“Geridəqalmış cəmiyyətin mənəvi əsasları” kitabı 1958-ci ildə nəşr olunmuşdur. Kitabın yazarı Edward C. Banfield araşdırma üçün 1955-ci ildə Cənubi İtaliyada yerləşən Monteqrano (şərti ad kimi istifadə edilmişdir) kəndinə gedir. O burada öz mənfəətini güdən, ailə mərkəzli, ümumi xeyri nepotizm və ya birbaşa ailəyə qurban verən mənzərə ilə rastlaşır. Banfield bu kənddəki geriliyin əsas səbəblərindən biri kimi burada yaşayan insanların birgə hərəkət edə bilməməsini göstərir. Bunun səbəbləri kimi o, kənd əhalisi arasında olan paxıllıq, şübhə və güvənsizliyi qeyd edir. Digər bir fərziyyə isə geridəqalmışlığın səbəbini “əxlaqsız ailəçilik”də görür. Bu barədə daha ətraflı kitabın 5-ci fəslinin tərcüməsindən oxuya bilərsiniz.

Öngörücü fərziyyə

Olduqca sadə hesab olunan bir fərziyyə həm ümumi davranış haqqında ortaya çıxan bütün sualları hər kəsə başa düşülən şəkildə izah edəcək, həm də bir müşahidəçiyə monteqranolu düşüncəsinin müəyyən vəziyyətlərdə necə davranacağını əvvəlcədən xəbər verəcək. Fərziyyə budur ki, monteqranolular bu qaydanı izləyirmiş kimi davranırlar:

Nüvə ailənin maddi və qısamüddətli olan mənfəətinə nail ol və hesab et ki, başqaları da oxşar şəkildə davranacaqlar.

Bu qaydalarla uyğunluq təşkil edən hər kəs “əxlaqsız ailəçi” adlandırılacaq. Bu termin bir az qeyri-adi və eyni zamanda bir az da qeyri-dəqiqdir, (yuxarıda qeyd olunan qaydaları yerinə yetirənlər ancaq ailəsindən kənarda olan şəxslərə qarşı əxlaqsızdırlar, ancaq ailə içində isə onlar doğru və yanlış standartlarını tətbiq edir. Buna görə də, bu halda  ailəsi olmayan adam, əlbəttə ki, “əxlaqsız fərdiyyətçi” sayıla bilər) ancaq başqa heç bir termin daha yaxşı səslənmir.

Bu bölmədə qanunların bəzi məntiqi mülahizələri daha çox önə çəkiləcək və bunların Monteqranodakı davranışla bağlı faktları təsvir etməsi aydın şəkildə görüləcək. Faktlarla  nəzəriyyənin təsadüfi üst-üstə düşməsi nəzəriyyəni sübut etmir. Lakin bu göstərir ki, nəzəriyyə əldə olan heç bir fakt tərəfindən inkar edilmədən xeyli davranışı izah edəcək.

I

Əxlaqsız ailəçilərin cəmiyyətində, insanlar şəxsi mənfəət kimi gördükləri vəziyyətlər istisna olmaqla, heç bir qrupun və ya cəmiyyətin inkişafında maraqlı olmurlar. Başqa sözlə, ictimai işlərlə maraqlanmanın tək səbəbi qısa müddətli maddi qazanc əldə etmə ümidi olacaq.

Şübhəsizdir ki, bu prinsip ölkədə olan vətəndaş inkişaf dərnəklərində, xeyriyyə təşkilatlarında və aparıcı ictimai xidmətlərdə təşəbbüskarlıq göstərən vətandaşların  olmaması ilə üst-üstə düşür1.

Əsas ailənin üzvü olan bir müəllimə bunu bu cür  izah edir:

“Mən hər zaman özümü mənə ünvanlanan  ictimai suallardan, xüsusi olaraq da siyasi olanlardan kənar tutmağa çalışıram. Düşünürəm ki, müxtəlif partiyalar, istər kommunist, istər xristian-demokrat olsun, orada olan bütün insanlar hər zaman öz xeyirlərini və rifahlarını güdürlər. Əgər sən özünü yalnız bir partiyaya aid etmək istəyirsənsə, bu, mütləq, səni digər partiyaya mənsub insanlardan uzaqlaşdıracaq”.

Çox məşhur və təcrübəli tacir olaraq tanınan Ciovanni Qola özünün heç vaxt hər hansısa bir partiyaya üzv olmamasının səbəbini belə izah edir: “Bu mənə heç uyğun gəlmir və inanıram ki, bu şəxsi biznesimi itirməyimə səbəb ola bilər”. Qola öz namizədliyini irəli sürmək barədə düşünmür, çünki:

“Məncə, mən öz işlərimin qayğısına qala bilərəm. Mən öz işlərimin qaydasında olması üçün əlimdən gələni edirəm, bu yolda həddindən artıq çətinliklərlə qarşılaşıram və heç cür istəməzdim ki, bu siyahıya hər hansısa bir siyasi çətinlik də  əlavə edilsin. Günlərin birində ofisdə diqqət mərkəzində olmaq və şəxsi mənafe üçün mübarizə tendesiyası ümumi dəyişməyən bir hala çevrilə bilər. Mən bütün vaxtımı insanların gördüyü işlərə nəzarət etməklə keçirməli olacağam. Ancaq mənim gördüyüm işləri heç kim layiqincə qiymətləndirməz və mən əvvəlki kimi çox işləyə biləcəyimi düşünmürəm. Mən artıq gənc deyiləm” (hal hazırda yaşı təqribən 30-dan çoxdur).

Qola bir daha qeyd  etdi ki, öz namizədliyini irəli sürən insanlar bunu şəxsi mənfəətləri üçün edirlər:

“İnsanlar çox zaman işləməyə başladıqdan  sonra vəzifələrini qorumaq üçün əllərindən gələni edirlər. Çoxları belə işi ona görə sahiblənir ki, “mənəm mer” deyə bilsinlər. Ancaq əslində burada elə də qürürverici bir əlamət yoxdur. Çünki,  insanlar, hətta Respublikanın Prezidentinə belə hörmət etmirlər, F. ərazisində isə bələdiyyə başçıları ona görə bu vəzifəni əldə etmək istəyirlər ki, əhalini uçuruma aparsınlar”.

II

Əxlaqsız ailəçilərin cəmiyyətində rəsmilər ancaq maaş aldıqları üçün ictimai münasibətlərə görə narahat olurlar. Sadə vətəndaşın isə ictimai problemlərlə ciddi şəkildə maraqlanması çox anormal və uyğunsuz hesab edilir.

Monteqranoda ən böyük torpaq sahəsinə malik olan sahibkarlardan biri və eyni zamanda yaxınlıqda yerləşən Kapa şəhərinin meri olan Kavalyer Rossi (Cavalier Rossi) yerli ictimai  inkişafa ehtiyacı olduğunu görür. Əgər o, Potenza şəhərinə hər hansısa  məmurun yanına Kapanın başçısı kimi getsə, ona hamı qulaq asacaq. Ancaq o, sadə vətandaş kimi getsəydi, çox güman ki, insanlar ondan: “sən kimsən?” – deyə soruşardı. Adi vətəndaş kimi, o, insanlara təqaüd almaq üçün köməklik edə bilər, ancaq məktəblərdə, xəstəxanalarda və digər yerlərdə yalnız hakimiyyət orqanlarında işləyən məmurlar nəsə edə bilir, digər  insanlar isə burada özləri üçün heç nə edə bilməz.

İşin içindəki mübahisəli məqam ondan ibarətdir ki, heç bir rəsmi orqan vətəndaşlara qulaq asmır. Əhəmiyyətli dərəcədə vacib olan digər məsələ isə vətəndaşların heç bir zaman cəmiyyətlə əlaqədar olan işlərə məsuliyyətli yanaşmamasıdır. Rossinin izah etdiyi kimi: “Monteqranoda lider yoxdur. İnsanların fikirləri çox tez-tez dəyişir. Onlarda dönməzlik yoxdur, bir çox hallarda onlar hər hansısa bir məsələdə həyəcan keçirir, sonra qərar qəbul edirlər. Daha sonra isə onlar fikirlərini dəyişir və kənara çəkilirlər. Bu vəziyyət Kapada da  təxminən az-çox eynidir. Camaat arasında çox söhbətlər olur, amma bunların arasında həqiqi şəxsi maraqlarla bağlı olanı yoxdur. Onlar düşünür ki, hər şeyi mer etməli, hər yeri gözəlləşdirməli, bir sözlə dünyanı onların istədiyi kimi məhz o düzəltməlidir”.

Hal-hazırda məktəb direktoru və başqa bir şəhərin meri kimi çalışan kommunist fikirli Furmuso ağıllı, cəsarətli və enerjili biridir. O, Monteqranonun vəziyyətini  düzəltmək və inkişaf etdirmək üçün bir neçə vacib faktorları sadalayır, lakin ondan əgər bunların hər hansısa birinin  həyata keçirilməsi üçün onun özünün təsir göstərə biləcəyi haqqında soruşduqda, bunun icrasını istədikdə isə o, bunu edə bilməyəcəyini  deyir. O belə izah edir:

“Mən ancaq məktəblərlə maraqlanıram. İstəyirəm ki, bu problemlərə təsir göstərim, amma bunun üçün kiminlə danışmaq olar? Vernandedə  iki otaqda altı müəllim var, amma  vəziyyəti yaxşılaşdırmaq üçün pul yoxdur. Mən bu məqsədlə mer və başqaları ilə danışdım, amma bir şey əldə edə bilmədim”.

Elə bir hiss var ki, razılaşdırılmamış mitinqlər merin zəhlətökənliyi ilə təkəbbürü və fiziki şəxslərin məktəblərlə xəstəxanların problemlərinin həll olunması üçün olan planlarının uğursuzluğuna görə dövlətə edilmiş müdaxilədir. Yaxınlıqda yerləşən Bassoda torpaq sahəsi üçün bir inkişaf layihəsi təqdim edilmişdi. Bu layihə əsasında məhsulun sayında artım gözlənilirdi və nəticədə konserv fabrikinin qurulmasına şərait yaranacaqdı. Baxmayaraq ki bura yatırım etmək üçün yaxşı yer idi, orada işləyən sahibkarlar bu layihədən imtina edib dedilər: “Bu dövlətin borcu və haqqıdır ki, onu tiksin”.

III

Əxlaqsız ailəçilərin cəmiyyətində dövlət rəsmilərinin üzərində daha az nəzarət var və yoxlamalar özü də ancaq digər məmurlar tərəfindən keçirilir.

Bir dəfə məktəb direktoru olan Furmusodan soruşurlar ki, bəs rüşvətxorluq onun sahəsində qabağına çıxsa idi, nə edərdi? O, cavabında bunu söylədi:

 “Əgər rüşvət nə vaxtsa mənim qarşımda peyda olsa, bir dəfə ifşa edəcəyəm, amma bu mənim sahəmdən uzaqda baş versə, heç nə etməyəcəm, çünki bu zaman mənim nəsə etməyimin heç bir mənası olmur”.

Başqa bir gənc müəllim isə eyni suala bir az başqa cür cavab verir və rüşvətxorluğu sübut etsə belə, müdaxilə etməyəcəyini söyləyir:

            “Siz elə bil bu yolda qurban hazırlayırsız. Bunu etmək insandan çox böyük cəsarət tələb edir. Burada vicdanlı insanlardan daha çox vicdansız adamlar var və ikincilər  qabağınıza çıxıb sizi rahatlıqla əzə bilərlər….faktları sizin əleyhinizə çevirə bilərlər ki, sonda günahkar siz olarsız. İsa və Fariseyləri xatırlayın”.

Varlı bir ticarətçi isə heç bir zaman rüşvət verməyəcək, çünki: “əvvəl-axır kimsə mənə yaxınlaşıb deyəcək ki, kaş ki bunu etməzdin”.

IV

Əxlaqsız ailəçilərin cəmiyyətində təşkilatçılıq etmək və bunu qoruyub saxlamaq çox çətindir. İnsanları bu tədbirlərə yığmaq üçün təşviqat işlərini (tədbirin əsas tanıtımını etmək) aparanlar heç də ağılsız deyillər, hətta onlar çox vaxt məqsədsiz və obyektiv olurlar (daxildən gələn oyuna maraq hissi). Bu hal onu göstərir ki, bu təşkilat uğurludur və orada olan üzvlərin bir-birilərinə həm inamı, həm də  başçılarına qarşı sədaqət hissi var. Yüksək mənəvi xüsusiyyətlərə malik olan təşkilatlarda onların təşkilat üçün xırda hətta bəzən böyük qurbanlar belə verməsi gözlənilir.

Monteqranoda fəaliyyət göstərən rəsmi təşkilatlar: kilsə və dövlət, əlbəttə ki, kənardan təminatı alırlar və əgər bu təminat olmasa idi, onlar fəaliyyət göstərə bilməzdilər. Belə təşkilatları yaratmaq və saxlamağın mümkünsüzlüyü, aydındır ki, regiondakı iqtisadi inkişafın ləngiməsin ən böyük rolu oynayır.2

Mənəvi və digər qaynaqların kənardan əldə edilməsinə baxmayaraq, Monteqranodakı kilsələr təşkilatı saxlamaqda ümumi bacarıqsızlıqdan əziyyət çəkir. Burada iki bölgə və hərəsinin bir keşişi var. Bu keşişlərin aralarındakı rəqabət o qədər kəskindir ki, sanki heç biri digəri tərəfindən maneə yaradılmamış normal iş görə bilməz və onların arasında əməkdaşlıq heç müzakirə mövzusu belə deyil (yalnız bir dəfə  birləşməyə qarşı  çox güclü etiraz  aksiyası olmuşdu, ancaq festa günü olduğundan bu izdihamın qarşısı alınmışdı). Nə vaxt ki bəzi gənclər katolik prinsiplərini sekulyar həyata daşımaq məqsədilə Katolik Hərəkat quruluşunun təşkilinə cəhd etdilər, onda da bu aralarında ədavət olan keşişlərin təxribatları ilə qarşılaşmalı oldular. Onlardan heç biri digəri daha çox etimad qazanmasın deyə bu hərəkata qarşı dözümlü olmadılar və layihə də tezliklə dayandırıldı.

Monteqranonun yaxşı əskərlər yetişdirməsini gözlənilməməlidir. Düzdür, onlar cəsur ola bilərlər, lakin heç vaxt qeyri-əxlaqi ailəçilər döyüşlərdə qalib ola bilməzlər. Əskərlər, xüsusilə də əsas “qaqaşlar”ın qrupu təşkilatlara sədaqət hissindən vuruşarlar, yoxsa hansısa dar mənada anlaşılan şəxsi maraq üçün yox.

Hətta qohumlara belə bağların az olması burada mühacirətə və dolayı yolla iqtisadi inkişafa maneə yaratdı. 1922-ci ildən yarım əsr əvvələ qədər, Monteqranodan Amerika Birləşmiş Ştatlarına, daha sonra isə Argentinaya çox güclü mühacirət var idi. Ancaq evdə qalanlarla mühacirlər arasında olan əlaqə bu mühacirət “zəncir”ini davam elətdirmək dərəcəsində möhkəm deyildi. Yüzlərlə monteqranolu Amerikadakı qardaş və ya dayılarının göndərəcəyi “çağırış”ın ümidi ilə yaşayırlar, ancaq belə çağırışlar gec-gec gəlir. İnsanlar Amerikadakı qohumları onların məktublarına cavab vermədikləri zaman böyük çaşqınlıq içində olurlar. Bunun səbəbi, yəqin ki, budur: Monteqranodan göndərilən məktublarda hər  zaman hansısa tələb və yaxud istək olur, bu məktubları alan mühacirin isə səbri tükənir. Mühacirətin və mühacirlərdən gələn hədiyyələrin nisbi yoxluğu Monteqranoda iqtisadi inkişafın qarşısında olan çox mühüm əngəldir. Bəzi fərqli əxlaqı əsaslara sahib olan İtaliya qəsəbələri isə Yeni Dünyada uğur qazanan mühacirlərlə yaxın əlaqələrdən çox faydalanmışdılar.3

V

Əxlaqsız ailəçilərin cəmiyyətində vəzifə sahibləri özlərini təşkilatla heç cür eyniləşdirmirlər və əgər öz mövqelərini qorumaq və irəli çəkilməkdən başqa məsələ varsa, heç vaxt çalışqan olmazlar. Oxşar şəkildə, professional və təhsilli insanlarda ümumi bir missiya və çağırış əskikliyi var. Doğrudan da, rəsmi vəzifələr və xüsusi təlimlər daşıyıcıları tərəfindən təkcə başqalarına qarşı istifadə edilə biləcək silah kimi nəzərə alınır.

Cənubi İtaliyada isə bürokratiyadakı fərqlilik göz önündədir. “Canfəşanlıq edən məmur ağ həşərat kimi nadir tapıntıdır” – deyə 49 illik dövlət qulluqçusu fəaliyyətindən sonra təqaüdə çıxan biri qeyd etdi.

“Respublika prezidentindən tutmuş sadə italyana qədər hər kəs, – sahibkar dedi ki, – vəzifə hissindən tamamilə məhrumdur və bunu xüsusilə məhsuldar iş görməklə bağlı olan vəzifə hissinə aid etmək olar”.

Monteqrano məktəblərində çalışan müəllimlərdə özəlliklə çağırış hissi yoxdur. Müəllimin gecikməsi və ya ümumi dərsi buraxması onlarda heç də qeyri-adi bir vəziyyət deyil. Ən yaxşı halda müəllim gündəlik cəmi 4 saat dərs keçir və uşaqların dərsdən sonrakı fəaliyyəti ilə qəti maraqlanılmır. İtaliyanın şimalından olan mühəndis Monteqranoda gördüklərindən sarsılmışdı: “Yay tətili zamanı Şimaldan olan müəllim qeyri-rəsmi dərslər təşkil edər. O uşaqları kəndlərə gəzintiyə aparar və təbiət barədə bir az izahat verər. Ya da onlar gəzintiyə davam edər və birlikdə mahnılar oxuyarlar. Müəllim uşaqların həm məktəb içində, həm də məktəb çölündə olan həyatının bir parçasıdır”. Monteqranoda gördüyü isə bu oldu ki, müəllimlər yayı küçədə, meydanda avaralanmaqla keçirirdilər və hətta şagirdlərlə qarşılaşdıqda onlarla danışmırdılar.

“Elm və təhsil– sənətkar ailəsindən olan bir cavan müəllim izah etdi, – bəzi insanlara uğur qazanmaqda kömək oldu. Bu onlara cahil biri qarşısında üstünlük qazandırmaqla kömək olduBu bilikləri ilə onlar cəhaləti daha yaxşı istismar edə bilirlər. Onlar artıq daha hiyləgər kələklər gəlirlər”.

Digər professionallarla da, demək olar ki, vəziyyət haradasa eynidir. Dövlət inhisarçılığından yararlanan sol yönümlü sosialist əczaçı şəhərdə ən zəngin iş adamlarından biri kimi öz zavodlarında hansısa antibiotikləri və digər dərmanları  tədarük etmək məcburiyyətində hiss etmir, halbuki bu dərmanları həkimlər mütəmadi olaraq ehtiyacı olanlara yazırlar. Müxtəlif cəhətdən məşhur olmasına baxmayaraq, həkim çağdaş tibbi təcrübə üçün lazım olan avadanlıqlarla özünü təchiz etmək öhdəliyi də hiss etmir.

VI

Əxlaqsız ailəçilərin cəmiyyətində əgər cəzadan qormxaq üçün heç bir səbəb yoxdursa, qanunlara saymazyana münasibət göstərilir. Beləliklə, insanlar icrası leqal proseslərə dayanan qanunların tətbiqinin mümkün olmadığı və xərclərin xeyir qədər böyük olmadığı müqavilələr bağlamırlar.

Əlbəttə ki, bu, təşkilatın, onun iqtisadi və digər inkişaflarının qarşısındakı başqa bir əngəldir.

Bu da aydındır ki, vergidən yayına bilən insanlar qeyd edildiyi qaydada davranacaqlar. İşə götürən onun sahəsində işləyən qulluqçularının əmək haqqlarının ödənilməsi üçün sosial təminat ödənişləri tələb edən minimum əmək haqqı qanunları və digər bununla əlaqədar olan qanunları belə  nəzərə almır.

Bütün bunlardan yaxasını qurtara bilən sahibkarlar çox asanlıqla öz işçilərini  aldada bilirlər. Əgər sahibkar yerli əhalidəndirsə, işçi onu şəhərdə qeyri-rəsmi yol hesab olunan, böyük gücə sahib olan Marşala şikayət edə bilər. Əks halda işçi rahatlıqla fırıldaqçılığın qurbanına çevrilə bilər. Materadan gələn mühəndis tərəfindən inşa  edilən yeni bələdiyyə binası üçün işlədilən Monteqranolu fəhlələrə qanunda göstərilən məbləğdən daha əmək haqqı az verilirdi və hətta çoxlarının maaşı son aya saxlanılırdı. Bu sahibkarlar əgər yerli deyilsə, Marşal heç nə edə bilməzdi. Qanuni olaraq ancaq işçi onları Potenza fəhlə komissiyasına şikayət edə bilərdi. Çox vaxt işçilər bu məqamda öz taleləri ilə barışırlar. İnsanlar öz problemlərinin həlli üçün Marşala yönəldikləri zaman, əslində, elə öz mənfəətlərini əngəlləyirlər. Onlar heç vaxt  istəməzlər ki, öz müdirləri ilə aralarındakı münasibəti pisləşdirsinlər, ona görə elə aldanmaqdan  başqa onlar üçün əlverişli seçim qalmır. Bu səbəbdən öz rahatlığını təmin etmək vacib şərt kimi müdirlərin başlıca vəzifəsi olur . Kənd yerlərinə gələn insanlar bu durumda bir neçə ay sonra ya rüşvət verir, ya da kiməsə 1-2 dollar üçün ağız açmaq məcburiyyətində qalırlar.

Monteqranoda yerləşən kiçik fermalarda ev sahibləri ilə kirayəçilər arasında qarşılıqlı güvənsizlik halları baş verir. Bu kimi hadisələr baş verməsin deyə kəndlilər daha böyük sahə üçün hansısa səhmdarla razılaşıb işləyə bilər, ancaq bu zaman fermerlər mülkədarla yola getmək məcburiyyətində olurlar, yəni dediklərini icra etmək, dürüst olmaq və s. Ona görə də onlar

qeyri-şirkət sahibləri ilə iş görürlər. İyirmi bir nəfər kəndliyə: “Sizin qarşınızda iki seçim şansı olsaydı; birincisi 8 hektar şəxsi, ikincisi isə 40 hektar şərikli torpaq sahəsi, hansını seçərdiniz”, –  sualı sorğuya əsasən ünvanlanmışdı. Onlardan biri bu suala belə cavab verdi:

“Mən şərikli torpaq sahəsi istərdim, çünki əziyyət çox olsa belə, pul daha çox qazanmaq olar”.

Heç kəs fikirləşmədi ki, böyük şirkət ilə razılıq əsasında əldə edilən gəlir hansısa sahibkardan gələn dəyəri ötüb keçə bilər. Onların gətirdikləri izah necə narahat, şübhəli olduqlarını və əməkdaşlıq etməkdən niftət etdiklərini göstərirdi:4

“Mən 8 hektar şəxsi torpaq sahəsinə malik olmağı 40 hektar torpağı kirayə götürməkdən üstün tuturam, çünki əgər sənin özünün şəxsi işin varsa, onda sənə heç kim əmr etməyəcək və daha sonra sən narahat olmalı deyilsən ki, sabah  pulun yarısı mənim olmayacaq və işdə həmişə qala biləcəyəm, ya yox, bunları düşünməyə bilərsən”.

 

“Mən 8 hektar və ondan az olan  özəl torpaq sahəsinə malik olmağı kiminsə əlinin altında işləməkdən üstün tuturam. Mənim bu sahədə böyük təcrübəm var, orada işləmək çox dözülməzdir, çünki sahibkar hər zaman fikirləşir ki, sən ondan nəsə oğurlayırsan”.

 

“Mən balaca olsa belə, kiçik bir torpaq sahəsinə sahib olmağı 40 hektar torpaq sahəsini kirayə tutmaqdan üstün  bilirəm. Bütün günü kresloda oturan, yalnız məhsulu – mən onun onun yetişməsi üçün bütün günü işləmişəm – bölmək vaxtı çatanda gələn müdirlərə nifrət edirəm”.

VII

Cəzadan və ya digər məsuliyyətlərdən canını qurtara bildiyi halda rəsmi vəzifə sahibi əxlaqsız ailəçi rüşvət alacaq. Ancaq o rüşvət almasa da, əxlaqsız ailəçilər tərəfindən rüşvət alan biri kimi təsəvvür ediləcək.5

Rüşvətxorluğun Monteqranoda necə yarandığı və hansı yolla bu qədər geniş sahəyə yayılması haqqında dəqiq bir fikir mövcud deyil. Ancaq bunun geniş yayılmasına aid zəngin sübutlar var. Hər bir kəndlinin xəbəri var ki, işə götürən rəsmilər hədiyyələrlə gələnlərə üstünlük verəcəklər. Heç bir rəqib təklif olmadan mer Spomonun meşəni satıb necə sərvət əldə etdiyi hamıya bəllidir. Daha çox məlumatlı insanlar icma idarələrində rüşvətin olmamasına böyük ehtimal verirlər və onun işlərinə Potenza tərəfindən yaxından nəzarət olduğunu deyirlər. Bununla belə, yuxarı sinfə məxsus insanların hamısı bilir ki, bu rüşvət və favoritizm İtaliyanın cənubunda daha geniş yayılıb. Bir müəllim deyirdi:

“Bu gün çox adam rüşvət və tapşırıqlarla irəliləyir. İmtahanları keçirən mərkəzi idarələrin hamısı bu xəstəliyə yoluxub, pulsuz keçə bilənlər isə sürünüb keçirlər. Bu çox iyrəncdir. Mən bunu görməmək üçün əlimdən gələni edərdim”.

Əsas ticarətçi burada kinoteatrlar tikir. Bunu etmək üçün o əvvəlcə səlahiyyətli orqanlardan icazə almalıdırlar. Aylarla gözlədikdən sonra çox vaxt birinci dəfədən onlara icazə haqqında heç bir qərar verilmir. Müsahibə alana  deyir ki, əgər o əlində 160 dollarlıq zərf götürüb aparsa, icazəni alar. “Bu balaca sarı zərf hər şeyi həll edə bilir. Bunun böyük, ya da kiçik olmasının fərqi yoxdur, onlar götürəcəklər”.

–  Bəs onda bunu niyə etmirsən?

– Çünki mənim 160 dollarım yoxdur.

VIII

Əxlaqsız ailəçilərin cəmiyyətində mənəvi cəhətdən zəif  olan insanlar nəzarəti zorla ələ alan güclü rejimi dəstəkləyirdi.

Dünya müharibəsi başlamamışdan öncə artıq burada faşistlər bir çox kəndliyə xitab edib onlara söz verirdilər ki, onlar bu qanunları qəbul etsələr, təhlükə görmədən yaşayacaqlar. Bu çıxışlar zamanı “faşistlərin iddiaları nə üçün idi” ilə bağlı yaranan bəzi suallar kəndlilər tərəfindən belə cavablandırıldı:

Faşistlər deyirdi ki, biz hər kəsin başçısı olmaq istəyirik. Onların hakimiyyəti altında bizim sərbəst şəkildə danışmağa imkanımız yox idi, ancaq Mussolini çox güclü təşkilatçı idi. Faşistlərin burada olmasının daha çox ziyanlı olmasına baxmayaraq, amma ən azından onlar burada hakim mövqedə olanda biz uşaqlarımızı rahat məktəbə və digər uzaq yerlərə göndərə bilirdik. Hal-hazırda sən harasa gedəndə gərək bir əlinlə cibini qoruyasan, digər əlinlə isə papağını tutasan ki, səni soymasınlar.

***

Faşistlər kəndlilərin yaxşı yaşamasını istəyirdi. Həmin vaxt normal 8 saatlıq iş və standart, hamıya bəs edən əmək haqqı var idi. Bu dərc olunan statistikadır. Əgər hansısa iş sahibi sizi 10 saat işlətmək istəsə, siz sadəcə olaraq məşğulluq bürosuna gedib, onu şikayət edib, rahatca öz haqqınızı tələb edib onu doğru əmək haqqını ödətməyə məcbur edə bilərdiniz. İndi hər kəs öz başının çarəsinə baxır və hər iş adamı istəyir ki, ən çox işləyən, həm də ən az maaşla təmin olunmaq istəyən kəndli ilə işləsin.

***

Mən bilmirəm, onlar nə istəyirdilər, ancaq çox gözəl qanunlar tətbiq edirdilər. Hər şey qaydasında və hər bir kəsin haqqı, vəzifəsi var idi. Sən işlədiyin vaxt sənə ödəmə etmələri haqqında onların məsuliyyəti var idi, nə vaxt ki iş bitdi, sənin əmək haqqını vaxtında verməli idilər. Onlar uşaqların da qayğısına qalırdılar. Böyük ailələr üçün subsidiyalar var idi və yeni uşaq doğulduqda kömək edilirdi. Bu günlərdə bu cür kömək gözlənilir, amma bu heç vaxt tətbiq edilmir.

***

Mənim, doğrudan da, heç yadıma düşmür ki, faşistlərin istəyi nə idi. Təkcə onu bilirəm ki, həyatımızın həmin günləri indiki günlərdən daha yaxşı idi. Bütün işçilər xoşbəxt və hər şeydən razı idilər. Həmçinin həmin vaxt insanlar üçün çoxlu yardım növləri var idi. Bu gün isə heç nə heç kimin vecinə deyil. Əgər hal-hazırda Faşizm günlərindəki kimi olsaydı, indi baş verənlərin heç biri olmazdı. İndi bütün işçilər onlara maaş verilməsini gözləyir, həmçinin iş sahibi ilə münasibətdə rahat olmaq üçün əlindən gələni edir. Çox vaxt ödəniş edilməyən aylar da müşahidə edilir. Faşizm dövründə bunların baş verməsi mümkün deyildi.

Bir mülkədar oxşar şəkildə  izah edirdi:

Faşizm dövründə bütün valideynlər öz uşaqlarını məktəbə yollamağa məcbur idilər. Kitab və ya paltarların çatışmazlığı kimi heç bir səbəb üzrlü sayılmazdı, çünki bunların hamısını, həqiqətən də, hökümət təmin edirdi.. Hər səhər 8:30-da məktəbin qabağında bir məmur dayanırdı. O, uşaqlara dərs vaxtı yemək  üçün çörək, pendir  və marmeladlar verirdi, məktəb saat 9-da başlayırdı. İndi ancaq 10 dənə məktəb forması kəndə göndərilir, buna baxmayaraq kostyumun heç olmasa, manjeti bura gəlib çıxanda biz çox xoşbəxt oluruq, çoxu elə yolda əridilir. Qanunlar olduğu kimi qalır, ancaq onları, çox heyif ki, tətbiq edən yoxdur.

Bir nəfər ticarətçi isə indiki rəqabətdənsə faşistlərin nəzarəti olan dövrdə daha yaxşı yaşadığını qeyd edirdi. “Bütün kətan paltarlar və digər əşyalar, hamısı eyni qiymətdə təqdim olunurdu. Hər şey nəzarət altında idi. Pulların kimə və nəyə  verildiyi hamıya bəlli idi. Amma hal-hazırda insanlar parçanı tanımasalar, bütün hallarda satıcı adi materialı yüksək qiymətə sata bilir. Bu qaydalar həm satıcı, həm də alıcı üçün çox münasib idi. Müştəri nə aldığını bilirdi və eyni zamanda satıcı malın 20-30 fazini hesablayıb özünə götürürdü. Bəzi insanlar indi 100 faiz götürürlər”.

Bir müəllim faşizmi belə xatırlayır:

“Faşistlərin hakimiyyəti  dövründə şagirdlər arasında yaxşı bir motivasiya ruhu və yaxşı intizam var idi. İndi isə bunların heç biri yoxdur. Bu günlərdə uşaqlar çox kobud böyüyürlər və məktəb müəllimləri isə hər zaman əllərində çubuq gəzdirməlidirlər, çünki uşaqlar hər zaman bir-biriləri ilə dalaşırlar”.

IX

Əxlaqsız ailəçilər cəmiyyətində bir fərdin və ya institutun öz şəxsi mənfəəti üçün deyil, ümumi cəmiyyət üçün çalışması, can qoyması fırıldaqçılıq kimi qəbul edilir.

Bir nəfər gənc deyir:

“Əgər mən Monteqrano üçün öz adımı seçkilər siyahısına namizəd kimi yazdırsam, hər kəs soruşacaq: “O niyə mer olmaq istəyir?” Bundan başqa kimsə yenə millət üçün nəsə etmək niyyətində olsa, insanlar yenə sorğulayacaqlar ki, görəsən, özü üçün nə istəyir”.

Monteqranoda kilsələrə qarşı insanlar arasında irimiqyaslı etiraz dalğası yayılıb, kəndlilərin əsas iddia etdikləri odur ki, onlar “ikiüzlü” və “pul hərisdirlər”. Əslində, rahiblər digər məmurlara baxanda çox da pul yemirlər, həmçinin onların yaşayış səviyyəsi də aşağıdır. Amma kilsənin mənfəətpərəstliyə qarşı olan bəyanlarına görə onlar daha çox hücuma məruz qalırlar.

Sosialistlər və kommunistlər də rahiblər kimi fırıldaqçı hesab olunurlar. Gənc qadının dediyinə görə, iki cür sosialistlər var; dildə sosialist olan və qəlbi ilə buna inanan sosialistlər.

Kəndlilərin əksəriyyəti ikiüzlülük duyğusunu digər pis əməllərlə birgə eyni dərəcədə günah hissi olduğunu qəbul etdiklərinə və anladıqlarına görə digər insanlar tərəfindən günahlandırılır. Qeyd edildiyi kimi kəndli xəyirxahlığın fəzilət olmasından xəbərdar deyil. Bunu etməyən biri kimi gnühakarlıq hiss edir, Onlar özlərini bunu həyata keçirmədikləri üçün təşkilatları günahkar bilir. Onun bu hissi kilsə kimi xeyirxahlığın fəzilətindən vəz edən institutlara qarşı düşmənçiliyində əks olunur. Bəlkə də, o, dolayı olaraq fəzilətli olmaq istəyir.

X

Əxlaqsız ailəçilərin cəmiyyətində mücərrəd siyasi fikirlərlə (ideologiya) gündəlik münasibətlərdəki konkret davranışlar arasında heç bir bağlantı yoxdur.

Monteqranoda əsas solçu sosialistlər həkim və əczaçıdırlar və ikisi də qəsəbədə ən varlı cənablardandır. Həkimin dövləti xəstəxana tikməyə çağırmasına baxmayaraq, o təcili yardım otağı qura bilməyib və öz otağı da tam təchiz olunmayıb. Dövlət lisenziyalı monopoliyaçı olan əczaçı çox aşağı keyfiyyətlə, ancaq bahalı xidmət göstərir (Signaro Prato adi aspirin üçün 5 dəfə baha pul ödəyib!) və hətta bununla belə yenə də yerli camaatın problemləri ilə maraqlanmırlar, onların verdiyi dərmanlardan pis hala düşən adama da yaxın durmurlar.

Gündəlik həyatla siyasi məqsəd arasında mövcüd olan uyğunsuzluğa görə kəndlilərin gözündə ideologiya lazımsız bir şəklə düşür. Prato Ginonun Sosialist Partiyasının bir şöbəsini təşkil etməyə çalışdığı zaman meydanda yığanlardan biri idi:

Ora sonradan mən bir neçə dəfə getdim və hər şey çox gözəl səslənirdi. Sprinq Don Franko bir qatır kirayə götürmüşdü ki, üzüm bağını yetişdirsin. Ancaq bu vaxtı mən özümə əsəbi şəkildə deyinməyə başladım, bu nə ola bilər axı!? Sosializm nə deməkdir? Nəyə görə bu ideologiyaya inanan Franko on nəfər işçi tutub onlara maaş vermək əvəzinə qatır alır? Orada on  nəfər işsiz var. Bu işçilərlə işləmək əvəzinə o qatırı almaq ona  nə qədər sərf edirdi?

“Bu nə cahillikdir!”, – Pratonun dediyini eşidəndə həyacanlanan həkim yüksək səslə dedi. Bir məhsulu yetişdirmək üçün ən yaxşı yol əllə işləməkdir, bu sahədə qatırla heç nə eləmək olmaz. Ancaq başqa yerlərdən fərqli olaraq burada, bütün işçilər hər zaman nəzarət altında olmalıdır, çünki onların öz işləri haqqında çox da məlumatları yoxdur və bunu etmək onlar üçün çox sıxıcı və lazımsızdır. Qatırla siz heç olmasa görə bilərsiniz ki, ən azından bütün cərgələr eyni şəkildə işlənib.

XI

Əxlaqsız ailəçilərin cəmiyyətində nə liderlər çıxacaq, nə də ki onları izləyən tərəfdarlar olacaq. Heç kəs başqalarını bura cəlb edib nəyəsə başlamaq üçün təşəbbüskarlıq belə göstərməyəcək (özü üçün mənfəət qazanmaq istəyi istisna olmaqla) və kimsə insanlar üçün lider olmaq istəsə, heç kim buna inanmadıqlarına görə imtina ediləcək.

Göründüyü kimi Monteqranoda kəndlilər üçün ayrı bir kəndli lider heç vaxt gəlib çıxmadı. Əslində, liderlərin yetişməsi üçün çox yaxşı bir imkan var idi; misalçün, yollarda hansısa mafiya üçün işləyən çoxlu adamlar var ki, onlara hər bir kəs şikayətlərini danışır, gözləmək olar ki, nə vaxtsa onlarda da həmrəylik hissi getdikcə böyüyəcək.

Mümkün liderin şübhəsi böyük ehtimalla həkimin, mamaçanın və müəllimlər kimi kənd təsərrüfatı agentlərinin effektivliyini azaldır. Bir kəndlidən “övladının doğumu haqqında məlumatını mamaçadan alırsan?” soruşanda o bu suala qətiyyətlə “yox” cavabını verəcək. Ailə üzvlərinin sayını məhdudlaşdırmaq heç onun maraq sahəsində belə deyil.

Liderlik düşüncəsinə ən yaxşı, münasib oxşarlıq müdir və işçi münasibətidir. Qış vaxtı və ya digər çətin vaxtlarda müdir əvəzini qaytarmaq şərti ilə sadə nemətlər olan  paltar, taxıl, yemək verərək və ya bir evin uşağını götürüb yetişdirərək ona hörmət bəsləyən çoxlu sayda müştəri yığa bilər. Belə hallarda müştərilər müdirin necə liderlik etdiyini görürlər, lakin heç bir halda o əhəmiyyətli dərəcədə lider hesab olunmur. Monteqranoda bundan başqa, heç kim müştəri əlindən bu qədər əziyyət çəkməyib. Bunun səbəbi, çox güman ki, bir müştəri əldə edən aparıcı  ailənin adi insanlar arasında olan davalara qarışmamaları və müştərilərdən gələn qazancın heç bir iqtisadi və narahatçılıqla bağlı məsələləri üstələmədiyinə görədir.

XII

Əxlaqsız ailəçi qısa müddətli mənfəətin üstünlüyünü qoruyub saxlamaq üçün seçki prosedurlarında bülletenlərdən istifadə edəcək. Baxmayaraq ki, o, uzun müddətli qazancının, bir sinfin və ya cəmiyyətin maraqlarını nəzərə alıb qərar verə bilərdi, ancaq bunların heç biri ailənin qısa müddətli və maddi maraqları daxil edildikdə öz təsirini göstərə bilməyəcək.

Prato burada bir məsələyə görə monarxist hesab olunur: o, dünyaya göz açandan bəri tək yaşayıb və böyüyüb və o inanır ki, monarxiya ən yaxşı seçimdir. İtaliya tez-tez seçkilərin keçirilməsi üçün çox kasıb bir ölkədir. Bu prinsip onun səsverməsinə təsir etmədi, ancaq o belə izah etdi: “Seçkidən əvvəl bütün partiyalar insanları “bizə səs verin” deyib yollayırlar. Biz hər zaman onlara deyirik, “yaxşı”, ancaq səsverməyə gəldikdə bizə ən çox gəlir verən partiyaya səs veririk”. Xristian Demokrat Partiyası hər il bir neçə gün Pratoya yollarda işləyib təşviqat aparması üçün iş verirdi. Buna görə də, o  bu partiyaya səs verir. Əgər ona belə iş imkanı verməsəydilər və ya bu partiyaya səs vermək üçün başqa bir səsbəb olmasaydı, yəqin ki, o, yenə monarxist olardı. Bir başqa məsələ ondan ibarətdir ki, şəhər şura üzvləri Viva və Lassa konsulları ola bilsələr, onlar da bu seçkilərə dəstək olardılar.

XIII

Əxlaqsız ailəçi cəmiyyət üçün olan və artan gəlirlərə yalnız onun və onunkularla bölüşdürüldükdə dəyər verəcək. Əslində, onlar özlərinə köməklik göstərmədən cəmiyyətin xeyrinə olan tədbirlərə qarşı olacaqlar, çünki onun mövqeyi dəyişməsə də, qonşularının vəziyyəti daha yaxşı olduqda özünü ziyan görmüş hesab edəcək. Beləliklə, etirazlar heç nəyi onlarla bölüşmək istəməyən və ya kifayət qədər gəlir vermək fikrində olmayan  namizədə qarşı aparılır ki, ona səs verilməsin.

1954-cü ildə Xristian Demokrat Partiyası Bassoda yaşayan insanlara büdcənin çox hissəsinin yerli ictimai işlər üçün xərcləndiyini göstərirdi. Lakin sonda səslər kommunistlərə verildi. Ancaq burada səslərin bu partiyaya verilməməsinin başqa səbəbi var idi, belə ki Xristian Demokrat Partiyasının namizədi əvvəllər insanlara kredit və digər fürsətləri verməyən bir iş adamı idi. Lakin bu partiyanın seçkilərdə məğlub olmasının digər səbəbi özlərinin apardığı təşviqat işlərinin yaratdığı təsir də ola bilərdi. İnsanlar partiya təşviqat apararkən onlara  xərclənən pullardan danışıldıqda özlərində belə suallar yaranırdı: ”Bu pulları kim görüb?”, ”Mənim payım niyə verilmədi bəs?”

Hər bir əxlaqsız  ailəçi özünün ədalətli payı hesab etdiyi hissəni ala bilmir.

XIV

Əxlaqsız ailəçilərin cəmiyyətində seçicilər partiyaların verdiyi sözlərlə bağlı çox az rahat ola bilirlər. O öz səsini söz verilmiş yaxşılıqlardan daha çox artıq edilmiş yaxşılıqlara əvəz olaraq istifadə etməyə meyillidirlər.

Beləliklə, kampaniya zamanı Prato ağırlığı vədlərdən daha çox artıq görülmüş işlərə verirdi. “Bütün partiyalar söz verirlər, – Prato deyirdi, – Xristian Demokrat Partiyasının yaxşı şansı var idi və bundan istifadə edib yaxşı işlər görməyi bacardı. Niyə dəyişiklik olsun axı?”. Birinci fəsildə qey edilən məktubun yazarı  Spomonun məğlubiyyətindən sonra yeni merdə olan entuziazmı təsvir edərkən qeyd edirdi: “Yaşayarıq, görərik”.

Əlbəttə ki, söz verilənin yerinə edilmiş yaxşılıqlarını əvəzini vermək prinsipi iqtidarda olan partiyalara böyük üstünlük verir. Bunun təsiri digər bir prinsiplə balanslaşdırılır:

XV

Əxlaqsız ailəçilərin cəmiyyətində iqtidarda olan istənilən qrup öz mənafeyini güdən və pozulmuş hesab olunur. Seçicilər yeni namizədlərin əldə etdiklərinin hesabına öz maddi vəziyyətlərini yaxşılaşdırdıqları və verdikləri sözləri yerinə yetirməmələri barədə nəticəyə gələnə kimi seçkilər bitməyəcək. Nəticə etibarilə, özünün rifahını düşünən seçici vəzifəsindən xeyir yox, zərərlər və s. üçün istifadə edəcək. O bunu cəza tətbiq etmək üçün istifadə edəcək.

Baxmayaraq ki, onun bundan qazancı digərlərindən çoxdur, seçici bilsə ki, onun səsindən asılı olmayaraq onlar seçiləcək, artıq indidən heç bir qazancı olmayacaq deyə partiyanı bu yolla cəzalandıra bilər. Seçki bülleteni gizli olduğuna görə, o bu etdiyi intiqamdan rahatlıqla həzz ala bilər (əlbəttə, burda bir başqa təhlükə var ki, bir çox adam belə düşünə və bunda onlar gözlənilmədən seçkini uduza bilər).

Addonun birinci dəfə Xristian Demokrat Partiyasına, daha sonra isə Kommunist partiyasına və yenidən geriyə Xristian Partiyasına keçişi  bunu izah edilə bilər. Addodakı kahin bir az dəli idi. Onun yoldaşlarından heç kim onun hərəkətlərinə fikir vermirdilər (o özünü rahib hesab edib, kardinal kimi geyinirdi və evlənmək istəyən insanlara ona rüşvət kimi bir toyuq gətirilməsini tələb edirdi). Seçkilərə bir-iki gün qalmış, kilsəni tərk etməmişdən öncə o Vatikandan ora  göndərilən bir neçə tort, qənd və digər seçkidə istifadə edilən hədiyyələrini götürdü. Addonun seçiciləri ona çox qəzəblənmişdi. Bundan sonra gələn kahin problemləri bir qədər də olsun həll etməyi, düzəltməyi  bacardı.

XVI

Əxlaqsız ailəçilərin cəmiyyətində səsvermə prosesində alğı-satqı hallarının olmasına baxmayaraq,  güclü və stabil siyasi maşınlar mövcud deyil. Bu üç əsas səbəbə görə baş vermir: Birinci məqam ondan ibarətdir ki, səsvermə gizli saxlanılır və seçicinin səsi əvvəlcədən ödənildiyinə görə özləri, ümumiyyətlə, bu prosesdən uzaq qalır. İkincisi odur ki, bu maşından qısa müddətli maddi qazanclar əldə etmək olmadığına görə investisiya cəlb etmək olmur.  Üçüncüsü isə yuxarıda göstərilən səbəblərdən burada istənilən tipdə təşkilatı saxlamaq çətin olacaq.

Prato onun səsini istəyən hər kəslə razılaşır, “” cavabını verir. Onlar Pratoya söz verdiyi kimi səsi onlara verəcəyinə güvənmədiklərinə görə heç bir partiya ona onun səsini almaq üçün müraciət etməyəcək. Partiyalar tərəfindən paylanılan şirniyyat məhsulları və qəndlər rüşvət vermək üçün daha məqsədə uyğun hesab edilir. Müqavilə əsasında ödənilən istənilən məbləğ sonda, nəticələr razılaşmadan fərqli olsa belə götürülür, çünki bu müqavilənin rəsmi tərəfi yoxdur.

XVII

Əxlaqsız ailəçilərin cəmiyyətində partiya işçiləri öz xidmətlərini ən çox təklif edənə satacaqlar. Onların bu cür tərəf dəyişməkləri partiyanın seçkilərdəki gücünə də qəfil dəyişikliklər yaradır.6

Monarxist Partiyasının Monteqrano şöbə müdirinin Kommunist partiyasına keçməsinin tək səbəbi Monarxist Partiyanın Neapoldakı qərargahının məvacibləri ödəmə zamanı gecikməsi idi. Bu zaman Monarxiya Partiyası bu məsələni düzəltmək üçün onunla yenidən  razılıq əldə etdi və o heç nə olmamış kimi yenidən partiyaya qayıtdı.

 

 

Qeydlər: 

1)         ABŞ-da könüllü birliklərin fəaliyyəti sosial hərəkətliliyin asanlaşdırılmasında mühüm rol oynayır və bu hamı tərəfindən  qeyd edilir. Ancaq bu izahat yuxarıda verilənlərə uyğun gəlmir. “Yaxşı” təşkilatlara üzv olanlar xoşbəxtlik qazanırlar (məsələn, status, güc, qonşu birliyi və s.), lakin bunların heç birinin cəmiyyəti  düşünmək kimi bir məqsədi olmur. Buna baxmayaraq, bu ictimai işlərin nəticəsində iştirakçıların motivasiyasında əhəmiyyətli dərəcədə dəyişikliklər baş verir. Üstəlik bütün bu baş verənlərin hamısı yalnız  şəxsi mənfəət və ya qısa müddətdə qazanc əldə etmək  üçün atılan addımlardan ibarətdir.

2)         Maks Veber “Protestant əxlaqı və kapitalizmin ruhu”(!) kitabında qərbli standartlar əsasında aparılan araşdırmaya görə (1930 il, 57 bölüm) qeyd edir ki, ən çox burjua olan dövlətlərdə hakimiyyətdə olan məmurların etdikləri vicdansızlıqlar və eqoist davranışların arxasında hər zaman pul qazanmaq kimi məqsəd olub. Hər bir iş sahəsində olan biznesmenlərin  bildiyi kimi işçilərin  dürüstlük baradə çatışmazlığı var və bu məsələ bir vaxta qədər kapitalistlərin inkişafına əngəl olmuşdu, buna nümunə olaraq İtaliya və Almaniyanı göstərmək olar.

3)         McDonald şəxsi bülletendə yazır: “1927-ci ildən bəri Avstraliyada yaşayan italyanlar rəsmi olaraq burada dəstəklənmirdilər, çox güman ki, onlar burada artıq uzun illərdir ki, məskən salan qohumları və ya dostlarından kömək alırdılar. Belə köçlərin  30 il davam etməsi üçün çox güclü dayanışma baş verməlidir. Reggio Kalabriada nüvə ailəsi həmrəylinə əlavə olaraq qan bağı olanlardan seçilən qohumlar və bəzi dostlarla özlərini tanımlamalarına baxmayaraq, cəmiyyət həmrəyliyi yenə də çatışmırdı.. Mən həmin bu nüvə ailə qruplarının miqrasiya zəncirinin Kalabrialılara məxsus olduğunu çox keçmədən tapa bildim. Bir halda ki qohum klanlarıı və dost qrupları bu sistemə aiddirlər, ancaq dayanışmanın çətin göründüyünə baxmayaraq, onlar bu zənciri getdikcə böyüdür və inkişaf etdirirlər. Kalabriada yerləşənlərin (nüvə ailələrin dayanışma klanları ilə) sayının artım göstəriciləri ilə Monteqrano göstəricilərini (nüvə ailə tipini) müqayisə edəndə gördüm ki, birincilərdə inkişaf daha sürətli idi, nəinki sonuncuda”.

4)       Gündəlik əmək haqqı təklif edən şirkətə gəldikdə isə bu şirkət özəl olub yolu təmir etməklə və ya digər xidmətlər göstərməklə məşğuldur. Kəndliyə ödəmə edəcək bu şirkətlərdə demək olar ki, həm fırıldaqçılıq yoxdur, həm də etibarlıdır .Onlardan biri fikirləşirdi ki, əgər işə götürən şirkət sahibi olsaydı, o, maaşa işləyə bilərdi, ancaq həmin o işəgötürən şirkət deyilsə, torpağı seçərdi.

5)         Kucanianın başqa bir əyaləti olan Qrottoledə kommunist siyasi baxışa sahib olan bələdiyyə başçısından, E.A.-dan Beyn (Bayne) – Amerika Universiteti idarə heyətindən olan jurnalist tərəfindən  götürülən müsahibədən aydın oldu ki, elə burada da vəziyyət Monteqranodakı ilə eynidir. Bələdiyyə başçısı izah etdi ki, bəs kəndlilər sizlə birlikdə işləmək istəmirlər, onlar hamısı özləri üçün nəsə istəyir, başçı daha sonra soruşdu ki, amerikalılar bizə traktor  verəcək, ya yox. Bu təklifə imtina cavabı gəldikdən sonra başçı dedi ki, siz buranı tərk edib gedəndən dərhal sonra mən aşağı – kəndlilərin gəzdiyi küçəyə enəcəm və onlar məndən soruşacaqlar ki, siz bizim üçün onlardan nəsə əldə edə bildiniz? Daha sonra mən başlayacam onlara izah etməyə ki, siz rəsmi nümayəndə deyilsiz, hətta varlı turist belə deyilsiz, sadacə jurnalistsiniz. Onlar: “bəs, sən onlara bizim pulumuzdan kofe və şərab aldın, amma onlar heç nə vermədi?”, – soruşacaqlar.

Müsahibənin sonunda Bayne başçının stolunun üstünə bir neçə min lira pul qoydu və o bunu qəbul etsə, bütün qazanılacaq məhsulun hara gedəcəyini soruşdu, bəlkə də  uşaqlar üçün milad fonduna yatırılacaq? Bundan sonra başçı mədəni formada bundan imtina etdi. “Siz burada yaşayan insanları  başa düşmürsünüz” –  deyə etiraz etdi: “Mən əgər sizin hədiyyənizi qəbul etsəm, onlar məndən soruşacaqlar ki, o pul nə qədər idi və nə qədərini özünüz üçün gizlətmisiniz. Bizim milad fondumuz yoxdur, ona görə də  heç kim bundan kömək ala bilməyəcək”.

İki il sonra yenidən Bayne oranı ziyərət edəndə gördü ki, başçı yeni seçkilərdə məğlub olub və o bundan sonra içkiyə qurşanıb. Bəziləri bu hadisəni belə izah etdi ki: “İnsanlar üçün heç nə etmrdi, ona görə hamı bezmişdi”.

Onlar sonradan bu sözləri əlavə etdilər:

 – Bizim hal-hazırda yeni başçımız  var, həqiqətən də, o, bir faşistdir. O heç nə etmək fikrində deyil.

            *17 dekabr 1954-cü il və 21 fevral 1957-ci il tarixli Amerika Universiteti Sahə Məktublar İdarəsinin  işçilərinin icazəsi ilə alınmışdır.

6)         Kəşfiyyat İdarəsində qorunan və Beynəlxalq Araşdırmalar Dərnəyi tərəfindən təmin olunan məmulatlara görə Monteqranoda seçicilərin düşüncəsi  adi italyan kəndlisinin, eyni zamanda Nyu Yorkdakı  76 siyasi kommunaldakı  və  İtaliyada yerləşən bütün 200-dən 7000-ə qədər iştirak edən  seçicininkinə çox bənzəyir. Qeyd olunan kommunallar kommunistlər tərəfindən yuxarıda deyildiyi kimi dağıdılan, öz mənfəətləri üçün istifadə etdikləri 1953-cü ildə keçirilən seçkilərdir. Bütün bu məlumatlar seçicilərin kommunistlərin işlərini izah etdikləri səs yazısından götürülüb. Məruzələr onu göstərir ki, bunların ən başlıca səbəbi insanların iqtisadi vəziyyətlərinin aşağı olmasıdır. Halbuki iqtisadi nəzəriyyə onu göstərir ki, bu heç də belə deyildi. Milli məsələlər, kilsə, xarici siyasət onlar üçün mənasız olduğundan bu yolda pula görə razılığa gəlirlərmiş. İqtisadi səbəblərdən başqa, deyilənə görə, səsvermədə əhəmiyyətli dərəcədə dəyişikliklər – rüşvət, tapşırmalar, ədalətsizlik (real və ya əvvəlcədən düşünülmüş), əvvəlcədən nəyəsə söz vermək kimi faktorlar olduğundan  yarandı.

 

Vəli Məmmədov

Bütün yazıları göstər