“Pankatolisizm yenidənqurmalar, devrimlərlə içdən, panislamizm isə dışdan, savaşlar, ayaqlanmalar, ulusların metropoliyadan – Türkiyədən yavaş-yavaş qopmaları, sononcunun gerçəkdə ulus-dövlətə çevrilməsilə dağılır. Ancaq bu tarixi gerçəkliyin önündə ideya axınları, düşüncə savaşları, ulusal yüksəlişin ideoloji yollarının axtarılması gəlirdi.

Kitabın yazarı da bizi bu ideya savaşının bütün gedişilə tanışdırıb, tarixin necə yenidən yarandığını, müsəlman, xristian ulusları arasındakı hansı ideya oxşarlığının olduğunu göstərir.

Panturanizm, pantürkizm, türkizm müsəlman ortamına keçirilmiş panalmanizm, panslavizm, nasionalizmdir. Bu axınları araşdıran yazar bütün «pan»ları atıb, təkcə gerçək, sağlam bir ideya axınını: türkizmi – özülü bir-birilə ancaq uyqar ilişkilərlə bağlı türk dövlətləri olan, tarixin gedişi, xristian uluslarının ulusal yüksəlişinə bütünlüklə uyğun türkizmi saxlayır.

Müsəlman dünyasının bu böyük dirçəlişi, onun dünya sivilizasiyasına qovuşması özlərinə sol deyən rus sığınmaçı basınının bir çoxunun dayanıqlığını pozur. Məhəmməd Əmin Rəsulzadənin kitabı bu böyük uyqarlıq sorununu «dayaqların qurucuları» baxımından yozan çevrələrin saldırılarına cavabdır.”

Noy Jordaniya

Paris, sentyabr 1930 cu il

Dil: azərbaycanca

Səhifə: 68 (pdf)

Məhəmməd Əmin Rəsulzadə – Panturanizm. Qafqaz Sorunu

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər