Millətçiliyinin mənası və önəmi

Millətçilik genetik, fiziki, mədəni və təbii amillərin təsiri altında yaranan və bir millətin ortaq olan duyğularının, məqsədlərinin və dəyərlərinin toplusudur. Bu duyğu və dəyərlər hər zaman üçün şəxsi mənfəətlərin üstündə tutulur. Millət üçün önəmli və qazanclı olan bir gündə ortaq sevinc duyulur. Məsələn, milli bayramlarda, müxtəlif sahələrdə qazanılan qələbələrdə ortaq xoşbəxtlik dilə gətirilir, ya da tam əksinə, millətin ümumi maraqlarına bir zərər gəldikdə eyni şəkildə ortaq hüzn paylaşılır. Bu kimi hadisələrdə cəmiyyətin fərdləri mübarizəyə qoşulur. Məsələn, böyük sel fəlakəti, zəlzələ və yanğın, müharibələrdəki məğlubiyyətlər, ya da hər hansı bir məsələdə uğursuzluq, millət tərəfindən önəmli birinin itirilməsi kimi hallarda ortaq kədər paylaşılır.

Millətçlik duyğusu insanlıq tarixi qədər qədim olmasına baxmayaraq, Fransız inqilabından sonra qarşısı alınmaz bir hal almışdır. Hər millətin öz milli dövlətini qurmaq istəyi, çox millətli imperiyaların dağılmasına səbəb olmuşdur. Osmanlı imperiyası da çox millətli quruluşa sahib idi. Bu səbəblə onun dağılması da qaçınılmaz olmuşdur. Gənc Osmanlı ziyalıları bu dağılma təhlükəsinin fərqinə vararaq ortaya atdıqları vətən və siyasi birlik anlayışına dayanan “Osmanlıçılıq” uğursuz olmuşdır. Din birliyini önəmli görən “İslamçılıq” düşüncəsi də eyni sonla bitmişdir. İçində irqin yer aldığı “Turançılıq” düşüncəsinin də İttihat və Tərəqqi partiyasının uğursuzluğu ilə təsirsiz hala gəlməsi Atatürkün İstiqlaliyyət müharibəsi illərində daha birləşdirici xüsusiyyətləri olan müasir və yeni millətçilik anlayışı ilə ortaya çıxmasına səbəb olmuşdur.

Atatürkün Düşüncə Sistemində Millətçilik Anlayışı

Atatürkün millətçilik anlayışı dini və irqi birliyə əsaslanmır. Atatürk millətçiliyin anlayışını müasir alimlərin qəbul etdiyi əsas prinsiplər çərçivəsində müəyyən etmişdir. Bu prinsiplər coğrafi və siyasi birlik, mədəni birlik, tarix birliyi və hədəf birliyi kimi adlandırıla bilər. Daha da açıqlasaq: eyni vətəni bölüşən, eyni siyasi sistem altında yaşayan, tarixin dərinliklərindən gələn və bu ortaqlıqları qorumaq istəyən insanlardan ibarət bir cəmiyyət millət olmağa layiqdir. Məhz buna görə də Atatürk türk millətinin formalaşmasına təsir edən elementləri bu cür sadalayır:

  • Siyasi varlıqda birlik
  • Dil birliyi
  • Yurd birliyi
  • Mənşə birliyi
  • Tarixi yaxınlıq
  • Əxlaqi olaraq yaxınlıq

Bir millətin formalaşmasında bu elementlərin hamısı mövcud olmalıdır deyə bir məcburiyyət yoxdur. Ancaq türk millətinin meydana gəlməsində bütövlükdə bu ünsürlərin mövcudluğu millətin fərdləri arasında daha zəngin və möhkəm bir əlaqə qurulmasında çox təsirli olmuşdur.

Millətin tarix boyu yaşadığı böyük fəlakət və ağrılar həmin millət içində mövcud olan fərqli etnik qrupların bir-biriylə qaynaşmasına gətirib çıxarır. Bu, millətin formalaşmasında çox təsirli olur. Türk tarixindəki İstiqlaliyyət müharibəsi və ua Qurtuluş mübarizəsi də bunun ən konkret nümunəsidir. Məhz buna görə də, Atatürk “Türkiyə Cümhuriyyətini quran türk xalqına türk milləti deyilir.” demişdir. Atatürk “Nə mutlu türkəm deyənə” sözünü deyərkən də bu məsələni gözdən qaçırmamış və tək bir etnik qrupu nəzərdə tutmadığını ifadə etmişdir. Əgər Atatürk bu sözündə etnik bir məqsəd güdsəydi, “Nə mutlu türk olana” kimi ifadələr işlədərdi. Bu gün bu torpaq üstündə yaşayan və türk milləti olaraq adlandırılan insanların ən az min illik bir keçmişə sahib zəngin mədəniyyət, tarix, siyasət, vətən birliyi vardır.

Günümüzün ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının belə cəmi 220 illik bir tarixi olduğunu nəzərə alsaq, bu birliyin önəmi daha yaxşı başa düşülər. Atatürk millətin başqa bir açıqlamasını da verərək “Millət dil, mədəniyyət və hədəf birliyi ilə bir-birlərinə  bağlı vətəndaşların formalaşdırdığı siyasi və sosial bir bütünlükdür” demiş və millətin ümumi tərifini vermişdir. Atatürk bir millətin formalaşmasında “mədəniyyət birliyinə” son dərəcə önəm vermişdir. Fikrini də bu cür ifadə etmişdir: “Eyni mədəniyyətdən olan insanlardan formalaşan cəmiyyətə (topluma) millət deyilir.”

Türkiyə Cümhuriyyətinin 1924-cü il Konstitusiyasında heç bir şəkildə din, məzhəb və irq ayrımı edilməmiş, əksinə “Türkiyə xalqına din və irq ayrımı olmadan Türk deyilir” kimi ifadələr işlədilmişdir. Atatürk millətçiliyi başqa millətlərin də xoşbəxtliyini düşünən, insancıl, müasir, sülhpərvər, aqressivliyi, irqçiliyi və sinif münaqişələrini qəbul etməyən özəlliklərə sahibdir. Bu anlayış da türk millətinin dünya xalqlarının ailəsinə üzv olmasına, öz dəyərlərini qoruyub saxlamasına səbəb olmuşdur.

Bununla da Atatürk millətçiliyi müasirlik məqsədinin bir hissəsi, onun tərəfdarıdır. Çünki modernləşmə müstəqilliyini qazanmış xalqların başlatdığı və inkişaf etdirdiyi bir prosesdir. Millətçilik (ulusçuluq) hərəkatının ilk məqsədi müstəmləkə xalqların müstəqilliyini qazandırmaq və ölkələrinin müstəqilliyini təmin etməkdir. Atatürkçü millətçiliyinin məqsədi Türkiyə Respublikasının müstəqilliyini qorumaq və eyni zamanda türk cəmiyyətini modernləşdirməkdir.

Milli birliyin önəmi

Bir millətin formalaşmasında kültür və tarixi birliyi önəmli olduğu kimi, o millətin güclü bir şəkildə, sonsuzadək yaşaya bilməsi üçün də hədəf birliyi çox önəmlidir. Şübhəsiz ki, milləti təşkil edən fərdlərin sosial və iqtisadi mövqeləri eyni olmur. Bəziləri varlı, bəziləri orta gücə sahib ola, xeyli hissəsi isə yoxsul ola bilər. Şübhəsiz, onların təhsil səviyyəsi, yaşayış tərzi və sosial vəziyyəti də fərqlidir. Bu vəziyyətdə bu insanları ortaq bir təməl ətrafında birləşdirən dəyərlər olmalıdır.

Bu ümumi dəyərlərə bu şəxslərin yaşadıqları torpaq, yəni vətən, bağlı olduqları mədəni dəyərlər, siyasi qurumları olan dövlət, millətin ifadəsi olan bayraq və dövlət himni daxildir. Ayrıca, fərdlərin əcdadlarının və ya özlərinin yaşadığı fəlakətlər və acılar bu ortaq dəyərlər arasında sayılır. Bu və digər ortaqlıqlara əlavə olaraq, sonrakı dövrlərdə baş verə biləcək hadisələrə hazır olmaq və millətlərini güclü və çağdaş millətlər səviyyəsində görmək məqsədi bir millətin ümumi idealını təşkil edir. Hədəfsiz bir xalq, kompası olmayan gəmidən başqa bir şey deyildir. Bu səbəblə gənc nəsillərə tətbiq edilən təhsil proqramlarına diqqət yetirilməlidir. Milli birlik və həmrəyliyə sahib olan millətlər bütün çətinliklərin öhdəsindən necə gələcəyini bilirlər. Türklər Qurtuluş Müharibəsi zamanı bunun ən yaxşı nümunəsini göstərdilər.

Dünyanın ən güclü ordularının işğalı altında olan bir kasıb bir xalq silahsız və idarəedilməz vəziyyətdə qalmış, bu çətinliklərlə qarşı qoymuş, daxildəki satqınlar ilə mübarizə aparmış və imperiyalistləri məğlub etmişdir. Atatürkün sözləri ilə: “Türk milləti milli birlik və həmrəyliklə bütün çətinlikləri dəf edə bildi. Milli birlik və bərabərlikdən uzaq millətlərin diz çökməsi, dövlətlərin yıxılması çox asandır.”

Bu səbəbdən bu gün istismarçı dövlətlər iqtisadi və siyasi cəhətdən ələ keçirmək istədikləri ölkələrin içdən dağılmasını və məhv edilməsini təmin etməyi hədəf aldılar. Bu üsul fərdlərə müxtəlif yollarla və ən həssas olduqları mövzularla təqdim olunur. Bu vəziyyətin fərqinə varıldıqda ya gec olur, ya da dövlət  ağır maddi və mənəvi itkilərdən əziyyət çəkir. Kürd problemi və ya Cənub-Şərq problemi olaraq cəmiyyətə təqdim edilən məsələ bunun ən gözəl nümunəsi olub, Türkiyənin maddi və mənəvi baxımdan böyük itkilərə məruz qalmasına gətirib çıxarmışdır.

Atatürk, bu mövzularda çox mənalı ifadələr istifadə edərək; “Bugünkü türk millətinin siyasi və ictimai quruluşu daxilində kürd, çərkəz və hətta lazçılıq və ya boşnakçılıq ideyaları ilə zəhərləndirilmək istənilən vətəndaşlarımız var. Fəqət keçmişin zülmkar dövrlərinin məhsulu olan bu anlaşılmazlıqların, bir neçə düşmən, mürtəce zehniyyət xaricində xalqın hər hansı bir fərdinə kədərdən başqa bir təsiri olmadı. Çünki bu millətin üzvləri bütün türk icması ilə eyni ortaq bir tarixə, keçmişə, əxlaqa və qanuna malikdir. Bu gün içimizdə mövcud olan xristian, yəhudi vətəndaşlarının taleyini türk millətinə vicdani istəkləri ilə bağladıqdan sonra mədəniyyətli türk millətinin mənəvi dəyərlərinin onlara yan baxacağını gözləmək mümkündürmü?” Bu təşəbbüslərin millətin anlayışına zərər verəcəyini demişdir. Yenə Türkiyədə hansı bölgədə və ya hansı etnik mənşəli olursa, olsun, bütün vətəndaşların eyni millətin ünsürləri olduğunun hər kəs tərəfindən qəbul edilməsi lazım olduğunu bu sözləriylə açıqlamışdır; “Diyarbəkirlı, Vanlı, Ərzurumlu, Trabzonlu, İstanbullu, Trakyalı və Makedoniyalılar bir irqin övladı və eyni filizin damarlarıdır.”

Atatürkə görə, digər millətlərdən hörmət qazanmaq üçün bir xalq əvvəlcə öz millətinə hörmət etməlidir. Atatürkün bu mövzuda söylədiyi sözləri yadda saxlamaq lazımdır: “Əgər biz dünyanın bizə hörmət etməsini istəyiriksə, ilk növbədə öz mənliyimizə və milliyyətimizə bütün hisslərimiz, ideyalarımız, bütün işlərimiz və hərəkətlərimiz vasitəsilə bu hörməti göstərməliyik; bilirik ki, öz milli mənliyini tapa bilməyən xalqlar başqa xalqların ovudur.”

Millətçilik prinsipinin əhəmiyyəti və nəticələri

Türk millətçiliyi ilə əvvəlki əsrlərdə din, məzhəb və irq fərqlərindən qaynaqlanan müharibələrə son qoyuldu. Türk millətçiliyi ilə ən möhkəm birlik olan siyasi, mədəni və ideal birliyə əsaslanan bir dərnəyin təməli qoyuldu. Türk millətçiliyi dinc bir hədəf proqnozlaşdırdığından, təcavüzkar və ekspansionist hədəfləri rədd etdi və daha real siyasətə söykəndi. Buna görə millətçiliyin gətirdiyi siyasi, sosial və hüquqi bərabərlik türk cəmiyyətini yaradan şəxslərə inam bəxş etdi və hər bir sahədə irəliləyiş və təşəbbüsləri üçün həyəcan, cəsarət və özünə inam təmin etdi. Bu prinsipin ən vacib tətbiqləri kimi, yeni dövlətin adının Göytürkdən sonra ikinci dəfə “türk” sözünün tarixdə istifadəsi, türk mədəniyyətinin inkişafı, dil, tarix və mədəniyyət ünsürlərinə aid qurumların qurulması və araşdırmalara başlanılmasıdır. Buna görə milli fövlət Atatürkün millətçiliyinin simvolu oldu. Təhsilin və tərbiyənin bütün səviyyələrində yeni nəsillərin inkişafında dil və tarix kurslarının tədrisi də bu prinsipin tətbiqidir. Bundan başqa Türkiyə Respublikasını yüksək idealına çatmasında ölkəni idarə edən və gələcəyə aid planların tətbiqində söz sahibi olacaq insan, təşkilat və siyasi qurumlara öz millətinə güvənməsini də təmin edən bir dinamizmdir. Mustafa Kamal Atatürk həyatına güvənə bilən bir liderin nələrə nail ola biləcəyini sübut etdi. Dünən olduğu kimi bu gün də millətçilik xalqların tarixi kimliyini dəstəkləyən və birlikdə yaşamaq iradələrini gücləndirən, ən təsirli və vacib intellektual hərəkat, ideoloji cərəyanlardan biridir. Qloballaşma fenomeninin, xüsusən də böyük dövlətlər tərəfindən süni şəkildə gücləndirilməsinə və inkişaf etdirilməsinə çalışılsa da, millətçilik hərəkatları və düşüncəsi yaxın gələcəkdə cəmiyyətlərin ən vacib başlanğıc nöqtəsi olacağı reallığını dəyişdirməyəcəkdir.

Müəllif: Sait Dinç

Ziya Kazımzadə

Bütün yazıları göstər