Dövlət sivilizasiyanın əzəl və dəyişilməz institutlarından hesab edilir. Əminlikə demək olar ki, bəşəriyyətin tarixi dövlətlərin tarixidir. Onlardan qabaq baş verənlər  “tarixdən əvvəl” adlandırılır və o dövrdə mövcud olmuş insanların heyvanlardan o qədər də  fərqlənmədiyi qəbul edilir.

Buna baxmayaraq, dövlətlərin həmişə mövcud olduğu qənaətinə gələ bilmərik. Əksinə, dövlətlərin “ölümü” dəfələrlə proqnozlaşdırılmışdı. Əvvəllər bunu kommunistlər edirdi, amma bildiyimiz kimi onların bəyanatlarını tam əksinə anlamaq lazımdır. Əslində isə məhz onlar təsərrüfat və iqtisadi fəaliyətin bütün formalarından tutmuş, fikir, duyğu və ailə münasibətlərinə qədər tamamilə hər şeyi nəzarət altına alan tarixin ən əntər dövlət monstrlarını yaratmışdırlar.

Kütləvi məktəblər, kütləvi ordular və kütləvi ideoloqiyalar epoxası (dövrü) keçmişdə qalır. İdeologiyaların sayı insanların sayına qədər artıb, paradlar karnavallara çevirilib, zavodlar loft-məkanlara (ing. loft area) dəyişdirilir, bayraqların və gerblərin əvəzinə isə logotiplər və firma stilləri gəlir. XX-ci əsrin dünyası, onun problemləri və sualları  eybəcər və  təzadlıdır. Hər bir kəndlinin ABŞ Konqresinin Kitabxanasına və “SkillShare”-ə çıxışı olan cəmiyyətdə, yeganə olan doğru yoldan danışmaq gülüncdür: belə bir kəndli bilik səviyyəsinə və müvafiq olaraq düşünmə tərzinə görə zadəgana çevirilir.

Dövlətin yüzlərlə izahı var və hər birini kimsə klassik hesab edir. Reallıq isə budur ki, dövlət bizim zamanımızda göz qabağında yox olur. Gözəl nümunə olaraq Avropanın bir çox ölkəsini gətirmək olar: dövlətlər məcburi hərbi çağırışları ləğv etdi, sərhədlərin qorunmasını dayandırdı, dəmir yolu nəqliyyatındakı inhisarından imtina etdi, ölkənin simvollarını təhqir edilməsi artıq cinayət sayılmır (bu indi təkcə inzibati xəta hesab edilir), ölkələr rəsmi olaraq öz suverenliyinin bir hissəsini üstdövlət təşkilatı olan Avropa Birliyinə öz əlləri ilə verdilər və s. Maarif dövrün necə ölkələri dünyəvi etdisə, virtual reallıq eyni tərzdə dövlətləşmənin yox olmasında rol oynayır.

XVIII əsrdə təhsilli insanlar kilsələrə sadəcə əhəmiyyət vermirdilər. Bugün isə onlar artıq dövlətlərə əhəmiyyət vermirlər. İnsanlar hələ də pasportlar alırlar, lakin öz sənədlərini sərhədçilərə, çamadanlarını gömrükçülərə vermədən onlarla ölkəyə səyahət edirlər. Çoxları digər ölkələrdə yaşadığı halda, həmin ölkənin vətəndaşlığını almağa belə cəhd etmirlər, çünkü bunun mənası getdikcə azalır. Ən əsası isə artıq heç kimi dövlət təbliğatı ilə ilhamlandırmaq olmur. İnternet istifadəçilərini bu sadəcə güldürür. Dövləti heç kim ləğv etməyəcək. Lakin onun yurisdiksiyası getdikcə tamamilə fiktiv (yəni xəyali, əsli olmayan) olacaq, necə ki kilsənin yurisdiksiyası müəyyən ərazilərdə fiktiv oldu.

Postdövlət dövründə millətlərə nə olacaq?

Bildiyimiz millət anlayışı modern dövrün nəticəsidir. Onun meydana gəlməsinin səbəbi, digər səbəblərdən savayı, əraziyə görə böyük dövlətlərin praqmatik tələbatlarına uyğun əhalini polietnik bəşəriyyətdən ayırıb, dəqiq dövlət sərhədləri içində kültürcə cəmləşdirmək olub. Qatar yolları ilə bintlər kimi bağlanan ölkə, öz böyük ərazisinə baxmayaraq, modern dövrdə özü ilə homogen informativ və logistik məkanı təmsil etməyə başlayır. Məlumatlar və mallar ölkə ərazisində əvvəllərdən daha sürətlə hərəkət edir, qabaqlar bir birinə əlçatmaz olan dövlətin əraziləri qonşulara, sonralar isə bir ailənin üzvlərinə çevirilib. Eyni zamanda, israr oluna bilər ki, millətlər təkcə dövlətlərin məqsədyönlü siyasətinə görə əmələ gəlməyiblər, onların təşəkkülü istehsal və kommunikasiya texnologiyalarının inkişafının köməyi ilə təbii halla baş verib. Birləşmə durmadan, davamlı şəkildə iqtisadi, siyasi və kültür sahələrində əmələ gəlir: insanlar eyni zamanda eyni qəzetləri oxumağa başlayırlar, eyni televiziya verilişlərinə baxırlar, eyni günlərdə eyni milli bayramları qeyd edirlər. Bir birini üzdən tanımasalar da, onlar  birlik yaradırlar, hansının dünyagörüşü onların əməyi və  kütləvi informasiya vasitələrin köməyi ilə dünyaya yayımlanır.

Herbert Marşal Maklüen

Bundan əlavə, məhz millətin homogen kültür (mədəni) birliyin içində formalaşması və millətə daxil olan etnosların eyni milli mifi yaratması modern cəmiyyətin ən böyük problemlərdən birinin qarşısını alır. Əgər Maklüenın (ing. Herbert Marshall McLuhan, Kanadalı filoloq, filosof. Elektrik və elektron informasiya vasitələrin insanlara və cəmiyyətə təsirin araşdırıcısı, “global village” – “qlobal kənd” terminin yaradıcısı) izi ilə kommunikasiya vasitələrin sürətli inkişafından dəyişən modern dünyanı “qlobal kənd” kimi xarakterizə etsək, qarşımıza bu kəndin içərisində höcətləşmə ilə bağlı bir sual çıxacaq. Siz nə vaxtsa, bir kəndin içində kifayət qədər uzun müddət yaşayan bir neçə ailənin münasibətlərinin şahidi olmusunuzmu? Bu intriqaların gedişatına istənilən “Game of Thrones” serialı həsəd aparar – kütləvi kommunikasiya cəmiyyətinin insanların və ya başqa bir şəxs qarşısında daimi olmasının məsarifi ondan ibarətdir ki,  bir birinə olan incikliklər cəmlənir və yığılır. Subyetktlər arasında mürəkkəb və partlayabilən münasibətlər sistemi formalaşmağa başlayır. İnformasiya axını gerçəkliyi təhrif edib və anlaşılmazlığı dərinləşdirib, obyektivlikdən uzaq baş verən təsviri formalaşdırır. Anlaşmanı təşkil etməyə çağırılan kommunikasiya vasitələri bu halda onu, yeni rabitə (əlaqə) kanalları ilə birlikdə yeni münaqişələr yaradaraq məhv edir.

İnternetin əlaqə vasitəsi kimi əmələ gəlməsi bu problemin həllini qeyri-mümkün edib: bəşəriyyət sadəcə bir biri ilə əlaqəsini asanlıqla dağıdıla biləcək olan hissələrin cəmi deyil. 90-cı illərdə İnternetin sürətli yayılması nəticəsində, bəşəriyyət öz özünə inteqrasiya olunan birliyə çevirilib. Hazırda onu parçalamaq üçün əlaqə çox sıxdır. Əslində, müasir qloballaşan dünyanın bir çox problemlərini məhz bu “qonşu sindromu” ilə izah etmək olar.

Belə kədərli vəziyyət… optimistliyi gətirə bilər. Bir tərəfdən, kütləvi kommunikasiyanın çəkdiyi baryerlər, multikulturalistlərin millətlərin və kültürlərin sülhlə və əmin amanlılqla yan yana yaşaması, gələcəydə tez və ağrısız postmillət “firavanlığının” gəlməyi xəyallarının çoxunu məhv edir. Multikulturistlərin çox gözlədiyi transformasiya ani baş vermir. İnformasiya dövrü açıq qarşılıqlı yayılma və bəşəriyyət mədəniyyətinin bütöv sivilizasiya qatlarının təkəmüllü mübarizə anlamına gəlir. İnternet Yer kürəsini sinqularlığın (ing. singularity) bir nöqtəsinə cəmləşdirməyə yol verib, iki şəhər arasında sənaye inqilabından əvvəl (ing. pre-industrial) olan əlaqə miqyası bütöv planetə qədər böyüyüb. Keçmişdə olduğu kimi, bu əlaqənin sahmana salınması mübarizə deməkdir. Keyfiyyət cəhətdən yeni səviyyədə olan döyüşmələr, əvvəllər olan açıq toqquşmalar və bomba zərbələri mübadiləsi kimi kobud strategiyalardan uzaqdır. İnformasiya dövrü informasiya müharibəsi, kültür (mədəni) qarşıdurma deməkdir. O artıq başlayıb: bu qarşıdurmada Asiyanın Çin, Hindistan və Yaponiya kimi böyük mədəniyyətləri, Avropa millətlərin və müsəlman xalqların mədəniyyətləri, Rusiya mədəniyyəti və s. iştirak edir…

Məhz “informasiya məkanında millətlərarası mübarizə” sualının həll olunmaması, postmillət dövrünün tez gəlməsi haqda arqumentlərinin çoxunu zəif edir: ictimai həyatın bütün qatlarına girən qlobal çağırışlar, bir insanın cavab verə bilməyəcəyi qlobal cavablar tələb edir. Bu halda çıxan tələbatların təmin olunması, müdafiə və iqtisadi kömək üçün insanlara millət lazım olacaq.

Bu bizi fikirləşməyə vadar edir: əgər əminliklə demək olar ki, kütləvi və sürətli kommunikasiyaların sürətli inkişafı ilə xarakterizə olan postmodern dövrdə millət mövcud olacaqsa…

O hansı halda mövcud olacaq?

Millət korporasiya kimi: horizontal iyerarxiya

Əgər biz  mədəni-tarixi kontekstdən uzaqlaşsaq və hamı tərəfindən qəbul edilmiş “modern dövrün ideal millətini” dərk etməyə çalışsaq, onda biz tam ya da hissə olaraq dövlətlə bir olan, struktur cəhətdən yetərincə sadə olan siyasi korporasiya əldə edərik. Təşkilanlanmanın korporativ üsulu millətin bir neçə vacib xüsusiyyətini şərtləndirir. Struktur cəhətdən, korporasiya özündə eyni zamanda həm iyerarxik, həm də horizontal sosial təşkilanma növü birləşdirən bir sosial birlik təşkil edir. Daha çox horizontal. Hər bir korporasiyada müəyyən bir direktorlar şurası var, həmən birliyi idarə edən (daha doğru desək, “yönəldən”)  mərkəzi, nüvəsidir. Millətdə, milli maraqların siyasi, iqtisadi və mədəni mühafizəsini təşkil edən milli elitalar, öz ətrafında toplanan korporasiyanın nüvəsidirlər. “Türklüyün”, “almanlığın”, “rusluğun” və s. könüllü “damğalarını” geyinən millət üzvlərin əsas hissəsi bu nüvə ətrafında qruplaşır. Kontr-elitalar bu konstruksiyanın qırağına atılıblar. Modern millətin  idarə tipindən iyeyarxik, amma əlaqə baxımından horizontal olan bu strukturun özündən keçirən  hər bir qatının, təbəqəsinin müəyyən və məhdud edilmiş əlaqə kanalları var. Məsələn, milli elitaya aid olmayan süpürgəçi, elitanın diqqətini millətin probleminə cəlb etmək üçün, “prixod”-un (xristianlarda aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer, məhəllə) əlaqə (vasitə) metodlarından istifadə edə bilər, ona görə ki, millətin inkişaf kursunu dəyişdirə bilmədiyi kimi, özü bu problemləri də həll edə bilməz. O, millətin hər bir üzvü kimi, sadəcə bir Birliyin (Vahidliyin) parçasıdır. Və bu Birlik, ona lazım olanda, bu parçanı heç bir həya etmədən qurban verər. Yuxarıda qeyd olunan “qonşu sindromunun” bariz nümunəsi – şəxsilik (intimlik) və milli rifah üçün, insan şəxsi maraqlarını milli maraqların prioritetliyi ilə ödəyər, hətta  bu maraqlar mühüm formada fərqlənib, bir-birinə zidd gəlsə belə. Birinci növbədə siyasi birlik kimi çıxan modern millət iyerarxik və qatlı şəkildə təşkil olunub. Kültür bu halda sadəcə milləti bəndləşdirən iqtisadiyyatı və onun hərəkətini istiqamətləndirən siyasətin “qabığı” kimi rol oynayır. Postmodern millətdə isə vəziyyət tamam fərqlidir.

İnternetin yaranması bütün müvazinətli strukturları məhv edib.

Bəlkədə, biz tarixə çox sağol deməliyik ki, Azərbaycan türk milləti modern anlamında formalaşmadı. Məsələ ondan ibarətdir ki, postmodernin informasiya cəmiyyətinə keçidi, millət-dövlət sosial institutun böhranı ilə əlamətdar olunur. Milli iqtisadiyyat üzərindən “yüksəlişi” ilə xarakterizə olunan, dünya iqtisadiyyatının tipinin dəyişməsi, köhnə milli iqtisadiyyat səviyyəsinə çatan regional iqtisadiyyatın artması – bunlar hamısı yeni tip millətdə iqtisadiyyatın rolu haqda olan sualı böyük şübhə altına qoyur.

Eyni şey müəyyən bir dövlət daxilinə (ya da millət üzvlərinin bir yerdə toplaşması kimi) bağlanma ilə baş verir. Çevikliyin yüksək şərtləri, milləti axar və heç bir konkret əraziyə bağlanmayan birlik kimi xarakterizə edir. Bu, onun hansısa bir dövlət daxilində olan siyasi birlik olmasının tərifini şübhə altına salır.

Burda isə bizim qarşımıza olduqca marağlı situasiya çıxır.

Milli subyektliyin iqtisadi və siyasi kontekstləri məhv edib ya da ən azı zəiflədib, postyazı dünyası (dünyanın yazıdan vizuallığa keçidini izah edən termin), millətin əsas kriteriyası kimi kültür (mədəni) birliyi qabağa çəkir və hansısa mənada bizi alman romantizmi dövrünə geri qaytarır. Postmodernin keçid dövründə millət heç bir konkret dövlətə bağlı deyil və ciddi mənada öz iqtisadiyyatına malik və siyasətin subyekti deyil. O xəyali və axıcıdır. Bu dövrdə millət şəbəkə strukturu ilə bağlı olan ikinci doğuluşun ən mürəkkəb dəyişikliklərini yaşayır. Əgər  biz milli dövlət qurmağa hazırlaşırıqsa, əvvəl biz milləti qurmalıyıq. Əgər bizə “nəyisə” qurmaq lazımdırsa, biz aydın bilməliyik ki, bu “nəsə” necə işləyəcək.

Bu kontekstdə, bizim millət haqda anlayışımız onun doğum günü olan həqiqi təcəssümü ilə eyni olması barədə şübhə əmələ gəlir. Başqa sözlə, bizim millət haqda təsəvvürümüz islah olunmaz dərəcədə köhnəlmiş kimi görünür mü?

Zənnimcə, biz, postmodern çağında – 21-ci əsrdə millətin hansı transformasiyalara mübtəla olması haqda düşünməliyik.


Millət şəbəkədə: mərkəzyaradan periferiya

Yeni-yeni formalaşan postdövlət dünyasında milləti, çox güman, ancaq şəbəkə kimi təsəvvür etmək olar. Ya da, istəyiniz halda şəbəkələr konqlomeratı kimi. Keçid dövründə, millətin kültür tərkibi onun üzvlərin yeganə birlik kriteriyasıdır. Azərbaycan türkcəsini, Azərbaycan türk mədəniyyətini və Azərbaycan türk milli mifini bölüşən və özünü könüllü olaraq Azərbaycan türk birliyinə (ümumiliyinə) aid edən – Azərbaycan türkü sayılır. Keçid zamanı kültür milləti konservləşdirir – sonra isə həqiqi şəbəkə möcüzəsi baş verir.

Beləliklə, perspektivdə, dövlətlər – tez uyuşmayan, mühafizəkar, bürokratiya və hər növ norma və qanunlarla (çox vaxtı atil və kontrpoduktiv) ağırlaşmış –  həm hərbi-siyasi, həm ticarət-kommersiya, həm də elmi-texniki proqresin sahəsində bölünən şəbəkə icmalarına aydın şəkildə uduzurlar.

Şəbəkə strukturu ətrafında bu və ya başqa birliyin qruplaşdığı, aydın olmayan mərkəzlə xarakterizə olunur. Şəbəkə özündə fəzada həm öz yerləşməni, həmdə kommunikasiyaların sayını, tərkibini, ölçüsünü dəyişdirən dayaq nöqtələrin cəmini təmsil edir. Mərkəzlər daimi olaraq öz aralarında bu fəzanı şəbəkə kimi təşkil edən, yeni və yeni informasiya axınları ilə əlaqələnirlər. Bu təqdirdə, millətin hansısa qatlardan ibarət olması haqda iddia etmək çətin olur: onun içində qruplaşmaların sayı və müvafiq olaraq dayaq mərkəzlərin sayı daha çoxdur. Şəbəkə formasında olan millətin hər bir üzvü onun hərəkətlərinə daha çox təsir imkanlarına malikdir: bir tərəfdən, o, ani kommunikasiya vasitələrinin sayəsində millətin demək olar ki hər bir üzvü ilə əlaqəyə çıxa bilər, o biri tərəfdən isə, şəbəkə strukturu şəbəkə demokratiyasına – millətin hər konkret üzvünün seçkilərdə bir başa iradəsinin bildirməsinə təkan verir.

Şəbəkə öz daxilində olan icmalara asanlıqla kommunikasiya və malları, xidmətləri və informasiyanı mübadilə etmək imkanları verir. Bu məntiqi qurmaların ən cürətli fərziyyələrində, şəbəkə millət tədriclə dövləti özü ilə əvəz edir, əvvəlcə bir hissəsini, sonra isə insani birgəyaşayışını təmin edən bütün lazımi olan funksiyaları yerinə yetirir. Millət əvvəlcə itirilmiş siyasəti və iqtisadiyyatı fərqli, qlobal və milli sərhədlərdən ayırılmış miqyasda özünə qaytarır. 

Çox vaxt fərqli insanlardan eşidilir ki, xalq pisdir və onun yolunda olan  qurbanlara layiq deyil. Əgər “xalq” kateqoriyası ilə düşünsək, onda “xalq” əlbəttə ki pisdir. Özüdə ki, Yer kürəsinin hər bir ölkəsində. Əgər ayrı-ayrı insanların, korporasiyaların və millətlərin maraqlar kateqoriyası ilə düşünsək, onda onların hamısına (abstrakt “xalqdan” fərqli olaraq) nəsə lazımdır və bu nəsə konkretdir. Əgər siz hansısa konkret bir şey barədə danışsanız, dialoq əmələ gələr, bu dialoqdan qarşılıqlı anlaşma, qarşılıqlı anlaşmadan  qarşılıqlı hərəkət etmə, fərqli insanların və sosial strataların (sosial qruplaşmalar, birliklər) qarışıqlı hərəkət etməsindən isə – bizim ətrafımızda real siyasi, iqtisadi və mədəni sahələrdə dəyişiklər baş verər.

Şəbəkə milləti artıq formalaşmağa başlayır və məhz indi Azərbaycan türklərinin öz lənətini öz faydasına çevirə biləcək zamanı gəlir: modern milləti kimi doğula bilməyən onlar heç bir xüsusi problem olmadan postmodern milləti kimi doğula bilərlər. Milli dövlətin ölümü qətiyyən millətin ölümü kimi ifadə olunmur – o, yaxınlaşan epoxanın (dövrün) yeni çağırışlarına cavab verən yeni fürsətlər üzərə şəbəkə millət kimi tezuyuşan və çevik olan birliyin doğuluşuna yol verir.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər