Ana səhifə / Film / Əzablı yollar (sənədli film) – türkcə

Əzablı yollar (sənədli film) – türkcə

Sənədli filmdə əsasən Rusiya əsarətinə qarşı Azərbaycan xalqının mübarizəsindən bəhs olunur. Sözügedən filmdə mühacirlərin həyatından da bəhs olunur. Həmçinin, dünya müharibələri və onların Azərbaycana təsiri barədə də filmdə dəyərli məlumatlar verilir. İlk dəfə olaraq bir çoxlarının eşitdiyi və indiyə kimi bilinməyən 100 ildən çox yaşı olan şəkil və videolara da “Əzablı yollar” sənədli filmində rast gəlinir.

 

Filmin araşdırmaçı və ideya müəllifi olan Prof. Dr. Zaur Mükərrəm film haqqında bunları deyib:

“Film Azərbaycanın bir əsrdən də çox tarixini əks etdirir. 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasının ilk prezidenti olan Məmməd Əmin Rəsulzadənin həyat əhvalatını izah edən bir sənədli film olaraq qarşınıza çıxa bilər. Filmdə yüz illik arxiv materialları var və hətta Türkiyə ilə əlaqədar materialları da özündə ehtiva edir. Bu işi yalnız sənədli film olaraq görməmək lazımdır. Bunun içində canlandırma da var, Stalindən müsahibələr də var. Bunların birləşməsiylə yüz ildən də çox Azərbaycan əhvalatı ortaya çıxdı. “

Həmçinin bax

kirimli

Kırımlı (film) – türkcə

Film İkinci Dünya Müharibəsində əsir düşərgələrində Tatar əsirlərin yaşadığı zülm və çəkdiyi əzablardan bəhs edir. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *