Mən milliyyət sözünü tez-tez işlədirəm. Bu indiki vaxtda bütün əzilən xalqların müdafiəsinə zəmin hazırlayan sözdür. Dövrümüzün insanları sürünür və bu hər şeydən öncə bizim bu sözə bağlanmağımızın önəmini aydınlaşdırmağa imkan verir.

Eşitmişəm ki, bir çox adlı-sandlı insan ən xoş niyyətləri ilə bizim inandığımız milliyyət standartlarının təhlükəli və geridə qalmış olduğunu deyir. Onlar mənə deyirdilər: “Biz səndən daha mütərəqqiyik” və davam edirdilər ki, “Biz artıq millət ideyasına inanmırıq, biz insanlığa inanırıq, biz kosmopolitizmə inanırıq”. İndi mən nə vaxtsa kiminsə özünü kosmopolit adlandırdığını eşidib papağını götürüb gedən Uqo Foskoloya (Ugo Foscolo) bənzəmirəm ki, İtaliyadan könüllü sürgün olunam. Lakin mən inanıram ki, köhnəlmiş bir ideyanı ifadə edən kosmopolitizm sözü milliyyətlə müqayisədə daha qeyri-müəyyən və anlaşılması daha çətindir. Mən inanıram ki, kim kosmopolitizmi mənimsəyibsə, bu keçmişə qarşı reaksiyanın barsız məhsuludur ki, hər zaman ürəyimizdə ölü olaraq qalır və onların milliyyət tərifi nə baş verməsindən asılı olmayaraq yenidən çoxala bilməyən gücdə təsvir olunur.

Biz hamımız kosmopolit hesab oluna bilərik, əgər biz kosmopolitizmi hər kəsi sevmək və doğma hesab etmək, bütün maneələri dağıdaraq insanların əks maraqlarla özlərini təmin etməyi olaraq anlasaq. Amma bunların hamısı mümkündürmü? Maneələr üzərində qələbərini təmin etmək məqsədilə sadəcə müqəddəs həqiqətləri elan etmək kifayətdirmi ki, Avropada onları qanunsuz qüvvələrin cəmiyyəti təmsil edir? Bizim işimizin məqsədi ideyaları reallığa çevirməkdir. Biz təşkilatlanmalıyıq deyirəmsə əgər, düşünməyi yox, hərəkətə keçməyi nəzərdə tuturam.

İndi hər bir təşkilat konkret reallığa təsir edən başlanğıc nöqtə və bir məqsəd tələb edir. Səmərəli fəaliyyət üçün hər bir lingin üzərində durmağa dirəyə və qaldırılan və ya hərəkətə gətirilən cismə ehtiyacı var. Bizim üçün son insanlıq, dəstək olan qüvvə, ling isə vətəndir. Mən rahat şəkildə etiraf edirəm ki, həmçinin kosmopolitlər üçün də son insanlıqdır lakin onların dayaq nöqtəsi də insandır, təcrid olunmuş fərd. Bizimlə kosmopolitlər arasındakı  bir çox fərqlər demək olar ki, yalandır, lakin bu əsas fərqdir. Bu köməksiz və yalnız şəkildə fərdi azadlığa inamın sosial dəyişikliklər yaradacağını düşünən insanların partizan birliyindən fərqi ilə eynidir.

Kosmopolit sərhədləri onun idrakından daha geniş olan sonsuz dairənin mərkəzində yalnız qalan insandır və bu dairə də onun ətrafında getdikcə genişlənir. Onun şəxsi imkanlarının və yerinə yetirilməmiş hüquqlar bilincinə güvənməkdən başqa yolu yoxdur. Daha uğurlu ola bilərdilər amma onlar təcrübi planların ümumi çevrəsini özləri üçün öncəlik seçə bilmirlər. Buradan aydın olur ki, kosmopolit yalnız iki yoldan birini seçə bilər: hərəkətsizlik və ya zalımlıq (despotizm). Bu onun əqidəsinə uyğundurmu? Yalnız bir insanın dünyanı xilas edə bilməyəcəyini anlayan kosmopolitin hekayəsi xilaskarlıq vəzifəsinin həqiqətən də ona aid olmadığını anlaması ilə başa çatır.

Arzu olunan məqsədə fərdi hüquqların tətbiqi vasitəsilə çata bilmədiyini və əslində, heç bu hüquqların tətbiqini də bacarmadığını gördükdə belə nəticəyə gəlir ki, onun özünün fərdi hüquqları həm vasitə, həm də məqsəddir. Lakin nə vaxtsa bu hüquqlar yerinə yetirilməmiş qalsa, kosmopolit çarpışmağa və ölməyə həvəsli deyil, tamamilə əksinə bir addım da geriləyərək uzaqdan baxacaq. O, eqoistlərin məsəlini, “Ubi bene, ibi patria” (Mənim maraqlarım harada ödənirsə ora mənim vətənimdir) dilə gətirərək ölkəsini ayaqqabılarının dabanına bitişik şəkildə hara getsə, özü ilə sürüyər. O, artıq bu aksiomu təcrübəyə keçirməyə başlayır. Ona sosial rifahında inkişafının mümkünlüyünə dair ən kiçik bir şübhə versəniz, mübarizəyə cəhd göstərmədən belə dərhal geri çəkiləcək. O, yalnız irəliləmələrin nəticəsində hadisələrin təbii seyri ilə uğur əldə ediləcəyinə ümid edir. O, optimist olmağa başlayır və onun vəzifəsinin məzmunu fərd olaraq qabiliyyətini ən yaxşı şəkildə həyata keçirməyə çalışmaqdır ki, bunun adı xeyriyyəçilikdir. Lakin mən düşünürəm ki, gündəmdə olan sosial problemlərin yalnızca xeyriyyəçiliklə həll olmayacağı artıq hiss edilməyə başlayıb. Bizim müdafiə etdiyimiz xalqın maraqları isə sırf sədəqə verməkdən daha önəmlidir.

Kosmopolitin öz inanclarında heç tutarlılıq yoxdurmu? O hər şeydən öncə irəliləyişə nail olmaq istəyir və öz böyük maraqlarına uyğun nisbətdə bu məqsəddən də özü üçün dayaq və ling kimi istifadə edəcəyinə ümid edir. Buna görə də o, özü üçün belə bir dayaq nöqtəsi axtarır, borc və qəsb yolu ilə əskikliyi olan həqiqi fərdi gücünü dəyişməyə çalışır. O, digərlərinin sosial Utopiya ideyasını həm mənimsəyir, həm də inkişaf etdirir və düşünür ki, məntiqi nəticə və mühakiməyə güvənərək insanlığa (bəşəriyyətə) yol aça bilər. İndi məhz bu cür mühakiməyə arxalanan Saint-Simonizm (Saint-Simonism) və kommunizm bu nəticəyə gəldi: hər bir azadlıq bütünün rifahı naminə pozulmalıdır. Bir sıra Fransız siyasi və fəlsəfi məktəbləri də son zamanlar eyni nəticəyə gəlmişlər. Onlar xalqların missiyasını inkar etməyə başlayaraq milliyyət və ya ölkəyə aid sözlərin çoxunda çiyinlərini nifrətlə çəkirlər. Lakin onlardan tezliklə hərəkət planı tələb olunsa, nəzəri məfhumlarının mərkəzində öz ölkələrini və hətta öz qəsəbələrini yerləşdirəcəklər. Bu cür düşünən məktəblər milliyyətləri məhv etmir lakin sadəcə biri naminə bütün hamısını pisləyir. Hər birinin öz seçdiyi “Napaleonic” xalqın bir növü olan insanları vardır; və beləliklə rəsmi olaraq milliyət ideyalarının çoxunu danmaqla faktiki olaraq öz milliyyətlərinin digərlərinə zor gücü ilə olmasa da( Tanrıya şükür ki, artıq mümkün deyil), əlbəttə ki, qalıcı və xüsusi olan mənəvi və intellektual liderlik iddiaları ilə qəsb etmək imkanı yaradırlar. Əgər xalqlar bu cür nəzəriyyələri qəbul etməklə çaşdırılsa və vərdişkar olmağa inandırılsa, bizim gələcək həqiqətən də olduqca bədbəxt olacaq.

Milliyyətin əleyhdarları bu sözün keçmişdən qalma tərifini təsvir edirlər. Amma onlar daha çox bu tərifin gələcəkdə necə görünəcəyini axtarmağa, əlamətlərini öncədən görməyə çalışmalıdırlar. Onların indiki arqumentlərinin hamısı bizim fikirlərimizə ikrah olaraq ortaya çıxır ki, sonradan qəflətən yoxa çıxacaq. Biz milliyyətdən danışarkən, azad və qardaşca bir-birinə bağlanan insanları təsəvvür edirik. İndiyə kimi insanların milliyyəti heç vaxt mövcud olmayıb. Keçmiş dövrlərdə milliyyət yalnız mütləq monarxiya şəklində təsis edilir və hökumətlərarası müqavilələr tərəfindən sistemləşdirilirdi. Amma bu krallar varlığını əvvəldən inkar etdikləri xalqa qarşı hər hansı bir qayğının yerinə gözönünə alınan şəxsi maraqları var idi. Bu səbəblə mövcud müqavilələr də vəzifəsiz şəxslər tərəfindən qaranlıq otaqlarda, hər kəsin bilmək iqtidarında ola biləcəyi müdaxilə olmadan, cəmiyyətin düşüncəsinə söykənmədən tərtib olunurdu. Təbii ki, bütün bunların hamısı yaxşı nəticə verə bilməz.

Köhnə zalım hökmdarlar öz millətlərinin əsası olaraq öz ailələrinə, nəsillərinə və sülalələrinə etibar edirdilər. Onlar sonda başqalarının haqqlarına təcavüz edir və xalqın hesabına daima ardıcıl yüksəlirdilər. Onların nəzəriyyəsi tək bir cümlə ilə ümumiləşdirilə bilər: hər kəs hökmdarın darçərçivəli maraqları naminə istismar edilməli və qurban verilməlidir. Onların müqavilələri heç bir əhəmiyyət daşımırdı lakin nəticədə imtiyazlar qazandırırdı. Sülh sırf hərbi əməliyyatların dayandırılmasından daha artıq məna ifadə etmirdi. Onların qüvvələr balansının məşğuliyyəti güclərini bərabərləşdirməyə təşəbbüs idi, hər zaman gələcək müharibələr göz önünə alınır və həmişə bir-birinə şübhə duyulurdu.

Bu cür hakim “millət” anlayışı hər diplomatik ittifaqın təməlini təşkil edir. Xüsusilə, hələ də Avropada beynəlxalq hüququn başlıca ölçüsü kimi qəbul olunan və monarxik hakimiyyətin legimitimliyi ideyasını formalaşdıran Vestfaliya sülhünün əsasında bu anlaşmanı görə bilərik. Əksi ola da bilməzdi. İkinci dərəcəli maraqlardan üstün olan bir prinsip yaratmayan və müqavilələri ümumi maraqların əsası və qarantiyaçısı edə bilməyən diplomatiya sistemində milliyyətlərin sülhsevər təşkilatı mümkünsüz idi. Bu elə bir parodiya yaratdı ki, Tanrının insanın ürəyinə yerləşdirdiyi ən gözəl hisslər hər şeyi qısqanan dar milliyyətçiliyə doğru irəlilədi.

Həmin vaxt və yaxşı səbəblə kosmopolit ideal ortaya çıxdı. Bu kimi mövcud səbəblərə kosmopolit ideya bütün insanların bərabər, hansı ölkədən olmasından asılı olmayan və ya sənaye və ticarət azadlığının təbliğini aparan siyasi iqtisadiyyat anlayışları vasitəsilə reaksiya verdi. Amma daha sonra hər bir “reaktiv ideal” kimi başa çatdı və ilk başda müqəddəs olan sonda həqiqi prinsiplərindən kənara çıxdı. Ətrafına baxanda yalnızca dövlətsiz xalqları və monarxiyaçı milliyyətləri gördü. Nəticədə həm ölkəni, həm də milliyyəti inkar etməyə başladı və bizim ortaq planetimiz və fərdiliyimizin əsas olaraq qəbul edilməsi isə sonluğa çatdı. Beləliklə, kosmopolitlər bütün insanlıq naminə çalışanların iş yeri olacaq gələcəkdəki milləti büsbütün olaraq hətta təsəvvür edə bilmədilər. Gələcəkdə müxtəlif millətlər insan qrupları arasında hər bir üzvünün töhfəsi və xüsusi peşəsi olan nəhəng ümumi müəssisələr mənasını verəcək. Lakin indiki dövrdə kosmopolit nəzəriyyələrin geniş yayıldığı vaxtda insanlar hələ də millətlərin xarakterini yenidən inşa edərək dəyişdirməyiblər.

İndi kosmpolitizmin qarşı olduğu təhlükələr mövcud deyil. Bu gün insanların çoxu artıq mütləq güclərin xudbin milliyyətçiliyinə inanmır. Bu despot rejimlər yalnız qaba qüvvəyə güvənərək mövcudluqlarını davam etdirirlər, lakin ortaq paylaşılmayan əqidəyə söykənməyən güc özü öz daxilində məhvinin toxumlarını səpir. Bu səbəblə köhnə üsul milliyyətçilik xalqlar arasında sürətlə ölür. Öz ağaları tərəfindən imzalanan ittifaq müqavilələri onlara gücün birlikdə olduğunu öyrətdi. Eyni şəkildə bir çox çatışmazlıqlar var idi ki, buna görə də xalqların hər biri təcrübə qazanmalı, təcrid olunduqda özlərini canlandırmağa təşəbbüs göstərməli, hər bir dərs onlara xidmət etmiş olmalıdır. Onlar öyrəndilər ki, ittifaqların önəmini qəbul etmədən gələcək qələbələr mümkün olmayacaq. Kosmopolitizm beləcə vəzifəsini tamamladı.

İndi, başqa bir vəzifə önümüzdə yatır. Müxtəlif ölkə birliklərinin, millət birliklərinin dünyadakı sülh və sevgi missiyasını yerinə yetirməyini mümkün edəcəyini təbliğ etmək. Azad və bərabər xalqlar bir-birinə kömək edəcək, hər biri başqaları onların ortaq mədəniyyət və inkişafını izləməyə qadir olması ilə ehtiyatlarından qazanc əldə edəcək. Bütün zəncirləri qırılmış xalqlar doğma vətənləri üçün təxirə salınmış və mili adətlərdə, milli dillərdə və ərazilərinin formasında yazılmış Tanrının təqdirini dərk etməklə azadlığa doğru addımlayacaqlar. Və hər bir xalq öz xüsusi missiyasında uğura doğru irəliləyərkən tanınan vəzifə qanunları başqalarının haqqlarına təcavüz haqqında indiyə kimi beynəlxalq münasibətlər üzərində hakim olan və reallıqda ortaq qorxunun nəticəsi olan qanun meydana çıxaracaq. Yerli və beynəlxalq hüququ dəstəklədikdə birinin darçərçivəli şəxsi marağının təbliğindən daha çox hərkəslə əməkdaşlığın, inkişafdan fayda əldə etməyə çalışmağın hərəkətverici qüvvə olduğu bilinəcək.

Nəticə olaraq qeyd edim ki, xalqların qəlbindən bütün vətənpərvər hissləri silməyin yolunu axtarmağın və ya milliyyətləri yox etməyin heç bir əhəmiyyəti yoxdur. Mücərrəd kosmopolitizmin xalqların taleyinə mane olmaq və Tanrının öz inkişaflarını təmin etmələri üçün müxtəlif xalqlar olaraq yaratdığı bütün insanları yekcinsliyə cəlb etmək aydındır ki, mənasız bir cəhddir. Hər kəsə vətən sevgisini aşılayan və bunu bütün insanlığın inkişafına razılaşdırmağı məqsədləyən dövrümüzün xarakterini təhrif etmək mümkünsüzdür. Düşmənlərimizin bu gün əldə edə bildikləri yeganə şey bəzi xalqların özünü bərpa anını müəyyən qədər gecikdirmələridir.

Bu fərdlərin imzalamalı olduğu yeni bir müqavilədən daha çox azad xalqların öz adları, öz məqsədləri və öz vicdanları ilə müqaviləsidir. İnsanlarım həqiqətən də ölkələrindən danışmadan, öz milliyyətlərindən və mövcudluqlarından tam xəbərdar olmadan orada olduğunu demək, dirək olmadan lingin (qaldırıcının) hərəkət edə biləcəyini iddia etməkdir. Xalqların bunun bir hissəsi olub-olmadığını sorğulamaq isə vacib detalı qırılmış alətin işləməsini tələb etməkdir. Heç bir insan Tanrının yazdığını silə bilməz. Yalnız Tanrı özü həyat və ölüm üzərindəki gücüylə bunu edə bilərdi. Amma milliyyət yalnız bircə dəfə bütün meyvələrini verdikdən sonra ölə bilər. Çox təəssüf ki, xoş niyyətlə cəhd göstərdiyimiz qardaşlıq və sülh cəmiyyətinin qurulmasına bizim müasirlərimizin hətta kosmopolitlər kimi əqidəyə malik insanların da əks olduğu üçün müvəffəqiyyətsiz oluruq.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər