Günahkarlar üçün dərin hörmət və mərhəmət hissi keçirən adam siyasi düşmənlərə qarşı ən cüzi tolerantlıq göstərmədi. Heç bir şiddətli və iyrənc görünən ittihamlar ona kifayət etmirdi, müalicə yox, məhv etməni uyğun görürdü, bu münasibət orta əsr fanatikliyini bəşəri xilas üçün tələb edir və beləliklə, buna haqq qazandırırdı. O, qərbləşdirilmiş ziyalıların inqilab hərəkatını Avropa sivilizasiyasının meyvəsi və rasional liberalizm kimi izah edirdi. Liberalizm və rasionalizm ona ölümcül təhlükə kimi görünürdü: onlar fərdi ilahi asılılıqdan və mənəvi nizamdan azad edirdi, onlar şübhəyə və əxlaqsızlığa aparırdı; əgər bir insan və onun vicdanı məsuliyyətlərindən azad olsa, tezliklə ona heç bir şey ağılabatan görünməyəcək. Qərbləşdirilmiş liberallar qatil olmaya bilərlər, hətta dürüst araşdırmaçı ola bilərlər amma onların liberalizmi pozulub və cinayətkar nihilizm meydana gətirir. “Cinlər”də Stepan Trofimoviç Verxovenski – mülayim və mehriban liberal – Pyotrun atasıdır, nihilist Karmazinov Turgenevin liberalizmini təmsil edir. İvan Karamazov – nəcib rasionalist – fərqində olmadan ögey qardaşı qatil Smerdyakovun ruhi rəhbəridir.

Dostoyevski böyük sənətkar kimi Alyoşa və Şatov yox, məhz İvan və Stepan Trofimoviçin bütün roman boyu bizim – və müəllifin – sevgi və diqqətini qazanmasına şərait yaradır. Amma milli peyğəmbər rasional azadlıq və qeyri-rus olan hər şey üçün acı sözlər işlədir. Çox nadir hallarda önəmli adamlar xarici millətlər və dinlər haqqında belə nifrətlə danışıb və az da olsa, onlara qarşı anlaşıqlı davranmağa çalışmayıb. Onun Rusiya tərənnümündə təvazökarlıq izi yox idi. O, hələ də Rusiyanın dünya liderliyi rolunu təvazökarlığa bağlayır və onun düşüncəsinə görə ruslar dünyadakı bütün millətlərdən fərqlənirdilər. O iddia edirdi ki, rusların qismətində bəşəriyyətin vasitəçiləri, əmin-amanlıq yaradanları və idarəçiləri olmaq vardı, belə ki, onlar bütün digər xalqları başa düşsələr də, digər xalqlar rusları anlamır və buna görə də onların fikirlərin qiymətləndirmirdilər. Dostoyevski düşünürdü ki, Rusiya digər millətlər kimi deyil, o, sevgi hissi ilə anlaşıla bilər, rasional düşüncə ilə yox.

İnsan yalnız bu hiss (Dostoyevskinin “ideya-duyğu” kimi  və ya İvan Kireevskinin “həyat bilgisi” adlandırdığı) vasitəsilə düzgün anlayışa çata bilər. O təkcə səthi yanaşan rasional analizə məhdudlaşdırılmadı, o, mərkəzə girdi və obyektləri bütün olaraq düşündü: o, “yaşayan həyat” idi.  Bütün səbəbləri aşan bu dərin anlayış Dostoyevskiyə görə rus xalqına xas idi. Bu, onların dərin toplum hislərindən qaynaqlanan və bütün rus  həyatını xarakterizə edən sobornost  ideyası idi. Bu ideya Dostoyevkiyə görə eyni kökdən gələn kilsə, burjua cəmiyyət və müasir sosializm kimi Qərbin bütün təzahürlərini çirkinləşdirən rasionalizm və fərdiyyətçiliyə qarşı idi. Rus düşüncəsində heç vaxt şəxsiyyəti muxtar olan bir fərd hesab edən düşüncənin dərin kökləri olmayıb. Qərb başlanğıc nöqtə olaraq “mən”i götürsə də, ruslar “biz”i götürüb. Qərb düşünən fərddirsə, Rusiya isə toplumun dəqiq təcrübəsidir.7 Bu davranış Rusiyadakı azad fərdlərin azad cəmiyyətinin qanun çərçivəsində inkişaf etməsinə mane olan faktorlardandır. Keçmişin avtokratiyası insanlar arasında nizam yaradırdı. Azadlıq elanı anarxiyanın başlanğıcı olmazmı?

Dostoyevski və ruslar ifratlar və mütləqləri düşünən olduqlarından tam azadlıq, yoxsa mütləq nizammı deyə sosial və əxlaqi dilemma ilə üzləşdilər. Azadlıq bununla bərabər insanı bütün bağlardan azad edib özünü super-insan hiss elətdirən və qanundan öncə görən həddindən artıq fəxr hissinin təhlükəsini daşımaq kimi göründü. Nizamlılıqda olan ifrat isə itaətkarlıq və özünü-təhqir mənasına gəlirdi və fərd “digərlərinə bənzər soxulcan” kimi dəyərsizləşdirilirdi. Bu dilemmanın qeyri-reallığı anlaşılmamışdı.8 Tapılan tək çıxış yolu idealın və reallığın mütləq ayrılığı idi. Nəzəriyyədə mütləq azadlıq elan edildi. Bu mütləq azadlıq ideyası məcburiyyət və gücün işlənmədiyi əlçatmaz qardaşlıq sevgisinin görüşü və primitiv xristianlıqla kommunist anarxizmin qayəsi idi.  Reallıqda isə qəddar şiddətlə dolu olan və fərdi azadlığı təkzib edən qeyri-məhdud avtokratiya, mütləq nizam gözlənilirdi. Dostoyevski azad qardaşlığın mənəvi kilsəsini və dövlətlə onun güc aparatlarının inkarını  rus həyatının mahiyyəti kimi təsəvvür edirdi amma əslində o, on doqquz-iyirminci əsr Avropasının ən geridəqalmış tiranlığı olan rus mütləqiyyətini və bu mütləqiyyətin qarşısında zəifləyən itaəti ilə Ortodoks  Kilsəsini rus gücünün vacibliyi və bəşəri xilas üçün müdafiə edir və tərifləyirdi. Bu təhlükəli və qarışıq olan ideal məqsədi qəbul edərkən, Dostoyevski tez-tez o varmış kimi danışar və beləliklə, alçalmaqda olan Rusiya tiranlığını ülviləşdirirdi.

O, bu qarmaqarışıqlığı əsl həyati gücün dində olması iddiası ilə daha çox dolaşdırdı. Milli ideyanı və vəzifəni reallaşdırmaq üçün Dostoyevski Tanrıya dönməyi tələb edirdi. O, bütün pisliklərin kökün dinin azlığında görürdü. Onun nəzərdə tutduğu tanrı rus tanrısı, din isə milliyyətçilik idi. Dostoyevski özü dindar biri deyildi; o, heç zaman dini əminliyin zövqünü yaşaya bilmədi. Tanrı axtaran İvan Karamazovdakına oxşar şübhələr ona da suallarla hücum edirdi. Onun tək əminliyi rus xalqının varlığı idi. O, ümumdünya tanrısının peyğəmbəri olmasa da, özünün “yol, həqiqət və həyat” kimi gördüyü rus  tanrısının peyğəmbəri idi, ondan başqa heç kəs və heç bir xalq bəşəri xilas üçün gələ bilməzdi. “Cinlər”də öz ifrat milliyyətçiliyi ilə Dostoyevskinin fikirlərini səsləndirən Şatov soruşur: “Siz bilirsiniz, dünyada yeganə Allaha bağlı, alnına Tanrı adına dünyanı canlandırmaq və qurtarmaq yazılan və həyatla yeni dünyanın açarları verilən xalq kimdir? Cavab aydındır: rus milləti və onun tanrısı. Dostoyevski təsdiq edir ki, bir rus ateist ola bilməz, bu, o deməkdir ki, onsuz da rus millətindən başqa bir şey olmayan rus tanrısına inanmayan heç kəs rus ola bilməz.

Şatov davam edir: “Başqa heç bir millət elm və məntiq prinsiplərinə dayanmır. Millətlər hökmranlıq edən başqa güc tərəfindən qurulur və hərəkət etdirilir. Bu elə gücdür ki, sona qədər aparmağa hədsiz istəklidir, baxmayaraq ki, eyni zamanda da sonu inkar edir. Bu varlığı daimi təsdiqlədən və ölümü inkar edən gücdür. Hər milli hərəkatın məqsədi özünün olmalı olan tanrısını axtarmaqdır və ona olan inanc tək həqiqət olmalıdır. Tanrı əvvəlində axırına kimi bütün xalqın sintetik simasıdır. Bu, millətlərin ümumi tanrısı olanda onların tənəzzülünün əlaməti olur. Hər bir xalqın özünəxas yaxşı və pisi müəyyənləşdirən konsepsiyası olur”. Stavroginin “Tanrı milliyyətin sadə atributu olacaq qədər azaldılıb” etirazına Şatov cavab verir: “Əksinə, mən xalqı tanrıya qaldırıram. Hər xalqın öz tanrısı var və digər tanrıları kənarlaşdırırlar. Onlar inanırlar ki, öz tanrıları dünyanın bütün digər tanrılarını sıxışdırıb çıxardır. Zamanın başlanğıcından bəşəriyyətin liderləri olan millətlərin inancları olub. Əgər bir böyük xalq inanmasa ki, tək doğru yalnız onun içində tapılar, o, etnoqrafik material olaraq batar və böyük xalq olmaz. Yalnız bir həqiqət var, tək doğru tanrı rus  xalqıdır”. Nadir halda bütün xalqların ədəbiyyatında universalizm və rasionalizmə oxşar imtina görülüb. Millliyyətçilik heç vaxt tanrı adına ifratlığa aparılmayıb və ya kafirlik dərəcəsinə qalxmayıb. Dostoyevski bizə deyir, hər millət öz tanrısını yaradır və bir millət xristianlığın bəşəri tanrısını yox, öz tanrısı üçün bəşəriliyi iddia edir. Yəhudi peyğəmbərlərin ümumdünyəvi ədalətin tanrısından tələb etdikləri əxlaqi ülviləşdirmədən heç bir iz yox idi əksinə əksər ibtidai qədim dövrlərdə olduğu kimi irqi tanrıya fanatizm burada elan olunur.

Şatov rus  xalqına güclü inancla inanırdı ancaq o, hələ də tanrıya inancında əmin deyildi. Stavrogin onun haqda soruşanda o titrəməyə başladı. İfadə üçün çarpışarkən öz dərin ittihamları ilə güləşərək, axırda kəkələməyə başladı: “Mən Rusiyaya inanıram… Mən onun ortodoksluğuna inanıram… Mən Məsihə inanıram… Mən inanıram ki, İsanın növbəti gəlişi Rusiyada olacaq…” – “Bəs tanrıya? Tanrıya?” – “Mən, mən tanrıya inanacam”. Şatovun tanrısı rus  xalqıdır; ona görə universal standartlar yox, sadəcə Rusiya yaxşı və pisi tanıma kriteriyasıdır. Buna görə də o deyirdi ki, kim ki öz milləti ilə əlaqəni itirir, o yaxşı və pis arasındakı fərqi itirir. Xalqın işindən, kütlənin işi və yolundan başqa tanrıya çatma yolu yoxdur. Dostoyevski dərin təvazökarlıqla rus kütləsinə baş əyirdi. Rusiyanın qədərində dünyanı qorumaq və idarə etmək var idi. Onun toplum duyğusu, onun geniş anlayışı və təvazökarlığı rusları öz missiyası üçün seçilmiş edir.9

Dostoyevski Rusiyanın missiyasına qarşı olan iki qüvvənin olduğunu gördü: Qərb cəmiyyətinin liberalizmi və Qərb kilsəsinin universalizmi. O, hər ikisini amansız nifrətlə yazılarında bildirirdi. O, Rusiya  və onun kilsəsinin10 həqiqi dünyəvi ibadətinin mənəviyyatında hökmranlığı və aqressiyanı rədd etdiyini gördü. Halbuki, Roma kilsəsi ona zorla eqoistik dünya hökmranlığına can atan kimi görünürdü. Qərb xristianlığı Sezarın gücünə və dövlətə qarşı olub və ya ən azından öz bəşəri iddiaları ilə onları limitləyib baxmayaraq ki, Şərq xristianlığı onların şübhəsiz hökmranlığını tanıyaraq onlara xidmət etmişdir. Qərb kilsəsi öz davranışıyla qədimdən miras qalan ruhi özgürlüyün toxumlarını qorumuş, gücləndirmiş və müasir dünyanın təməllərini tikmişdir. Dostoyevski Qərb liberalizminin Rusiyanın ənənəvi yolları üçün təhlükə mənbəyi olduğunu sezdi: bundan dolayı onun şiddətli reaksiyası Qərb kilsəsinə və Qərb cəmiyyətinə qarşı idi. O, Qərbdə şiddət və zordan başqa heçnə görmədi; o, tarixdə Rusiya  avtokratiyası kimi döyüşkən və zalım dövlətin az olduğunu görmədi. O, müharibə Rusiyanın müharibəsi olduqda təqdir edirdi. Digər millətlərin müharibələri ona acı şəkildə qınadığı imperializm kimi görünürdü amma o, Rusiyaya qarşı heç vaxt eyni ölçünü götürmədi. O, burjua Avropasında qarşılaşdığı səfalət və zülmə qarşı sərt sözlər işlədirdi; görünür, o, heç vaxt Rusiyadakı kütlənin müqayisə olunmaz böyüklükdə məruz qaldığı zülmünü və səfalətini görmədi. Onun iki tamam fərqli dünyası heç bir ümumi əxlaqi standartlara uymurdu: Dostoyevski rus tanrıları və yad tanrılar arasındakı qaçınılmaz savaşı vəziyyətindən asılı olaraq qara ağ və ağ qara adlandırırdı.

Dostoyevski 1876-1877-ci illər Balkan böhranı və Rusiyanın Türkiyəyə qarşı müharibəsini xüsusi diqqətlə izləyirdi. Görünürdü ki, slavyan dünyasının Rusiya hökmranlığı altında öz missiyasını tamamlamaq vaxtı yetişmişdi. O, müharibənin yaxınlaşmağını səbirsizliklə gözləyirdi. “İndiki sülh hər zaman və hər yerdə müharibədən daha pisdir, elə müqayisə olunmaz dərəcədə pisdir ki, axırda tamamən əxlaqsızlıq olacaq… İnsan təbiətən qorxaqlığa və vicdansızlığa meyillidir. Buna görə də, o, müharibəyə can atır və onu sevir: o, onda, dərdinə dərman tapır. Müharibə onda öz yerlisinə sevgini inkişaf elətdirir və bir-birinə hörməti öyrətməklə millətləri birləşdirir. Müharibə insanı gəncləşdirir. O, insanların ruhunu qaldırır və onlara dəyərlərini tanıtdırır. Müharibə bizim vaxtımızda qaçınılmazdır; dünya onsuz məhv olar və ya irinləyən yaralarla özünü palçığa döndərər.”11

Bir il sonra o, rusların müharibəyə hazırlıqlarını öyürdü. O yazırdı: “Çox gözəl vaxt idi, bütün Rusiyanın ruhu və qəlbi qalxdı və hər kəs könüllü şəkildə Məsihi və etiqad edənlərini qorumağa, din və qan qardaşlarımızı qorumağa getdi”. Amma o savaş sadəcə qardaşlar üçün deyildi: “Biz özümüz üçün də savaşmalıyıq; biz sadəcə türklər tərəfindən işgəncəyə məruz qalan slavyan qardaşlarımız üçün qalxmır, həm də öz xilasımız üçün qalxırıq. Müharibə nəfəs aldığımız, köməksizcəsinə çürüyərək və ruhi darlıqda boğulduğumuz havanı təmizləyəcək. Bizim savaşa və qələbələrə ehtiyacımız var. Onlarla birlikdə yeni dünya gələcək və yeni həyat başlayacaq”. Sülhsevərlik üçün isə Dostoyevski onun indiki vaxtda Rusiyaya lazım olmadığını deyirdi: “İndiki tarixi dövrdə Rusiya istisnalıq göstərir” baxmayaraq ki, Rusiyanı öz obrazı ilə mühakimə edən Avropa hələ onu dərk etmir. Rusiya  müharibədən son dərəcə güclü çıxacaq; bundan sonra o, sevgi və qardaşlıq yayacaq və sülh təmin edəcək, çünki sonda güclü Rusiya savaşı dayandıra biləcək və sülh, beynəlxalq harmoniya və qərəzsizlik nümunəsi olacaq. Rusiyanın müharibə və fəthlərdə yalnız bir məqsədi vardır: azadlıq və bütün digər millətlərin qardaşca birləşməsinə nail olmaq. Buna görə də Rusiyanın savaşı eqoist savaş deyil, qutsal ideya və əbədi sülhün reallaşdırılması üçün olan savaşdır.12

Rusiyanın dünyadakı barışdırma missiyası müharibəsiz təmin edilə bilməz. Başqa millətlərin etdiyi kimi böyümə və ya imperiya xatirinə yox, onların sülh və azadlıqlarını təmin etmək üçün Rusiya əvvəlcə slavyan xalqlarını öz idarəçiliyi altında birləşdirməlidir. Növbəti addım fayda əldə etmək yox, yalnız Rusiya tərəfindən qorunan gerçəyin reallaşdırılması üçün Konstontinopolun fəthi olmalıdır. İnsanın qardaşlığına və yenidən doğuşuna inanmayan avropalılar onu anlaya bilməzlər. Amma bu Rusiyanın onlara gətirəcəyi şeydir; bu məqsəd üçün ruslar daha çox rus olmalıdır və öz milli ideyalarına inancları olmalıdır ki, beləliklə, Rusiya Avropaya yeni insanlıq və yalnız özünün təmin edə biləcəyi sosial nizam gətirə bilsin.13 Rusiya  və Qərb arasındakı böyük müharibə Dostoyevskiyə qaçınılmaz görsənirdi. Amma o, türklərə qarşı olan müharibənin bütün böyük problemləri bir zərbə ilə həll edəcək və dünyanı gələcək müharibələrdən qoruyacaq müharibəyə çevriləcəyinə ümid edirdi. Dostoyevski inanırdı ki, savaş Rusiyanın qələbəsi ilə bitəcək və Avropanın üzü tamamilə dəyişiləcək. “O, bəşəri əlaqələrdə başlayacaq yeni və qabaqcıl bir şeydir ki, bütün Avropanın böyük təkrar doğuşunu gətirəcək sonuncu böyük savaş ərəfəsində kədərlənmək və tərəddüd etmək faydasızdır”14. Böyük fəlakət yaxınlaşırdı, lakin ondan sonra xilas gələcəkdi.

Bununla bütün bəşəriyyət üçün yeni dövr başlanacaq. Roma katolikliyinin yerinə canlanmış şərq xristianlığı qalxacaq. Dostoyevski əmin idi ki, Avropa insan məntiqinin rədd edəcəyi böyüklükdə olan dəyişilmə ərəfəsindədir. Azad burjua cəmiyyəti böyük müharibədən qurtula bilməyəcək: Fransanın taleyi Polşa kimi olacağı gözlənilir; və bəlkə də “biz yox, bizim uşaqlar İngiltərənin sonunu görəcək”. Bu dəhşətli zamanda bəşəriyyət üçün yalnız bir sığınacaq var, Rusiya. O, Avropanın nə burjua sivilizasiyasını, nə də çürümüş və yararsız dövlət formalarını yox, elm və texnikasının kontrolunu ələ keçirməlidir. Sonra bu yeni dünya nizamında Rusiyada olacaq düzgün sivil azadlıq Avropadakından və hətta Birləşmiş Ştatlardakından da böyük dərəcəyə qədər inkişaf edəcək.15

Dostoyevski Rusiyanın dünya xilasını və dünya qanununu digər millətlərlə paylaşmağa hazır idi. 1877-nin noyabrında o özünün “Yazıçının Gündəliyi”ndə alman-rus əlaqələri haqqında yazırdı: “Hər halda, bir şey aydındır: Almaniyanın bizə qısamüddətli ittifaq üçün yox, əbədi birlik üçün düşündüyümüzdən də çox ehtiyacı var. Birləşmiş Almaniya ideyası çox böyük və şərəfli ideyadır, neçə əsrin dərinliyinə kimi uzanır. Bəs Almaniya bizimlə nə paylaşacaq? Onun məqsədi bütün Qərb insanlığıdır, o, roman prinsiplər əvəzinə Avropa Qərb dünyasına öz ideyalarını gətirəcək və onu idarə edəcək. O, Şərqi biz ruslara təhvil verəcək. Beləliklə, bizim iki böyük millətimiz bütün dünyanın üzünü dəyişəcək. Bu nə fantaziya, nə də insan şöhrətpərəstliyindən gələn təklif deyil: bu, dünyanın gedişatıdır. Yeni və güclü faktlar meydana çıxır. Rusiyanın Almaniya ilə dostluğu səmimi və sağlamdır və o, hər iki millətin milli vicdanında daha çox yayılacaq və böyüyəcək”.16 Ölümündən bir neçə gün əvvəl Dostoyevski bir daha dünyanın mümkün bölgüsü haqqında danışdır. O təəssüf edirdi ki, 1812-ci ildə Napoleonu qovduqdan sonra ruslar Rusiya sərhədlərini saxlaya bilmədi və Qərbi müvəqqəti olaraq Napoleona təslim etdi. Bütün hallarda Dostoyevski gələcəyi də eyni qaydada təsəvvür edirdi: Rusiya Avropaya arxa çevirməli və öz bayraqlarını və sivilizasiyasını Asiyaya daşımalıdır.17

Dostoyevski bu siyasi vəziyyətdə bütün Asiyada qurulmuş rus hakimliyini görmə ümidini ifadə edir. O tələb edirdi ki, Rus avtokratının adı Məhəmmədin bütün xəlifələri və Hindistan imperatriçaları da daxil olmaqla bütün Şərq şəhzadələrindən üstün olsun. Rusiya avropalı olduğu qədər asiyalı olduğuna görə Asiyaya artan diqqət Rusiyanın gələcəyi üçün önəmli idi. Dostoyevski hətta inanırdı: “bizim ümidlərimiz Asiyaya Avropadan daha çox uzanır: gələcəkdə Asiya bizim xilasımız olacaq”.18 O, öz adəti şikayətini təkrarlayırdı ki, Avropa asiyalı olaraq ruslara xor baxır və heç vaxt onlara avropalılar qədər bərabər davranmayacaq və avropalılarla eyni qiymətləndirməyəcək. O, Avropa və Rusiya arasındakı dərin fərqləri tapmağa çalışırdı. Amma ruslar Asiyaya təbəələr və təqlidçilər kimi yox, sahib və vətəndaş kimi gələcək. Dostoyevski hələ də Rusiyanın Şərqdəki vətəndaşlıq missiyasından razı deyildi. O buna hər zaman ağlında olan dünyanı idarə etmək məqsədi yolunda vasitə kimi baxırdı. Asiyaya yürüş Qərbə gedən dolayı yoldur. Əgər Rusiya  1812-ci ildə dünyanı Napoleonla bölsə və Asiyanı işğal etsəydi, sonra Qərbdə Napoleonun sülaləsi devrilərdi, amma Şərq hələ də Rusiyanın olardı “və indiki zamanda biz okeanları idarə edərdik və quruda olduğu kimi dənizdə də İngiltərənin qarşısında olardıq.” Dostoyevskinin Rusiyanın Amerikası olmasını düşündüyü Asiya haqqında peyğəmbər sayağı görüşləri var idi, hansı ki, həmin yerdə ruslar hədsiz zənginlik təmin edəcək, elmin köməyi ilə sərvətləri istismar edəcək, əhalinin sayını artıracaq, möhtəşəm zavodlar tikəcək və bütün bunları etməklə yeni güc, şərəf və xoşbəxtliyə nail olacaqdı. Yeni Rusiya qoca Rusiyanı canlandıran və ruslara onların missiyasını başa salan Asiyada inkişaf edəcəkdi. Məhsuldar gücü və Asiya imperiyasının əhalisi ilə Rusiya  öz missiyasını tamamlamaq üçün maddi və mənəvi cəhətdən kifayət qədər güclü olacaqdı.

Bunlar ölümündən bir neçə gün əvvəl, 1881-in yanvarında Dostoyevskinin zehnini işğal edən görüşlər idi. Bundan sonra o, milli peyğəmbər kimi qəbul edildi. 1880 ci il öz əvəzolunmaz gücü və originallığı ilə bizi heyrətə saldığı kimi oxucularını da heyrətləndirən, insan ruhunun ölməz varlıqlarından biri olan və sözsüz ki, rus insanının şərəfinə ucaldılmış möhtəşəm “Karamazov qardaşları”nın nəşrini reallığa çevirdi. Bununla müqayisədə onun iyunun 8-i Moskvada “Rus məktubları dostluğu” iclasından öncə Puşkin haqqında dediyi mühazirəsi daha önməsiz görünür çünki öz rus müasirləri arasında çox da üzə çıxmadı. O, əksər böyük rusların da daxil olduğu dinləyici tərəfindən görülməmiş həvəslə qəbul edilmişdi. Sessiya slavofillərin və qərbləşmişlərin bərabər şəkildə iştirak etdikləri, Dostoyevskini milli peyğəmbər kimi çağırdıqları milli nümayişə çevrildi. Dostoyevski həmin mühazirədə slavofilləri və qərbləşmişləri, Rusiyanı və Avropanı sintezlə ahənglaşdırmağa cəhd edirdi və artıq Rusiya özünə qayıtmaqla bərabər Avropanı və dünyanı anlayaraq, mənimsəyərək və bu yolla xilas edərək bu sintezi əldə etmişdi. Puşkin burada sintezi ilk dəfə tamamlayan, geniş dünya təsəvvürü ilə yanaşı bəşəri missiyalar daşıyan əsl milli rus şairi kimi xatırlandı.

Dostoyevskinin təbirincə ilk dəfə Puşkin öz xalqı ilə əlaqəni itirən və heç bir kök olmadan yer üzərində qalmağa çalışan rus didərginlərini, skitaletsləri yaratmış və anlamışdı. Puşkinin “Qaraçılar” poemasında Aleko və “Yevgeni Onegin” romanının qəhrəmanı on doqquzuncu əsr rus ədəbiyyatının “gərəksiz” insanlarının təmsilçiləri və həyatda məna, cəmiyyətə yer görməyən intellektuallarının itmiş  əcdadları idilər. Dostoyevski gördü ki, Puşkin rus ziyalısını və onun problemini başa düşmək üçün daha çox şey edib. Dostoyevskinin öz xalqından və torpağından ayrı düşmüş bütün rus  ziyalılarından istədiyi kimi, o da Alekodan istəyirdi: “Əz özünü, qürurlu insan və qır bütün qürurunu. Əz özünü, yaramaz insan və bütün bunlardan sonra doğma torpağında çalış.”19 Beləliklə, Dostoyevskinin təfsirində Puşkin qana və torpağa aparan yola işarə edir. O, daha çox şey edərək rus  oxucuların qəlblərini əsir edən və gerçək milli şair kimi dərin intuitiv bilgisindən qaynaqlanan rus  əxlaqi gözəlliyinin nümunəvi tipini avropalaşmış gənclərə ziddiyyət olaraq yaratdı. O, rus ziyalılarına deyirdi: “Xalqa və onun fikrinə inanın, gerçəklik və gözəllik yalnız onlardadır, yalnız onlardan gözləyin öz xilasınızı”.

Böyük milli şair və milliyyətçi Puşkin mənfəətpərəst rus deyildi. O, dünyaya açıq fikirliliyi ilə əsl qərbli idi, elə mövcud səbəblə də o, əsl rus  idi: Dostoyevskiyə görə onun bütün digər millətləri anlama, onları hiss etmə və öz yazılarında onları təmsil etmə qabiliyyəti var idi. Dostoyevski təbii olaraq bu anlayışın bəşəriliyinin ruslar üçün tipik və unikal olduğunu iddia edirdi.20 Rus  xalqı başqa millətləri tanımada, onları anlamaqda, sevməkdə və onların ziddiyyətlərinə və münaqişələrinə harmoniya gətirməkdə bütün millətləri üstələyib. Bu baxımdan  slavofil Dostoyevski Rusiyadakı qərbləşmə tendensiyalarına haqq qazandırırdı; bəs bunu etməklə onlar rus  milli ruhunun dərin təbiətindən uzaq düşmürlər? Harada ki, rus  xalqı ən dərin və vicdanlı rus  olur, harada ki, gerçək milliyyətçi olur, orda həm də ən dərin və ən düzgün insan olur; əslində milliyyətçi rus  bəşəriyyətdir, rus  milliyyətçiliyi bəşəriyyətdir, bəşəriyyətin universal birliyi və ya ən azından – Dostoyevski hətta burda irqçi qalır – “böyük Ari irqinin” nümayəndələrinin birliyidir. “Gerçək və bütöv rus  olmaq bütün insanlara, bəşəriyyətə qardaş olmaq deməkdir. Əsl rusa Avropa və bütöv böyük Ari irqinin taleyi Rusiya  qədər əzizdir, çünki bizim missiya yer üzərindəki universal ideyanı təcəssüm etdirir.” Qərbdəki əxlaqi və intellektual xaosa, onun sinfi mübarizə və milli münaqişələrinə, hər şeyə qardaşlıq harmoniyası yolu göstərəcək. Baxmayaraq ki, bu Qərbə və qərbləşmiş rus  ziyalılarına absurd görsənir, kasıb və geridəqalmış Rusiya  bunu edəcək.

Dostoyevski mühazirəsində nail olduğunu iddia etdiyi Rusiya  və Avropa harmoniyası daha az intuitiv olan oxuculara həll olunmayacaq təzadlar kimi görünəcək. Uyğun olaraq o, öz mühazirəsini “Puşkin cavan ölərək bizim əhatə etməyə cəhd etməli olduğumuz böyük sirri özüylə apardı” cümləsiylə bitirdi. Dostoyevski daha çox yaşasa da, o da özüylə öz görüşlərinin çətinliyini və uyuşmazlığını böyük sirr kimi apardı. Onun son mühazirəsi heç bir şəkildə onları həll etmədi. Amma onları yeni bir şəkildə ifadə etdi.21 O, sülh və təvazökarlığın incilini və qılıncın amansız istifadəsini, qardaşca sevgi və qeyri-tolerant nifrəti, özgür insanın ruhi anarxiyasını və avtokratiyanın sərt rejimini ifadə etdi.22 Amma bütün bu ziddiyyətlər birlikdə idi və mütləq şəkildə inanclı olduğu Rusiya və onun gələcəyi ideyasını mənalı edirdi. O, Rusiyanın mərkəzdə olacağı böyük dünya olaylarının öncədən görürdü. Ölümündən az əvvəl o yazdı: “Əsl rus ideyası hələ aramızda meydana çıxmasa da, dünya ona hamilədir”.

Dostoyevski yanvarın 28-də öldü. Onun ayın 31-də olan dəfni öz böyük yazarına millətin sevgisinin görülməmiş təzahürü idi. Həmin gün Sankt-Peterburqda nifrət edilən və önəmsənilməyən peyğəmbər deyil, tacı qoyulmamış kral dəfn edilirdi. 63 rəsmi deputat çələnglə iştirak etdi. Öz xalqına son çağırışı kimi, Jurnalının son buraxılışı dəfni günü çap edildi. Həmin buraxılışda ölən adamın qəlbinə ən yaxın və ən əziz olan  Asiyanın işğalı istəyi və rus  ziyalılarının rus  xalqına qarşı münasibəti haqqında müzakirə yazılmışdı.

Dostoyevskinin ifrat milliyyətçiliyini onun zamanında heç bir halda əksər rus  ziyalıları paylaşmırdılar. Liberal ziyalılar Rusiyaya ümumi ölçülərlə və məntiqlə ölçülə bilməyən unikal və xüsusi bir şey kimi baxmırdılar. Onlar Rusiyanın Avropanın ümumi proqressiv inkişafını izləmək, rus  adət-ənənəsinin və kütləsinin qanunsuzluğu və primitivliyi ilə savaşmaq, Qərbin sivil cəmiyyət modelindən sonra qanun çərçivəsində millətə azadlıq öyrətmək istəyirdilər. Onlar rus  xalqının təhsili, onun yaşam vəziyyətinin inkişafı, böyük azadlıq və şərəfli həyatı üçün çox işlədilər. O, ləng  və şiddətli mübarizə idi. Dostoyevskinin ölümündən bir neçə həftə sonra inqilabi hərəkat ilk qurbanını tələb etdi, II Aleksandr. Növbəti iyirmi beş ildə Rusiya Dostoyevskinin dostu, islahat, inkişaf və inqilaba qarşı savaşmağa Rusiya  hökümətinin əsas məsələsi kimi baxan Konstantin Pyotroviç Pobyedonostsev tərəfindən idarə olundu. O, Dostoyevskinin proqramının mühafizəkar tərəfini reallaşdırdı: Avropaya və on doqquzuncu əsrə qarşı amansız mübarizə. O, Dostoyevskinin qaranlığa, ölümə və gecəyə qərq olan çağdaş sivilizasiya və Avropa və öz gününə, işığına və həyatına qalxan müqəddəs Rusiya  görüşünü bölüşürdü. Parlamentarizm və konstitutsiya ona “əsrimizin böyük yalanı” kimi görünürdü; o, onların yerinə kilsə və polisin dəstəklədiyi avtokratiyanı və irqi milliyyətçiliyi qoyurdu. Onun rejimi 1905-ci ildə bitdi. Qısa müddətdə Rusiya azadlıq və qanun idarəçiliyi gözləntisində yaşadı. 1917-ci mart hadisələri bu ümidlərin reallaşması kimi görünürdü: ənənəvi avtokratiya və Rusiyanın təcridi keçmişin məsələsi kimi göründü. Amma rus  ziyalılarının bu arzusu qısa ömürlü oldu. Dostoyevskinin öncədən gördüyü kimi ziyalılar kütləylə az əlaqədə idi. 1917-ci ilin noyabrında kütlə azadlıq və qanunun davamsız müdafiələrini yox etdi. Dostoyevskinin irqi görüşü olmasa da, proqramının inqilabi tərəfləri özünün də duya bilmədiyi fərqli yollarla və fərqli şəxslər tərəfindən reallaşdırıldı. İnqilabın ruhunda kütlə özünütanımama şüurundan milli özünütanıma şüuruna keçid oldu. Dostoyevskinin düşündüyü kimi yeni nəsil ziyalılarla kütlənin taleyində qarşılaşmaq var idi: ziyalılar olmadan kütlə özünün yenilənən bəşəri missiyasını anlaya bilmirdi; kütlə olmadan ziyalılar dünyaya yeni söz söyləyə bilmirdilər.23 Dostoyevskinin Rusiya  üçün beynində canlandırdığı missiyadan ötrü böyük Avrasiya imperiyası rus  kütləsində güc tapdı.

 

 

 

 

Mənbələr və qeydlər:

1Barresin Deracines-i ilə oxşarlıq sübutdur.

2 Nəzəri cəhətdən bəzən Dostoyevski Avropaya heyranlıq duyurdu, lakin o heyranlıq həmişə ciddi şəkildə xəstələnmiş və ya artıq ölmüş Avropa üçün idi. Həmin Avropa rusların təklikdə həll edə biləcəyi bir problem idi. “Biz rusların iki problemi var – Rusiya  və Avropa”. İvan Karamazov qardaşı Alyoşaya deyirdi: “Mən Avropaya səyahət etmək istəyirəm. Mən bilirəm ki, bəlkə də mən Avropanı məzarlıq olaraq tapacam – amma hərarətlə çığırır – nailiyyətlərinə, düzgünlüyünə, mübarizəsinə və elminə inanc, hansı ki, mən öncədən bilirəm – mən yerə yıxılacam və o daşları öpəcəm və onların üstündə ağlayacam”. Dostoyevskiyə görə ruslarının Avropaya yazığı gəlirdi: “Siz bilə bilməzsiniz, biz Avropanı nə qədər sevir və əziz tuturuq və orda doğan hər şey çox gözəldi; həmin yaxın və əziz torpağın aqibətini görmək biz necə işgəncədir, necə narahatıq onun üstünü örtən qara buludlardan.”

Bu mərhəmət Avropa ilə savaşmaq məcburiyyətindən və Avropa ilə qurulan əlaqələrin yaratdığı dərin ikrah hissindən dolayı yumşaldı. 12 yanvar 1868-ci ildə Cenevrədən A.N Maikova yazdı: “Bilsəydiniz, necə axmaq, sıxıcı, önəmsiz, vəhşi xalqdır… Bu bərbad respublikada burjua həyatı ən yüksək həddə çatıb… Hər şeydə partiyalar və davamlı davalar, yoxsulluq və dəhşətli adilik var. Buradakı işçi qadın bizim işçi qadının kiçik barmağına dəyməz. Vəhşi adət-ənənə…Onların inkişaf bayağılığı: sərxoşluq, oğurluq, çox kiçik dolanışıq! Amma hələ də onların bəzi yaxşı özəllikləri vardır ki, onları almanlardan ölçülməz dərəcədə yuxarı qaldırır”. O, bu avropalılarla rusları müqayisə edirdi. Avropa öz çürümüş sivilizasiyasını inkişaf etdirərkən, “biz özümüzü böyük millət kimi formalaşdırırdıq, Asiyanı idarə edirdik, biz dünyanı yenidən canlandıran öz rus ideyamızı unutmadıq, əksinə, gücləndirdik; sonda biz almanlara qatlaşdıq və bütün bunlara rəğmən, bizim insanlar daha yüksək, daha kübar, daha dürüst, daha saf və daha bacarıqlıdır; fərqli ideyalarla dolu, öz canverən katolisizmi və axmaq özünəzidd lüteranizmi ilə Avropanın anlaya bilmədiyi yüksək xristian ideyası. Dostoevsky Letters and Reminiscences, tr. By S. S. Koteliansky and J. Middleton Murry (New York: Knopf, 1923), 29. Dostoyevski öz 1 mart 1868-ci il məktubunda (ibidem, 40) bütün dünya üçün böyük yenilik vəd etdi. Amma onun üçün böyük rus irqinin bütün slavyan dünyası üzərində təkzibedilməz aliliyi qurulmalıdır.

3 Florensiyada o, böyük milli epik poema yazmaq haqqında düşünürdü, “Rusiyaya sevgi həyat bulağından axan kimi axır” əfsanələr seriyası yazıldı. 27 may 1869-cu il, A. N Maikova olan məktubunda o, Moskvanın III İvanının Konstantinopol imperatorunun varisi ilə evliliyinin necə “gələcək Şərq hegemonluğuna ilk təməl atdığını təsvir edirdi…İdeya təkcə böyük dövlət ideyası deyil, həm də xristianlığı panslavyan, panortodoks ideya ilə yeniləməyə və yeni ideyanı bəşəriyyətə təqdim etməyə hesablanan bütün yeni dünya ideyasıdır”. Növbəti əsrlər özüylə bərabər Qərbin parçalanmasın gətirdi, “hansı ki, bu parçalanma Papa xristianlığı saxtalaşdırıb və bu səbəblə də Qərbin ləkələnmiş cəmiyyətində ateizmə yol açdığı vaxtda baş verəcək”. İyirminci əsrin son görüşü olaraq, Dostoyevski Rusiyanı yanında isə Avropa və onun dağılmış, parçalanmış və vəhşiləşmiş sivilizasiyasını öngörürdü. “Burada mən heç bir təxəyyülü dayandırmazdım”.Ibidem, 72-76.

4 Letter to A. N. Maikov from Dresden, October 21, 1870. Ibidem, 92-95.

5 Danilevskinin öncədən gördüyü federasiya Rusiyadan (Qalisiya ilə) və Ukraynanın Bukovina hissəsindən ibarət idi; hətta Macarıstanın Ukrayna hissəsi, indiki Karpat Ukraynası Rusiyaya əlavə olunacaq; sonra Yuqoslaviya olacaq, hansı ki, 1920-ci ildəki ərazilərindən ibarət olacaq və əlavə olaraq Trieste, Qoriziya, İstriya və Karintiyanın əksər hissəsi. Çexoslovakiya 1919-da Karpat Ukraynasız idarə olunurdu; Ruminya Bessarabiyasız, şimali Bukovinasız və Dobrucasız, yalnız Transilvaniyanın böyük hissəsi ilə; Macarıstan Çexoslovakiya və Ruminyaya zorla verilmiş ərazilərsiz; Bolqarıstan və Yunanıstan az-çox indiki əraziləri ilə; və Konstantinopol isə Avropada və Asiyadakı birləşdirilmiş bölgələrilə idarə olunurdu.

Oxşar planlar Professor Michael Pogodin və General Rostislavyan  Fadeev tərəfindən təklif olundu. Onun Şərq məsələləri haqqında fikirləri ingilis dilinə tərcümə edildi (London: E. Stanford, 1871); başqa iki əsəri almancaya, General Fadejew über Rus slands Kriegsmacht und Kriegspolitik (Leipzig: Brockhaus, 1870)Briefe über die gegenwartige Lage Rus slands April 1879-1880 (Leipzig: Brockhaus, 1881). İki kitabdan birincisinin yazılmasına Prussiyanın 1866-cı il qələbəsi səbəb oldu. Alman redaktor, məşhur jurnalist və diplomat Julius Eckardt öz əsərinin girişində yazırdı: “1866-cı il bizim qitəni ordu düşərgəsinə çevirdi”. Fadeev düşünürdü ki, bütün Avropa Rusiyaya düşməndir və daxili anlaşmazlıqları nəzərə almasaq Rusiya ilə müharibəyə hazırdır. “Bu düşmənçiliyin öz səbəbi var ki, bu səbəb Rusiyanın siyasi sistemi deyil, Avropa sərhədlərində qəflətən meydana gələn yeni, yad, bütün çoxlu millətlərə qarşı olan inamsızlıqdır, adət-ənənələriylə Qərbdəkilərdən fərqlənən, əksər fundamental sosial məsələlərin həll edildiyi, əhalinin böyük hissəsinin torpaq sahibi olduğu və dinin açıqca bəyan edildiyi (hansı ki, hər ikisini inkar edən bu din, papalığa protestantlıqdan yüz dəfə daha təhlükəlidir) böyük imperiya… Edə biləcəyimiz hər şeyi etsək də, Avropanın bizə qarşı olan qorxusunu dağıtmayacağıq, sadə səbəb kimi hər gün daha da gücləndiyimizi göstərə bilərik və biz bir neçə ildən sonra slavyanizm və ortodoksluqda özümüzü necə hiss edəcəyimizi hələ bilmirik, biz öz adımıza danışa bilmərik, ən azından uşaqlarımızın adından” (p. 34 f.).

Danilevskinin əsəri ingilis dilinə tərcümə olunmasa da, Karl Nötzel tərəfindən alman dilinə edilmiş tərcümə var, Rus sland und Europa; eine Untersuchung über die kulturellen und politischen Beziehungen der slawischen zur germanisch-romanischen Welt (Stuttgart: Deutsche Verlagsanstalt, 1920). Dostoyevski Danilevski ilə ürəkdən razı idi. 1869-cu ildə Zaryada onun məqalələri çıxan kimi Dostoyevski onları coşğulu bəyənmə ilə oxuyur və növbəti yerləşdirmələri səbirsizliklə gözləyirdi. 18 mart 1869-cu ildə o, Florensiyadan Strakhova Danilevskinin ideyalarının onun öz ideyaları ilə üst-üstə düşməsindən və eyni nəticələrə gəlmələrindən yazdı. Panslavyanizmdə bax: Alfred Fischel, Der Panslawismus bis zum Weltkrieg (Stuttgart: Cotta, 1919); Karl Stahlin, “Die Entstehung des Panslavyan ismus,.” Germanoslavyan ica, IV (Brunn, 1936), 1-25, 237-262; Jerzy Braun, “Die slavyan ische messianistische Philosophie als Entwicklung und Vollendung der deutschen philosophischen Systeme Kants und seiner Nachfolger,” ibidem, III (1935), 291-315. Rusların və Slavyanların heç bir irqi ideya olmadan fərqli təfsiri polyak məsihçi Adam Mickiewicz tərəfindən təqdim olundu. O inanırdı ki, Avropada iki partiya mövcuddur: Polşa tərəfindən idarə olunan azadlıq və Rusiya  tərəfindən idarə olunan quldarlıq. Polşa ümumdünya azadlıq və bərabərlik üçün özünüfəda vasitəsilə dayandı; Rusiya  daxili despotizm və yeni, aktiv və ümumdünya despotizmi üçün təbliğedici güc olan çarizm vasitəsilə dayandı. Poems by Adam Mickiewiez, edited by George R. Noyes (New York: Polish Institute of Arts and Sciences, 1944), 484.

6 1873-cü ildə Dostoyevski həftəlik Qrajdanin (Vətəndaş) jurnalını nəşr elətdirdi.Ömrünün son ilində o, məşhur Dnevnik Psatela (Yazıçının Gündəliyi) jurnalını nəşr etdirdi. O, 1876 və 1877-ci illərdə aylıq olaraq nəşr olunurdu. 1880-ci il avqust buraxılışında Puşkin haqqındakı mühazirə yer almışdı. Yazıçının ölümündən qısa vaxt sonra 1881-ci ildə son dəfə nəşr olundu. Dnevnik Pisatela ilk dəfə cild kimi kitab formasında nəşr olundu. Əsərlərin Tam Seti (Polnoe Sobranie Sochinenii) dul qadını tərəfindən nəşr etdirildi (Sankt-Peterburq, 1886).Təəssüflər olsun ki, ingilis dilinə tərcüməsi yoxdur. S. Kotelianski və J. Middleton Murry Puşkin nitqini və “Gülməli İnsanın Yuxusu” Yazıçının Gündəliyidən tərcümə edildi. Jean Chuzeville, Le journal d’un ecrivain, 3 cild, fransız dilinə bütov tərcümə etdi. (Paris: Bossard, 1927). Chuzeville həmçinin Rome et l’internationale: une pre’diction de Dostoievskini yazdı (Paris: Bossard, 1927). Demək olar ki, alman dilinə xronoloji yox mövzü şəklində təşkil olunmuş bütöv tərcümə var, F. M. Dostoyevski, Politische Schriften (Münix: Piper, 1917) və Literarische Schriften(Münix: Piper, 1920).

7 “Die Vorstellung einer in sich abgeschlossenen individuellen Personlichkeitssphiire ist dem rus sischen Denken ganz fremd.” Simon Frank, Die Rus sische Weltanschauung, Philosophisehe Vortriige der Kant-Gesellsehaft 29 (Charlottenburg: Rolf Heise, 1926), 21. Frank vurğulayır ki, ruslar yalnız toplumsal həyatı təsəvvür edə bilirlər; onlarla bütün siyasi məsələlər şəxsi xilasın probleminə çevrilir; bu səbəbə görə onlar güzəştə gedə bilmirlər. O xəbərdarlıq edir ki, “Rusiyanın çökməsi və siyasi zəyifliyi günlərində unutmaq lazım deyil ki, rus xalqı Avropadakı ən böyük və ən güclü imperiyanın əsasını qoyub.” Ibidem, 25 f

8 Cinlərdə Şiqalov (Part II, ch. VII, 2, the Modern Library ed., p. 410) sosial problemin son həlli kimi bəşəriyyətin iki qeyri-bərabər hissəyə bölünməsini təklif edir: “Onda biri tamam azadlıqdan və onda doqquz üzərindəki hədsiz gücdən zövq alır”. Digərləri bütün fərdiyyətçiliklərini tərk etməli və Ədən Bağındakı kimi sərhədsiz tabeçiliklə ibtidai günahsızlığa nail olmalıdırlar. Baxmayaraq ki, onlar günah işləməli olacaqlar”.Bu, paternalist nizam kiçik elitanın sərhədsiz avtokratiyasıyla kütlənin xoşbəxtliyini və sülhünü təmin edir.

9 Part II, ch. I, 7 (the Modern Library Edition), pp. 250-260. Həmçinin bax: Cinlər üçün maraqlı qeydlər, Ernest Simmons, op. cit., 296 f., and Dostoevskinin A. F. Blagonravova məktubu 19 dekabr, 1880.

10 Anatole Leroy-Beaulie vurğulayırdı ki, rus kilsə liturgiyasında milli dilin istifadəsi rus kilsəsinin “milliləşdirilməsinə” və Rusiyanın yunan keçmişi də daxil olduğu qədimlikdən təcrid olunmasına kömək etdi. “Dövlətlər kilsə arasındakı bu yaxın əlaqə Şərqə xas olan xəstəliklə peyvəndləmişdi. İki birləşmiş qüvvə xaricdən gələn ideya axınını durdurmuşdu. Əvvəllər ruslar yoluxmadan qaçarcasına Avropa ilə əlaqədən qaçırdılar, xarici ölkələrə səyahət günah idi… Orta əsrlərdə müasir sivilizasiyanın inkişafını dəstəkləyən şeylərdən biri beynəlxalq istifadə üçün klerikal dilin olması idi; Şərqin belə dili yox idi. Yunan kilsəsi öz dilini mənəvi koloniyalarına qəbul etdirməyə digərlərindən daha çox çalışması Əhdi-Cədid və Septuaginta üçün idimi? Onsuz da o belə də etmirdi. Dinlərini dəyişəndən sonra belə ruslar qədim slavyanca ibadət edirlər”.Rusiya slavyan dilini istifadə etməklə hər iki klassik sivilizasiyadan ayrıldı. Slavyan dili ruslara qədimlik xəzinəsini açmadı və özünün ədəbiyyatı yox idi.Onun istifadəsinin rus imperiyası üçün siyasi üstünlükləri olsa da, Rusiyanı Avropadan ayırdı və onun kültürəl həyatını məhdudlaşdırdı.The Empire of the Çars (New York: Putnam’s, 1898), III, 73 if.

11 Yazıçının Gündəliyi Aprel buraxılışı 1876. Dnevnik, 345-348; Politische Schriften, 173-176. 1873-cü ilin sentyabrında Dostoyevski Qrajdanində yazırdı: “Siyasi və ya hətta təbii qanun var ki, iki qonşudan biri daha güclü olur və digərini dağıtmağı arzu edir və əvvəl-axır bu arzunu reallaşdırır.”

12 Yazıçının Gündəliyi, Mart 1877 and April 1877. Dnevnik, 552 ff. and 573 ff. Politische Schriften, 383, 401-418. (22). Sülhün bütün nəzəri tərifinə rəğmən, Dostoyevski yazırdı: “Sülh, xüsusilə də uzun sülh müharibədən daha çox vəhşi və qəddarlaşdırır insanı. Uzun sülh hər zaman alçaqlıq, qorxaqlıq, qəddar eqoizm və bunlardan əlavə mənəvi durğunluq yaradır… Savaş ideyaya can verir və həmrəylik hissiylə bütün millətin ruhunu gücləndirir. Məktəblər çox önəmlidir, heç kəs bunu inkar edə bilməz; amma məktəblərin ideyaya və istiqamətə ehtiyacı var – biz savaşa ideya və etibarlı istiqamət üçün gedirik.”

13 Gündəliyin ən çox təkrarlanan tezisidir… See the issues for June 1876, 379 f., Yanvar 1877, 522 ff., Mart 1877, 552 ff., May-June 1877, 604 ff., Sentyabr 1877, 682 ff. Politische Schriften, 193 f., 198 ff., 215 if., 222 f., 399, 474 ff.

14 Yazıçının Gündəliyi, sentyabr 1877. Dnevnik, 679-682; Politische Schriften, 137-143. Professor Simmons Dostoyevskinin ideyaları haqqında deyirdi: “Qəribə fakt odur ki, əgər bir şey onun ortodoks inancının missiyasının konseptini və onun Avropaya qarşı Panslavyan müharibəsi qavramı üçün dünyəvi inqilabını əvəz etsə, bu mövqe üçün Sovet Rusiyası bütün kimliyi ilə diqqət çəkici olardı.” (Op. cit., 327.) Bu, 1940-cı ildə yazılıb. O vaxtdan bəri Rusiya  kommunizm və dünya inqilabının ortodoksluq və panslavyanizmlə sintezini yaradıb. Dostoyevskinin etdiyi kimi, o da imperializm, azadlıq, qardaşlıq və sülhün ikibaşlı siyasətini yeridirdi.

15 Yazıçının Gündəliyi, Yanvar 1881; Dnevnik, 808-810; Politische Schriften, 315 ff – Yazıçının Gündəliyi, Aprel 1877; Dnevnik, 539; Politische Schriften, 419. – Yazıçının Gündəliyi, Noyabr 1877; Dnevnik, 729; Politische Schriften, 481.
Birləşmiş Ştatlar Dostoyevskinin üfüqlərindən kənarda idi, hələ o vaxtlarda da onlar kapitalist burjua cəmiyyətini təmsil edirdilər. Rus  şair və Dostoyevskinin müasiri, Count Aleksey Tolstoy yazırdı: “Biz ideallar axtarmamalıyıq / Və başqa sosial prinsiplər / Amerikada: Amerika geridəqalmışdır / Oranı mülkiyyət və kapital idarə edir.” Cinlərdə Şantov amerikan içşi sinfinin həyatını yaşamaq üçün Amerikaya gedib.Görünür, o inanmışdı ki, amerikan həyatı ilə müqayisədə proletar işçilər Rusiyada sanki cənnətdə yaş ayır.

16  Dnevnik, 731;Politische Schriften, 489. Almaniya və Rusiya son iki əsr çox yaxın olublar. Sankt-Peterburq məhkəməsi, rus bürokratiyası və ordu alman modelinə uyğun təşkil edildi. Alman alimlər Rusiya akademiya və universitetlərində böyük rol oynayırdılar. Alman marksizminin rus  sosialistlərinə təsir etdiyi kimi, alman romantisizmi də rus slavofillərinə təsir etmişdi.
Dostoyevski Almaniyanı Qərb və roman adət-ənənələrinə ciddi şəkildə əks olan kimi görürdü. Dostoyevskiyə görə Almaniyanın missiyası Romaya və universalizm və rasionalizmə qarşı əbədi etiraz idi. Amma Almaniya sadəcə əks ola bildi Qərbə; yeni söz deyə bilmədi. Sadəcə Rusiya  bunu edə bildi. Almaniya Qərbi parçalaya bildi amma qoruya bilmədi.Yazıçının Gündəliyi, May-İyun 1877; Dnevnik, 614 ff.; PolitischeSchriften, 65 ff.

Son on illərdə alman yazarlar Almaniyanın və Rusiyanın Qərbə ümumi əksliyini vurğulayırlar. 1917-ci ildə Thomas Mann yazdı: “Elə bir insan olubmu ki, milliyyətçiliyin mənasını böyük rus moralistindən çox alman üsuluyla başa düşsun? Avropaya, Qərbə, sivilizasiyaya, siyasət və demokratiyaya münasibətdə rus və alman mövqeləri sıx şəkildə yaxın deyil? Mann Dostoyevskini əsl rus təmsilçisi kimi qiymətləndirirdi və inanırdı ki, Rusiya Qərb modelində demokratik və sosialist respublika olmayacaq. Əgər mənəvi yaxınlıq siyasi ittifaqın təməlin formalaşdıra bilsə, Rusiya və Almaniya birlikdə olmalıdırlar: onların razılığı, gələcək üçün birliyi müharibənin [1914-cü il müharibəsi] ta başlanğıcından ürəyimdəki arzu olub. O, arzudan daha artıq bir şeydi: O, siyasi və mənəvi vaciblikdir ki, anqlo-amerikan ittifaqı ona dözməlidir. Betrachtungen eines Unpolitischen (Berlin: Fischer, 1920), 444 ff      Mr. Molotov 29 Mart, 1940-cı ildə dedi: “Sovet İttifaqı və Almaniya arasındakı dostluq əlaqələri … keçici təbiətin təsadüfi mülahizələrinə əsaslanmır.”

17 Yazıçının Gündəliyi, Yanvar 1881; Dnevnik, 815 if.; Politische Schriften, 493 ff  General Skobelevin Hindistana gedən yoldakı Türkman qalası Göytəpəyə hücum etdiyi xəbəri çatanda yazılıb.

18 I Dünya Müharibəsindən sonra rus ziyalıları Avrasiya hərəkatın formalaşdırdılar. O, Rusiya  imperiyasını Avropa və Asiya arasındakı bağlantı kimi vurğulayırdı. Bax D. S. Mirsky, “The Eurasian Movement,” Slavyan onic Review, Dek., 1927, 311-319; Paul Miliukov, “Eurasianism and Europeanism in Rus sian History,” Festschrift Th. G. Masaryk zum 80. Geburtstage (Bonn: Friedrich Cohen, 1930), I, 225-236; və Zenkovsky, op. cit. 147 ff. və 162 ff., Konstantin Nikolayevich Leontyevlə Avrasiyalıları bağlayan.

19 Puşkin bu sözləri heç vaxt işlətmədi. “Qaraçılar”-da yaşlı qaraçı Alekodan, “qürurlu adam”, sadəcə vəhşiləri tərk etməyi istəyir. Puşkin bəlkə də Dostoyevskinin təfsirini rədd edərdi. Dostoyevskinin Puşkin haqqında xarici millətləri yaxşı anlamaq və təmsil etməsi mühakiməsini necə etdiyini anlamaq çətindir.

20 Almanlar ancaq almana xas olan eyni bəşəri qavrayışı iddia edirlər.

21 Liberallar Dostoyevskinin özünü öymə misalında rus üstünlüyü ifadəsinə qarşı çıxdılar. Gleb İvanovski Uspensky yazırdı: “İçində belə təzadları uzlaşdıran birini başa düşmək çətindir və onun nitqi tamam fərqli təəssürat yaradırsa, o, təəccüblü olmayacaq.” Başqa liberal qəzet onu əxlaq qaydalarının təkəbbürlə ruslara aid etdiyinə görə ədalətsiz və eqoist adlandırdı. Ən ciddi tənqid Peterburq Universitetinin hüquq fakültəsinin professoru Aleksander Dmitriyeviç Gradovski tərəfindən “mechty i deistvitel’nost” (İlluziyalar və Reallıq) məqaləsində təklif edildi, nəşr edildi: Sobranie sochineniivi, 375-383. Dostoyevski öz Gündəliyində cavabladı. Bax: Dostoyevski: Məktublar və Xatirələr (op. cit.), 164-169, və Literarische Schriften, 157-212.
Dostoyevskinin ölümündən bir neçə il sonra gənc yaşından slavofil təsirində olan və Dostoyevskinin yaxın dostu rus  filosof Vladimir Sergeyeviç Solovyov (1844-1900) “Rusiyada Milli Məsələ” məqalələr seriyasında milliyyətçiliyə qarşı oldu. “İfrat dərəcəsində o milləti dağıdır, onu bəşəriyyətin düşməni edir və bəşəriyyət hər hansı bir millətdən daha güclüdür. Xristianlıq millətləri qurtarır, millətçilikdən üstün olmalarına kömək edir.” O, hər hansı rus missiyasından xristianlığın universallığına döndü. O, beynəlxalq əlaqələrdə xristianlığın əxlaqi qanunlarının tətbiqini tələb edirdi. O, rus reallığının qaranlıq kölgələrini tanımadıqlarına görə slavofilləri tənbeh edirdi. Rusiyanın Qərblə yalnız sıx birliklə inkişaf elətdirəcəyi inqilab ruhunda reallaşdırmaq əvəzinə, slavofillər “ümumi qanunsuzluq” bəlasını görmək istəmirlər, çünki Rusiyada fərdin şərəf və ləyaqəti zəif şəkildə irəliləyir. İnsan hüquqları və şəxsiyyətin dəyəri prinsipləri əsasən xristian və bəşəri prinsipləri idi, amma onlar tarixən Qərbi Avropada inkişaf etdirilib və rus  dət-ənənəsi ilə heç bir əlaqəsi yoxdur.” Onlar yalnız Rusiyanın Avropa ilə əlaqəsiylə təlqin edilməli idi. Solovyov rus  xalqının və Rusiyanın təcridinin ideallaşdırılmasını Rusiyada həyatın inkişafı üçün əngəl və millət üçün bədbəxtlik kimi qiymətləndirirdi. Bax: Harry Köhler (Jena and Stuttgart, 1921-22), vol. IVAusgewdhlte Werk; Georg Sacke: W. S. Solowjews Geschichtsphilosophie (Königsberg: Ost-Europa Verlag, 1929).

22  Dostoyevski sərt anti-semit idi ki, yəhudilərə qarşı bütün vulqar ittihamlar işlədirdi. Onun anti-semitizmi 1880-ci ildəki son “qeydlər”ində Hitlerin bütün ölçülərini üstünə götürmüşdü: “Bütün Bismarklar, Fransa Respublikası və Gambetta və s. – bütün hamısı mənə görə sadəcə aldadıcı görüntüdür. Onların sahibləri və bütün Avropanın sahibi yəhudi və onun bankıdır. İndi yəhudi və bank hər şeyi idarə edir: Avropa və maarifçilik, bütün sivilizasiya və sosializm – xüsusən, sosializm, yəhudiyə kömək üçün xristianlığın kökünü kəsəcək və xristian sivilizasiyasını dağıdacaq. Anarxiyadan başqa heçnə qalmayanda, yəhudi hər şeyə hakim olacaq.Bir müddət o, sosializmi təlqin edir və Avropanın bütün gücü dağılanda yəhudi bankı var olacaq. Sonda, anti-Məsih gələcək və anarxiya hakim olacaq.”Literarische Schriften, 345 f. O,Yazıçının Gündəliyinin 1877-ci il mart buraxılışını “Yəhudi Məsələsinə” həsr etdi; bax: Dnevnik, 559-572; Politische Schriften, 334-371. A. S. Steinberg “Dostojewski und das Judentum,” Der Jude, Sonderheft “Judentum und Christentum” (Berlin, 1927), 66-81, Dostoyevskinin anti-semitizmini izah edir.

23  Bax: Ernest Simmons, op. cit., 323. Leontyev 1890-cı ildə Ortodoks  Kilsəsinin duasıyla Konstontinoploda tac geyinmiş avtokratın liderliyi altındakı dünya sosialist inqilabını ön görürdü. Konstantinin xristianlığı təşkil etdiyi kimi “Rus Çar”ı da dünya sosialist hərəkatını Konstontinopoldan təşkil etdi.

Lenin “Sol Kommunizm, Bir Uşaq Xəstəliyi”ində bəyan etdi ki, Bolşeviklər rus kütlələrinin geridəqalmışlığını üstələmək üçün Pyotrun istifadə etdiyi kimi barbar metodlardan istifadə edəcəklər (Sobranie sochinenii, XV, 268). O, Pyotrun azadlıq üçün və qanunsuzluğa qarşı vuruşduğundan bəri Rusiyanın inkişaf etdiyini unutdu. Berdyaev bolşevizmi slavofilizm kimi tərsinə analiz etdi. Dostoyevski rus dünya missiyasını ibtidai xristianlıq bayrağı altında təsəvvür edirdi, bolşevizm isə sənaye texnologiyası bayrağı altında. Dostoyevski insanın dəyişməsini məsdəq qoymuşdu, boşleviklərsə Pyotr kimi insitutusional dəyişikliklər edəcək islahatları. De Maistre və başqa mühafizəkarlar kimi Dostoyevski də insandakı pisliyə və əzabçəkmənin xilasedici gücünə inanırdı. Bolşeviklərsə klassik iqtisadiyyatçılar kimi insanların məntiqi olaraq öz xeyirlərindən narahat olmaları inancında idilər. Dostoyevski və bolşeviklər öz görüşlərində ifrata varmışdılarsa da, burada ümumi olaraq bilinənlərdən daha dərin oxşarlıq var.