Ana səhifə / Mədəniyyət / Babək Qalası Qurultayı

Babək Qalası Qurultayı

Hər il müəyyən dövrdə Babək qalası, Babək qurultayı adlı video yazılarla, şəkillərlə qarşılaşırıq. Bu görüntülərdə rəqs edən, şeir deyən, həbs olunan soydaşlarımızı görürük. Nədir axı bu qurultay? Nə vaxtdan başlayıb? Məqsədi nədir? Bu yazıya yuxarıdakı sualları cavablandırmaq məqsədi ilə başlayıram. Bu hərəkatın, bu qurultayın nə qədər sivil və nə qədər insani dayaqlar üzərində olduğunu göstərmək məqsədilə yazını video materiallar, şəkillər və çıxışçıların cümlələri ilə zənginləşdirəcəyəm. Bu qurultay bütün dünyadakı millətçi hərəkatlara öz insani və mədəni əsaslarına görə nümunədir. Ümidvaram, yazıdan sonra bu qurultay haqqında ətraflı məlumatlanarsız.

Babək qalası qurultayı  ilk  dəfə 1990-cı illərin əvvəlində böyük ağsaqqal Məhəmməd Tağı Zehtabinin təşəbbüsü ilə keçirilmişdir. Quzey Azərbaycan azad olana qədər Güneydə böyük bir durğunluq var idi. Şəriət dövləti qurulduqdan sonra ölkədə musiqi alətləri belə qadağan olunur. Sazlar, tarlar, kamançalar toplanılıb məhv edilirdi. İndinin özündə də İran televiziyalarında musiqi səsi gəlsə belə, musiqi alətləri göstərilə bilməz. Düşünün, ana dilinizdə təhsil ala bilmirsiniz. Məktəbə gəlib görürsüz ki, yeni dil öyrənməlisiniz. Evdə danışdığınız, küçədə dostlarınızla oynadığınız dildən fərqli bir dil. Artıq yuxularınızı belə bu yeni dildə görməyə başlayırsız. Musiqilərinizi ifa edə bilmirsiniz, çünki musiqi alətlərini məhv ediblər. Tarixi abidələriniz biganəlik ucbatından məhv olur. Və bu an Araz qurumamış o tay azadlığa çıxır. Hər kəs anlayır ki, birləşmək üçün Arazın qurumağı vacib deyil. Yeni ümidlər doğulur. Məhəmməd Tağı Zehtabinin və Həsən Dəmirçi kimi ağsaqqalların öncüllüyü ilə milli fəallar Babək qalasına toplanırlar.

Zehtabi

Foto: Məhəmməd Tağı Zehtabi “Babək” qalasında. Şəkil 1992-ci ildə Həsən Dəmirçi tərəfindən çəkilmişdir.

Babək və Bəzz qalası təsadüfi seçilməyib. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər. Dağa çıxıb güllə atmırlar, baş kəsmirlər. Tam mədəni şəkildə öz istəklərini səsləndirirlər. İşin gözəl yanı həm də odur ki, insanlar bura öz ailələri ilə gəlirlər. Qadınlar, uşaqlar, yaşlılar hər kəs bu qurultayda iştirak edir. Hətta bu il bir soydaşımız əlil arabasında olmasına baxmayaraq, qurultaya gəlmişdi:

Ancaq hər şey təsvir etdiyim kimi gül-çiçəkli deyil. Hərəkat genişləndikcə, daha çox soydaşımız milli şüura yiyələndikcə İrandakı mövcud rejimin qorxuları artır. Qurultaydan öncə milli fəalları qurultayda iştirak etməmələri üçün təhdid etməyə başlayırlar. Bəzilərini qurultaydan öncə, bəzilərini isə qurultaydan sonra həbs edirlər. Fəallar ya qurultay bitdikdən sonra azad olunurlar ya da həbs cəzalarına,  işgəncələrə məruz qalırlar. Qurultay ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir. İnsanların qalaya getmələrinə maneələr törədilir. Son illər hətta qala ətrafında hərbi təlimlər keçməyə başladılar. Bununla da insanların qalaya buraxılmamasına səbəb yaradırlar. Bütün qurultay iştirakçıları daima hərbçilərlə və polislərlə əhatə olunurlar. Onların bütün çıxışları qeydə alınır. Və, təbii ki, qurultaydan sonra da ikinci həbs dalğası başlanır. Lakin bununla da bu qurultayın qarşısını ala bilmirlər. Çünki biz haqqlıyıq, çünki istəklərimiz haqqlıdır, əməllərimiz heç bir insani çərçivədən kənara çıxmır. Biz varlığımız üçün çalışırıq, varlığı şərtləndirən əsas amilləri yaşatmaq üçün qalaya çıxırıq. Musiqilər ifa edib tamaşalar göstəririk qardaş-bacılarımızla birlikdə mahnılar oxuyub rəqslər edirik. Bütün bunlar cinayətdirmi? XEYR!

Babək qalası qurultayında müxtəlif vaxtlarda çəkilən foto və video materialları izləyərək baş verənləri daha aydın təsəvvür edə bilərsiz:

 Qurultayda iştirak edən balaca soydaşlarımız:

 

 Rəqs edən uşaqlar və bayrağımızı dalğalandıran gənclər:

 

 “Bizə hər zaman ölkəmizdə kiləslarda deyirdilər ki, ana dilimizi gərək qoruyaq. Burda yığışmışıq ki, bizim ana dilimiz türkcədir, onu qorumaq istəyirik. Biz şovinist insanlar deyilik, biz mədəniyyətçi insanlarıq, mədəniyyətimizi qorumaq istəyirik”. Səid Mətinpur:

 

 Bir gün əvvəldən gəlib gecəni şeirlə keçirən fəallar:

 

 Qarabağ, Bütöv Azərbaycan mövzulu şeir deyən milli fəal:

 

“Biz bütün insanlara qardaşıq, amma o qardaş ki bizim haqqımızı yeyəcək orda haqqımızı almağa qabağa gəlməliyik. Heç kimlə işimiz yoxdur, amma milli istəklərimizdən, milli varlığımızdan geri oturan deyilik”. Siyamək Mirzayi:

 

Qalanın ümumi görüntüsü:

Qalanın ümumi görüntüsü.Qalanın pillələri.

 

 

Qalaya qalxan fəallar:

Yürüş iştirakçıları

 

Yürüş iştirakçıları:

Qalaya qalxan fəallar.

 

2017-ci ildə baş tutan qurultay iştirakçıları:

2017-ci ildə baş tutan qurultay iştirakçıları.

 

2018-ci il qurultayından öncə həbs olunub qurultay bitdiyi günün səhəri həbsdən azad olunmuş milli fəallar:

 2018-ci il qurultayından öncə həbs olunub qurultay bitdiyi günün səhəri həbsdən azad olunmuş milli fəallar.

 

2018-ci ildə qalaya gedən yolda çəkilmiş şəkil:

 2018-ci ildə qalaya gedən yolda çəkilmiş şəkil

 

İran höküməti fəalları izləmək üçün artıq texnoloji yeniliklərdən istifadə edir:

İran höküməti fəalları izləmək üçün artıq texnoloji yeniliklərdən istifadə edir.

 

Zirvənin ümumi görüntüsü:

Zirvənin ümumi görüntüsü

 

 

Haqqında Rəcəb Həsənbəyov

Rəcəb Həsənbəyov

Həmçinin bax

c1f4b654-2e09-44d0-bc41-0caf49d2620c

Türklərin qovduğu türk – Rəhim Cavadbəyli

Türklərin qovduğu türk, ikinci Boraltan faciəsi və ya Quzeydən qaçan güneyli. Sözün düzü, Rəhim bəyi ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *