Millət-dövlətin böhranı keçən onilliyin ən çox istifadə olunan qəliblərindən biridir. Eləcə də, millətçiliyin gələcəyi qloballaşma və kimlik siyasətinin arasında qeyri-müəyyən görünür. “Millətçilik və onun gələcəyi” kitabında qloballaşma və onun gələcəkdə millət-dövlətə olacaq təsirləri əsas götürülməklə yeni minillikdə millətçiliyin yaratdığı və ona qarşı olan çətinliklər (çağırışlar)  müzakirə olunur.

Umut Özkırımlının redaktoru olduğu bu kitabda Partha Chatterjee,  John Hutchinson və Will Kymlicka kimi bir çox qabaqcıl ekspertlərin məqalə və araşdırmaları öz əksini tapmışdır.

Umut Özkırımlı – Nationalism and its Futures (2004)

Dil: ingiliscə

Səhifə: 168

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər