Ana səhifə / Mədəniyyət / Futbol – siyasi və milli

Futbol – siyasi və milli

Futbol üzrə dünya və qitə çempionatları, Avropa liqası, Çempionlar Liqasi, ölkədaxili çempionatları və s. kimi turnirlərin qloballaşma yolunda böyük addım olduğu düşünülsə də praktiki olaraq tamam ayrı mənzərə ilə qarşılaşırıq. Futbol üzrə milli komandalar bayraqlar, himnlər ilə  hər zaman milli simvolikaya müraciət edirlər. Milli birliyin tələb etdiyi kimi fərdləri, tamam ayrı din, düşüncə tərzi, futbol klubu azarkeşi olub amma eyni ölkədə yaşayan insanları güclü bir kollektiv yaradır. Elə bir kollektiv ki, bu kollektivin üzvləri milli simvolikanın təsiri altında yığma komanda üçün pulundan, enerjisindən və səsindən keçir və bəzən isə polislə və ya digər qrup azarkeşlərlə münaqişəyə girir. Eləcə də futbol klubları və onların azarkeşləri. Azarkeş ruhunu formalaşdıran elementlər eynilə kollektiv ruhda olduğu kimi bayraqlar, rənglərinə verilən mənalar, tarixi keçmiş, himnlər, biz və digərləri ayrıseçkiliyi sayıla bilər. Bu kollektivin milli olmasında ölkənin müharibə vəziyyətində olması və ya milli müharibədən təzə çıxması və futbol klubunun yerləşdiyi ölkə daxilində milli ayrıseçkiliyin, seperatizmin baş qaldırması əsas faktorlardır.   İndi keçək bu yazının yazılmasının əsas səbəbi olan nümunələrə:

 

İran, Traktor Sazi futbol klubu. Klubun azarkeşləri şəkildən göründüyü kimi milli fikirlə birbaşa bağlıdırlar və demək olar ki, hər oyunda “Yaşasın Azərbaycan”, “Öz dilində mədrəsə, olmalıdır hər kəsə” kimi milli şüarlar səsləndirirlər.

az-u

 

Kosovo məsələsindən sonra soyuyan alban və serb münasibətləri futbol oyunlarda bu dəfə də insidentə səbəb oldu. 2014-cü ildə keçirilən Serbiya-Albaniya oyununda kiçik pilotsuz təyyarədən asılmış “Böyük Albaniya” bayrağı və serb oyunçuların onu götürməyə çalışması futbolçular və meydançaya daxil olmağı bacaran serb azarkeşləri arasında başlayan münaqişə üçün səbəbə çevrildi:

fsm002

 

Azərbaycan və Gürcüstan klublarının oynadığı son oyunlar da milli şüarlarsız, siyasi pankartlarsız və bunlardan törəyən münaqişələrsiz keçmədi:

fsm003

 

İspaniya liqasında katalonlar (Barselona fk) və basklar (Atletik Bilbao fk) tərəfindən açılan milli pankartlar və bayraqlar:

fsm004

 

Rusiya yerli çempionatında isə milliyyətçi mövqe daha radikal olaraq özünü büruzə verir. Təsadüfi deyil ki, Spartak Moskvanın azarkeş qrupu Fratrianın üzvü İqor Sviridovun ölümündən sonra Rusiyada milli azlıqlar və milliyyətçilər arasında olan problem son illərdə olduğunun pik həddinə çatdı. Spartak Moskva azarkeşlərinin oyunlarda açdığı pankart və bayraqlardan nümunələr:

fsm005

 

Bolqarıstan çempionatında əsas iki klub Levski və ÇSKA Sofia klubları rəqib və hegemon sayılır. Ancaq demək olar ki, bu klubun bəzi azarkeşlərini də neo-nasizm ideologiyası birləşdirir.

Levski Sofia azarkeşləri:

fsm006

ÇSKA Sofia azarkeşləri:

fsm007

Ultraslığın ən çox inkişaf etdiyi Serbiya futbolunda ultra- milliyyətçilik nümunələri:

fsm008

 

Təsadüfi deyil ki, Serbiyada Delije ( Srvena Zvezda futbol klubunun azad azarkeş qrupu) qrupunun üzvü İvan Boqdanov ( Serb qəzetlərinin dili ilə desək “Qorxulu İvan) Serbiya azarkeşləri arasında əsas ideallardan biridir. Çünki İvan Boqdanov harda milli məsələ varsa, harda Albaniya ilə problem varsa, orda özünü göstərir mütləq:

fsm009

 

Lazio klubu azarkeşləri və Di Canio:

fsm0091

 

Futbol azarkeşliyi və milliyyətçilik dedikdə ilk ağıla gələn azarkeşlər Polşa futbol azarkeşləri olmalıdır. Polşada demək olar əksər futbol azarkeşləri milliyyətçi, faşist, anti-immiqrant və anti-semit ideyalara inanırlar.

fsm092

 

Ukraynada futbol və millətçilik arasındakı “Maydan” hərəkatından sonra daha da əlaqəli olmağa başladı. Ukrayna futbol azarkeşləri oyunlarda Ukrayna millətçisi Stepan Banderanın şəkillərindən və “Sağ Sektor”un bayraqlarından tez-tez istifadə edirlər:

fsm093

Son olaraq milliyyətçiliyin ultraslığa zidd olunması iddialarının əksi olaraq dünyaca məşhur azarkeş qrupları arasında milliyyətçi ideologiyanın çox yayılmasını görürük. Futbol azarkeşləri arasında anarxizm, kommunizm kimi həm də milliyyətçilik ideologiyasının yayılmasına səbəb isə bu ideologiyalarda olan kollektivizm, biz və digərləri ayrımıdır. Qısa olaraq bunu deyə bilərik ki, futbol ancaq 11 oyunçuya azarkeşlik deyil, həm də siyasi ideologiyaların geniş kütlələrə yayılması üçün böyük şansdır.

Haqqında İsmayıl Zeynallı

Həmçinin bax

Asiatiska_folk,_Nordisk_familjebok

İrq, elmi araşdırmalar və türklərin varlığı üzərinə

İnsanlar müxtəlif qruplarda birləşdikləri vaxtdan özlərini başqalarından ayırmağa, qorumağa çalışıb. Bu davranışın təməlində bəsit bir ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *