Ana səhifə / Məqalə / Rusiyada Millətçilik

Rusiyada Millətçilik

Rusiyada millətçilik 18-ci əsrin oratalarında cəmiyyətin təhsilli ziyalı təbəqəsinin qərb fəlsəfəsi və siyasi fikir axınlarına göstərdikləri maraq nəticəsində yaranmışdır. O dövrlər Rusiyada millət deyiləndə mədəni və intellektual təbəqə nəzərdə tutulurdu. Misal üçün 1771-ci ildə A.Sumarokov öz “Dmitri Samozvanets” (orij. Дмитрий Самозванец) faciəsinin müqəddiməsində qeyd edirdiki ” Qulların işi itaət, çarın işi idarə etmək, vətən oğullarının (elit ziyalı təbəqənin) işi isə dövlətin qeydinə qalmaqdır.”

Rus dilində millətçiliklə bağlı terminlərin ekvivalenti olmadığına görə uzun müddət fransız terminlərindən istifadə ediblər. Bir neçə dəfə terminləri tərcümə etmək üçün cəhdlər olunmuşdur. Və sonda Vyazemskiy fransızca olan nationalite sözünü millətçilik kimi tərcümə etdi.

Birinci Pyotrun hakimiyyəti zamanı Rusiya çox inkişaf etdi çarın tərəfdarları və ziyalı təbəqə avropalı insanlara isti yanaşırdılar və özlərini də onların səviyyəsində görürdülər.

18-ci əsrin sonlarında qərbə qarşı münasibətlərdə fikir ayrılıqları yaranmağa başladı. Qərb ölkələri ilə müqayisədə ölkərindəki azadlığın məhdud olması şəxsə və fikirlərə qarşı hörmətin olmaması rus patriotlarında utanc hissi yaratmışdı. Bunun nəticəsində millətçilər iki qrupa bölündülər. Qərb yönümlülər və Slavyanofillər. Qərb yönümlülər düşünürdülərki Rusiya proqressiv və liberal Qərbi Avropa və ABŞ-ın dalıyca eyni onların keçdikləri yolu keçib getməlidir. Slavyonafillər isə belə düşünmürdülər onlar Qərbi lider görmürdülər və düşünürdülərki onların öz coğrafiyalarına pravoslav keçmişlərinə uyğun bir yolları olmalıdır.

1825-ci ildə Dekabristlərin üsyanı ziyalı təbəqədə şok effekti yaratdı və onlar qərb dəyərlərində təhlükə görməyə başladılar. Və bu Qərbçilərlə Slavyanofillər arasında uçurumun kəskinləşməsinə səbəb oldu. 1830-cu ildə Polşadakı üsyan və Avropa dövlətlərində cərəyan edən hadisələr onların qərb fikir axınlarının təhlükəliliyi ilə bağlı olan narahatlıqlarını bir daha təsdiq etdi. 1833-cü ildə Qraf Uvarov rus millətçiliyini imperiya dəyərləri və milli adət-ənənə ilə birləşdirməyə cəhd etdi. Və Rusiya dövlətçiliyinin təməl prinsipləri kimi “Provaslavlıq, avtoritarizm və millətçilik” tezisini ortaya qoydu.

Qeyd etmək lazımdır ki 19-cu əsrdə məhz slavyanofillər rus milli şüurunun inkişafına böyük tövhələr vermişlər. Ancaq bir şeyi də qeyd edəkki Rusiyada millətçilik 20-ci əsrin əvvəllərinə qədər yəni bir sıra ictimai hərəkatlar yaranana qədər elit təbəqənin ideologiyası sayılırdı.

Rusiya imperiya olduğundan imperiya daxilindəki azlıqların millətçiliyinə qəddar yanaşırdı və imperiyanın əksəriyyəti rus olduğundan etnik rus millətçiliyinə dayaq olurdular. Buna baxmayaraq xarici siyasətdə və maraqları olduğu ölkələrdə azlıqların millətçiliyinə dəstək olurdular. Məsələn Avstriya-macarıstan imperiyasında və Osmanlı dövlətində pan-slavizmə dəstək olurdu. Düşmən mövqeyinə və eyni cavab almaq riskinə baxmayaraq qeyd etdiyim bölgələrdə olan slavyan azlıqların millətçiliyinə dəstək verməkdən çəkinmirdilər.

20-ci əsrin əvvəllərində ictimai-siyasi təşkilat olan Rus yığıncağı təşkilatı yaradıldı daha sonra isə Rus Xalqının ittifaqı, Mixail Arxangel adına rus xalq ittifaqı, ümumrusiya milli ittifaqı, vətən patriot ittifaqı təşkilatları yaradıldı. Rus imperiyasının dövlət dumasına olan 3-cü çağırışda milli fraksiya oktyabristlərdən sonra sayına görə ikinci yeri tuturdu.

Sovet dövründə millətçilik

Bolşeviklər hakimiyyətə gəldikdən sonra möcud olan bütün millətçi təşkilat və hərəkatları yatırdılar. Və millətçiliyi hədəf seçərək ona qarşı internasionalizmi qabartmağa başladılar. Millətçiliyə qarşı istifadə edilən şüarların tez tez işlədilməsi sessiyalarda millətçiliyin əsas hədəfə götürülməsi belə fikir formalaşdırdı ki sovet rejimi hər cür millətçiliyə qarşıdır. Bununla yanaşı siyasətdə atdıqları bir sıra addımlar millətçi motivləri daşıyırdı. Misal üçün çarizm dövründən başladılan rusofikasiya( Rusofikasiya-müəyyən bir ərazinin ruslaşdırılması deməkdir.Burada dilin öyrədilməsi ilə yanaşı dini basqılar yəni məcburi pravoslavlaşdırma mövcud idi. Ruslaşdırma siyasəti fərqli regionlarda müxtəlif olmuşdur. Ən çox səy göstərilən ərazilər isə Polşa və Finlandiya ərazisi olmuşdur ki bu da uğursuzluqla nəticələnmişdir. Uğur qazandıqları regionlar da olmuşdur misal üçün 18-ci əsrdə 14 min saya malik olan Vodlar 64 nəfər ijorların isə 16 mindən 266 nəfərə düşüb. 19-cu əsrdə 83 min 20-ci əsrdə isə sayları 140 minə çatan Tver karellərinin sayı hazırda heç 8 minə çatmır.) proqramını davam etdirdilər. Məhz sovet hakimiyyəti dövründə rus dili dərsi bütün məktəblərdə dərs proqramı çərçivəsində məcburi keçirilirdi. Belə desək sovet höküməti dolayı yolla olsa belə daha çox ruslaşdıra bildi nəinki çarizm. İnsanlar arasında isə millətçilik yox dərəcəsində idi. Misal üçün vətəndaşdan kimliyini soruşanda o öz milliyətini yox yaşadığı ölkənin hətta bir çox hallarda şəhərin adını çəkirdi. Məhz bakılı “milləti” də o zamanlar yaranmışdı.

Yenidənqurma irimiqyaslı demokratik islahatlara səbəb oldu. Müəyyən sahələrdə əldə olunan azadlıq isə bəzi yerlərdə milli hərəkatlara səbəb oldu. F.Fukuyama qeyd edirdiki sovetlərdə stabil demokratiyanın yaranmasına mane olan başlıca amil milli birliyin olmaması idi.

Sovetlər dağıldıqdan sonra Rusiyada bir neçə istiqamətdə millətçi hərəkatlar yaranmağa başladı. Paytaxtda gəlmələrin çox olması nəticəsində yaranan millətçilik daha çox “sieg heil” və svastika ilə bol,  ikinci dünya müharibəsi veteranlarını və SSRİ-i qəbul etməyən ideologiya formasında idi. Ancaq alternativ millətçi baxışlardan birini rus milləti dedikdə bütün rusdilli əhalini nəzərə alan və Stalini öndər sayan Millətçi Bolşeviklər Partiyasını (orij. НБП) ortaya qoyur. Bu yeni baxış digərindən fərqli olaraq qonşu post-sovet ölkələrinə təsir üçün daha ideal sayıla bilər.

 

 

Haqqında Rəcəb Həsənbəyov

Rəcəb Həsənbəyov

Həmçinin bax

Ernest Gellner – Millət nədir?

Əvvəlcə bir milli kimlik nəzəriyyəsinin yaradılması üçün xüsusilə ümidverici iki anlayış var idi: iradə və ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *