[dropcap]Ç[/dropcap]in tarixindəki inqilablar sübut etmişdir ki, çinlilər bir millət olaraq ruhən özgürdürlər. Bu tarixi inqilablardan ən böyüyü, eləcə də Çin imperializminin yıxılmasında önəmli rol oynayanı indiki Çinin atası sayılan Sun Yat-senin adı ilə bağlıdır. [highlight color=”red”]Onun ideologiyası “Millətlərin 3 prinspi” – ( The Three Principles of People ) – adı ilə məşhur idi. Bu prinsiplərə millətçilik ( minzu ), demokratiya (minquan) və sosial ədalət  ( minsheng) prinsipləri daxil idi.[/highlight]

Çin millətçiliyinin meydana çıxması unikal olub və iki (daxili və xarici) aspektlə bağlı idi. XIX əsrdə Çin xarici qoşunlarla və eyni zamanda bu qoşunlar qarşısında dura bilməyən imperialist güclərə qarşı vuruşurdu. Louis L. Snyderə görə Asiyada millətçilik psixoloji ehtiyacdan yaranıb (1). Çinlilər inkişaf etmiş silahlardan istifadə edən “xarici barbarlar”ı görüb qorxuya düşürdülər. Bununla bərabər onlar Qing hakimiyyəti tərəfindən ayrı seçkiliyə, qeyri-bərabər davranışa, aqressiyaya məruz qalırdılar. Bu durumlar altında millətin yeganə çıxış yolu güvənlərini bərpa etmək idi. Beləliklə Millətçilik problemin həlli oldu.

Öz məqsədlərinə çatmaq üçün millətçilikdən istifadədə Sunun və Liangın fərqli baxışları olmasına baxmayaraq, Liangın yaxın dostu və politika cəhətdən çox talantlı olan Yang Du deyirdi ki, “əgər Liang Suna qalib gəlmək istəyirsə o millətçiliyin “bəsitfikirlilik” prinsipini əldə tutmalıdır” (2). Bu açıq şəkildə Sunun millətçiliyə yanaşmasının populyarlığını izah edir. Belə ki, hər çinli millətçi fəlsəfənin çətinliklərini anlaya bilməz.

Yang Dunun dediklərinə əsasən, razılaşa bilərik ki, Liangın millətçilik ideyasının Suna böyük təsiri olub amma Sunun millətçi düşüncəsini insanlara daha çox cəzb edən onun yüksək karizması və praqmatizmliyi oldu.

Nəticə olaraq, Sun Yatsen və Liang Qichao çağdaş Çin millətçiliyinin vacibliyi və həm də, onların ali məqsədləri olan Çindən köhnə, qəddar sistemi silmək üçün birləşdilər. Suna görə, millətçilik dövlət üçün inkişaf etməyə səbəb olan xəzinə, millət üçün həyatda qalmaqdır. O çağdaş Çin millətçiliyini irqi fərqlilikdən çox kültürəl standartlara əsaslanan qədim Çin kulturalizmini rədd etmə kimi tanımlayırdı. 20-ci əsr Çin filosofu Feng Youlan deyirdi: 1900-lərdən əvvəl çinlilər “Çin” və “Barbarlar” arasında fərqlilik yaratmaq üçün “ Çin kültür və sivilizasiyasının davamlılığı və bütünlüyü”-nə  görə narahat idilər. Amma bu irqi fərqlilikdən çox kültürəl fərqliliyə görə edildi. Buna görə də, Çin kulturalizminin nə olduğunu və Sunun onu etniklik və dövlətə əsaslanan millətçiliklə necə əvəzləməsini bilmək vacibdir.

Tarixi kontekslər altında Sun Yatsen və Liang çağdaş Çin millətçiliyi ideyasını formalaşdırmağa başladılar. Hər ikisinin dövlət qurma və millətçilik, dövlət və etnik yönümündən  çağdaş Çin millətçiliyini tanımlanması qərbyönümlü düşüncələrdən təsirlənmişdi. 1900-cü illərin əvvəllərində Liang Yaponiyada gizlənəndə Sun öz yapon əlaqələrindən istifadə edərək Liangı qorudu. Həmin vaxtlar onlar mancurları devirmək üçün lazım olan çağdaş Çin millətçiliyini inkişaf etdirərək müttəfiqlik yaratdılar. Bu dönəmin qısa sürməsinə baxmayaraq çağdaş Çin millətçiliyinin əsasının qoyulması üçün önəmli idi.

1911-ci il inqilabından sonra Sun millətçiliyin və etnik tolerantlığın yayılmasına dəstək verməyə başladı. Sunun və Liangın inkişaf edən Çin millətçiliyində əlaqələrinin ən üst və ən alt səviyyədən keçdiyi deyilə bilər. Hər ikisi dəstək üçün yarışdığı dönəmdə Sunun tutduğu Çin millətçiliyi yolu geniş kütləni cəzb etdi.

Sonralar Liang və Sun Yatsen gücünü itirmiş Çini xilas etmək üçün millətçiliyə dönsələr də, onların millətçiliyə fərqli yanaşmaları onların siyasi gündəm mövzularını da fərqli edirdi. Liangın və Sunun çağdaş Çin millətçiliyi yorumlarındakı əsas fərq millətçiliyin əhatə dairəsi idi – uyğun olaraq, guojiazhuyi ( dövlət millətçiliyi ) və minzuzhuyi ( etnik millətçilik ). İlk vaxtlar Sunun millətçilik versiyasına görə Çinlilər razılaşmamalıdırlar ki, azlıq balacadır və millət toxunulmazlıq baxımından güclüdür amma utanc hiss etməlidirlər ki, azlıq olan mancurlar çoxluq olan Xanı idarə edə bilər. Çinlilərin birləşməsi probleminin həlli Suna aydın idi – etnik millətçilik. 1911-ci il inqilabından əvvəl, Sun mancurlara qalib gəlmək üçün irqi ayrı seçkilik yaradan Xan millətçiliyini dəstəkləyirdi.

Sun düşünürdü ki, dövlət millətçiliyi ancaq quldarlıq olardı və əvvəlcə etnik millətçiliyi yaratmadan dövlət millətçiliyini yaratmaq önəmsiz olardı. Bir gün Çin zəif Asiya ölkələrinin qoruyucu missiyasını öz üzərinə götürəcək. Bu fikirləri nəzərə alıb deyə bilərik ki, Sunun millətçilik ideyaları çağdaş dövlətin əsasını qoymaq üçün Çin xalqının şüur, etika, sosial struktur və intellektini vurğulayırdı (3).

Öz siyasi kariyerasının əvvəlindən Sun Çin millətçiliyini güclü inqilab sayəsində inkişaf etdirmək üçün işləyirdi. Sun inanırdı ki, Çinin siyasi çətinliklərinin kökü monarxist sistemə qədər uzanır. Buna görə də Çin imperial sistemdən uzaqlaşmalı və mütləq respublika olmalıdır. O, inqilabın Çin millətçiliyi ideyalarını reallaşdıracağını umurdu. Sun Yat-sen böyük dəyişikliklər edəcək planlara köklənirdi və qəti olaraq bildirirdi ki, Çin millətçiliyini ruhlandırmaq üçün inqilab yeganə yoldur.

James P. Harrisonun vurğuladığı kimi, 20-ci əsr Çin millətçiliyi və Çin kulturalizmi arasındakı fərq Çinlilərin çağdaşlaşmanın nə anlama gəldiyi haqqındakı inkişaf etmiş biliklərinə söykənir. 1900-cü illərin əvvəllərində Sunun millətçi fikirlərilə çinlilər özlərinin yeni kəşf edilmiş millətçiliklərinin simvolu kimi radikal dəyişikliklərə başladılar (4).

Millətlərin qanunu prinsipi  – daha çox Millətçilik kimi tərcümə olunur- Sunun fikrindəki ən önəmli şey idi. Məlumudur ki, 1911-ci ilə qədər Çin Qing xanədanlığının tərkibində idi. Sunun Millətçilik prinsipini yaratmaqda məqsədi Çinin idarəsini xarici imperialist qanunlar deyil, öz gücləri altında saxlamaq idi. Yəni bu prinsiplə Sun imperialist hakimiyyətdən özgür olmağı nəzərdə tutur. İnqilabdan sonra isə o düşünürdü ki,  Çin “Etnik-millətçilik”-ə əks olaraq “Çin-millətçilik”-i ( Zhonghua Minzu ) inkişaf etdirməlidir. Belə ki, onun bu ideyası Çində olan müxtəlif etnikləri – xüsusilə Xan, Monqol, Tibet, Mançus və Müsəlmanlar (Uyğurlar) olaraq 5 əsas qrup şəklində ayrılırdı – birləşdirmək idi. İlk Respublikanın 5 rəngli bayrağındakı rənglər də bu beşliyin simvolu idi. Bu millətçilik Çin dilindəki millətçiliklə eyni mənaya gələn “etnosentrizm”-dən fərqlənir. Sun inanırdı ki, Çin “Milli şüur”-u inkişaf etdirməlidir. O “xalq” , “millət” və ya “irq” kimi tərcümə oluna bilən “minzu”-nun eyni qan, din, dil və ənənələri paylaşmaq olduğunu irəli sürürdü.

Sun əmin idi ki, hədəfə çatmaq üçün ilk olaraq millətçi yanaşmadan başlamaq lazımdı. Çünki millətçilik inkişaf periodu üçün düşünülüb.

Göründüyü kimi Sunun ideyaları millətçi ideyalar idi. Belə ki, Çini Qorumaq üçün Reseptində – Prescriptions for Saving China – deyirdi:

“zəif millətin ağıllı lideri olanda millətin sabitliyi müvəqqəti olaraq qoruna bilər; problem əvvəl-axır milləti müdafiə qabiliyyətinin itməyidir. Qərbdə insanlar ilahi insanların yaşadığı cənnət krallığı konseptinə dəyər verirlər. Qutsal millətin yaradılması üçün üst, yüksək düşüncəli insanlar tələb olunur. Nümunəvi insanlarsız nümunəvi siyasət ola bilməz, bu siyasət olmasa nümunəvi millət ola bilməz”

Bundan əlavə, millətçilik ərazinin, torpağın sahibi kimi də işlədilirdi. O inanırdı ki, torpaq sahibliyi mülkədarlara çox güc verir. Onun hökümətində ərazi sahibliyi yox idi amma insanlar dövlətin icazəsiylə torpaq sahibliyi hüququ ala bilərdilər.

Sunun Çinin inkişafı üçün planında sonuncu və ən vacib faktor onun gənclər hərəkatı idi. Suna görə bu demokratiya üçün dövlət adamlarının silah deposu idi. Sunun çox diqqət verdiyi tələbələr hərəkatı millətin maariflənməsinə yönəlmişdi. Sun tələbələr hərəkatı üçün məktəb qurdu. O əmin edirdi ki, inqilablar yalnız əhalidə millətçilik ruhunun oyadılması ilə bitə bilər.

Sun Yatsen, ta əvvəllərdən Çin millətçiliyini qaldırmaq üçün politik sloqan kimi atni-mancurizmdən istifadənin üstünlüyünü bilirdi. Bunun təsiri cəmiyyətin üst təbəqələrini millətçi səbəblərlə  və alt təbəqələrini kin dolu ruhla hərəkətə gətirməklə ikiqat oldu. Bu mənada, Sun çətinləşdirilmiş millətçilik anlamını sadələşdirərək 1 aydın ideyaya gətirdi: Mancurları yıxmaq.

 

Mənbələr:

(1): Louis L. Snyder, Macro-Nationalisms: A History of the Pan-Movements, Westport, Conn.: Greenwood Press, 1984, p. 202.

(2): Xiaobing Tang. Global space and the nationalist discourse of modernity – the historical thinking of Liang Qichao. Stanford, California: Stanford University Press, 1996, p161

(3): Robert E. Bedeski, “The Concept of the State: Sun Yatsen and MaoTse-tung”, The China Quarterly, Jun., 1977, No. 70, UK: Cambridge University Press, p342

(4): Cheng Chuyuan, Sun Yatsen’ s Doctrine in the Modern World, Boulder & London:Westview Press Inc, 1989, p14

Sun Yatsen 孙中山, “Minzu zhuyi liu jiang zhi disan jiang” 《民族主义六讲之第三讲》, in Sun Yatsen Yatsen wenji 《孙中山文集》,Vol. I,第一卷, Beijing: tuanjiechubanshe 团结出 版社, 1997, p. 86.