1920-ci illərin əvvəllərində İrlandiya. Kənd və şəhərlərdəki işçilər İrlandiyanın müstəqillik mübarizəsini boğmaq üçün İngiltərədən yollanan mərhəmətsiz “Black and Tan” qrupuna qarşı könüllü partizan orduları yaratmaq üçün birləşirlər. Damien vətən sevgisi və vəzifə şüuru ilə həkim olaraq yeni başladığı karyerasını yarıda qoyaraq qardaşı Teddyni də çox təhlükəli və şiddət dolu bir azadlıq savaşına cəlb edir. Azadlıq döyüşçülərinin qərarlı taktikaları İngilis ordusunu məğlubiyyət nöqtəsinə gətirdikdə iki tərəf arasında bir razılaşma əldə olunur. Amma bu açıq qələbəyə baxmayaraq vətəndaş müharibəsi başlayır və dünən yan-yana döyüşən ailələr bugün artıq özlərini bir-birlərinə qarşı döyüşən düşmənlər olaraq görürlər. Bu döyüş sədaqətlərini sınadıqları bir imtahana çevrilir.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər