Ana səhifə / Fəlsəfə / Benito Mussolini – Faşizmin Siyasi və Sosial Doktrinası

Benito Mussolini – Faşizmin Siyasi və Sosial Doktrinası

Hərəkatın vacibliyinin doktrin ilə əlaqəli hər hansı bir araşdırmaya və dəyərləndirməyə şərait yaratmadığı Roma yürüşünə qədərki illər çox çətin keçdi. Toqquşmalar artıq kənd və qəsəbələrdə gedirdi. Çoxlu sıxıntı vardı, ancaq bunların ən vacibi və müqəddəsi insanların ölməsi idi. Bu insanlar necə öləcəklərini bilirdilər. Bəlkə də başlıqlarla və paraqraflarla gözəl şəkildə tamamlanmış və  diqqətlə izah edilmiş bir doktrin əskik idi, ancaq bundan daha dəqiq bir şey olacaqdı: İnanc. Yenə də kitablar, məqalələr, konqres qərarları, böyük və ya kiçik əhəmiyyətli nitqlər vasitəsi ilə o dövrün hadisələrini xatırlayan, yəni araşdırma edib, sübutları dəyərləndirmə səviyyəsinə sahib olan hər bir kəs doktrinanın təməlinin toqquşma illərində atıldığını görəcəkdir. Faşist düşüncə bu illərdə silahlandı, təmizlənildi və uca təşkilatlanma vəzifəsinin icrasına başladı. Vətəndaş və dövlət arasındakı əlaqə problemi, səlahiyyət və azadlıqlar problemləri, siyasi və ictimai, xüsusilə də milli problemlər – bütün bu problemlər üçün həll yolu axtarılırdı, eyni zamanda da  liberalizm, demokratiya, sosializm və Mason təşkilatları ilə  olan mübarizə davam edirdi. Ancaq sistemdəki məlum əskikliklər ucbatından  anti-faşistlər iki üzlülüklə  faşizmin öz doktrinasını yaradacaq potensialının olmadığını bildirdilər. Halbuki bu doktrina ilk olaraq, əvvəldə bütün düşüncələrdə olduğu kimi  şiddətli və ehkamçı  inkaretmə ilə, daha sonra da 1926, 1927 və 1928-ci illərdə uğurla  icraata qoyulan rejimin qanun və qurumlarında reallaşdırılan pozitiv şərhlərlə onların  gözlərinin qarşısında  şiddətli bir şəkildə böyüməkdə idi.

Faşizmin indi yalnız rejim olaraq deyil, doktrin olaraq da fərdidir. Bu da günümüzdə  tənqid anlayışını həm özünə, həm də digərlərinə tətbiq edən faşizmin daha sonra  müraciət edə biləcəyi öz açıq və qəribə baxış bucağını yaratdığı, tətbiqi və ya intellektual problemlərlə üz-üzə gəldiyində istifadə oluna bilinəcəkdir.

Bütün bunların yanında faşizm  insanlığın gələcəyini və inkişafını indiki siyasi qayğılarından tamamən təmiz bir şəkildə düşünüb, gözlədikcə, qalıcı sülhün nə mümkün olduğuna, nə də faydalı olduğuna inanır. Beləcə mübarizədən imtina edilməsindən yaranan və özgüvənə qarşı qorxaqlıq mənasına gələn pasifizm doktrinasını rədd edər. Yalnız savaş insan enerjisini ən yüksək mərhələyə gətirər və böyüklük damğasını yalnız onu daşıya bilənlərə vurar. Digər bütün cəhdlər keçicidir, heç biri fərdi bu uca qərarı verməyə məcbur qalacağı səviyyəyə gətirməz: Ölüm-qalım seçimi.  Ona görə də, bu zərərli sülh əsasına dayanan  doktrin faşizm üçün də zərərlidir. Yenə buna görə də məlum bəzi siyasi vəziyyətlərlə baş edə bilmək üçün əlverişli olduğunun qəbul edilməsinə rəğmən, həm faşizmin ruhu, həm də duyğusal, fikri və tətbiqində hər hansı bir səbəb, güclü bir milliyyət hissi yaratdığında, tarixdə də nümunələri olduğu kimi, parçalanması mümkün olan beynəlxalq birliklər və toplumlar üçün zərərlidir. Bu anti-pasifist ruh faşizmlə birlikdə fərdin həyatına da  əlavə olunur, yaralarının  üzərindəki bandajlara yazılan  “Squadrista”nın şərəfli “me ne frego” şüarı yalnız stoacı olmayan bir fəlsəfədir  ya da yalnızca politik olmayan bir doktrin xülasəsidir – bir müharibə təhsilidir, müharibənin meydana çıxardığı  risklərin qəbul edilməsidir və İtaliya üçün yeni bir yaşayış şəklidir. Buna görə də faşist intihar haqqında bir şey bilmədən və intiharı xor görərək həyatı qəbul edər və sevər. Həyatı bir vəzifə, mübarizə və zəfər olaraq görər, uca və tamam olması lazım olan həyat şəxsin özü üçün, bundan da vacibi yaxında və uzaqda olan, eyni zamana aid ya da daha sonra gələcək olan hər kəs üçün yaşanmalıdır.

Bu “demoqrafik” rejim politikası yuxarıda olan nümunənin bir nəticəsidir. Bunun nəticəsində faşist şəxs əslində qonşusunu sevər, ancaq bu “qonşu” yalnızca bilinməyən və tamamlanmamış bir anlayış deyildir, şəxsin qonşusunu sevməsi, lazımi təhsil mükəlləfiyyətinin,  fiziki uzaqlıq fərqinin qarşısında  möhkəm bir əngəl  təşkil etməz. Faşizm kosmopolitanlığı rədd edər və mədəni xalqlar topluluğunda yaşamağa layiq ola bilmək üçün müasirlərini çox diqqətlə izlər, ruh hallarına diqqət edər və dəyişən mənfəət məsələlərində keçiçi və boş ümidlərlə özünü aldatmaz.

Belə bir həyat anlayışı, faşizmi insan mədəniyyətinin müxtəlif sosial qruplar arasındakı mənfəət toqquşmaları ilə, elmi və tarixin materyalist qəbul edilişi, Marksist Sosializmin sözdə təməli olan bu doktrinin əksini edər. İqtisadi sahədə dəyişikliklərin, yəni xam maddələrin kəşfi və yeni üsullarla işlənməsinin, elmi kəşflərin sözsüz böyük əhəmiyyəti vardır, ancaq bütün bunları yox sayaraq insanlıq tarixini açıqlamaq, kifayət edər demək gülünc bir xəyaldır. Faşizm indi və hər zaman müqəddəsliyə və qəhrəmanlığa, digər bir sözlə,  birbaşa və ya dolayı olaraq iqtisadi bir maraq güdməyən cəhdlərə inanır. Əsl idarəçi  güclərin əslində idarəetməyən, yalnız şansla irəli-geri dalğalanan kuklalardan başqa bir şey olmadığını deyən nəzəriyəyə görə , tarixin iqtisadi olaraq qəbul edilişi inkar edilərsə, dəyişdirilməyən və dəyişməz sinif savaşı da inkar edilər, bütün bunlar tarixin iqtisadi olaraq qəbul edilişinin təbii nəticəsidir. Bütün bunlarla bərabər, faşizm sosial təbəqələr arası mübarizənin də cəmiyyətin dəyişimində üstün güc olduğunu rədd edər. Sosializmin bu iki təməl anlayışı da bu şəkildə çürüdülərək, ən sıravi şəxsin belə sıxıntılarının və acılarının səngiyəcəyi sosial bir birlik istəyi olan, insanlığın özü qədər  köhnə arzudan geriyə heç bir şey qalmaz. Ancaq faşizm yenə sosializmin reallaşdıracağı, hər kəs üçün maksimum rifah qaranti etmək üçün müəyyən bir zamanda iqtisadi təkamül mənasındakı “iqtisadi xoşbəxtlik” anlayışını da rədd edər. Faşizm xoşbəxtliyin materyalist anlayışının mümkün olduğunu rədd edər və bunu yaradıcılarına, yəni XIX əsrin  I yarısındakı iqtisadçılara buraxar. Digər bir sözlə, faşizmin insanlığı tək bir şey düşünən bir məxluq kimi (kökəlmək və bəslənmək), heyvanların səviyyəsinə endirən  və bu şəkildə insanlığı yalnızca fiziki bir varlığa alçaldan rifah-xoşbəxtlik bərabərliyinin keçərliliyini də rədd edər.

Sosializmin ardından faşizm istər nəzəri sahədə, istərsə də praktikada bütün bir demokratik ideoloji sistemi ilə mübarizə edər və onu rədd edər. Faşizm, çoxluğun yalnız çoxluq olduğu üçün insan cəmiyyətini idarə edə biləcəyini rədd edər, yalnız sayıların periodik  bir müzakirə ilə idarə edə biləcəyini rədd edər və  bəşəri bir səsvermə haqqı kimi bir mexanik zaman vasitəsi ilə heç vaxt qalıcı olaraq müəyyən olunmayacaq olan insanlığın sabit, lazımi və faydalı bərabərsizliyini qəbul edər. Demokratik rejim müəyyən zamanlarda, əsl  üstünlüyün fərqli, gizli və məsuliyyətsiz bir gücün əlində olmasına baxmayaraq, insanlara  üstünlük yanılqısı vermək olaraq tanına bilər.  Demokratiya kağız üzərində monarxsız bir rejimdir, ancaq birdən çox monarx tərəfindən idarə olunur, bir zor işlədən olaraq tək bir kraldan daha mütləq, daha zalım və daha yıxıcı. Bu da faşizmin niyə ilk olaraq  1922-ci ildə (mənfəət məqsədli olaraq) respublikaçılığa daha yaxın bir tutum izlədiyini və Roma yürüşünün əvvəlində bu tutumu niyə tərk etdiyini açıqlar. İdarə şəkli, onun probleminin  günümüzdə vacib əhəmiyyət daşımamasından əmin olaraq və sonrasında  keçmişdə, günümüzdə monarxiya və respublika nümunələrini incələyərək,  monarxiyanın ya da respublikanın mütləq bir standarta görə mühakimə olunmayacağı, ancaq o ölkənin təkamülünün ifadə ediliş şəkli, yəni siyasi, tarixi, adət olunmuş və ya psixoloji olaraq təmsil edildiyi fikrinə gəlinmişdir. Demokratiya birinci sıradakı rejimin kifayətsizliyinə diqqət çəkərkən, ikinci ən mükəmməl rejim olaraq sonsuza qədər yerini qoruyaraq bu düşüncənin altında gözlərkən, faşizm, monarxiya və ya respublikaçılıq antitezisinin yerini alar. Hal-hazırda  respublikaların və də gələcəyin ən atəşli siyasi və sosial ümidlərini ehtiva edən monarxiyaların təbii geriçi və mütləqiyyətçi olduğu görülə bilər.

Faşizm, demokratiyadakı toplu məsuliyyət görüntüsünə bürünmüş siyasi bərabərlik kimi  gülünc yalanı, “xoşbəxtlik” və sonsuz irəliləmə nağılını rədd edər. Ancaq əgər demokratiya tərsinə idarə formalarında qəbul edilə bilərsə, yəni demokratiya xalqın dövlətin acızliyinə fikir vermədiyi mənasına gəldiyində, faşizm adını  “təşkilatlanmış, mərkəzi və avtoritar demokratiya” formasında yazıla bilər.

Faşizm həm siyasət, həm də iqtisadi sahələrdəki liberalizm doktrinalarına tamamən qarşı bir hal almışdır. Liberalizmin son yüz ildəki əhəmiyyəti ilə əlaqəli heç bir şişirtmə olmamalı, o dövrdə ortaya çıxan çox nəzəriyələrin içindən yalnız biri ya da keçmişdə və ya indi bütün zamanlarda insanlıq üçün bir din olaraq irəli sürülməməlidir. Liberalizm yalnız yarım əsr hökm sürmüşdür. Avropanın talehini 1789-cu ildən əvvəlki dövrə çəkmək məqsədi ilə təşkil olunmuş  Müqəddəs İttifaqa qarşı bir qüvvə olaraq yaradılmış, uğurunun ən böyük nöqtəsi 1848-ci il olmuşdur.  Bu tarixdən sonra isə çürüməyə başlamışdır, çünki 1848-ci il aydınlıq və ümid ili ikən, bir sonrakı il-1849-cu il qaranlıq və faciə ili idi. Roma respublikası qardaş respublika olan Fransadan aldığı ölümcül zərbə ilə mübarizə aparırdı və eyni il Marks sosializm dininin müqəddəs kitabı, məşhur Kommunist Manifestini yayınladı. 1851-ci ildə  III Napaleon liberal olmaqdan çox uzaq olan çevrilişini  reallaşdırdı, tarixdəki ən müəyyən edici hərəkat olaraq hesab edilə bilinəcək bir hərbi məğlubiyyətin nəticəsi olan kütləvi bir hərəkatla taxtdan endirildiyi 1870-ci ilə qədər Fransada hökm sürdü. Zəfərsə azadlıq, din ya da bu dinin peyğəmbərləri haqqında heç bir şey bilməyən Bismarkın oldu. Almanlar kimi yüksək bir mədəniyyətə sahib bir xalqın XIX əsr boyunca azadlıq dininə maraqsız qalmaları bir sıra nəticələr doğurdu. Almaniya milli birliyə liberalizm doktrinalarının çox xaricində qovuşdu, Liberalizm məntiqli və əslində anarxiyanın tarixi öncüsü olmasına rəğmən, bu doktrin əslində monarxik olan Alman zehninə çox yad idi. İtalyan birliyinə baxsaq, onun Liberalizmə olan borcu, əslində Liberal olmayan Mazzini və Haribaldının hərəkətlərinə olan borcu ilə müqayisə olunduğunda ikinci dərəcədə qalır. Anti-Liberal Napaleonun müdaxiləsi olmasa idi Lombardiyanı geri qazana bilməzdik və yenə də anti-liberal Bismarkın Sadova və Sedandakı köməyi olmasaydı çox gümanki 1866-cı ildə Venesiyanı qazana bilməz ya da 1870-ci ildə Romaya girə bilməzdik. Dinin öz baş rahiblərinin belə mövcud ədəbiyyat və atavizmdəki çürümə üzündən məğlubiyyətə uğrayan inanclarının üzərində toplanan alatoranlığı hiss etdikləri 1870-1914-cü illər dövrü, yəni milliyyətçilik, gələcəkçilik (futurizm) və faşizm, liberalizm dövründə sonsuz düyünlərə dolandıqdan sonra, Dünya müharibəsindəki qətliamlarla  bu düyünləri açmağa çalışdı, o dövrə qədər heç bir din belə qorxunc bir qurban istəməmişdi. Bəlkə də liberal tanrılar buna susamışdı? Ancaq indi  liberal inanc qapılarını tərk edilmiş məbədlərə bağladı, tərk edilmiş çünki  dünyadakı insanlar iqtisadi sahədə aqnostik, siyasət və əxlaq sahələrində əhəmiyyət verməyən olan bu dinə tapınmanın onsuz da çoxdan meydana gəldiyi kimi çöküşə səbəb olacağını hiss etdi. Bununla bərabər, günümüzün bütün siyasi ümidləri anti-liberaldır və bu səbəbdən də tək bir təlimi, sanki tarix yalnız liberalizmə aid bir sahə imiş, liberalizm mədəniyyət üçün son və dəyişdirilə bilinməz bir hökmüşcəsinə, tarixi hökmün xaricində dəyərləndirmək gülünc olacaqdır.

Ancaq sosializm, demokratiya və liberalizmin faşist yanaşmaya görə rədd edilməsi, faşizmin yalnız gedişatın əvvəlinə, gələcək yarı-liberal əsrin ilk illəri olaraq görülən 1879-cu ilinə döndürmək istəməsi olaraq qəbul edilməməlidir, geriyə dönmək istəmirik, faşizm De Maistreni baş rahib olaraq təyin etməmişdir. Mütləq monarxiya və kilsə hakimiyyətinə koru-koruna bağlılıq kimi şeylərə heç bir zaman geri dönmədi və dönə bilməz.

Feodal sistemin imtiyazları da oldu, cəmiyyətin xaricdən heç bir müdaxilə qəbul etməyəcək və bir-biri arasında heç bir əlaqə olmayacaq formada təbəqələrə bölünməsi – nüfuzun Faşist  yanaşmanın belə bir idarəçilik forması ilə heç bir əlaqəsi yoxdur. Bir millətin tamamını idarə edən bir partiya tarixdə tamamən yeni bir gerçəkdir, buna bənzər ya da paralel başqa bir referans yoxdur. Faşizm quruluşunda liberal, sosial ya da demokratik doktrinlərin hansında hələ də həyatda olan bir dəyər varsa, onlardan istifadə etmişdir. Tarixə borclu olduğumuz, dəqiq dediyimiz şeyləri qoruyarkən, geriyə qalanları rədd edər, digər bir sözlə bütün xalqlar və zamanlar üçün şübhəsiz fayda doktrinasının ola biləcəyi anlayışıdır. XIX əsrin sosializm, liberalizm və demokratiya əsri olduğunu düşünərsək, XX əsrin da sosializm, liberalizm və demokratiya əsri olmasının vacib olduğunu deyə bilmərik. Siyasi doktrinalar keçər, lakin insanlıq əbədi olaraq qalır və bu əsrin avtoritarizm, sol və faşizm əsri olması gözlənilə bilər. Çünki XIX əsr fərdiyyətçiliyin əsri idisə, bu əsrin kollektivizm, yəni dövlət əsri olması gözlənilir. Yeni bir doktrin əvvəlki doktrinlərin ən can alıcı yönlərinin də hamısını istifadə edə biləcək olması da son dərəcə məntiqli bir yanaşmadır.

Faşizmin quruluşu dövlətin xarakterinin, vəzifəsinin və hədəfinin  anlayışıdır. Faşizm dövləti bütün fərdlərin və ya qrupların bir-birinə bağlı, yalnız dövlətlə olan münasibətləri kimi qəbul edilməsinin əksinə, mütləq bir təməl şəklində qəbul edər. Liberal dövlət anlayışı maddi və mənəvi olaraq müştərək bir təməlin fəaliyyət və inkişafına doğru yönəldən bir güc deyil, yalnız qeyd edilmiş nəticələrin əməliyyatları ilə sərhədlənmiş bir gücdür:  digər yandan Faşist dövlətin özü ağıl sahibidir, iradəsi və şəxsiyyət sahibidir, buna görə də ona “etik” dövlət də deyilir. 1929-cu ildə faşist rejimin ilk 5 illik məclisində bunları dedim:

“Biz faşistlər üçün dövlət yalnız vətəndaşların fərdi təhlükəsizliyini təmin etmək vəzifəsi ilə məşğul olan bir nəzarətçi olmaqdan ibarət deyildir, yalnız müəyyən bir səviyyədə  rifah və sülh içində həyat şərtlərini təmin edən maddi hədəfli bir qurum da deyildir, çünki bəsit bir idarəçilik qurumu da belə hədəfləri reallaşdıra bilər. Fərdin və bütün xalqın həyatını yaxşılaşdıran, qarışıq maddi reallıqlarla bütün əlaqəsini qoparmış tamamən siyasi bir varlıq da deyildir. Faşizmin qəbul etdiyi və yaratdığı formada dövlət ruhani və əxlaqi bir reallıqdır, çünki millətinin siyasi, hüquqi və iqtisadi quruluşu konkret bir şeydir: belə bir quruluş dövlətin başlanğıcında və inkişafında, ruhun da olmalıdır. Dövlət həm daxili, həm də xarici təhlükəsizliyin qarantiyasıdır, bundan əlavə xalqının yüz illərcə dil, adət-ənənə və inanc məsələlərində inkişaf edən ruhunun gözətçisi və vasitəçisidir. Dövlət yalnız indiki zamanın yaşayan bir reallığı deyil, keçmişlə və hər şeydən əvvəl gələcəklə əlaqəlidir, buna görə də tək bir fərdin həyatının sərhədlərini aşaraq millətin öz ruhunu təmsil edər. Dövlətlərin özünü ifadə etmə formaları dəyişə bilər, ancaq bu formaların vacibliyi sona çatmaz. Vətəndaşlarını həmvətənli fəziləti ilə tərbiyə edən dövlətdir, vəzifələri haqqında onlara bir fikir aşılar, ədalətlə mənfəətlərini ümumi harmoniya salar və gələcək nəsillərə təhsil, sənət, hüquq və köməkləşmə sahələrində zehni bir qələbə ilə onları birləşdirər. İnsanları qəbilə həyatından gücünün ən yüksək nöqtəsi olan imperatorluğa sövq edər: varlığı uğruna  həyatını itirən üzvlərinin adlarını əsrlər boyunca birləşdirər, qanunlar çərçivəsində  dövlətin sərhədlərini genişləndirən liderlərin və gələcək nəsillərin izləyəcəyi bir nümunə olaraq dövləti şanla maarifləndirən dahilərin xatirəsini yaşadar. Fərdlərin ya da müəyyən qrupların dövlət anlayışı azaldığında, bölücü və mərkəzi olmayan cəhdləri davam etdiyində, bu kimi hadisələrin ortaya çıxdığı millətlər də tənəzzülə başlar”

1929-cu ildən günümüzə qədər siyasi və iqtisadi sahələrdə təkamül bu nəzəri  təlimlərin keçərliliyini sübut etmək üçün hər yerə getmişdir. Dövlət burada ən böyük əhəmiyyətə sahibdir. Kapitalizmin dramatik ziddiyyətlərinə qarşı bir həll yolu yarada biləcək tək gücdür və böhran dediyimiz bu vəziyyətlə digər dövlətlərin arasında da olduğu kimi yalnız dövlətlə baş edilə bilər. Faşist dövlət müqayisəolunmazdır və orijinal bir nümunədir. Köhnəpərəst deyil, inqilabçıdır, əhəmiyyəti gedərək artan həmkarlar sistemi ilə iqtisadi və sənayedəki işçilik sahələrindəki problemləri qarşılarkən, bəşəri partiyalar arasındakı raqabət, parlamentar rejimin  həddindən çox gücü və siyasi məclislərin məsuliyyətsizlikləri ilə siyasi sahəyə yerləşdirilməsi lazım olan problemlərin həllini vacib sayar, əxlaqi sahədə nizam, intizam və ölkənin əxlaq qaydaları ilə müəyyyən edilən mövzularda itaəti təmin edər. Faşist dövlət millətin iqtisadi cəhdlərinə belə qatılır və yaratmış olduğu  müştərək sosial qurumlar vasitəsilə təsiri milli həyatın hər sahəsinə çatar, əlaqəli qurumlar  çərçivəsində millətin bütün siyasi, iqtisadi və ruhani güclərini ehtiva edər. Nüfuzunu tanıyan, davamlı olaraq gücünün fərqində olan və hər an ona xidmət etməyə  hazır milyonlarca  fərdin dəstəyinə dayanan dövlət, orta əsrlər ağasının zorba dövləti deyildir, 1789-cu il əvvəli və sonrası mütləqiyyətçi  hökümətlərə də bənzəməz. Faşist  dövlətdə fərd ortadan qalxmaz, əksinə artar, eynən alaydakı bir əsgərin yoldaşlarının sayısı ilə azalmayıb, əksinə artması kimi. Faşist dövlət milləti  tənzimlər, ancaq fərdə də bəs edən qədər azadlıq sahəsi buraxar, bu hər cür və lazımsız, çox gümanki  zərərli azadlıqdan xilas olur, ancaq lazımi sahələri tutar, buradakı qərar alıcı güc fərd deyil, yalnız dövlət ola bilər.

Faşist dövlət ümumi olaraq din reallığına ya da İtalyan katolikliyi deyilən bu xüsusi və pozitiv inanca diqqətsiz deyildir. Dövlət hər hansı bir ilahi məqsəd daşımaz, ancaq əxlaqı dəstəkləyər və faşist dövlətdə din insan ruhunun ən dərin göstəricilərindən biri olaraq qəbul edilər, buna görə də yalnız hörmət görməklə qalmaz, eyni zamanda da qorunar. Faşist dövlət Robespyer və Konqresdəki ən radikal şəxslərin bir zamanlar etməyə çalışdığı  kimi əsla öz Tanrısını yaratmaz: Faşizm müqəddəslərin və qəhrəmanların Tanrısına, eyni zamanda da bəsit insanların qəbul etdiyi və ibadət etdiyi Tanrıya hörmət edər.

Faşist dövlət iqtidar və hökümət iradəsinin konkret varlığıdır. Roma adəti burada, savaşdakı ideal gücdür. Faşizmə görə hökümət əxlaq və ruh terminlərində olduğu kimi  torpaq ya da hərbi terminlərlə ifadə edilə bilinəcək bir şey deyildir. Bir imperiya kimi düşünülməlidir, digər bir sözlə, ən kiçik parça torpaqda hökm sürmə ehtiyacı hiss etmədən digər millətləri birbaşa ya da dolayı olaraq idarə edən bir millət. Faşizm üçün imperiyanın böyüməsi, yəni millətin genişlənməsi, canlılığını və tam əksi olan çürümənin lazımi bir xaricə vurumudur. Yüksələn ya da bir dövrdən sonra təkrar yüksələn xalqlar hər zaman imperialistdir, hər cür təslim olma çürümənin və ölümün işarətidir. Faşizm əsrlər boyu alçalma və xaricilərə köləliyin ardından təkrar yüksələn İtalyan xalqı kimi bir xalqın arzularını təmsil etmək üçün ən yaxşı şəkildə yaradılmış doktrindir. Ancaq imperiya disiplin, bütün güclərin idarəolunması, dərin vəzifə və fədəkarlıq hissinə ehtiyac duyar. Bu əsl rejimin praktikada işləmə, dövlətdəki çox gücün xarakteri və XIX əsrin bu modası keçmiş ideologiyasını xatırladaraq, razılaşmayanlara qarşı lazımi qəti tədbirləri açıqlar, sosial və ya siyasi  dəyişikliyin böyük təcrübəsini yaşama cəsarəti olan hər yerdə rədd edilmişdir, çünki millətin daha öncə heç bu qədər güc, yönləndirmə və nizama ehtiyacı olmamışdır. Hər dövrün  özünə uyğun doktrini varsa faşizmi günümüzün doktrini olaraq göstərən minlərcə işarət vardır. Çünki əgər doktrin  yaşayan bir şeysə, bu da faşizmin yaşayan bir inanc yaratdığı və bu inancın uğrunda acı çəkən və ölən insanların zehinlərində çox güclü bir inanc olduğu sübut olunmuşdur.

Faşizm bundan sonra dünyada özlərini reallaşdıraraq, insan ruhunun tarixini təmsil təmsil edən bütün doktrinlərin universallığına sahibdir.

 

 

BENİTO MUSSOLİNİ. POLİTİCAL AND SOCİAL DOCTRİNE OF FASCİSM, 1935, JANUARY

Haqqında Qulamhüseyn Məmmədov

Qulamhüseyn Məmmədov

Həmçinin bax

Ernest Gellner – Millət nədir?

Əvvəlcə bir milli kimlik nəzəriyyəsinin yaradılması üçün xüsusilə ümidverici iki anlayış var idi: iradə və ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *