*Pro et Contra – Lehinə və Əleyhinə

Millətçiliyin əleyhinə olan arqumentlər üç cürdür: intellektual, etik və geosiyasi.

  1. İntellektual nöqteyi-nəzərdən millətçilik məntiqlə tutarsız və təməl əsasları müdafiəolunmaz olaraq görülür.  Bu əsaslar kollektiv mədəni kimlik prinsipi,  kollektiv iradə prinsipi və milli sərhədlər doktrinidir.

Kollektiv mədəni kimliklə əlaqədar olaraq milli “mənlik”in aydınlaşdırılmasında istifadə olunan bir-biri ilə əlaqəli meyarlar olduğu iddia edilir. [highlight color=”blue”] Bu meyarlar arasında dil, din, soy, adətlər və torpaq sayıla bilər. [/highlight] Uzun müddət öncə Maks Veberin göstərmiş olduğu kimi bu ölçülərdən heç biri “millət olma iddiasında” kollektiv mədəni kimliklərin hər birinə aid edilə bilməz. Örnək üçün Aşağı Səhra Afrikasında fərqli meyarlara dayanan bir sıra üst-üstə minmiş “mənlik” buna misaldır.  Tək bir toplum içində belə millətçilər fərqli millət ölçülərini dəstəkləmişlərdir.

Eyni çətinliklər milli iradə prinsipi üçün də keçərlidir. Sadəcə bir gün davam edən referendumları saymasaq, milli iradənin təbiətini təyin etməyimizə, ya da onun əslində xalqın iradəsinin sərbəst ifadəsini, yoxsa millətə quruluş verənlərin iradəsimi olduğuna qərar verməyimizə yardım edəcək vasitələrdən məhrumuq. Üstəlik kimin “xalq” olaraq qəbul edilməsi gərəkdiyinə qərar vermə problemi də var. Demaqoqlar üçün sadəcə özlərinin xalqın iradəsini ifadə etmək və xalqın kim olduğuna qərar vermək bacarığına sahib olduğunu düşünmək hər zaman çox asan olmuşdur.

Bənzər problemlər milli sərhədlər doktrinində də hazır vəziyyətdədir. Dantonun Fransa, Mazzininin İtaliya üçün irəli sürmüş olduğu kimi milli sərhədlər təbii sərhədlərlə üst-üstə düşür. Ancaq bəhs edilən sərhədlər uzun müddətdir ki, müəyyən qaydada var olsalar belə əslində heç də təbii olmadığını göstərmək olduqca asandır. Örnək olaraq Cənubi Tirol İtaliya ilə Avstriya arasında münaqişəli bir bölgədir. Sərhəd bölgələrində yaşayanlar müəyyən sərhədlərin təbiiliyini mənimsəməyi rədd etmək kimi bir adətə sahibdir.

Bütün bunlar bəzi akademikləri tutarlı bir millətçilik doktrini ola bilməyəcəyi, millətlər və millətçilərin sayısı qədər çox millətçiliklər olduğu nəticəsinə gətirmişdir. Bu millətçilik ideologiyasını bütünlüklə yalnış qavramaqdır. Kollektiv bir termin, yəni millətçilik üzərindən bir duyğular, hərəkətlər və fikirlər toplusunu tədqiq etməyə çalışmaq, bəhs edilən duyğular, hərəkətlər və fikirlərin fərqli təzahürləri arasında müəyyən bir ortaqlıq nəzərdə tutar. Halbuki mənim 3-cü başlıqda bəhs etmiş olduğum, millətçiliyin “özək” doktrinində vurğulanan bir təməl millətçilik modelinin varlığını qəbul etmək, bəhs edilən təzahürlərin geniş çeşidliliyini gözardı etməyi gərəkli etməz.

[padding right=”5%” left=”5%”]

Millətçiliyin tənqidlərinin bir çoxundakı yalnış qavramanın öhdəsindən gəlmək üçün bu “özək” doktrinin təməl daşlarını və millətçi hərəkatların müəyyən ideallarını ağlımızda tutmalıyıq.

  • Dünya hər biri öz xarakter və talehinə sahib millətlərə bölünmüşdür.
  • Millət siyasi iqtidarın qaynağıdır və millətə bağlılıq bütün digər bağlılıqların üstündədir.
  • Azad olmaq üçün insanlar müəyyən bir millətlə birləşmək məcburiyyətindədir.
  • Gerçəkçi olmaq üçün hər millət muxtar olmalıdır.
  • Dünyada sülhün və ədalətin hökm sürməsi üçün millətlər azad və təhlükəsiz olmalıdır.
[/padding]

Bu təkliflərdən çıxan müəyyən idealar üçdür: milli kimlik, milli birlik və milli muxtariyyət. Bunlar millətçilərin hər zaman və hər qitədə müxtəlif formalarda şərh olunan hədəfləridir. Millətçilər doktrini öz toplumunun vəziyyətinə tətbiq etmək üçün yeni motivlər əlavə etdiklərində belə “özək” doktrin millətçi inancların əsasını təşkil edər. Bir bütün olaraq təməl fərziyələr və ideallar “bəzi üzvləri tərəfindən bir millət yaratması  nəzərdə tutulan bir xalq adına muxtariyyət, birlik və kimlik əldə etməyə və bunları qorumağa çalışan bir ideoloji hərəkat” olaraq müəyyən edər. Bu təklif və ideallardan millətçilik dünyasını digər simvolizm, mifologiya və ifadə dünyalarından ayıran və dünyanın dörd bir yanında xalqlara güc verən, onları xoşbəxt edən bir simvollar, miflər və anlayışlar toplusu ortaya çıxardı. Mərasimlər, simvollar və miflər millətçilik üçün son dərəcə önəmlidir; millətlər onların vasitəsi ilə qurulur və ucalır.

Bəli bu təkliflər, ideallar,  millətçilik və millətin tərifləri milli kimliyə dair özəl bir meyar işarə eləmir. Hər hansı bir mədəni ünsür milləti təmsil edən bir işarə və ya simvol olaraq işlədilə bilər, ancaq müəyyən  şərtlər daxilində hansı mədəni ünsürün seçildiyi önəmli bir fərq yarada bilər. Dolası ilə millətçilikləri bu mövzudakı tutarsızlıqla bağlı qınamamaq gərəkdir, çünki özək doktrin və ya ideallarda hansı mədəni ünsürlərin milli mənlik ölçüsü olaraq istifadə edilməsi haqqında bir açıqlama yoxdur. Eyni vəziyyət “milli iradə” və “təbii sərhədlər” üçün də keçərlidir. Millətçiliyin milli iradə və ya milli sərhədlərin necə müəyyən olunacağına dair bir qaydası yoxdur; bunun üçün diğər bir ideologiyalara ehtiyac duyar və bu səbəbdən millətçilik, liberalizmdən komunizm və irqçiliyə qədər hər cür hərəkat və ideologiya ilə işbirliyi içindədir. Millətçiliyin özək doktrini ictimai və siyasi nizam üçün bir təməl çərçivə təklif etməkdən o tərəfə getməz. Buna görə digər düşüncə sistemləri və hər toplumun o andakı vəziyyətinə uyğun müəyyən şərtlərlə tamamlanması gərəkdir. Bu səbəbdən millətçiliyi məntiqlə tutarsız olmaqda ittiham  etmək ideoloji hərəkatın nöqtəsini və gücünü gözdən qaçırmağa səbəb olar. Millətçilik son dərəcə elastiki bir mücərrədliyi təməl xalq ehtiyacları və əməllərini yönəltmə bacarığı ilə birləşdirir, amma yenə də ətraflı və tutarlı bir tarix və toplum analizi təqdim etmək iddiasında deyildir.

2. Millətçilik qarşısındakı etik arqumentlər öncəliklə təbiət etibarı ilə millətçiliyin həddindən artıq ekstremist olduğunu,  mədəni homogenlik qayğısının azlıqlara qarşı ayrıseçkilik və sosial qapanmaya səbəb olduğunu; və fərdlərin azadlıqlarını, müxtəlifliliyini və insan haqlarını gözardı  etdiyini irəli sürərlər.

Bu arqumentlərin bəzilərində, xüsusilə müəyyən millətçilik örnəklərinə tətbiq edildikdə, müəyyən bir həqiqət payı vardır, ancaq ümumi arqumentlər olaraq diqqətli bir formada ortaya qoyulmaları gərəkdir. Bütün millətçilərin təbiətcə ekstremist olduğu fikri, tamamilə demokratik, liberal və mülayim olan bir çox hərəkat, rejim və lider tərəfindən çürüdülmüşdür (İlk anda ağıla Masarik və Çexoslovakiya, Prat de la Riba və Kataloniya, Mc`Diarmid və Şotlandiya, Sellman və Finlandiya örnəkləri gəlir). Əgər çox fərqli  ictimai və siyasi şərtləri nəzərə alsaq Avropadan kənarda da nisbətən mülayim millətçilik örnəkləri tapa bilərik: Kot-d`İvuar, Zambiya, Nkruma sonrası Qana, Tunis, Nasirdən sonra Misir, Atatürkdən sonra Türkiyə, erkən Hind millətçiliyi, 1945-ci ildən sonra Yaponiya, Kardenasdan sonra Meksika. Hər nə qədər Latın Amerikası, Afrika və Asiya dövlətlərinin çoxunun rejimlərinin demokratik ya da liberal olduğunu idda etmək mümkün deyilsə də, onların uğursuzluğu millətçi ekstremizmdən deyil. Bu rejimlərin adətən demokratik olmayan xüsusiyyəti bir çox başqa faktorun da nəticəsidir. Burada önəmli olan millətçiliyin bir çox forma və dərəcələrdə ortaya çıxdığını unutmamaqdır. Bu fərqli formalar, tək bir ektremizm adı altında bir araya gətirilə bilməz.

Dahası bütün millətçiliklərin mədəni homogenliyi təmin etmək üçün ayrı ölçüdə səy göstərdiyini deyə bilmərik. Bütün millətçilərin istədiyi, sadəcə bir ictimai milli irsə sahib olmaqdır. Millətçiliklərin, – milli dövlətin ictimai milli irsinin yaratdığı milli kimlik üzərində çox təsirli olmamaları şərti ilə – etnik və dini azlıqlar üçün bir dərəcəyə qədər də olsa, xüsusi bir milli irsə sahib olmalarını qəbul etdiyi örnəklər də mövcuddur. Bunlar əksərən düşünüldüyü kimi sadəcə vətəndaş millətçiliyi örnəkləri deyildir. Daha öncə də vurğuladığımız kimi vətəndaşlığa söykənən millətlər də azlıqlar qarşısında ən az etnik millətlər qədər qatı ola bilərlər. Bəhs edilən cür bir tolerantlıq immiqrant toplumlar tərəfindən yaradılan qarışıq millətlərdə ola bilər, amma yenə də Finlandiya, Malayziya, ya da keçmiş Çexoslovakiya kimi hakim etnik millətlərdə də azlıq haqlarına bir qədər tolerantlıq göstərildiyini də unutmamaq gərəkdir.

Üstəlik bütün millətçiliklər təməl insan haqlarını və fərdi müxtəlifliyi gözardı etməz. Bu daha çox sonradan mənimsənən orta milliyətçi ideologiya növünün funksiyasıdır. “Özək” doktrin əsas bağlılığın millətə olmasını tələb etməklə birlikdə müxtəlifliyə də insan haqları mövzusunda bir şey deməz. İnsanları saf milli qruplarının nümunələri olaraq görmək meyli alman romantiklərinin yaydığı millətçiliyin təbii versiyasına uyğundur; amma alman romantik doktirinini millətçiliyin modeli olaraq görmək yanlışdır. Çünki fransız inqilab  doktrinləri Afrika kimi insan haqlarının milli qurtuluşla əlaqələndiyi yerlərdə çox daha təsirli olmuşdur. Yəni millətçilik açıqca demokratik ya da liberal bir hərəkat olmasa da, Engelsin polyak millətçiliyində  müşahidə etdiyi kimi, millətçiliyin təməl prinsipləri gözardı edildiyində insan haqları və demokratiyanın inkişafı əngəllənə bilməkdədir.

3.  Bu arqumentlər eyni zamanda millətçiliyə qarşı yönəldilən müəyyən geopolitik ittihamlar baxımından da önəmlidir: Yəni millətçilik qeyri-sabitləşdirici və bölücüdür.

Yenə bu da şişirdilmiş bir ifadədir. Əlbəttə  millətçilərin Bosniya və ya Qafqaz kimi etnik baxımdan qarışıq bölgələrdə xalqlar arasında qəsdli narahatlıq yaratdığı müəyyən qeyri-sabit və bölünmə örnəkləri vardır. Ancaq Sovetlər Birliyi, Yuqoslaviya, Kürdüstan və Efiopiya örnəklərinin göstərdiyi kimi, dövlətlərin çöküşünə səbəbkar olan özlüyündə millətçilik deyil. Millətçiliklər, etnik səbəblərindən başqa digər səbəblərə bağlı olaraq artıq gücsüz hala gələn dövlətlərin qalıqlarından ortaya çıxma meylindədir. Filippindəki Moro və ya Hindistandakı Naqas kimi digər örnəklərdə etnik millətçiliklər uzun müddət və boş yerə savaşa bilərlər. Bu və ya başqa səbəbdən dövlətlər yaşamlarını davam etdirə bilməyəcək hala gəldikdə millətçilik sıxlıqla qeyri-sabit status-kvoya qarşı-müəyyən bölgələrdəki xalqın əməllərinə daha uyğun olduğu üçün  yaşama şansı daha çox olan bir alternativ verə bilər. Bəzi millətçiliklərin bölücü və qeyri-sabitləşdirici xüsusiyyəti medalın sadəcə bir üzüdür və digər üzündə populyar, birləşdirici və həmrəy formalar yer alır. [highlight color=”blue”] Millətçilik, öz doktrinini ortaya çıxarmasından çox öncəki zamanlara uzanan dövlətlər arası anlaşmazlıqlardan cavabdeh sayıla bilməz. [/highlight] Millətçiliyin etdiyi dominant dövlətlərin rəqabətini kütləvi bir mədəni təmələ oturtmaq, dolayısı ilə sürətli bir ictimai dəyişiklik dönəmlərində bir cür ictimai nizam yaratmaqdır, savaşı yoxdan var etmək deyil.